TATAR XALQININ BAHAR BAYRAMLARI
- 6-03-2024, 21:12
- ПРАЗДНИКИ, ОБРЯДЫ
- 0
- 510
Foto:google
Alfiya Mansurova
“Tugan tel” Respublika Tatar Mədəniyyəti Cəmiyyəti
Bakı, Azərbaycan
Email: alya.mansurova@gmail.com
Hər bir ölkənin dövlət, dini və milli bayramları mövcuddur. Milli bayramlar hər bir xalqın mədəniyyətinin tərkib hissəsidir, onların özünəməxsusluğu, milli xüsusiyyətləri vardır. Milli bayramlar gənc nəslin tərbiyəsində, milli hisslərin, vətənpərvərlik hisslərinin formalaşmasında mühüm rol oynayır.
Azərbaycan və tatar xalqları oxşar mədəniyyətə malikdirlər, vahid dinə etiqad edirlər və eyni dil qrupuna daxildirlər. Hər iki mədəniyyətin xüsusiyyətləri və oxşar elementləri xalqlarımızın həyatının ayrılmaz tərkib hissəsində - xalqın ruhunun, onun əhval-ruhiyyəsinin, dünyagörüşünün ifadə olunduğu bayramlarda da öz əksini tapır. Öz özünəməxsusluğu, mentaliteti, daxili aləminin zənginliyi olan hər bir xalq bayramları qeyd edir. Bu yazıda biz milli bayramları araşdıracağıq, diqqət tatar xalqının bahar bayramlarına yönəldiləcək.
2009-cu il sentyabrın 30-da Novruz UNESCO tərəfindən dünyanın digər 76 qeyri-maddi irs elementi ilə birlikdə Bəşəriyyətin Qeyri-Maddi Mədəni İrs üzrə Mövcud Siyahıya daxil edilmişdir. Qeyri-maddi irsin bu 76 elementinin daxil edilməsi barədə qərar Qeyri-Maddi İrsin Qorunması üzrə Hökumətlərarası Komitənin 24 üzv dövləti tərəfindən qəbul edilib.
XIX -cu əsrə qədər Tatarlar yeni ili qədim adət üzrə mart ayında, yaz gündüz bərabərliyi günündə qeyd etməyə davam edirdilər. Bu dövrə aid məlumatlara görə, yeni il günü onlarda farsca Navruz adını daşıyırdı, yəni Yeni il. Halbuki bayramın qeyd edilməsində əsasən Orta Asiyada təhsil almış şagirdlər iştirak edirdilər.
Tatarların sıx məskunlaşdığı bəzi bölgələrdə Novruz XX-ci əsrin əvvəllərinə qədər qeyd olunurdu. Tatarlar arasında “Novruz” bayramının özünəməxsusluğu xüsusi folklor janrının - Navruz xoş arzularının (Nəuruz bәetlәre (takmaklary)) çoxşaxəli olmasında özünü göstərir. Bu gün uşaqlar ev-ev gəzərək bayram şənliyi “Nauruz takmaqları” oxuyaraq, hədiyyələr və nemətlər toplayır, ev sahiblərinə uğurlu il arzulayırdılar. Gənclər oyunlar və yarışmalar təşkil edirdilər, və bu zaman ərzində kəndin ən gözəl və zərif qızını seçirdilər və o, Navruzbike (tat. Nәuruzbika) titulunu alırdı.
Novruzun qeyd olunmasının yerli xüsusiyyətləri də var idi. Qədim dövrlərdən bəri Kazan tatarları yazın gəlişini Karga Botkası (Zagca sıyığı) bayramı ilə qeyd edirlər. Bu bayramın semantikası Novruza çox yaxındır. Karga Botkasa təqvimi yaz bərabərliyi tarixi ilə bağlı deyil.
Hazırda Tatarıstan Respublikasında Novruz bayramı 1987-ci ildən qeyd edilir. Daha sonra Kazanda, Gənclik Mərkəzinin qarşısında onun ilk kütləvi şənliyi baş tutdu. Bu bayram 1992-ci ildə Milli Mədəniyyət Təşkilatları Assosiasiyasının yaradılmasından sonra xüsusilə fəal şəkildə yayılmağa başladı. 2014-cü ildən Tatarıstan Respublikasında bayram “2014-2020-ci illər üçün Tatarıstan Respublikasında dövlət milli siyasətinin həyata keçirilməsi” dövlət proqramının icrası çərçivəsində respublika bayramı statusunda keçirilir. Kazanda Novruz bayramı indi Tatarıstan Respublikası Xalqlar Məclisi və Xalqlar Dostluğu Evi tərəfindən möhtəşəm keçirilir. “Novruz bir çox xalqlar ücün, o cümlədən tatarlar üçün gecə-gündüz bərabərliyində - martın 20-dən 21-dək başlayan baharın qovuşmasının bayramıdır.
Mənbə: "Bizi birləşdirən Novruz" Beynəlxalq elmi konfransın materialları.
Istifade edilmish edebiyyat:
- https://az.tatarstan.ru
- https://tatcultresurs.ru
- https://tatar-congress.org
- Уразманова Р.К. Обряды и праздники татар Поволжья и Урала. Годовой цикл. XIX - нач. XX вв. Историко-этнографический атлас татарского народа. Казань: 2001.