SEPAH MƏNTİQİ
- 14-02-2024, 21:50
- АНАЛИТИКА
- 0
- 434
Foto: iran1979.ru
Vidadi Mustafayev
İranda 1978-1979-cu illər inqilabının qələbəsindən dərhal sonra guya inqilabı və əslində ruhanilərin yeni yaranmaqda olan hakimiyyətini müdafiə etmək və daha çox isə yeni yaranmaqda olan ictimai-siyasi şəraitdə daha yüksək statusa nail olmaq üçün fürsətçi insanların bir qrupu inqilab qoruyucuları(İnqiab Keşikçiləri) adı altında birləşmişlər.
İnqilabdan əvvəl və onun gedişində siyasi hakimiyyət niyyəti olmadığını iddia edən ruhanilər inqilabın qələbəsindən sonra var gücü ilə hakimiyyət qollarına sahib olmağa başladılar və bu işdə onların əsas silahlı dayağı rolunda Sepah adı ilə tanınan( Sepahe Pasdarane Enğelabe Eslami-İslam İnqilab Keşikçiləri Korpusu) hərbi-siyasi və ideoloji qurum çıxış edirdi. Sepahçılar öz mövqeyindən “ağılla”istifadə edərək ketdikcə ölkədə aparıcı silahlı, siyasi və hətta iqtisadi quruma çevrildi.Hazırda “dövlətdə dövlət” hesab edilən Sepah inqilabdan ən çox yararlanan bir qurum olduğundan inqilabın, ruhanilərin və mühafizəkar(fundamentalist) dairələrin hakimiyyətinin əsas dayağ və qoruyucusu rolunda çıxış edir..Sepahın əsas funksiyasına uyğun olmayan iqtisadi fəaliyyətlə məşğul olması onun iqtisadi sahədə baş verən bir çox xoşa gəlməyən meyylər, iqtisadi problemlərin subyektlərindən biri kimi xarakterizə olunmasına əsas yaradır.
İranda zaman-zaman ən yüksək rəsmi səviyyədə Sepahın ən geniş şəkildə qaçaqmalçılıqla məşğul olduğu, hətta bəzi sferalarda inhisara malik olduğu da vurğulanmışdı.
İndi Sepah İran inqilabının 45 -ci ildönümü ilə bağlı qəbul etdiyi bəyanatda ELAN EDİR:
1.Ölkənin problemlərinin İnqilabla heç bir əlaqəsi yoxdur.
2..Ölkənin bütün nailiyyətləri və tərəqqisi birbaşa İnqilabla bağlıdır.