Ethnoglobus » КУЛЬТУРА » Avestanın "Videvdat" bölümünün Azərbaycan dilinə tərcüməsinin təqdimatı olub

Avestanın "Videvdat" bölümünün Azərbaycan dilinə tərcüməsinin təqdimatı olub

Avestanın "Videvdat" bölümünün Azərbaycan dilinə tərcüməsinin təqdimatı olub
КУЛЬТУРА
Ethnoglobus.Az
Фото: Ethnoglobus
09:13, 10 mart 2023
1 481
0
Mehdibəy Səfərov


AVESTA - Adəm övladına necə yaşamağı və yaratmağı - düzlüyü, dürüstlüyü, xeyirxahlığı, təmizliyi, səliqəliyi, ədəb-ərkanı, eləcə də diğər maddi və mənəvi dəyərləri, əxlaqi prinsipləri öyrədən, təlim və təşfiq edən, dünyanın ilk səmavi kitabı! O kitab ki, ulu Zərdüst babanın min illərdən bəri bizə xeyirlə şəri, yaxşı ilə pisi  ayırd etmək üçün, yadigar qoyduğu,  misilsiz əxlaq və pak mənəviyyat təlimatıdır! 


O kitab ki, özündən sonra, bəşər sivilizasiyasına gələn səmavi kitabların su içdikləri, ruh götürdükləri, bünövrə daşlarını qoyduqlarl möhtəşəm istinad, əzəmətli qida, söykənc, təməl mənbəyi olmuşdur!


09.03.2023. Bu gün Azərbaycan Yazıçılar Birliyinin “Natəvan” klubu. İstedadlı şair, dramaturq, avestaşunas-filosof, tədqiqatçı-tarixçi Xanlar Həmidin Azərbaycan dilinə tərcümə etdiyi və yenicə  işıq üzü gördüyü  “Avesta” kitabının 2-ci, 320 səhifədən ibarət “Videvdat” bölməsinin təqdimat mərasimi keçirildi.
Təqdimat mərasimində ölkəmizin görkəmli alimləri, şair və yazıçıları, “Avesta”ya böyük marağı olan, ziyalılar və jurnalistlər iştirak edirdilər.
Məclisi Azərbaycan Yazıçılar Birliyinin katibi, istedadlı yazıçı-dramaturq İlqar Fəhmi idarə edirdi. 


Müəllifin fitri istedadı, dərin biliyi, yuxusuz gecələri, gərgin zəhməti hesabına “Avesta”nın 1-ci,  “Himnlər” (Qatalar) bölümündən sonra, qələmə aldığı və nəşr etdirdiyi  “Videvdat” bölümü ilə bağlı, yazıçılar - Çingiz Abdullayev, Rəşad Məcid, Elçin Hüseynbəyli, şairlər - Ağacəfər Həsənli, Balayaq Sadiq, alimlər - İmamverdi Həmidov,  İlqar Hüseynov, Elman Quliyev, Şəddad Cəfərov, Mübariz Ağayev, Azərbaycan Respublika Milli Məclisin üzvü İqbal Məmmədov və digər ziyalılar məzmunlu çıxışları ilə ürək sözlərini ifadə etdilər.
Məclisdə yekun söz kitabın müəllifi Xanlar Həmidə verildi. O, özünün qısa nitqində tədbirə təşrif buyuran iştirakçı və qonaqlara səmimi təşəkkür və ehtiramını bildirdi. Xanlar müəllim bildirdi ki, çox vaxt keçməz o, “Avesta”nın 500 səhifəlik 3-cü hissəsini, eləcə də Zərdüst peyğənbərin həyatı, mənşəyi və pərvəriş tapdığı məkanı ilə bağlı, oxucularının öhtəsinə daha iki fundamental əsərini təhvil verəcəkdir!
Sonucda mən də Xanlar Həmid yaradıcılığının mütaliəçisi, vurğunu kimi, onu deyə bilərəm; nə yaxşı ki, Allah-təala, nur içində yatan o mübarək valideynləriniz Sizi ilk növbədə mənsub olduğum Talış xalqına, vətənimiz Azərbaycana, qədirbilən oxucularlna bəxş etmişdir, Xanlar Həmid! Sizin insan ruhunu oxşadan poeziyanız, tarixin əngilkiklərinə nüfuz edə bilən unikal bilginiz, tarixi faktları arayıb-axtarmaq, üzə çıxartmaq bacarığınız, ən əsası böyük zəhmət hesabına onları ədəbiyyat, kitab halında nəşr etdirib, oxucularını maarifləndirməyinizin misli-bərabəri yoxdur!
Min yaşayın, sonsuz ruha, böyük ürəyə malik, dəyərli vətən oğlu! Daha da hündür zirvələrə doğru irəli!..
Bundan sonra da xanlarsevərləri heyrətə gətirə biləcək, böyük yaradıcılıq uğurları arzusu ilə!..






























Читайте также:
Rus uşaq ədəbiyyatı dünya mədəniyyətinin zəngin  kapitalıdır. (I hissə)
Rus uşaq ədəbiyyatı dünya mədəniyyətinin zəngin kapitalıdır. (I hissə)
30.03.22, КУЛЬТУРА
İmadəddin Nəsimi haqqında İranda tədqiqatlar
İmadəddin Nəsimi haqqında İranda tədqiqatlar
19.09.23, КУЛЬТУРА
Rus uşaq ədəbiyyatı dünya mədəniyyətinin zəngin kapitalıdır. (III hissə)
Rus uşaq ədəbiyyatı dünya mədəniyyətinin zəngin kapitalıdır. (III hissə)
30.03.22, КУЛЬТУРА
Ərzin əşrəfi Naxçıvan (1-ci hissə)
Ərzin əşrəfi Naxçıvan (1-ci hissə)
23.12.24, ИСТОРИЯ И ОБЩЕСТВО
Ərzin əşrəfi Naxçıvan (2-ci hissə)
Ərzin əşrəfi Naxçıvan (2-ci hissə)
23.12.24, ИСТОРИЯ И ОБЩЕСТВО
AZƏRBAYCAN DEMOKRAT FİRQƏSİNİN DÖVLƏTÇİLİK SİYASƏTİ (1945-1946-CI İLLƏR)
AZƏRBAYCAN DEMOKRAT FİRQƏSİNİN DÖVLƏTÇİLİK SİYASƏTİ (1945-1946-CI İLLƏR)
13.05.24, ЭТНОПОЛИТИКА
Rus uşaq ədəbiyyatı dünya mədəniyyətinin zəngin kapitalıdır. (II hissə)
Rus uşaq ədəbiyyatı dünya mədəniyyətinin zəngin kapitalıdır. (II hissə)
30.03.22, КУЛЬТУРА
“Azərbaycan İranın başıdır, baş gedəndə bədən də gedər... General Şadan”
“Azərbaycan İranın başıdır, baş gedəndə bədən də gedər... General Şadan”
07.10.24, КУЛЬТУРА
Ərzin əşrəfi Naxçıvan (3-cü hissə)
Ərzin əşrəfi Naxçıvan (3-cü hissə)
27.12.24, ИСТОРИЯ И ОБЩЕСТВО
Ərzin əşrəfi Naxçıvan (4-cü hissə)
Ərzin əşrəfi Naxçıvan (4-cü hissə)
27.12.24, ИСТОРИЯ И ОБЩЕСТВО
“Kinomexanikin qayıdışı” (“Kinomexaniki oqardemon”): Talış dilində dünya səviyyəli ilk bədii-sənədli filmin sehrli aləmi...
“Kinomexanikin qayıdışı” (“Kinomexaniki oqardemon”): Talış dilində dünya səviyyəli ilk bədii-sənədli filmin sehrli aləmi...
22.12.24, КУЛЬТУРА
VƏHY  TƏHKİYƏÇİSİNİN  MÜƏLLİF  “BİZ”İ
VƏHY TƏHKİYƏÇİSİNİN MÜƏLLİF “BİZ”İ
26.05.25, ЦЕНТР КВАНТОВОГО МЫШЛЕНИЯ
Məqtəl ədəbiyyatının nümunəsi kimi Məhəmməd Füzulinin “Hədiqətüs-süəda” əsərinə metodoloji yanaşmanın özəllikləri
Məqtəl ədəbiyyatının nümunəsi kimi Məhəmməd Füzulinin “Hədiqətüs-süəda” əsərinə metodoloji yanaşmanın özəllikləri
07.06.24, КУЛЬТУРА
Səmavi dinlərdə Məhəmməd peyğəmbər (s)
Səmavi dinlərdə Məhəmməd peyğəmbər (s)
15.03.22, РЕЛИГИЯ
İRAN  TALİBLƏRLƏ ƏMƏKDAŞLIĞI DAVAM ETDİRƏRƏK DAHA DA GENİŞLƏNDİRƏCƏKDİR
İRAN TALİBLƏRLƏ ƏMƏKDAŞLIĞI DAVAM ETDİRƏRƏK DAHA DA GENİŞLƏNDİRƏCƏKDİR
08.05.22, АНАЛИТИКА / ЭТНОПОЛИТИКА
1941-1946-cı illərdə Cənubi Azərbaycanda xalqın milli özünüdərk prosesinin yüksəlişi və Azərbaycan dilinin mövqeyi
1941-1946-cı illərdə Cənubi Azərbaycanda xalqın milli özünüdərk prosesinin yüksəlişi və Azərbaycan dilinin mövqeyi
10.10.23, ЭТНОПОЛИТИКА