Ethnoglobus » КУЛЬТУРА » Xanlar Həmidin yeni şerləri "Ethnoglobus.az"-ın təqdimatında

Xanlar Həmidin yeni şerləri "Ethnoglobus.az"-ın təqdimatında

Xanlar Həmidin yeni şerləri "Ethnoglobus.az"-ın təqdimatında
КУЛЬТУРА
Ethnoglobus.Az
Фото: Ethnoglobus
13:44, 01 dekabr 2023
1 195
0

Xanlar Həmid, şair, "Avesta" tədqiqatşısı, tərcüməçi


ANA NƏĞMƏSİ

Ana, məzarın üstə,

Ən çox güllər ağladı.

Ən çox yağan yağışlar,

Ən çox sellər ağladı.

Biz də bir az ağlayıb,

Qayıtdıq evinizə.

Biz də bu yaz ağlayıb,

Daş atdıq keyfimizə.

Sonra var idik necə,

Elə davam etmişik.

İldə iki ,üç dəfə,

Məzarına getmişik.

Ana, yaslar soyuqdur,

İnan ki, toy da soyuq.

Üzümü söykəmişəm,

Baş daşın yayda soyuq.

Məndən uzaqlaşma gəl,

Səni unudum deyə.

Gəlmişəm nəfəsini,

Mən də bir udum deyə!

01.12. 2023. 

GÖZ YAŞINI SEVƏN QADIN

Dedin hətta göz yaşımı da sevirəm

Üzün kimi qönçə gülə,

Damcılanlr ruhun belə,

Gözlərindən üzr dilə,

Göz yaşının sevən qadın.

Kirpiyinlə əzizlərsən,

Onu ovcunda gizlərsən,

Bu sevgidən nə gözlərsən,

Göz yaşını sevən qadın 

Sevda gördü, məlal gördü,

Baxışından sığal gördü,

Göz yaşların xəyal gördü,

Göz yaşını sevən qadın.

Könlün qaldı de nəyində,

Göz yaşların ürəyində,

Məni dəfn et ətəyində,

Göz yaşını sevən qadın.

 31. 10 .2023. 

MƏNİ İLLƏRİM BURAXMAZ

 

Mənim eşqimin torpağı

Bu vüsalı bitirəcək.

Həsrətinin ağ əlləri

Səni mənə gətirəcək.

Tamah saldım bu sevdaya,

Mükafatım, cəzam yoxdur.

O da başqa bir torpaqdır,

Ora da icazəm yoxdur.

Məni illərim buraxmaz,

Qalxa bilim sağ başına.

Bu Eşq elə ucada ki,

Bir toxunum ağ başına.

Sən tələsdin, hara gəldi,

Sənin xətan xətam kimi.

Ey Eşq, şairin gəlibdir,

Çıx qarşıla adam kimi.

 12. 10. 2023.

 

BU ZƏFƏR....QARABAĞ ŞƏHİDLƏRİNƏ

Öpüm, qoy gözündən öpüm,

Bu zəfər qara gözlüdür.

Öpüm, qoy üzündən öpüm,

Bu zəfər mələk üzlüdür.

Nə gözəldir ağ əlləri,

Bir məni qoynuna ala.

Bir qoxuyum həsrətini,

Vüsalı içimdə qala.

Şəhidlər dizində yatır,

Bu zəfərin könlü qəmdə.

Allah dəsmalı uzatdı,

Bu zəfərin gözü nəmdə.

Bu zəfər bələkdən çıxıb,

Dərdi, möhnəti istidir 

Bu zəfər dişini sıxıb,

Eşqi, nifrəti istidir.

Bu zəfər ər köynəyində,

Yolunda yüzüm də şəhid.

Göylərdə sözümün ruhu,

Qələmim, sözüm də şəhid!

22. 10. 2023

 

YANDIRIM SƏNİ

Ey Eşq, hər şey kül olandır,

Yaşında yandırım səni.

Sənə hörmət, bu həsrətin 

Başında yandırım səni.

Sinandın hey sözlərimdə,

Yanıldım hey "döz"lərimdə,

Canın yansın gözlərimdə,

Yaşında yandırım səni.

Bir getdiyin, üç gəldiyin,

Üstünə deyib güldüyün,

Könül deyə kor bildiyin,

Naşında yandırım səni.

Sənə nə gec çatdı sədam,

İndi mənə gəlmə, adam,

Payızım tamahda, qadam,

Dişində yandırın səni.

İndi dağlar sayıq olur,

Xəzan yeli ayıq olur,

Sevgilərə soyuq olur,

Qışımda yandırım səni.

 25.10. 2023.

QARABAĞA

Güldü Tanrının üzü də,

Haqqı tutdu öz yerini.

Yığışdı şəhid ruhları,

Qırdı zülmün zəncirini.

Yorğun düşən ümidlərin

İşıq gəldi gözlərinə.

Dağlar başını qoyubdur,

İgidlərin dizlərinə.

Bir doyunca yata bilsin,

Dağların çox çəkib canı.

Bağrında düşmən yarası,

Kirpiyində şəhid qanı.

Dağlar da baş aça bilmir,

Nə baş verdi birdən birə.

Aldı Vətən havasını,

Vətən gördü birdən birə!

02.10.2023.

 

 

SINDIR ŞAİR QƏLƏMİNİ!

Getməyə bir yerim yoxdur,

Yaşayıram yaşımı mən.

Nizaminin ətəyində 

Girləyirəm başımı mən.

Yedim Füzuli dərdini,

Tamahım məni öldürür.

Sözüm şairin cibindən,

Günahım məni öldürür.

Həqiqətin başında sən,

Ayağında mənim yerim.

İki dünya səndən kiçik,

Nəyim var ki sənə verim.

Ey Nəsimi, köməksizəm,

Bir əlini mənə uzat.

Sındır şair qələmini,

Haqqla sınım mən də, heyhat!

04.11.2023.

 

 



Читайте также:
Rus uşaq ədəbiyyatı dünya mədəniyyətinin zəngin  kapitalıdır. (I hissə)
Rus uşaq ədəbiyyatı dünya mədəniyyətinin zəngin kapitalıdır. (I hissə)
30.03.22, КУЛЬТУРА
Rus uşaq ədəbiyyatı dünya mədəniyyətinin zəngin kapitalıdır. (III hissə)
Rus uşaq ədəbiyyatı dünya mədəniyyətinin zəngin kapitalıdır. (III hissə)
30.03.22, КУЛЬТУРА
Ərzin əşrəfi Naxçıvan (2-ci hissə)
Ərzin əşrəfi Naxçıvan (2-ci hissə)
23.12.24, ИСТОРИЯ И ОБЩЕСТВО
İmadəddin Nəsimi haqqında İranda tədqiqatlar
İmadəddin Nəsimi haqqında İranda tədqiqatlar
19.09.23, КУЛЬТУРА
Rus uşaq ədəbiyyatı dünya mədəniyyətinin zəngin kapitalıdır. (II hissə)
Rus uşaq ədəbiyyatı dünya mədəniyyətinin zəngin kapitalıdır. (II hissə)
30.03.22, КУЛЬТУРА
Ərzin əşrəfi Naxçıvan (3-cü hissə)
Ərzin əşrəfi Naxçıvan (3-cü hissə)
27.12.24, ИСТОРИЯ И ОБЩЕСТВО
“Azərbaycan İranın başıdır, baş gedəndə bədən də gedər... General Şadan”
“Azərbaycan İranın başıdır, baş gedəndə bədən də gedər... General Şadan”
07.10.24, КУЛЬТУРА
Ərzin əşrəfi Naxçıvan (1-ci hissə)
Ərzin əşrəfi Naxçıvan (1-ci hissə)
23.12.24, ИСТОРИЯ И ОБЩЕСТВО
AZƏRBAYCAN DEMOKRAT FİRQƏSİNİN DÖVLƏTÇİLİK SİYASƏTİ (1945-1946-CI İLLƏR)
AZƏRBAYCAN DEMOKRAT FİRQƏSİNİN DÖVLƏTÇİLİK SİYASƏTİ (1945-1946-CI İLLƏR)
13.05.24, ЭТНОПОЛИТИКА
İRAN  TALİBLƏRLƏ ƏMƏKDAŞLIĞI DAVAM ETDİRƏRƏK DAHA DA GENİŞLƏNDİRƏCƏKDİR
İRAN TALİBLƏRLƏ ƏMƏKDAŞLIĞI DAVAM ETDİRƏRƏK DAHA DA GENİŞLƏNDİRƏCƏKDİR
08.05.22, АНАЛИТИКА / ЭТНОПОЛИТИКА
VƏHY  TƏHKİYƏÇİSİNİN  MÜƏLLİF  “BİZ”İ
VƏHY TƏHKİYƏÇİSİNİN MÜƏLLİF “BİZ”İ
26.05.25, ЦЕНТР КВАНТОВОГО МЫШЛЕНИЯ
Ərzin əşrəfi Naxçıvan (4-cü hissə)
Ərzin əşrəfi Naxçıvan (4-cü hissə)
27.12.24, ИСТОРИЯ И ОБЩЕСТВО
Avestanın "Videvdat" bölümünün Azərbaycan dilinə tərcüməsinin təqdimatı olub
Avestanın "Videvdat" bölümünün Azərbaycan dilinə tərcüməsinin təqdimatı olub
10.03.23, КУЛЬТУРА
1941-1946-cı illərdə Cənubi Azərbaycanda xalqın milli özünüdərk prosesinin yüksəlişi və Azərbaycan dilinin mövqeyi
1941-1946-cı illərdə Cənubi Azərbaycanda xalqın milli özünüdərk prosesinin yüksəlişi və Azərbaycan dilinin mövqeyi
10.10.23, ЭТНОПОЛИТИКА
Küftə haqqında dastan.
Küftə haqqında dastan.
01.06.22, КУЛЬТУРА
Bir daha Azərbaycan milli kimliyini okeanlara çıxarmaq istəyən balaca qara balığın taleyi haqqında…
Bir daha Azərbaycan milli kimliyini okeanlara çıxarmaq istəyən balaca qara balığın taleyi haqqında…
23.06.26, ЭТНОПОЛИТИКА