Fələstin Dövlətinin Azərbaycan Respublikasındakı Səfiri Nassir Abdul Karim Abdul Rahimin bəyanatı
- 17-10-2023, 10:48
- ЭТНОПОЛИТИКА
- 0
- 460
![image](/uploads/posts/2023-10/medium/1697528872_coat_of_arms_of_palestine_official_svg.jpg)
Əzizini qəfildən itirmək qorxuncdur, xüsusən də zorakılıq aktı nəticəsində. Son günlər Fələstindən dəhşətli görüntülər işıq surəti ilə yayılır. Ürək parçalayan görüntüləri tanış hisslərlə dəhşət içində izləyirəm, lakin indi ilk dəfə idi ki, bu ölçüyəgəlməz kəskin ağrı hər iki tərəfdə paylaşılırdı. Biz kim tərəfindən olursa olsun sivil insanların hədəf alınmasına qarşıyıq və hər yerdə həyatlarını itirən günahsız insanların yasını tuturuq və bilirik ki, onillərdir günahsız Fələstinlilərin həyatları riskə məruz qalıb və bu həyatlar da hər kəsin həyatı kimi dəyərlidir.
Xalı bombardımanı (böyük, adətən əhalinin məskunlaşdığı ərazilərdə hər nöqtəni hədəfə alan intensiv, ardıcıl bombardman), ətraf yaşayış yerlərinin yox edilməsi, insanların on yeddi ildir qəfəsdə saxlanıldığı dünyanın ən böyük açıq hava həbsxanası, dünyada özlərini beynəlxalq hüququn müdafiəçiləri olduqlarını iddia edən beynəlxalq arenadakı bəzi güclərdən kart-blanş aldıqdan sonra himayədarlarının xeyir-duası ilə nüvə dövləti olan İsrail tərəfindən həyata keçirilən kollektiv cəzalandırma beynəlxalq hüquqa əsasən müharibə cinayətidir. Bu güclər və onların qərəzli mediası (KİV) Fələstin xalqını insanlıqdan çıxarmaq, qeyri-humanist biri olaraq təqdim etmək üçün İsrail hasbarasının təkəbbürlü şərq yanaşması ilə uydurulmuş əsassız ittihamlarını asanlıqla qəbul və təbliğ edir və istəyirlər ki, dünya heç bir kontekstsiz tarixin 7 Oktyabr, şənbə günündən başlamasına inansın.
Kontekst odur ki, İsrail son 75 ildə ilk dəfə Fələstinlilərə yaşatdığı və yaşatmağa davam etdiyi iztirabın bir hissəsini hiss etdi.
1967-ci ildən İsrail aparteid (irqi ayrı-seçkilik) rejiminin bütün amansız üsullarından istifadə edərək insanlıq tarixində ən uzunmüddətli hərbi işğalın icraçısıdır - etnik təmizləmə, gündəlik qətllər, Fələstinli uşaqların tez-tez İsrail ordusunun hədəfinə çevrilməsi, təkcə bu ilin ilk altı ayı ərzində əlli altı uşaq güllə yarasından həlak olmuşdur, valideynlər hər səhər məktəbə gedən övladlarının sağ və salamat geri qayıtmaları üçün dua edir; Fələstinli qadınlar İsrail hərbi keçid məntəqələrində uşaq dünyaya gətirir, onlardan 600-ü İordan çayının qərb sahilindədir; İsrail təhlükəsizlik qüvvələri tərəfindən dəstəklənən və himayə edilən İsrailli qatı məsihçi müstəmləkəçi-məskunlaşanların dəhşətli talanları – insanlar içəridə ikən evlərin və avtomobillərin yandırılması, ərazi oğurluğu, Əl-Əqsa Məscidinə gündəlik təcavüzlər, Şərqi Qüdsdə ibadət edən müsəlman və xristianların hər gün təqib edilməsi; Fələstinlilərin hətta öz şəhərlərində belə istifadə etməyə ixtiyarları olmadığı ayrılmış yollar; iki fərqli qanun: müstəmləkəçi-məskunlaşanlar üçün sivil, amma Fələstin xalqı üçün hərbi qanun.
Bununla belə, BMT-nin yüzlərlə qətnaməsinə və Beynəlxalq Humanitar Hüquqa zidd olan İsrailin amansız ciyanətlərinə qarşı biz həmin bu dünya güclərindən eyni hiddəti və canfəşanlığı görmədik. Əksinə, onlar İsrailin amansız müstəmləkəçi aparteid sistemini bütün siyasi, diplomatik və hərbi örtüklərlə bu qeyri-insani situasiyanı təmamilə siyasi cəzasızlıqla həyata keçirmək üçün lazım olan alətlərlə maliyyələşdirir.
İroniya ondadır ki, həmin bu eyni güclər yalnız sözdə iki dövlət haqqındakı qətnaməni dəstəkləyir, amma BMT və planetin 3/2-nin əksinə işğal edilmiş Fələstin Dövlətini tanımaqdan imtina edirlər. Bu can verən sülh prosesinə stimul verən simvolik və substantiv jestdir.
Sülh yolu ilə həllə sadiqliyi ilə tanınan Fələstin rəhbərliyi artıq illərdir hər hansı siyasi üfüqün yoxluğunda status-kvonun dayanıqlı olmaması barədə xəbərdarlıq edir. Cünki ədalətli sülhə nail olmaq üçün bütün yollar İsrail tərəfindən bloklanır. Bu çoxillik münaqişənin davamını və onun yol açacağı qaçılmaz şiddət partlayışlarını öz ardından gətirəcək.
BMT-nin müvafiq qətnamələrini yerinə yetirmək və məsuliyyətə cəlb edilməklə Fələstinin İsrail tərəfindən bitmək bilməyən işğalına və aparteid rejiminə son qoyaraq davam edən faciəvi situasiyanın qarşısını almaq və minlərlə insanların həyatlarını xilas etmək olardı. Həyatı heç də İsraillilərdən az dəyərli olmayan Fələstin xalqı paytaxtı Şərqi Qüds olan öz müstəqil dövlətlərində qürurla və bütün xalqlarla sülh içində yaşamağa layiqdir və buna bütün hüquqları var.
Sülhün əsl ünvanı geosiyasi dolanbaclar yox, Fələstindir.