İranın əsl üzü
- 16-04-2024, 18:15
- ЭТНОПОЛИТИКА
- 0
- 883
Foto: google
Vidadi Mustafayev
VİLAYƏTİ QÜRRƏLƏNİR
11 aprel 2024-cü il tarixində İran Rəhbərinin Beynəlxalq Məsələlər üzrə müşaviri, keçmiş xarici işlər naziri( 1981-1997) Əli Əkbər Vilayətinin Mərkəzi Livanda yerləşən “Əl -Məyadin” telekanalına müsahibəsinin icmalı İran saytlarından birində yayılmışdır.
İcmal “Vilayəti: Avropa İttifaqı, NATO və ABŞ-ın Cənubi Qafqazla bağlı son qərarı yerinə yetirilməyəcək” başlığı altında verilmişdir.
Ə.Ə.Vilayəti, deyəsən, tarix göstərməsə də, Brüsseldə 5 aprel 2024-cü il tarixində keçirilmiş üçtərəfli-Ermənistan, Avroa İttifaqı və ABŞ rəsmilərinin görüşünə münasibət bildirmək qərarına gəlib . Lakin söhbət zamanı Ermənistanın adı bir dəfə Azərbaycanla birgə qonşu dövlət qismində qeyd edilir.Eyni zamanda mətndən belə məlum olur ki, guya Ə.Ə.Vilayətiyə Brüsseldə Aİ ilə NATO arasında hansısa görüşdə Cənubi Qafqazla bağlı qəbul olunmuş hansısa sənədin məzmunu məlumdur.
Vilayəti deyir:”Son günlər Avropa İttifaqı və ABŞ NATO timsalında Brüsseldə görüşüb və Cənubi Qafqaz regionuna yeni qanunsuz hücum və müdaxilə üçün zəmin hazırlamağa yönəlmiş planla bağlı yeni qərarı təsdiqləyiblər və açıq şəkildə bəyan ediblər ki, dünyanın bu çox həssas bölgəsinə müdaxilə etmək istəyirər”.
Təbii ki, Vilayəti İranın Qərbin bu planının həyata keçnəsinin qarşısını almağa qadir olduğunu bəyan edir.Həmin fikrini əsaslandırmaq üçün belə bir rəvayət danışır.
O qeyd edir ki, 2 il bundan əvvəl Qərbin oxşar panı vardı və hətta regionda həmin planın tərəfdarları da mövcud idi.Plan Cənubi Qafqaz ölkələri arasında kommunikasiyaları asanlaşdırmaq, Xəzər dənizi və Mərkəzi Asiya enerji resusrslarına çıxış əldə etmək bəhanəsi ilə NATO nun RUSYANIN cənubunda və İranın şimalnda yerlşdirməyi nəzərdə tutrdu.
Vilayəti iddia edir ki,İran təkbaşna həmin planın baş tutmasının qarşısını aldı.Vilayətinin haqqında uzun-uzadı danışdığı plan, nəhayət ki, sən demə Zəngəızur dəhlizi ilə bağlı imiş. Vilayəti Zəngəzur dəhlizi mövzusuna gəlib çatana qədər İran siyasi, ideoloji və hətta “alim” ekspert dairələrində həmin məsələ ilə bağlı tam oturşmuş klişeləri-“NATO dəhlizi”, “Turan dəhlizi”, İranın qırmızı xətləri ” və s.”alimanə” şəkildə təkrar edərək eyni nəticələrə gəlir.
O deyir:” O zərərli planın həyata keçirilməsi region xalqlarının ziyanına mühüm və strateji pozuntulara, o cümlədən ölkələrin tarixi sərhədlərinin dağılmasına və onlar arasında ixtilafların yaranmasına səbəb olardı”.
Region ölkələrinin maraqlarının təmin olumasının qeydini çəkən İran təmsilçisi fikrini bir qədər də dəqiqləşdirərək əlavə edir:”Biz onlara deyirik ki, Zəngəzur dəhlizinin açılışına müqavimət göstərdiyimiz kimi, oxşar nəticəsi olan istənilən başqa planın qarşısında da dayanacağıq”.
İran Cənubi Qafqaza niyə beləı ciddi diqqət ayırır və orada xoşuna getməyən işlərin baş verməsinin qarşısını almağa daim hazır olduğunu təkrar edir?. Çünki Cənubi Qafqazı özünün təhlükəsizlik zonas hesab edir. Rusiya zəiflədiyindən və yaxın gələcəkdə Cənubi Qafqazda hansı mövqeyə malik olacağı məlum olmadığndan İran Qafqazı “qorumaq” missiyasını öz üzərinə götürməyə hazır olduğunu bəyan etməyə cəsarət edir.
Ə.Ə Vilayəti, göründüyü kimi, İranın son 45 ildə həyata keçirdiyi xarici siyasətinin ən əsas xüsusiyyətini, batinini gizlətmək prinsipinə əməl etdiyini əhani şəkildə nümayiş etdirir.
Söhbət Ermənistan, ABŞ, Avropa İttifaqı rəısmilərinin görüşündən getsə də, İranın gizli dostları olan ABŞ və Aİ -nın ünvanına hansısa xəbərdarlıq edilsə də, həmin qüvvələrin regiona gəlişinəı hər cür şərait yaratmağa çalışan “qardaşı”, “min illik ortaq sərhədi(???)” olan Ermənistanı nəinki qınamaq , həmin işdə hər hansı bir rolu olduğna işarə etmək, hətta məsələ ilə bağlı adını belə çəkmək istəmir.
Bununla da “dünya şiələrinin rəhbəri” nin müşaviri Ermənistan haqqında nə düşündüyünü guya gizlətdiyini və bununla da onunla daha yaxından qardaşlıq etmək istədiyini nümayiş etdirmək istəyir.Qısa şəkildə deyilərsə, Ə,Ə, Vilayəti deyir ki, Ermənistan hər nə edirsə qəbuldur, Aİ və ABŞ haqqında dedikərimizə də ciddi əhmiyyət verməyin.Bizim əsas problemimiz Zəngəzur dəhlizi ilə bağlıdır və onun açılmasına qətiyyən mane olacağıq.