Ethnoglobus » ПРАЗДНИКИ, ОБРЯДЫ » Novruz bayramının tarixi kökləri

Novruz bayramının tarixi kökləri

image

AMEA Arxeologiya, Etnoqrafiya və Antropologiya İnstitutunun

 aparıcı elmi işçisi, t.ü.f.d., dosent Bəhmən Fazil oğlu Əliyev

 

Əl Büruni: Novruz aləmin başlanğıcıdır

Əlişir Nəvayi: Hər günün Novruz olsun

 

Novruz bütöv bir sistem olub, ilin 365 gününü əhatə edir. Novruz daxili harmoniyası, dəyişilməz nizamı olan sistemdir. 365 (4 ildən bir 366) gündən ibarət olan il, 4 fəslə, hər fəsil 3 aya, hər ay 4 həftəyə, həftə isə 7 günə bölünmüşdür.

İlin təzələnməsini təsdiqləyən astronomik hadisənin - Günəşin zenitdə olması, yerin cənub və şimal yarımkürələrini eyni səviyyədə işıqlandırması, gecə-gündüz bərabərliyinin yaranması Novruzun təntənə dövrü sayılır. Təqvim Novruzdan (21-22 mart) başlanır. Günəşin gecə-gündüz bərabərliyindən ilin ən uzun gün vəziyyətinə qədər (22 iyuna) olan dövr yaz adlandırılır. Azərbaycanda mövsüm mərasimləri ilin fəsillərinə, ay və günlərinə verilən adla, məna, məzmunla bağlıdır.

Novruz bayramı haqqında çoxlu əfsanələr, rəvayətlər, əfsanələri həqiqət kimi qələmə verən dastanlar və s. var. Bu bayramın tarixi maldarlığın, əkinçiliyin tarixi qədər qədimdir. Bu bayramı qədimdə Şərqdə yayılmış bütün inanclarla, dinlərlə əlaqələndiriblər. Hərə özünə görə haqlıdır.

Maraqlı bir məsələni diqqətinizə çatdırım. Sovet dövründə uzun illər Novruz bayramı rəsmən qadağan olunmuşdu, çünki İslam bayramı sayırdılar. Sonralar bu bayramın zərdüştiliklə əlaqəsi daha çox qabardılmağa başladı, onun İslam bayramı olmadığını sübut etməyə çalışırdılar. İndi də bəziləri sovet dövrünün ideoloji konsepsiyasını əllərində bayraq tutaraq Novruz bayramının zərdüşt bayramı olduğunu bildirirlər. İndi də sovet dövrünün bəhanələrini dilərinə gətirənlət var.

Novruza iki səviyyədə baxmaq lazımdır: Elmi və məişət, yəni kütləvi bayram səviyyələrində. Bunlar bir-birindən ayrı, aralı deyil. Amma geniş kütlələri əhatə edən, rəngarəng adət və mərasim variantları üzə çıxan bu xalq bayramı elmi baxımdan tədqiq olunur.

Elmi baxımdan yanaşdıqda hansı məsələlər ortaya çıxır?

  1. Novruz astronomik bayramdır. Bir coğrafiyanın bayramıdır. Yəni astronomik gedişat, coğrafi vəziyyətlə sıx bağlıdır. Novruz dünyanın Şimal Yarımkürəsinə astronomik baharın gəlişidir. Qış gündönümündə Günəş zodiakın ən dərin guşəsinə - Oğlaq (Təkə) bürcünə girir. Dekabrın 22-dən sonra Günəşin Cənub yarımkürəsindən Şimal yarımkürəsinə doğru hərəkəti başlayır.

Novruza qədər son 50 gündə, yəni 7 çərşənbə müddətində Günəşin Qoç bürcünə doğru hərəkəti daha açıq-aydın hiss olunur. Xüsusi ilə 4 doğru çərşənbə müddətində Günəşin hərəkəti havanın istiliyinin artması, buzların əriməsi, yaşıllığın artması və s. şəkildə görünür. Kiçik Çillədən sonra ilk bala çillədən hər çərşənbə günündən növbəti çərşənbə gününə qədər Günəş Şimal yarımkürəsinə doğru eyni məsafə qət edir. Biz isə çərşənbə günü ərəfəsində çərşənbə axşamı günü bayramı, yəni çərşənbəni qeyd edirik. Martın 19-da Günəş səmanın cənub yarımkürəsindən şimal yarımkürəsinə keçir.

Nəhayət, “Novruz bayramı” —Şimal yarımkürəsində astronomik yazın başlandığı, gecə-gündüz bərabərliyi günündə (martın 20 və ya 21-də) keçirilir.

Həmin an Günəş 20 martda Yerin hərəkət müstəvisi ilə Yerin ekvator müstəvisinin kəsişdiyi nöqtədə olur. Şimal yarımkürədə ilk bahar ekinoksu yaranır. Hər iki yarımkürədə də gecə və gündüz bərabərləşir.  Bu nöqtəyə astronomiyada “yaz bərabərliyi nöqtəsi” deyilir. Günəş həmin nöqtədə olanda, gecə və gündüz bərabərliyi qeydə alınır. Həmin andan başlayaraq, şimal yarımkürəsində astronomik bahar başlayır və bu, iyunun 21-dək davam edir.

Bu tarix şimal yarımkürənin hər yerində bahar başlangıcı kimi qəbul edilir.

  1. Novruz təsərrüfat bayramıdır. Əkinçilik, maldarlıq. Maraqlıdır ki, Novruzla bağlı mərasimlərin bir çoxu maldarlıqla bağlıdır. Məsələn, Novruza doğru Böyük Çillə, Kiçik Çillə, Boz ay (Döl ayı), Xıdır Nəbi, sayaçılar və ç. əkinçilikdən daha çox maldarlıqla bağlı mərasimlər var.
  2. Novruz ən ibtidai inanc və inamların bayramıdır.

Novruz bayramı haqqında ən qədim real və etnoqrafik məlumatlar bir sıra mənbələrdə əksini tapır.

Çin mənbələrində e.ə. yüz illər öncə Hunların 21 martda bahar şənlikləri təşkil etdikləri barədə qeydlərə rast gəlirik. Uyğur türklərinin də hətta müasir adətlərlə eyniyyət təşkil edən yaz mərasimləri mövcud olmuşdur. Qobustan qayaüstü rəsmlərində isə daha qədim çağlara aid ilin dəyişməsi ritualının təsviri əks olunmuşdur. Türklərin “Ərgənəkon” dastanında əski yurda dönüş yazın ilk günü ilə bağlanır və üç min əvvəl bünövrəsi qoyulmuş adət - kürədə qızdırılan dəmiri döymə törəni bu gün də ən yüksək dairələrdə icra olunur.

 Qədim pəhləvi kitablаrdаkı əfsanələrə əsaslanan Əbülqasım Firdovsi özünün “Şahnamə” poemasında Novruz bаyrаmını əfsanəvi Cəmşid şahın adı ilə bağlamışdır.  Əbu Reyhan Büruninin “Qədim хаlqlаrdаn qalan ənənələr”, Ömər Хəyyamın “Novruznamə”, Mahmud Kaşğarinin “Divani Lüğətit-Türk” əsərində Novruzla bağlı məlumatlar əksini tapmışdır.

XI əsrin yazılı abidələrində, xüsusilə Firdovsinin “Şahnamə”sində “Novruz”dan bəhs edilir. Farslarda məhz bu zamandan sonrakı çağlara aid ədəbiyyatlarda ondan geniş bəhs olunur. Əgər farslarda da Qafqaz türklərində, hunlarda olduğu kimi daha qədimlərdən bahar bayramı keçirilsəydi, mütləq çoxsaylı yazılı abidələrində ondan bəhs olunardı.

Günəş təqviminə əsaslanan 12 heyvanlı türk təqvimindən məlumdur ki, Novruz bayramı çox qədimlərdən qeyd olunur. Qədim türk təqviminə əsasən, Günəşin zahiri illik hərəkəti hər on iki ildən bir təkrar eyni nöqtəyə düşür. Bu vaxt ildəyişmə baş verir. İldəyişmə isə mütləq bir heyvanın üstündə olur. Təqvimdə bu heyvanların sayı on ikidir və onların sırası belədir: siçan, öküz, pələng, dovşan, balıq, ilan, at, qoyun, meymun, donuz (qaban), toyuq, qaban.

Ortа Asiya tаriхçi alim Əbubəkr Əlnаrşаhi (899-959-ci illər) “Buхara tаriхi” əsərində Novruz günü Səyavuşun qəbri başında хoruz döyüşləri keçirildiyini və üç min il əvvələ aid nəğmələr oxunduğunu yazır.

Kaşğarlı Mahmud “beyrem”, “bedrem”, “badrarn” haqqında sevinc və əyləncə günü kimi yazır. “Divan-ı Lügati Türk”də baharın “suların çoxalması, qarların əriyib dağ başlarının görünməyə başlaması, dünyanın nəfəsinin isinməsi, çiçəklərin açması, yer üzünə yamyaşıl bir ipək qumaşın sərilməsi, heyvanların çoxalması” kimi  dəyərləndirir. Kaşgarlı Mahmudun “Divanü Lügat’it-Türk” adlı əsərində “Novruz” yerinə “Yeni gün” ifadəsi istifadə olunmuşdur.

Yusif Balasaqunlunun “Kutadqu Bilik”əsərində  Novruz haqqında məlumat vərilir “Gündoğandan əsib gəldi bahar yeli, Dünyanı bəzəyərək cənnət yolunu açdı”-deyilir. “Kutadqu Bilik” də bahar, “yay” və “yaz” qavramları anladılmış, baharın gözəllikləri vurgulanmıştır.

Fəzlullah Rəşidəddinin “Came ət-təvarix” əsərində əksini tapan “Ərkənəkon” dastanından bəlli olur ki, iki göytürk kişisi xanımları ilə düşmən basqınından qurtulub dar bir keçiddən keçərək hər tərəfi dağlarla əhatə olunmuş məkanda yaşamağa başlayırlar. Qərinələr, əsrlər keçir, buradakı türklər çoxalır, olduqları yerə sığmırlar. Bir dəmirçi dar keçidin dəmirdən olduğunu bilir, keçiddəki dəmir əridilməklə türklər Ərkənəkondan çıxırlar. Maraqlıdır ki, bu gün də Novruz günü Orta Asiya türklərində, xüsusilə, uyğur, Kazan, Ufa türkləri arasında Ərgənəkon dastanında da olduğu kimi sürülərdən, balaların doğulmasından, ağacların yaşıllaşması, quzuların doğulmasından, çiçəklərin aşılması, yazın gəlməsindən danışılır.

Düzdür, bu bayramın tarixi çox qədimdir. Amma bayramın sistemləşdirilməsi, rəsmiləşdirilməsi İslam dininin geniş yayıldığı dövrdə, müsəlman dövlətində baş vermişdir.

Dövlətçiliklə bağlı olduğundan məhz Novruzda, yəni astroloji və təsərrüfat ilinin başlanğıcında vergi dəftərləri yenilənirdi. Orta əsr dövlətlərində növbəti vergi yığılması, payızda, təsərrüfat ilinin sonunda, məhsul yığımı zamanı olurdu. Eləcə də Novruz zamanı dövlətçiliklə bağlı, hərb və sülh məsələləri ilə əlaqədar qərarlar verilirdi. Novruzda hökmdarlar təntənələr təşkil edərdi, meydan tamaşaları təşkil olunardı. Bunu təsdiqləyən bir çox tarixi mənbələr vardır.

Səlçuqlu Sultanı Məlikşahın həyata keçirdiyi “Takvim-i Cəlali” islahatından sonra “Novruz” adlandırılan bayram ilin başlanğı sayılmışdır.

İslam dininin meydana gəlməsi islami təqvim yaratmışdır: 636-cı ildə xəlifə həzrəti Ömərin zamanında 622-ci il müsəlman erasının birinci ili kimi qəbul edilmiş və Hicri-Qəməri təqvim əsasında hesablanmışdır. Məhərrəm ayının biri Hicri-qəməri təqvimin birinci günü sayılmışdır.

Müsəlman dünyasında hicri-qəməri təqvim dəqiq olmadığından, üstəlik, məhərrəm ayının 1-i imamların təziyə gününə təsadüf etdiyindən bir çox çətinliklər ortaya çıxmışdır.

Hicri-Şəmsi təqvimin bərpası türk hökmdarı Atabəy Məlik Şah Cəlaləddin Səlcuqinin (1072-1092) dövründə baş vermişdir. Mənbələrin gah hicri 468, gah da hicri 475 rəqəmləri ilə qeyd etdiyi bu tarix miladın 1074 və 1083-cü ilinə uyğun gəlir. Məlik şahın hakimiyyəti illərinə düşür.

Səlcuqlu vəziri Xacə Nizamülmülk 466-cı ildə (Miladi 1074) yeni bir rəsədxana inşa etdirərək astronomiya alimlərini buraya toplamış və hökmdarın göstərişi ilə İran təqvimindəki dəyişiklik olunmasını istəmiş, toplantı nəticəsində Sultan Məlikşahın Cəlalüddövlə ləqəbinə uyğun olaraq, “Cəlali” adı verilən bir təqvim qəbul edilmişdir.

İbn əl-Əsir yazır ki, Məlikşah və Nizamülmülk məşhur astronomları toplayaraq Novruz gününü ilin ilk təqvim günü elan etmişdir. Novruz əvvəllər Hüt bürcünə təsadüf edirdi.

Sultanın bu göstərişi ilə Novruz təqvimin ilk günü kimi qeydə alındı. Bu elmi tədqiqatda iştirak etmiş astronomlar Ömər ibn Xəyyam, Əbülmüaəffərül-Əsafzari və Maymun ibn Əlnəcibül-Vosta olmuşlar. Bu elmi müşahidələrə, tədqiqatda xeyli vəsait xərclənmiş və həmin iş Sultan Məlikşahın vəfatına qədər (1092) davam etmişdir.

Həmin təqvim islahat prosesində bir sıra münəccimlər iştirak etmiş, əvvəllər Hut (Balıq) bürcündə qeyd olunan bayram Qoç bürcündə qeyd edilməyə başlamışdır.

Cəlali adıyla məşhur olan bü təqvim Novruz bayramının ruhani əhval-ruhiyyəsinin əksinə olaraq, bir daha rəsmiləşdirilməsinə xidmət etməklə yanaşı, dəqiqliyi ilə də heyrətamizdir.

“Takvim-i Cəlali” islahatından sonra səlçuqlularda dövlət işləri yenidən düzənlənmiş, təftiş olunmuş, maliyyə-vergi ili başlanmışdır.

Cəlali təqviminə görə, ilin uzunluğu 365 gün, 5 saat, 49 dəqiqə, 15 saniyə, 48 rəbiədir. Bu qədər mükəmməl bir təqvimin hazırlanması türklərin çox dərin astronomik biliklərə malik olduqlarını sübut edir.  Səlcuqlularda ilbaşı, günəşin Qoç bürcüna girdigi gün olan Novruz günü olaraq qəbul edilmişdir.

Həm məhərrəm ayının 1-də, həm də yaz gecə-gündüz bərabərliyi, yeni il anında qeyd etmək çətinliklər yaratdığından Cəlali təqvimi əsasında Novruzun keçirilməsi haqqında fərman vermişdir. Bu fərman səfəvi şahı II Abbasın vəfatından sonra unudulmağa başlasa da, xalq türk adət-ənənəsinə sadiq qalaraq, Novruz bayramını keçirməkdə davam etmişdir.

Novruz Azərbaycan ərazisində mövcud olmuş dövlətlərlə-Səlcuqlular, Atabəylər, Hülakilər, Qaraqoyunlu, Ağqoyunlu, Səfəvilər dövründə daha da sistemləşmiş, dövlətçiliklə sıx bağlı olmuş, 21 mart ilbaşı olaraq  qəbul edilmişdir.  Ağqoyunlu hökmdarı Həsən padşahın “Qanunnamə”sində də 21 mart ilk vergi toplama dövrü sayılırdı.

Bu bayramın digər bir adı “Sultan Novruz”, yəni sultana məxsus, sultanın iştirakı ilə keçirilən “şölən”, “toy” anlamında işlədilmişdir. Maraqlıdır ki, Novruz bayramı ilə bağlı oyun və əyləncələr qədimdən bu bayramda hökmdarın iştirakını təsdiqləyir.

Osmanlı sülaləsini meydana çıxaran Qayı boyuna mənsub olan Qarakeçililərin 21 martda Ərtoğrul Qazinin türbəsi ətrafına toplandıqları, burada Yörük Bayramı adı verdikləri, at yarışları, güləş yarışı ilə daha da maraqlı etdikləri bayramı keçirdikləri məlumdur.

Osmanlıda Novruz günü sarayda özəl törən olurdu. Münəccimbaşı padşaha yeni ilın təqvimini təqdim edir və hədiyyə alırdı. Həkimbaşının qaynadıb hazırladığı “Novruziye məcunu”da xalqa paylanırdı.

Saray ədəbiyyatında “Novruziyyə” adlı bir şeir növü (qəsidə) vardı. “Novruziyyə” adlı qəsidələr hökmdarlarına, dövlət adamlarına təqdim olunmuşdur. Bu qəsidələrdə Novruz motivi geniş şəkildə işlənmişdir.

Orta əsrlərdə ilin təhvil olması münasibətlə toplardan yaylım atəşi açardılar. Nağaralar gumbur-gumbur gurlayardı. Şeypur, təbil səsləri yüksələrək, yeni ilin gəldiyi xəbərini yayardılar. Atəşfəşanlıq başlanardı. Elə ona görə də “Novruzun topu atılan” vaxta “il təhvil oldu” dəyərdilər. “Novruzun topu atıldı” – deyə hamı yeni ilin başlanması münasibətilə bir-birini təbrik edərmiş.

1673-cü il mart ayının 21-də Çuxursabad (Çuxursəd) bəylərbəyi Səfiqulu xanın qonağı olan fransız taciri Jan Batist Şardən Novruzun necə keçirildiyini izləmiş, belə bir nəticəyə gəlmişdir ki, o, mənşə etibarilə dini dünyagörüşlərlə bağlı deyildir: bəzi yerlərdə 3, bəzi yerlərdə isə 8 gün davam edir. Onu həm “Sultan Novruz”, həm də “Təzə paltar bayramı” adlandırırlar.

Fransız Şardənin təsvirinə görə, yastı damlarda və meydançalarda səmanı xüsusi alətlər vasitəsilə müşayiət edən münəccimlər günəşin Qoç bürcünə daxil olması ilə yaz gecə-gündüz bərabərliyi anının başlandığını işarə edirlər. Bu zaman artilleriya və muşketlərdən atəş açmaqla bayramın başlandığını xalqa xəbər verirlər: nağaralar, şeypurlar, qərənəylər səslənir. Şah bayramın 1-ci günü xalqını, 2-ci günü alimləri, xüsusilə astronomları, 3-cü günü din xadimlərini, 4-cü günü məhkəmə üzvlərini, 5-ci günü əyalət hakimlərini, 6-cı günü öz validəynlərini, sonrakı iki gün ərzində isə öz uşaqlarını təbrik edir.

Küsülülərin barışdığı, hamının bir-birinə hədiyyə vərdiyi bu bayramda təkcə paltarlar deyil, hisslər də, duyğular da təzələnir. Şardən İrəvanda Səfiqulu xanın sarayında yumurtaların boyandığının, qovurğa qovrulduğunun, ləziz xörəklər bişirildiyinin şahidi olur. Şardənin məlumatına görə, şah öz hərəmlərinə boyanmış və qızıl suyuna çəkilmiş yumurta göndərirmiş. Yaraşıqlı tərəzi gözlərinə qoyulmuş yumurtaların üzərində dörd incə təsvir və ya miniatür olurmuş. Ona görə ki, yumurtanı şeylərin mənşə və başlanğıcı hesab edirmişlər.

XIV əsrdən məlum olan bayramlıq vergisi Novruz və Qurbanlıq zamanı toplanırdı. Dövlət məmurları tərəfindən orta əsrlərdə “novruzi” adlı vergi növünün toplanması da məlumdur. Bu da Novruz bayramı zamanı toplandığından məhz belə adlanırdı.

XIX əsrin ilk illərindən rus imperiyası tərəfindən işğal edilən Azərbaycanda əhali bir ildə 3 dəfə-məhərrəmin 1-də, yanvarın 1-də və yaz gecə-gündüz bərabərliyi anında yeni il keçirir. Bunlardan birini ruhani aləm, ikincini işğalçı dövlət himayə etdiyi halda, Novruzu xalq özü yaşatmışdır.

Novruz bayramına görə, ruhani atalardan və dövlət xadimlərindən təbrik gözləyən xalq tarixi-genətik yaddaş kodlarını qoruyub saxlayır. Bir də 1918-1920-ci illərdə cəmi 23 ay yaşayan Azərbaycan Xalq Cumhuriyyəti dövründə Novruz bayramı rəsmiləşdirilsə də sovet hakimiyyəti illərində (1929-cu ildə) ləğv edilmiş, dini bayram sayılmışdır.

Sovetləşmədən sonra bir müddət Novruz bayramı keçirilirdi. Lakin 1920-ci ilərin axırlarından etibarən qadağalar gücləndi. 30-ci illərin əvvəllərində “Mübariz Allahsızlar İttifaqının” bir işi də Novruz bayramı ilə bağlı idi. “Mübariz Allahsızlar İttifaqının” drujinikləri çərşənbələr və Novruz bayramı günlərində qapıları pusur, hansı evdən dəmə qoyulmuş plov qoxusu gəlirdisə, xəbərçilik edirdilər. 1937-ci ilin repressiyaları Novruza da böyük zərbə vurdu. Amma xalq çətinliklə də olsa həmişə Novruz bayramı keçirilib, xüsusilə şəhərlərdə Novruz şirniyyatı ənənəsi, kənd yerlərində Novruz adətləri yaşadılıb.

1963-cü ilin aprelində Qasım Qasımzadəni “Ədəbiyyat və incəsənət” qəzetinin baş redaktoru vəzifəsindən çıxaranda ona qarşı irəli sürülən ittihamlardan biri də qəzetdə Novruz bayramı haqqında yazı verməsi olmuşdu.

1960-cı illərin ortalarında Orta Asiya respublikalarında da Novruzun keçirilməsinə bir sıra cəhdlər olmuşdu. Bütün bunları nəzərə alaraq 1967-ci ildə Azərbaycan KP MK Katibliyi “Bahar bayramı” adı ilə Novruz bayramının keçirilməsinə qərar verib və bayram tədbirlərinin hazırlanması Mərkəzi Komitənin ideologiya üzrə katibi Şıxəli Qurbanova tapşırılıb (Ş.Qurbanov həmin il martın 27-də qəflətən vəfat edib) və onun təşkilatçılığı ilə  milli koloritli bayram tədbiri təşkil edilib. 

1968-ci ilin Novruz bayramı ərəfəsində tarix elmləri namizədləri Qiyasəddin Qeybullayev və Yusif Rüstəmovun imzası ilə “Ədəbiyyat və incəsənət” qəzetində “Səməni” adlı yazı çıxdı. Martın 23-də isə həmin qəzetin dörd səhifəsi Novruzla bağlı yazılara həsr edilmişdi. Mikayıl Rzaquluzadənin “Bahar, Günəş”, Səttar Bəhlulzadənin “Əlvan rənglər fəsli”, Ramiz Əliyevin “Nur axını”, Musa Yaqubun “Bahar”, Ramiz Məmmədzadənin “Həmişə sən gələsən” şeirləri, Elçinin “Qaravəlli” teatrı haqqında geniş yazısı, İsmayıl Şıxlının “Dəli Kür” romanından Novruz səhnəsi bahar bayramı ilə bağlı el adətlərini özündə əks etdirirdi. 1969-cu ildə Bahar bayramı ilə bağlı da mətbuatda müzakirə açılıb, fəlsəfə elmləri doktorları Firudin Köçərli və Məqsəd Səttarovun “Ədəbiyyat və incəsənət” qəzetinin “Alimlərimizin söhbəti” rubrikasında “Bahar bayramı” adlı məqalələri dərc edilib.

1980-ci illərin ikinci yarısında Novruzun üzərindən qadağa rəsmi şəkildə götürülüb. Azərbaycan Respublikası müstəqilliyini bərpa etdikdən sonra Novruz bayramı rəsmən dövlət bayramı kimi rəsmiləşdirilib. Novruz 2009-cu il sentyabrın 30-da UNESCO-da Qeyri-Maddi- Mədəni İrs siyahısına salınıb.  BMT Baş Assambleyasının 64-cü sessiyasının 2010-cu il fevral iclasında mart ayının 21-i “Beynəlxalq Novruz Günü” elan edilib.

ДРУГИЕ НОВОСТИ
ВСЕ НОВОСТИ
08:42Why Iran’s Protest Movement Cannot Succeed Without the Kurds08:37İRANDA NƏ BAŞ VERİR?16:25Эксперты провели параллели между вторжением США в Венесуэлу и планами Трампа на Гренландию11:49Кем были люди, бросившие вызов наследникам Чингисхана08:30"Лезгинка",Танхо Израилов и Игорь Моисеев: столкновение талантов19:33Movses Dasxurantsi or Movses Kalankatuatsi: who was the author of the «History of the Country of Aluank»?16:54Böyük Çillə-Qaraqış başladı15:58İRAN VƏ ZAMANIN İRONİYASI19:50Ханукои-Ханука17:54Энергетическая и дипломатическая активность в отношениях Турции и Туркменистана17:03IRAN ÜÇÜN ƏSAS MƏSƏLƏ: HİCAB YA HİCABSIZLIQ12:27Горские евреи и Эрец Исраэль в период британского мандата (1918-1948) Третий Этап Часть III12:16FARS DİLİ ÜÇÜN "XƏTƏR SOVUŞDU"18:11В Японии разработали новый метод «описание мыслей»15:54Горские евреи и Эрец Исраэль в период британского мандата (1918-1948)14:01Литовские татары в XVII-XX вв.09:03Əbülfəz Rəcəblinin talış dilinin leksikası kitabından (FRAZEOLOGİYA)08:59TOLIŞƏ ZIVONİ LEKSİKƏ PROFESSOR RƏCƏBİ ƏBULFƏZ FRAZEOLOQİYƏ10:57დავით ხოსიტაშვილის წიგნის “კლასიკური მუსიკის ჩაწერის ხელოვნების ასპექტები“ პრეზენტაცია14:57Bakıda “Ronahi” Kürd Mədəniyyət Mərkəzinin yaranmasının 35 illiyi qeyd olunub12:10TBİLİSİDƏ QAFQAZ KÜRDLƏRİNİN II ELMİ-PRAKTİKİ KONFRANSI KEÇİRİLİB08:52Паломники и Старый ишув Первый этап, часть II15:59Второй этап: горские евреи, сионизм и алия (репатриация) до Первой мировой войны - 1890 - 1914 годы ( Часть I)17:21Турция является одним из важнейших партнеров Срединного коридора16:34ترک ها در احادیث پیامبر16:24Рабби Иосиф бен Хаим Шур16:59Оша’на Рабба – Араво - ГIэрево16:46Страсти за Каспием17:38İrana növbəti hərbi hücum olacaqmı?14:29İRANIN QARA SENTYABRLARI20:00Azərbaycanda və Balkan ölkələrində multikulturalizm və tolerantlıq ənənələrinin müqayisəli təhlili.15:31Rza Pəhləvinin “Kuruş paktı” daxili analitikin mikroskopunda18:47В Баку прошел вечер, посвященный истории татар Азербайджана18:37ترک ها در احادیث پیامبر17:12Xameneinin müşaviri Azərbaycana xəbərdarlıq edib14:27İRAN RƏHBƏRİNİN NÜFUZSUZ MÜŞAVİRİ18:05Gökhan Güler: KKTC bayrağının Türk dünyasındaki nazlı yolculuğu18:59UEFA Şampiyonlar Ligi 3. Ön Eleme Turu Fenerbahçe-Feyenoord maçının psikolojik analizi (12 Ağustos 2025)16:31Запуск Зангезурского коридора увеличит энергетический потенциал Турции09:48CƏNUBİ AZƏRBAYCAN TƏHLÜKƏ DEYİL10:30AZƏRBAYCAN DEMOKRAT FIRQƏSININ MƏRAMNAMƏSİ08:35İRANLI MÜƏLLİF:"DƏRİN TƏƏSSÜF DOĞURUR VƏ ÇOX TƏHLÜKƏLİDİR".19:05Мовсес Дасхуранци или Мовсес Каганкатваци: кто был автором “Истории страны Агванк»?10:32İranın yeni və gözlənilməyən qonşusu12:54İranın Demokrat Türkmənləri: Ali Rəhbərin hakimiyyəti sosial həmrəyliyə mane olur12:51İranın Türkmənsəhra əyalətində türkmənlər arasındakı sosial fenomen haqqında07:50Новый баланс в Евразии и стратегическое положение Турции19:21Kafkasyada barışın önündeki engel11:53Дипломатия Трампа в Овальном кабинете: не стол переговоров, а распределение сил17:05UEFA Çempionlar liqası 3-cü seçmə Fənərbaxça-Feyenoord oyununun ( 12 avqust 2025) psixoloji təhlili17:48Обнародован текст «Соглашения о мире и установлении межгосударственных отношений» между Азербайджаном и Арменией13:37«DƏRBƏNDNAMƏ»LƏR HAQQINDA13:23Şamaxı rayonuna antropoloji ekspedisiyanın bəzi nəticələri haqqında (01-30 iyul 2025)18:13Keçmiş diplomat Abbas Məleki İran-İsrail müharibəsindən əvvəl müşahidə edilməli olan və edilməməli olanlar haqda15:21ТАВАТАР МАНИЙРИН МЕЛЕ18:51Что такое война.11:07BİR DAHA "LEZGİNKA" RƏQSİ HAQDA10:57QONAQPƏRVƏRLİK LƏZGİLƏRİN HƏYAT TƏRZİDİR23:54Эссе к письму 40 каббалиста Рабаша18:59Новый этап энергетического кризиса в Сирии: стратегическая роль Турции20:09Зангезурский коридор: новый геополитический баланс на Южном Кавказе?15:59Dodo İradə Məlikova haqqında bir neçə söz22:11საქართველო-თურქმენეთის თანამშრომლობა: ორმხრივი ურთიერთობების დინამიკა და პერსპექტივები22:02SABIR DINDARLIĞI19:18ЕТИМ ЭМИНАН ГУЬМБЕТ ХКАЖАЙ ЮГЪ15:33В Казахстане растет спрос на традиционный казахский напиток кымыз18:12В Казахстане состоялся фестиваль «Кумыс»14:12ABŞ dövlət katibi Marko Rubiodan vacib sözlər16:16Azərbaycanın iki siyasi təşkilatının İrandakı mövcud kritik vəziyyət və xüsusilə Azərbaycanın əyalətlərində ictimai sayıqlıq və təşkilatlanma ehtiyacı ilə bağlı birgə bəyanatı12:07В Азербайджане издана книга «Грузинский язык»11:33Azərbaycanda “Gürcü dili” kitabı nəşr olunub.18:49Израиль расценивает иранских азербайджанцев как своих союзников13:56Росток надежды20:36Израиль делает ставку на протестное настроение иранцев и на Рза Шаха Пехлеви14:15Güneş olmak istiyorum ,anne09:25ترک ها در احادیث پیامبر21:31İranın əsas elita dayağı erroziyaya uğrayır19:38По следам культурного наследия: стратегия Турции в отношении исторических артефактов18:29Трехсторонняя встреча Турция-Россия-Украина, направленная на прекращение российско-украинской войны завершилась17:05Prezidentlərin Laçın görüşü geosiyasi start nöqtəsidir09:24VƏHY TƏHKİYƏÇİSİNİN MÜƏLLİF “BİZ”İ09:08Каково значение Будапештской декларации ОТГ для ТРСК?20:04Bakıda “Əvəsor” folklor qrupunun 60 illiyinə həsr olunan “Talış folkloru konserti” keçirilib19:45В Стамбуле стартовал VII Фестиваль культуры этноспорта15:08Tehran hakimiyyəti təbrizlilərin çempionluğundan niyə təşvişə düşüb?14:15وقتی فوتبال هویت می‌شود؛ از تبریز تا مرکز13:35Traktor SC İran sistemini alt-üst edib tarixi çempionluğu qazandı13:26Tractor SC complete journey to upset Iran’s establishment and claim historic title07:36Günəş olmaq istəyirəm, ay ana, yaxud, arzular necə həyata keçir20:01İRANDA DEPUTATLAR NİYƏ TEZ-TEZ İMPİÇMENTƏ ƏL ATIRLAR17:22می‌خواهم خورشید باشم، مادر.17:13خلاقیت از بعد مادی و معنوی09:59HEYDƏR ƏLİYEV - MİLLİ MƏDƏNİYYƏT TARİXİMİZ16:23Сохранение уникальности каждого народа и содействие их диалогу через ознакомление с другими культурами и изучение их языка.18:20Карты в различных проекциях могут искажать восприятие мира, или Гренляндия меньше ,чем на карте19:18Про диктат родителей в Азербайджане20:41Изобретение караимов20:27Современные евреи-тюркофоны: караимы Крыма и Восточной Европы.20:09Rəsul Həmzətovun "Qorxuram"--"Tarsedəm" şeri talış dilində16:58Регионализация в Европе: трансформация «Инициативы трех морей»11:14АЗЕРБАЙДЖАНСКАЯ МЕНТАЛЬНОСТЬ: ОТ ЛИБЕРАЛИЗМА ДО КОНСЕРВАТИЗМА10:47Acıdan "zevk” alanlar16:03İran-ABŞ danışıqlarının üçüncü raundu Maskatda başa çatıb; Tehran danışıqların ciddiliyini vurğulayır15:59İki iranlı-israilli ekspert: Bəndər-Rəcai partlayışları İran rejimini ciddi şəkildə zəiflətdi15:43İranın dəniz ticarətinin onurğa sütunu qırılıb15:36Bəndər Abbasdakı partlayışların mənşəyi: “New York Times”-ın xəbəri və İran Müdafiə Nazirliyinin bəyanatı13:14REİNKARNASIYA VƏ KABBALA13:01Səməd Vurğun "Qəhrəmanın ölümü " _ "Qəhrəmani maq" şeri talış dilində06:51Nizami Gəncəvinin “Sənsiz” qəzəli talış dilində-“Be tı”16:21محمودی: هواداران تراکتور در دنیا بی‌همتا هستند/ ورزشگاه یادگار امام، بهشت فوتبال است18:29Армейский раввин и выжившие узники08:27Отношения Азербайджана и ТРСК: история и перспективы развития15:19Парфянское царство – государство иранцев-зороастрийцев в Иране и Центральной Азии11:45کسانی که از رنج "لذت می برند"18:25Orucun sosiologiyası: onlayn sorğunun statistik təhlili14:07Savaşsonrası psixoloji problemləri cəmiyyət birgə aşmalıdır15:26Təbrizdə Beşinci Milli Muğam Musiqi Festivalı keçirilib17:04Согдийцы и хорезмийцы - иранские оседлые народы доисламской Центральной Азии14:32Детские воспоминания о праздниках: евреи и славяне о Песахе14:12Xamneinin istefası üçün ictimai tələb artır20:22İranda Azərbaycan əleyhinə mövqelər davam edir12:08GENETİK İRQÇİLİK VƏ AŞIRI MİLLƏTÇİLİK10:59Dərddən "ləzzət" alanlar19:22Сумаляк — главное блюдо Новруза в Узбекистане12:16Urmidə nələr baş verib19:37Дорога слез. Ассирийцы и их эмиграция в XIX-XXI вв.13:02Нишалда - популярный десерт на Рамазан в Узбекистане15:21კვანტური ცნობიერების თეორია და კვანტური ფსიქოლოგია19:51Место встречи – бакинский бульвар19:41Кто такая Латифа аш-Шараа — первая леди Сирии?19:54Несторианское христианство и его распространение в Центральной и Внутренней Азии в эпоху Средневековья14:40İran Azərbaycanın dövlətçiliyini inkar edir15:41Интервью первого квантового психолога Азербайджана сайту Lent.az.18:20PEZEŞKİYAN HÖKUMƏTİ PREZİDENTİN ÖZ VƏDİNƏ ƏMƏL ETMƏSİNƏ İCAZƏ VERMƏDİ?18:49Достигнуто соглашение между BOTAŞ и Туркменгаз о поставках туркменского газа в Турцию18:38İransayağı obyektivlik11:39Позиция Трампа повысит роль Турции в вопросе укрепления обороны в Европе17:55МЕНДЕЛЕЕВ И БАКИНСКАЯ НЕФТЬ17:39İranın millətçi dini rejimi18:34Бакуда Каюм Насыйриның тууына 200 ел тулуга багышланган әдәби-музыкаль кичә узды18:17Манихейство и его распространение среди тюрок17:20Военное дело Улуса Джучи (Золотой Орды)14:35Эссе к статье каббалиста Рабаша «Пойдем к Фараону-2»17:48İRAN MÜXALİFƏTİ VƏ TRAMP13:46Общение с иранцем идентична игре в шахматы10:40چرا پول نداریم؟09:46گلنارا اینانج اولین روانشناس کوانتومی آذربایجان با Lent.az صحبت کرد: برای ثروتمند شدن باید از بعد سوم خارج شوید.09:38افکار و سندرم خستگی مزمن16:20KİBALİON - MİSİR VƏ YUNAN HERMETİK FƏLSƏFƏSİ: ÜÇ TƏŞƏBBÜS16:07Məntiqsiz Iran ,yaxud “ÖRTÜLÜ MƏDƏNİYYƏT”14:56Империя Юань – Монгольская империя Внутренней Азии и Китая17:48Azerbaycan'ın ilk KUANTUM PSİKOLOĞU Gülnara İnanç Lent.az -a konuştu :Kuantum psikolojisinde insan zihniyle değil, ruhuyla, ruhun ilettiği bilgilerle çalışır.11:10ƏRƏB ŞƏRQİNDƏN MƏRKƏZİ ASİYAYA VURNUXAN İRAN13:18کعبه قلب خمینی12:57TEHRANDA TERROR18:16Договор России и Ирана закрепил, что делать сторонам в случае агрессии (полный текст Договора)10:44İRAN BAŞINA HARANIN DAŞINI SALSIN?12:012023-cü ildə Bəşər Əsəd İran prezidenti İbrahim Rəisini təmtəraqla qəbul etmək istəməyib11:51İnsanlar niyə pirlərə gedir11:59Монгольская средневековая письменная культура08:56Герои летописей и «Слово о полке Игоревом»: Династия Шаруканидов.19:24Uşaq adlarında dünyəviləşmə tendensiyası?17:43Humeyni'nin şiirlerinde tasavvufi motifler09:14MANTRA MEDİTASİYA.16:00О ПЕРСПЕКТИВАХ РАЗВИТИЯ ТЮРКСКОГО МИРА12:09Ərzin əşrəfi Naxçıvan (4-cü hissə)12:05Ərzin əşrəfi Naxçıvan (3-cü hissə)10:10Начался прием заявок на участие в конкурсах TEKNOFEST-2025 в ТРСК21:26«Разложение мозга»: как избежать негативного воздействия соцсетей?12:40Ərzin əşrəfi Naxçıvan (2-ci hissə)11:4912 ölkənin hüquqşünasları Bakıda: Cinayət hüququ müzakirə olundu11:00Ərzin əşrəfi Naxçıvan (1-ci hissə)15:25“Kinomexanikin qayıdışı” (“Kinomexaniki oqardemon”): Talış dilində dünya səviyyəli ilk bədii-sənədli filmin sehrli aləmi...10:58Yalan-palan İran12:50Азәрбайҗан тарихчысы Бакудагы беренче татар актрисалары турында: Аларга янаулар булган20:22Влияние Турции на переходный процесс в Сирии15:27Hicabsız İran10:27Как будет формироваться новый период в Сирии после Асада?20:17Iranda hicabı cərimələrlə "sevdirmək" istəyirlər17:26Nizip Ticarət Palatasına üzv iş adamlarından ibarət nümayəndə heyəti Azərbaycan-Türkiyə İş Adamları Birliyinin qonağı olub.16:57Лиля Брик- муза Владимира Маяковского17:03PEZEŞKİYANIN 1001 DƏRDİ VƏ EHTİMALLAR13:49Hz. İsa (ona salam olsun) nə üçün atasız doğulub?14:53КУШАНСКОЕ ЦАРСТВО – БУДДИСТСКАЯ ИМПЕРИЯ ЦЕНТРАЛЬНОЙ АЗИИ И ИНДИИ17:56İranda yaşayan xalqlar dövlətçiliyə təhdididirmi?10:40Pezeşkiyanın hicab problemləri10:03İRANDA FUNDAMENTALİSTLƏR GÜCLƏRİNİ GÖSTƏRİRLƏR14:24TÜRK DÜNYASI VƏ BƏHAİ DİNİ08:51KKTC, TDT Sivil Koruma Mekanizması’nda tam üyelik hakkı kazandı08:32Bahçeli: Türkiye, Azerbaycan ve KKTC’nin ortak alfabeye hazır olması Türk birliğinin müjdesidir17:14Кимакский каганат – кочевая империя Центральной Азии11:51İRAN PREZİDENTİNİN İLK GERİ ADDIMI20:39Dünya xalqları irqindən və dinidən asılı olmayaraq bir səmavi Mənbədən ilham alır17:59Кто определит итог выборов президента США: лобби или "колеблющиеся" штаты?13:57Мискинджа - Мискискар19:46В Туркменистане широко отметили Праздник туркменского алабая12:17Azərbaycanda xristian olmaq17:57Запреты у кыпчаков.16:57Амбициозный проект Илона Маска Starship: на пути к космическим путешествиям будущего18:01Тибет и Великая Степь в XIII-XX вв.
ОПРОС

Где будете встречать Новый год?


 
«    Yanvar 2026    »
B.e.Ç.a.ÇC.a.CŞB
 1234
567891011
12131415161718
19202122232425
262728293031 
ГАЛЕРЕЯ