Ethnoglobus » АНТРОПОЛОГИЯ » TALIŞ - MUĞAN BÖLGƏSİ ARXEOLOJİ TƏDQİQATLARDA

TALIŞ - MUĞAN BÖLGƏSİ ARXEOLOJİ TƏDQİQATLARDA

TALIŞ - MUĞAN BÖLGƏSİ ARXEOLOJİ TƏDQİQATLARDA
АНТРОПОЛОГИЯ
Ethnoglobus.Az
Фото: Ethnoglobus
20:14, 11 noyabr 2023
1 567
0
Yunan dilində "arxayos" (qədim) və "loqos" (elm) sözlərinin birləşməsindən yaranaraq, Azərbaycan dilinə tərcümədə "qədim elm" mənasını verən Arxeologiya tarixə köməkçi fənnlərdən biri olmaqla qədim tarixi maddi-mədəniyyət nümunələri əsasında öyrənən elmdir. Bu elm sahəsinin mütəxəssisi isə arxeoloq adlanır.

Talışda ilk dəfə arxeoloji tədqiqat işləri 1890-cı ildə fransız Jak de Morqan tərəfindən indiki Lerik rayonu ərazisində aparılmışdır. O, rayonun dağlıq ərazisində 220-yə qədər müxtəlif qəbir abidələri açaraq, Son Tunc - İlk Dəmir dövrünə aid zəngin maddi-mədəniyyət qalıqları əldə etmişdir. Jak de Morqan əldə etdiyi maddi-mədəniyyət qalıqlarının ən nəfislərini Fransaya, Sen-Jermen muzeyinə göndərmişdir.

Jak de Morqandan sonra bölgə yerli arxeoloqlar tərəfindən tədqiq edilmişdir. İlk arxeoloji tədqiqat işləri Azərbaycan Tədqiq və Tətəbbö Cəmiyyəti tərəfindən 1924-1928-ci illərdə Talışa ezam olunmuş İsa Əzimbəyov, V.Sısoyev, Ə.Ələkbərov və İ.Salamov tərəfindən aparılmışdır. 
Arxeoloji tədqiqat işləri (arxeoloji kəşfiyyat və arxeoloji qazıntı) sonrakı mərhələlərdə də davam etmiş və Talışda Məmmədəli Hüseynov, Fərman Mahmudov, Əsədulla Cəfərov, Qoşqar Qoşqarlı, Abuzər Ələkbərov, İdeal Nərimanov, Tufan Axundov, Anar Ağalarzadə və digərləri tərəfindən arxeoloji kəşfiyyat və ya arxeoloji qazıntı işləri aparılmış və aparılmaqdadır.
Fərman Mahmudov və Əsədulla Cəfərovun arxeoloji tədqiqatları Azərbaycan arxeologiyasında böyük nailiyyətlərdən sayılır. Ötən əsrin 60-cı illərinə qədər tarixi ədəbiyyatda güman edilirdi ki, "Talış mədəniyyəti" "Muğan mədəniyyəti"ndən (arxeoloji mədəniyyət tipi) fərqli olmuşdur. Bununla əlaqədar olaraq tarixşünaslıqda "Muğan mədəniyyəti" və "Talış mədəniyyəti" özlərinə yurd salmışdır. Arxeoloq Fərman Mahmudov 1964-cü ildən etibarən Azərbaycanın cənub-şərq (Talış-Muğan) ərazisində aşkar edilən mədəniyyət nümunələrinin kompleks şəkildə öyrənilməsi nəticələrinə əsaslanaraq Talış və Muğandan üzə çıxarılan maddi abidələrin tiplərinə, xarakterlərinə, tarixi inkişafına və s. xüsusiyyətlərinə görə  oxşar və yaxın olduqlarını müəyyən etdi. O, əsaslandırdı ki, bu regionda iki mədəniyyət yox, məhz vahid bir mədəniyyət - "Talış-Muğan mədəniyyəti" olmuşdur. Bu mədəniyyət e.ə. XIV əsrdə təşəkkül tapmış , VII əsrə qədər davam etmiş və Son Tunc dövrü üçün səciyyəvi olan mədəniyyət tiplərindən biri olmuşdur. 
AMEA-nın Tarix İnstitutunun Əsədulla Cəfərovun rəhbərliyi altında 1985-ci ildə yaradılmış "Paleolit arxeoloji ekspedisiyası" Lerik rayonu ərazisində Büzeyir (Bızəy) mağarasını aşkar etmişdir. 1990-cı ilin iyun-iyul aylarında mağarada arxeoloji qazıntı işləri aparılmışdır. Arxeoloji qazıntı işləri zamanı mağaradan Paleolitin (Qədim Daş dövrü; ən qədim zamanlardan başlayıb, e.ə. XII minilliyə qədər davam etmişdir) Orta Paleolit və ya Mustye dövrünə (100 min il bundan əvvəl başlanmış, e.ə. 35-ci minilliyə qədər davam etmişdir) aid maddi-mədəniyyət nümunələri aşkar olunmuşdur. 
Büzeyir mağarası aşkar (tədqiq) olunana qədər Talış bölgəsində insanların yaşaması 10-15 min il bundan əvvələ aid edilirdisə, mağaradan əldə edilmiş arxeoloji nümunələr Talışda Paleolit dövrü adamlarının hələ 120 min il bundan əvvəl yaşadıqlarını sübut etmişdir. 
Respublikamızın cənub-şərq bölgəsinin arxeoloji cəhətdən öyrənilməsi baxımından AMEA-nın Tarix İnstitutunun Qoşqar Qoşqarlının rəhbərliyi altında 1986-1990-cı illərdə fəaliyyət göstərən "Talış-Muğan arxeoloji ekspedisiyası"nın mühüm xidməti olmuşdur.  Belə ki, ekspedisiya tərəfindən Talış və Muğan ərazisində müxtəlif dövrlərə aid 300-dən çox abidə qeydə alınmış və xəritələşdirilmişdir.
İldırım ŞÜKÜRZADƏ,
Lənkəran rayonunun Havzava kənd tam orta məktəbinin müəllimi, tədqiqatçı-tarixçi
Читайте также:
Rus uşaq ədəbiyyatı dünya mədəniyyətinin zəngin  kapitalıdır. (I hissə)
Rus uşaq ədəbiyyatı dünya mədəniyyətinin zəngin kapitalıdır. (I hissə)
30.03.22, КУЛЬТУРА
İmadəddin Nəsimi haqqında İranda tədqiqatlar
İmadəddin Nəsimi haqqında İranda tədqiqatlar
19.09.23, КУЛЬТУРА
Ərzin əşrəfi Naxçıvan (1-ci hissə)
Ərzin əşrəfi Naxçıvan (1-ci hissə)
23.12.24, ИСТОРИЯ И ОБЩЕСТВО
AZƏRBAYCAN DEMOKRAT FİRQƏSİNİN DÖVLƏTÇİLİK SİYASƏTİ (1945-1946-CI İLLƏR)
AZƏRBAYCAN DEMOKRAT FİRQƏSİNİN DÖVLƏTÇİLİK SİYASƏTİ (1945-1946-CI İLLƏR)
13.05.24, ЭТНОПОЛИТИКА
Ərzin əşrəfi Naxçıvan (2-ci hissə)
Ərzin əşrəfi Naxçıvan (2-ci hissə)
23.12.24, ИСТОРИЯ И ОБЩЕСТВО
“Kinomexanikin qayıdışı” (“Kinomexaniki oqardemon”): Talış dilində dünya səviyyəli ilk bədii-sənədli filmin sehrli aləmi...
“Kinomexanikin qayıdışı” (“Kinomexaniki oqardemon”): Talış dilində dünya səviyyəli ilk bədii-sənədli filmin sehrli aləmi...
22.12.24, КУЛЬТУРА
1941-1946-cı illərdə Cənubi Azərbaycanda xalqın milli özünüdərk prosesinin yüksəlişi və Azərbaycan dilinin mövqeyi
1941-1946-cı illərdə Cənubi Azərbaycanda xalqın milli özünüdərk prosesinin yüksəlişi və Azərbaycan dilinin mövqeyi
10.10.23, ЭТНОПОЛИТИКА
Talış folklor mahnılarının tədqiqatçıları arasında xalq artisti və pedaqoq Zümrüd xanım Məmmədovanın rolu
Talış folklor mahnılarının tədqiqatçıları arasında xalq artisti və pedaqoq Zümrüd xanım Məmmədovanın rolu
29.05.24, КУЛЬТУРА
Rus uşaq ədəbiyyatı dünya mədəniyyətinin zəngin kapitalıdır. (III hissə)
Rus uşaq ədəbiyyatı dünya mədəniyyətinin zəngin kapitalıdır. (III hissə)
30.03.22, КУЛЬТУРА
Ərzin əşrəfi Naxçıvan (3-cü hissə)
Ərzin əşrəfi Naxçıvan (3-cü hissə)
27.12.24, ИСТОРИЯ И ОБЩЕСТВО
Böyük Muğan-Suqovuşan Qurultayının 290 illiyi münasibətilə
Böyük Muğan-Suqovuşan Qurultayının 290 illiyi münasibətilə
05.05.26, ИСТОРИЯ И ОБЩЕСТВО
Nizami Gəncəvi: Etnik müəyyənlik, etiqadi sərbəstlik
Nizami Gəncəvi: Etnik müəyyənlik, etiqadi sərbəstlik
05.04.22, ЭТНОПОЛИТИКА / КУЛЬТУРА
Azərbaycanda etnik talışlar türkdilli toplumda özünü necə hiss edir
Azərbaycanda etnik talışlar türkdilli toplumda özünü necə hiss edir
05.08.24, КОНФЕРЕНЦИИ / ЭТНОПОЛИТИКА
“EGYPTIAN STATUE”, REVEALED IN THE SOUTH-EASTERN REGION OF AZERBAIJAN, IN THE SYSTEM OF ANCIENT CULTURAL AND TRADE RELATIONS
“EGYPTIAN STATUE”, REVEALED IN THE SOUTH-EASTERN REGION OF AZERBAIJAN, IN THE SYSTEM OF ANCIENT CULTURAL AND TRADE RELATIONS
14.11.23, АНТРОПОЛОГИЯ
Ərzin əşrəfi Naxçıvan (4-cü hissə)
Ərzin əşrəfi Naxçıvan (4-cü hissə)
27.12.24, ИСТОРИЯ И ОБЩЕСТВО
Heydər Əliyev və Cənubi Azərbaycan problemi
Heydər Əliyev və Cənubi Azərbaycan problemi
22.05.26, ЭТНОПОЛИТИКА