İRANDA KAPİTALİST, YOXSA XALQ HÖKUMƏTİDİR?
- 6-10-2023, 14:24
- АНАЛИТИКА
- 0
- 461
Foto: Google
Vidadi Mustafayev, tarix üzrə fəlsəfə doktoru
İran Konstitusiyasında(1979) deyilir ki,iqtisadiyyat(yəni iqtisadi rifah-v.m.) kapitalist və sosialist ölkələrində olduğu kimi məqsəd yox, ALLAHA qovuşmaq üçün vasitədir.Əlbəttə, insanların minimal tələbləri ödənilməlidir.
2021-ci ildə 13-cü prezident seçkilərindən sonra ən qatı mühafizəkar və ya özünü belə təqdim edənlərdən ,eyni zamanda sepah pensionerlərindən( 30 il xidmət və ya 60yaş) təşkil edilmiş yeni hökumət az keçməmiş xalq(mərdomi) hökuməti adlandırılmağa başladı.Yeni hökumət əsasən boş mənzilləri və tanınmış və ya məşhurlar qrupunu( müğənnilər,artistlər vəs )vergiyə cəlb etmək,qeyri-qanuni yolla mənimsənilmiş dövlət torpaqlarını dövlət mülkiyyətinə qaytarmağa, nəhayət İslam və şəriət qanunlarına, xüsusən qadınların, riayət etməsinə xüsusi diqqət ayırmışdır.
Ölkədə nüvə və silah istehsalı sahələrində fəaliyyət daha geniş miqyasda davam etdirilirdi.
Xalq hökumətinin populyarlığını genişləndirnək üçün Xomeynidən (1989-dan) sonra təşkil edilmiş hökumətlər kapitalist,qeyri-xalq hökuməti ,qərbpərəst hökumətlər adlandırılır və onların bütün sahələrdə yarıtmaz fəaliyyəti,o cümlıdən korrupsiyanın baş alıb getməsi, İslam dəyərlərinin hörmətdən düşməsi və s. haqqında geniş təbliğat aparılır.
Yeni hökumətin xalq hökuməti olduğu özünü ən patrlaq şəkildə 2022-ci ilin senytyabrında başlanan mədəni,vətəndaş hüquqları uğrunda mübarizənin xalqın\marginal təbəqənin yaxından iştirakı ilə amnsız şəklidə yatırılması və qadınların İslam qaydalarına riayət etməsinə,yəni çadra geyinməyə məcbur edilməsinə nail olunmasında göstərdi.
Xalq hökumətinin qısa fəaliyyəti(2021 avqustdan) dövründə çox mühüm digər hadisə də baş verib.
İranın hökumət saytı “irna”nın(02/10/2023) məlumatına görə 2021-ci ildə ölkədə 1 MİLYON dollardan artıq sərvəti olan cəmi 142 min milyoner vardı.2022-ci idə həmin milyonerlərin sayı 246 minə çatıb və bu, cəmi bir il ərzində 73% faiz artım deməkdir.Milyonerlərin sayında son bir ildə artıma görə İran Braziliyadan(120%) sonra ikinci yerdə durur.
Bütün dünyada isə 2022-ci ildə milyonerlərin sayı əvvəlki ilə nisbətəın azalaraq 63 milyondan 59 milyona düşüb.
Demək belə, biriləri\marginallar qadınlara hicab geyindirməklə məşğul olduqları zaman digərləri sakitcə öz var-dövlətini çoxaltmaqla məşğul idilər.Doğrudur, milyonerlərin siyasi(islahatçı,mühafizəkar), peşə( məmur,biznesmen) iqtisadi(özəl,dövlət sektoru), etnik,dini, regional və s. mənsubiyyəti haqqında məlumat verilmir.
İslam Respublikasının amalı insanların Allaha qovuşması üçün şərait yaratmaq olsa da, “bacarıqlı” adamların bir çoxu yaranmış şəraitdən indi və burada yararlanmağa üstünlük verib, nisyə nağıllara inanmadıqlarını göstərərək “dünya malına hərislik”dən əl çəkmirlər.
Belə xalq hökumətini yıxmaq istəyən qüvvələr uğur qazana bilərmi,əlbəttə yox. Onun sayəsində milyoner olanlar həmin hökuməti dörd əlli müdafiə edəcəklər.242 min az qüvvə deyil ha!