Qonşun İran olsa
- 4-03-2024, 18:03
- ЭТНОПОЛИТИКА
- 0
- 468
Foto: Google
Vidadi Mustafayev
KEÇƏL BAXAR GÜZGÜYƏ-ADINI QOYAR ÖZGƏYƏ
İran İslam Respublikası iki ildir Nizami Gəncəvini özününküləşdirməklə məşğuldur.
Sabahdan (14esfənd 1402\4 mart 2024) Fars vilayətində Nizami GƏNCƏVİ həftəsi keçiriləcəkdir.
Bu haqda məlumat verən vilayət İslam irşadı və mədəniyyət idarəsinin rəisi yenə də köhnə müdaxilə məzmunlu bayatıları təkrar etməkdən çəkinmədi.
Panfarsistlər israrla dahi Gəncəli şairi İran şairi adlandırmaqda davam edirlər. Bu hələ dərd yarıdır.Üstəlik bəzi ölkələri( bəzən batini xarakter göstərərək ad çəkmirlər) Nizami Gəncəvini özününküləşdirməkdə ittiham edirlər
Biz bir-iki dəfə bunların yadına salmaq istəmişik ki, NizamiGəncəvi nə siyasi-ərazi , nə də yüksək ruhu, geniş və elmi dünyagörüşü ,eləcədə idealı olan BAŞ qəhrəmanı baxımından iranlı və fars ola bilməzdi.
Nizaminin yaşayıb yaratdığı dövrdə(1141-1209) İran adlı siyasi- ərazi anlayışı mövcud deyildi.İran alimləri yaxşı bilirlər ki, Ərəb xilafəti(651-1258) İran sözünün işlədilməsini qadağan etmişdi. Ona görə həmin dövr üçün hər hansı bir mənada İrandan danışmaq tamamilə yersizdir
Yalnız xilafəti ləğv edən Hülakülər dövləti(İlxanilər1258-1357) İran sözünün işlədilməsinə icazə vermişlər..Ona görə gərək İranda Hülakü xana heykəl qoyulsun, amma naxələflik göstərib, hər addımda monqolları lənətləməklə məşğul olurlar.
İran müəllifləri yaxşı bilirlər ki, əsl fars şairlrindən heç kim fars imperiyasını(Həxamənilər e.ə550-330) süquta uğratmış , onun maddi və mədəni-mənəvi abidələrini məhv etmiş bir yadelli işğalçı hökmdara əsər ,həm də böyük bir poema həsr etməmişdir.Bunu ancaq dünya işləri ilə maraqlanan böyük bir insan, alim, şair edə bilərdi ki, Nizami Gəncəvi etdi.
Firdovsi əsl İran şairi idi. Ancaq İranı düşünürdü,indi də onun irsi millətçiliyə,fars şovinizminə xidmət edir.
Nizaminin əsərləri isə insan, cəmiyyət, elm, siyasət və s. bəşəri məsələlərə həsr edilmiş, bir xalqın deyil, bəşəriyyətin gələcəyinə işıq saçmaq üçün yaranmıdı.Bu gün də Nizami ruhunu ədalət, bərabərlik,dünyəvilik.tərəqqi,tolerantlıq ideyalarına xidmət edən , düzlük,əzmkarlıq,qeyrət,igidlik və s. kimi yüksək keyfiyyətlərə malik olan azərbaycanlılar daşıyır, millətçi, eyni dövlət daxilində yaşayan xalqları hər cür hüquqlqrdan məhrum etməyə çalışan,onları zülm altında saxlamağa səy göstərən millətçi, şoubi farslar daşıya bilməz.
Cılız hədəfləri olan insanlar bəşəri məsələlər ətrafında dərindən düşünən və onların qlobal həll yollarını axtaran dahilərin varisi olmağa layiq deyillər.Onlar bu mənfur keyfiyyətlərini keçmişdə olduğu kimi bu gün də nümayiş etdirirlər.
İki il bundan əvvəl İran və fars etnosu ilə heç bir ruhi,mənəvi, genetik əlaqəsi olmayan böyük və dahi Nizami Gəncəvini farslaşdırmaq istiqamətində geniş fəaliyyətə balayan mədəni işğalçılar Azərbaycanın öz dahi övladına layiq olduğu hərtərfli ehtiram göstərməsini İran (?) şairini öz adına çıxmaq kimi qələmə verməyə çalışırlar.
Qonşunun qeyd edilən davranışını yazının başlığında verilmiş deyimdən daha dəqiq şəkildə əks edirmək yəqin ki çətin olar.