Ethnoglobus » ЭТНОПОЛИТИКА » Sovet-İran danışıqlarının müvəffəqiyyətlə başa çatdırılması

Sovet-İran danışıqlarının müvəffəqiyyətlə başa çatdırılması

Sovet-İran danışıqlarının müvəffəqiyyətlə başa çatdırılması
ЭТНОПОЛИТИКА
Ethnoglobus.Az
Фото: Ethnoglobus
16:10, 13 dekabr 2023
862
0

Foto:inforpost.com

Təqdim etdi: Səməd Bayramzadə

Sovet-İran danışıqlarının nəticələri nəinki hər iki ölkənin icitmaiyyəti tərəfindən, eyni zamanda bütün dünyada beynəlxalq əməkdaşlığın möhkəmlənməsi və inkişafının dostları tərəfindən də məmnuniyyətlə qarşılanacaqdır. Sovet-İran münasibətlərinin nizama salınması xüsusilə ona görə böyük əhəmiyyətə malikdir ki, son zamanlar İran məsələsi adlanan bu məsələni süni surətdə şişirtmək üçün az təşəbbüslər edilməmişdir. Bu təşəbbüslərdən məqsəd başlıca olaraq Sovet İttifaqı ilə İran arasında müzakirə edilən məsələlərin müsbət surətdə nəticələnməsini mümkün qədər çətinləşdirməkdən ibarət idi. 
Məlum olduğu kimi Birləşmiş Millətlər Təşkilatının London toplanışında “İran məsələsini” Təhlükəsizlik Şurasının müzakirəsinə qoymaq tələbi şərəfsiz surətdə boşa çıxdı. Sovet nümayəndələri bu cür təkliflərin əsassız və mənasız olduğunu meydana çıxararaq aydın və aşkar şəkildə isbat etdilər ki, Sovet-İran məsələləri bu işdə mənafeyi olan iki ölkə arasında bilavasitə danışıqlar aparılması yolu ilə müvəffəqiyyətlə həll edilə bilər. Lakin London toplantılarından sonra Təhlükəsizlik Şurasında Sovet-İran işinə müdaxilə edilməsi üçün yeni bir qüvvə və inadla cidd-cəhdlər edilməyə başlandı. Bəhanə olaraq Sovet qoşunlarının İranda qalmasından istifadə edildi. Yeri gəlmişkən demək lazımdır ki, bu qoşunlar oraya hələ 1941-ci il avqustun 25-də 1921-ci il müqaviləsinin altıncı maddəsi əsasında daxil edilmişdi və həmin müqavilə Sovet İttifaqı əleyhinə hərbi çıxışlar üçün İranın bir meydana çevrilməsi təhlükəsi baş verdiyi hallarda özünü müdafiə məqsədilə qoşunlarını İran torpaqlarına daxil etməyə Sovet İttifaqına hüquq verməkdədir. 1919-cu ildə Sovet Qafqazı, Bakı və Xəzərin sovetlərə aid sahillərinə dair təcavüzkar planlar hazırlayan dövlət kabinetinin tərkibində olan cənab Həkimi Tehran hökumətinin başında durduğu bir zamanda İranın mürtəce hakim dairələrinin həqiqi niyyətlərinə qarşı Sovet hökumətinin etimad bəsləməsi üçün möhkəm əsasları olduğunu kim inkar edə bilər? Bunu xatırlatmaq kifayətdir ki, həmin Həkimi Sovet-İran münasibətləri mühitini zəhərləmək üçün əlindən gələni edərək 1946-cı ilin fevralına qədər İran hökumətinin başında dururdu. 
Cənab Qəvamın başçılıq etdigi yeni İran hökumətinin hər iki ölkə arasında xeyirxah qonşuluq münasibətləri qurmaq arzusu göstərdi ki, Sovet İttifaqı inandıqdan sonra sovet qoşunlarının İrandan çıxarılması haqqındakı məsələnin müsbət həll edilməsi üçün imkan yarandı. Buna görə də “İran məsələsinin“ 25 martda Nyu-Yorkda öz işinə başlayan Təhlükəsizlik Şurasında qoyulması üçün daha az əsas var idi. 
Hələ martın 24-də elan edildi ki, İran hökumətilə əldə edilən razılığa görə ölkədə qalan Sovet qoşunlarının çıxarılması başlanmışdır və bu 5-6 həftə ərzində qurtara bilər. Təhlükəsizlik Şurasında Sovet İttifaqının nümayəndəsi olan Qromıko yoldaşın 26 martda edilən və bu gün elan edilmiş bəyanatından göründüyü kimi Sovet hökuməti İran məsələsinin Təhlükəsizlik Şurasında müzakirəyə qoyulmasının doğru olmadığını göstərir və bu məsələnin müzakirədən çıxarılmasını təkid edir. Təhlükəsizlik Şurası bu təkliflə razılaşmadı. Sonrakı hadisələr isə hər tərəfdən Sovet hökuməti təklifinin tamamilə doğru və digər tərəfdən isə Təhlükəsizlik Şurasının hərəkətinin səhv və qeyri-qanuni olduğunu sübut etdi. Bu məsələnin qoyulması Birləşmiş Millətlər Təşkilatının nizamnaməsinə, xüsusilə, onun beynəlxalq sülhü və təhlükəsizliyi qorumağı təhdid edə biləcək münaqişələrin müzakirəsinin Təhlükəsizlik Şurasının vəzifəsi olduğunu bəyan edən 34- cü maddəsinə daban-dabana zidd idi. Lakin aydın deyildimi ki, hər iki ölkə - Sovet İttifaqı ilə İran arasında haqqında danışıqlar gedən münasibətlərdə beynəlxalq sülhü və əmniyyəti təhdid edəcək heç bir şey yox idi və ola da bilməzdi.
Buna görə İran məsələsinin şurada müzakirəsi üçün Təhlükəsizlik Şurasının heç bir əsası yox idi və yoxdur. Həmçinin mayın 6-da İran məsələsinin müzakirəsini davam etdirmək üçün Təhlükəsizlik Şurasının 4 aprel tarixli qərarı tamamilə əsassızdır və BMT-nin nizamnaməsinə daban-dabana ziddir.   
Hər iki ölkə arasında saziş əldə edilməsini çətinləşdirmək üçün xarici qüvvələrin etdikləri bütün cəhdlərə baxmayaraq, Sovet-İran danışıqlarının yekununda əldə edilmiş müsbət nəticələr ibrətamiz bir dərsdir. Digər ölkələrlə qarşılıqlı anlaşma əldə etmək, xeyirxah qonşuluq, dostluq münasibətləri qurmaq üçün ümumi sülh və əmniyyət işinin xeyrinə olaraq beynəlxalq əməkdaşlığı möhkəmləndirmək üçün Sovet İttifaqının dönməz iradəsi bir daha aydın və aşkar olaraq nümayiş edilmişdir.
(1946-cı il 7 aprel tarixli “Pravda” qəzetinin baş məqaləsi)
"Azərbaycan" qəzeti, ADF orqanı, Təbriz, say 175, 17 aprel 1946
Читайте также:
Rus uşaq ədəbiyyatı dünya mədəniyyətinin zəngin  kapitalıdır. (I hissə)
Rus uşaq ədəbiyyatı dünya mədəniyyətinin zəngin kapitalıdır. (I hissə)
30.03.22, КУЛЬТУРА
AZƏRBAYCAN DEMOKRAT FİRQƏSİNİN DÖVLƏTÇİLİK SİYASƏTİ (1945-1946-CI İLLƏR)
AZƏRBAYCAN DEMOKRAT FİRQƏSİNİN DÖVLƏTÇİLİK SİYASƏTİ (1945-1946-CI İLLƏR)
13.05.24, ЭТНОПОЛИТИКА
Rus uşaq ədəbiyyatı dünya mədəniyyətinin zəngin kapitalıdır. (III hissə)
Rus uşaq ədəbiyyatı dünya mədəniyyətinin zəngin kapitalıdır. (III hissə)
30.03.22, КУЛЬТУРА
İmadəddin Nəsimi haqqında İranda tədqiqatlar
İmadəddin Nəsimi haqqında İranda tədqiqatlar
19.09.23, КУЛЬТУРА
İRAN  TALİBLƏRLƏ ƏMƏKDAŞLIĞI DAVAM ETDİRƏRƏK DAHA DA GENİŞLƏNDİRƏCƏKDİR
İRAN TALİBLƏRLƏ ƏMƏKDAŞLIĞI DAVAM ETDİRƏRƏK DAHA DA GENİŞLƏNDİRƏCƏKDİR
08.05.22, АНАЛИТИКА / ЭТНОПОЛИТИКА
Tehranın Azərbaycana qarşı əsassız iddiaları
Tehranın Azərbaycana qarşı əsassız iddiaları
27.07.23, АНАЛИТИКА
Ərzin əşrəfi Naxçıvan (2-ci hissə)
Ərzin əşrəfi Naxçıvan (2-ci hissə)
23.12.24, ИСТОРИЯ И ОБЩЕСТВО
1941-1946-cı illərdə Cənubi Azərbaycanda xalqın milli özünüdərk prosesinin yüksəlişi və Azərbaycan dilinin mövqeyi
1941-1946-cı illərdə Cənubi Azərbaycanda xalqın milli özünüdərk prosesinin yüksəlişi və Azərbaycan dilinin mövqeyi
10.10.23, ЭТНОПОЛИТИКА
SEPAH: BÖYÜK İDDİADAN BÖYÜK UĞURSUZLUĞA
SEPAH: BÖYÜK İDDİADAN BÖYÜK UĞURSUZLUĞA
04.05.26, В МИРЕ
Heydər Əliyev və Cənubi Azərbaycan problemi
Heydər Əliyev və Cənubi Azərbaycan problemi
22.05.26, ЭТНОПОЛИТИКА
“Azərbaycan İranın başıdır, baş gedəndə bədən də gedər... General Şadan”
“Azərbaycan İranın başıdır, baş gedəndə bədən də gedər... General Şadan”
07.10.24, КУЛЬТУРА
Ərzin əşrəfi Naxçıvan (4-cü hissə)
Ərzin əşrəfi Naxçıvan (4-cü hissə)
27.12.24, ИСТОРИЯ И ОБЩЕСТВО
AZƏRBAYCAN DEMOKRAT FIRQƏSININ MƏRAMNAMƏSİ
AZƏRBAYCAN DEMOKRAT FIRQƏSININ MƏRAMNAMƏSİ
03.09.25, ИСТОРИЯ И ОБЩЕСТВО
Firudin İbrahimi və azərbaycançılıq
Firudin İbrahimi və azərbaycançılıq
23.06.23, ЭТНОПОЛИТИКА
Rus uşaq ədəbiyyatı dünya mədəniyyətinin zəngin kapitalıdır. (II hissə)
Rus uşaq ədəbiyyatı dünya mədəniyyətinin zəngin kapitalıdır. (II hissə)
30.03.22, КУЛЬТУРА
Bir daha Azərbaycan milli kimliyini okeanlara çıxarmaq istəyən balaca qara balığın taleyi haqqında…
Bir daha Azərbaycan milli kimliyini okeanlara çıxarmaq istəyən balaca qara balığın taleyi haqqında…
23.06.26, ЭТНОПОЛИТИКА