İRANDA XALQ HÖKUMƏTİNİN XALQI VƏ ONUN "DÜŞMƏNLƏRİ"- DAXİLİ İSTİKBARI
- 26-03-2024, 18:54
- АНАЛИТИКА
- 0
- 301
Vidadi Mustafayev
İranda xalqın başını ideoloji klişelərlə qatmaqda mahirdirlər.
2021-ci il prezident seçkilərindən sonra təşkil edilən hökumət xalqa xalq hökuməti kimi sırınır.
Belə baxanda güman etmək olar ki, xalq hökumətidir.Belə ki, İranda yeni il, (Novruz) və Ramazan ayı ərəfəsində, iki ay ərzində 60 milyon nəfərə dəyəri dövlət tərəfindən ödənilən talonla 11 adda əsas tələbat mallarını almaq imkanı yaradılıb. Vitse-prezident bu kursun yeni ildə də davam edəcəyini bəyan edib.
Amma nədənsə, xalq hökumti dövründə xalq talonla yaşadığı halda, kimlərsə çox sürətlə varlanır.
Buna iki misal göstərilir.
1.Xalq hökuməti dövründə İranda milyonerlırin sayında sıçrayış baş verib, çox qısa müddət ərzində sayları, öz statistik məlumatlarına görə, az qala 2 dəfə artıb.
2.Digər nümunəni də öz dillərindən təqdim edirik.
"Ölkənin vergi idarəsinin son məlumatına görə, 1400-cü(2021) ildə 390 milyard tümənlik 12 mindən çox bahalı ev, 1401-ci(2022) ildə 1100 milyard tümən dəyərində 40 mindən çox bahalı ev, 1402-ci(2023) ildə isə dəyəri üç min milyard tüməndən çox olan 135 minə yaxın bahalı ev müəyyən edilib".
Göründüyü kimi bahalı evlərin sayı hər il əvvəlki ilə nisbətən 3 dəfə artıb. Xalq hökumti dövründə bu rəqəm 10 dəfədən çox( 12 mindən 135minə çatıb) artıb.
Bahalı evləri olanlara heç bir irad və etirazımız yoxdur, nuşi can.Amma 60 milyon nəfəri talonla bir təhər dolandıran hökumətin xalq hökuməti adlandırılmasını XALQ sözünə təhqir hesab edirik.