Ethnoglobus » КУЛЬТУРА » Talış folklor mahnılarının tədqiqatçıları arasında xalq artisti və pedaqoq Zümrüd xanım Məmmədovanın rolu

Talış folklor mahnılarının tədqiqatçıları arasında xalq artisti və pedaqoq Zümrüd xanım Məmmədovanın rolu

image

(Bakı Musiqi Akademiyasının (BMA) baş elmi işçisi, xalq artisi Zümrüd Məmmədovanın yubileyinə ərməğan edilir)

 

21 may 2024-ci il tarixdə Ü.Hacıbəyov adına Bakı Musiqi Akademiyasının (BMA) təşkilatçılığı ilə Azərbaycan Dövlət Musiqi Mədəniyyəti Muzeyində  Azərbaycanın Xalq artisti, BMA-nın baş müəllimi, dosent Zümrüd xanım Məmmədovanın  həyat və yaradıcılığına həsr edilmiş elmi seminar keçirilmişdir. Seminarda Muzeyin və BMA-nın rəhbərliyi, bir çox tanınmış musiqişünas alim və professorlar, əməkdar və xalq artistləri,  şair, jurnalist və yazarlar da iştirak və çıxış edərək Zümrüd xanımın həyat və yaradıcılığından, onun ölkəmizdə və  xarici qastrol səfərlərindəki  uğurları barədə  ətraflı danışmışlar. Zümrüd xanımın həm də 70 illik yubileyi  münasibətilə keçirilmiş bu yığıncaq -   “Tolışi Sədo” qəzetinin baş redaktoru,  riyaziyyat üzrə fəlsəfə doktoru, dosent Hilal Məmmədovun məruzəsi ilə yekunlaşmışdır.  

Dr. Hilal Məmmədov çıxışını bu sözlərlə başlamışdır: sözün doğrusu, ilk dəfədir ki bir riyaziyyatşı olaraq ölkəmizin görkəmli musiqişünaslarının elmi seminarında iştirak və çıxış  edirik. Həqiqətən də belə bir mötəbər məclisdə, məxsusən də ölkəmizin tanınmış xanəndəsi Zümrüd xanım Məmmədovanın həyat və yaradıcılığına həsr edilmiş yubiley tədbirində onun barəsində danışmağı -  özümüz üçün həm fəxarət və həm də böyük  məsuliyyət hesab edirik. Belə ki, biz, son vaxtlaracən  Zümrüd xanım Məmmədovanı əməkdar və xalq artisti kimi tanıyırdıq və bugünki  elmi seminarda da onun məhz bir xanəndə kimi unudulmaz xidmətlərindən ətraflı məruzələr edildi. Bununla belə, çoxumuz Z.Məmmədovanı həm də bir pedaqoq, tədqiqatçı-alim olduğunu və son vaxtlar xeyli çətin, lakin vacib bir mövzuya da imza atdığını bilmirdik... 

H.Məmmədov Zümrüd xanımın Talış folklor mahnılarının toplanmasında və tədqiqindəki rolu barədə danışmazdan öncə, bu sahədə böyük zəhmətləri olmuş bir çox görkəmli bəstəkar və musiqişünasların əvəzsiz xidmətləri barədə seminar iştirakçılarına xeyli maraqlı  məlumatları çatdırmışdır. O, çıxışını belə davam etdirmişdir: Möhtərəm seminar iştirakçıları, qeyd etmək istərdik ki, biz əsasən Moskvada aspiranturada oxuduğumuz gənclik illərimizdən (1981-1985) başlayaraq, xalqımızın – Talışın qədim mədəniyyətini, folklor və xalq mahnılarını bir həvəskar tədqiqatçı kimi öyrənməyə başlamışdıq. Məhz o vaxtlar mərkəzi kitabxanalarda  əldə etdiyimiz mənbələrdən bizə bəlli oldu  ki, Talış dili və mədəniyyətinin tədqiqi yolunda  ən böyük xidmət Moskva Dövlət Universitetinin professoru B.V.Millerə (1877-1956), Talış folklor mahnılarının toplanması, nota alınması və ilk Talış xorunun təşkili isə məhz dahi Azərbaycan bəstəkarı Müslüm Maqomayevə (1885-1937) məxsus olmuşdur. M.Maqomayev  Qori seminariyasını bitirdikdən sonra, 1905-ci ildə təyinatla Lənkəran şəhərinə gəlmiş və 1911-ci ilədək burada musiqi müəllimi işləmişdir. O,  bu illər ərzində kifayət qədər Talış xalq folklor mahnılarını toplayıb tədqiq etməklə yanaşı, ilk dəfə olaraq gənc oğlan uşaqlarından ibarət Talış Xor kollektivini də yaratmışdır. M.Maqomayev Talışın bu zəngin mədəniyyəti ilə bağlı   dahi bəstəkar dostu Üzeyir Hacıbəyovla da xeyli müzakirələr aparmışdı. Sonralar (1928) Ü.Hacıbəyov Talış xalq mahnılarının və Talış xorunun qədimiliyi və spesifik fərqli cəhətlərini bir çox əsərlərində qeyd etməklə yanaşı, M.Maqomayevin - “Nə dəryada balıq bitər, nə Talışda nəğmə” fikrini daha da mükəmməl şəkildə ifadə etmişdi. Məhz keçən əsrin 20-30-cu illərində, bilavasitə Ü.Hacıbəyovun təşəbbüsü və dəstəyilə (Azərbaycan Dövlət Konservatoriyasında yaradılmış Musiqi Elmi-Tədqiqat Kabineti (rəhbəri prof.Bülbül)) Talış Xalq Folklor Mahnılarının öyrənilməsi naminə bir çox tanınmış musiqi xadimləri  (Niyazi, Fikrət Əmirov, Səid Rüstəmov, Cahangir Cahangirov və d.) Talış mahalına ezam edilmişdilər. Bildiyimiz kimi, ta qədim zamanlardan, Talış Xalq Folklor və məxsusən də Xor mahnıları məhz qadınlar arasında, daha çox da çəltik əkinlərində birgə ifa edilərdi (30-cu illərin görkəmli Talış ədibləri M.Nəsirli (1902-1944), Z.Əhmədzadə(1898-1942) və d. əsərlərində bu barədə maraqlı məlumatlar vardır)   

H.Məmmədov M.Maqomayevlə bərabər keçən əsrin 30-cu illərində qədim Talış folklor mahnılarının toplanması və nota alınmasında əvəzsiz xidmətləri olmuş bir çox digər görkəmli musiqişünaslar arasında məhşur bəstəkar və dirijor maestro Niyazinin (1912-1984)  məxsusi yerini  qeyd etməklə yanaşı, “Talış” sözünün yasaq edildiyi 1937-38-ci repressiya illərindən  sonra, onun və digərlərinin (o cümlədən, M.Maqomayevin) nadir not əl yazmalarının da uzun illər ərzində muzey arxivlərində məxfi olaraq saxlanılaraq, yalnız son illərdə ortaya çıxdığını  “xoş bir möcüzə” kimi xatırlatdı... 

H.Məmmədov  bu xoş möcüzələrdən biri kimi, son illərdə ortaya çıxmış, not əlyazmaları çoxcildli kitablar şəklində nəşr edilmiş gənc bəstəkar, həmin repressiya illərinin qurbanı Hüseyn Cavidin oğlu Ərtoğrul Cavidin xeyli dəyərli çoxcildli əsərlərini hesab etmişdir. 

Məruzəçi  öz çıxışında prof.Bülbülün tövsiyyəsilə Ərtoğrul Cavidin nota aldığı Talış folklor mahnılarının toplanmasında xüsusilə böyük zəhmətin məhz - “təəssüf ki çoxlarımızın bu gün də yaxşı tanımadığı, Ü.Hacıbəyovun sadiq və sevimli tələbəsi, əslən Masallıdan olan soydaşımız,  alim-həkim, aqronom, musiqişünas, şair, bəstəkar, poliqlot Mir Kazım Aslanlı”ya məxsus olduğunu bildirmişdir.  

Uzun illər ərzində adı yasaq edilmiş bir xalqın – Talışların milli mədəniyyətinə keçən əsrin 50-ci illərin sonu, 60-cı illərin əvvəllərindən başlayaraq yenidən göstərilən diqqəti (Masallıda “Halay”, Astarada “Əvəsor” və d. folklor kollektivlərinin yaradılmasını) çıxışında önə çəkmiş məruzəçi bu yolda xeyli dəyərli tədqiqatları ilə fərqlənmiş alim, prof. Bayram Hüseynlinin adını xüsusilə  qeyd etmişdir. H.Məmmədov bildirdi ki, növbəti 70-80-cı illərdə və 90-cı illərdən sonra bu sahədə nə qədər dəyərli elmi tədqiqatlar (A.Mənsurzadə, B.Şahsoylu, Z.Bağırov, L.Ağayev,   Ə.İsazadə, N.Məmmədov, B.Bayramov, F.Şabanova, Q.Cavadov, F.Xalıqzadə, S.Fərziyeva, C.Əliyev və d.) aparılsa da bu çətin, lakin xeyli vacib iş M.Maqomayevin dili ilə desək “bitə bilməz” (“Nə dəryada balıq bitər, nə Talışda nəğmə”(M.Maqomayev)).  

H.Məmmədov son vaxtlarda Talış folklor mahnılarının tədqiqində böyük zəhmət və əziyyət çəkmiş BMA-nın baş elmi işçisi, dosent Zümrüd xanımı - bu yolda əvəzsiz xidmətləri olmuş, adlarını xatırlatdığı  görkəmli bəstəkar və musiqişünasların layiqli davamçısı adlandırmışdır. 

O, Zümrüd xanımla bağlı fikirlərini daha da ətraflı şəkildə belə şərh etmişdi: doğrusu, bayaq qeyd etdiyimiz kimi, biz Zümrüd xanımı yalnız bir xanəndə, əməkdar və xalq artisi kimi tanıyırdıq. Zümrüd xanım bir vaxtlar Talış mahalında bir çox toy və bayram şənliklərində  xoş mahnı və muğam ifaları ilə tanınmış və sevilmişdi. Lakin onun həm də elmi tədqiqatçı olduğunu bilmirdik və bu səbədən də bir il öncə, əməkdaşı olduğu BMA-nın elmi tapşırığı ilə  Talış xalq və folklor mahnılarının tədqiqi məqsədilə bizim doğma diyara ezam edildiyi xəbərini eşitdikdə xeyli təəccübləndik... Bununla belə, regiondakı dost və tanışlarımızdan tez-tez xəbər alırdıq ki Zümrüd xanım bir çox rayon və kəndləri az qala ev-ev gəzir, az-çox Talış folkloruna bağlı ziyalı, müəllim və sıravi vətəndaşlardan eşitdiyi unudulmaqda olan Talış xalq mahnılarını lentə alır. Zümrüd xanımın bir çox çətinliklərlə də üzləşdiyini eşidirdik... Belə ki, keçmiş professional Folklor biliciləri artıq həyatdan köçmüş, qalan qoca və cavanlar isə bu qədim xalq mədəniyyətini unutmaq üzrə idilər. Ara-sıra ölkəmizin mərkəzi tv və online  məkanlarında çıxışları ilə tanınan yerli Talış Folklor kollektivlərinin ifaları isə təəssüf ki qənaətbəxş deyildi, köhnə-qədimi variantlar xeyli təhrif olunmuşdu... Bütün bu çətinliklərə baxmayaraq Zümrüd xanım qətiyyən ruhdan düşmürdü, Talışın ən ucqar dağ kəndlərindən də səsi gəlirdi...  Sonralar biz də bu çətin yolda Zümrüd xanıma yardımçı olmağa cəhd etdik... Əlbəttə ki o, hələ bu vacib elmi işində əsas məqsədinə tam nail olmamışdır – hələ də nota alınmamış qədim nəğmələrin axtarışındadır və qarşıda daha neçə növbəti səfərlərə hazırlaşır...  Bayaq qeyd etdiyimiz kimi, böyük bəstəkarımız  M.Maqomayevin Talış folklor nəğmələri barədəki obrazlı fikrini dahi  Ü.Hacıbəyovun daha yüksək şəkildə səsləndirməsi,  - Talışı - “Azərbaycanın tədqiq edilməmiş musiqi xəzinəsi” (bax., B.Hüseynli, prof.Ramazan Xəlilovdan sitat) adlandırması da təsadüfi deyildi. Qətiyyən şübhə yoxdur ki, Zümrüd Məmmədova da bu xəzinə meydanında   öz layiqli  imzasını atacaq və yaxın gələcəkdə Talış folklor mədəniyyətinə aid dərc edəcəyi şedevr monoqrafiyası ilə Azərbaycanın musiqi mədəniyyəti tarixində əvəzsiz iz - töhfə saxlayacaqdır.    

Dr.Hilal Məmmədov bu şərəfli yolda Zümrüd xanıma və BMA kollektivinə dərin minnətdarlığını bildirib onlara bu xoş missiyalarında yeni-yeni uğurlar diləməklə yanaşı, özündən əvvəl çıxış etmiş məruzəçilərin bəzi fikirlərinə də öz fərqli münasibətini bildirmişdir. Belə ki, “Muğam” və  “Müğənni” sözlərinin kökündəki “Müğ”un həqiqətən də   qədim Muğlarla   bağlılığını təsdiqləməklə yanaşı, o, Muğam və musiqi sənətində dərin iz buraxmış Muğların da bilavasitə Talışlarla sıx bağlılığının danılmaz tarixi fakt olduğunu əlavə etmişdir. 

Hilal Məmmədov çıxışının sonunda həmin məruzəçinin “Xanəndə” sözünün “Müğənni” ilə, digər məruzəçinin isə hər iki termindən imtina edilib daha çox milli səslənən  “İfaçı” ilə   əvəzlənməsin  məqbul hesab edilməsi barədəki mövqelərinə  də öz münasibətini  bildirərək çıxışını bu sözlərlə yekunlaşdırmışdır: “Müğənni” kimi, “Xanəndə” də bizimdir, - talış dilindəki “X(h)ande” (“oxumaq”, “ifa etmək”) kökənlidir, hər ikisi Azərbaycan leksikonuna aiddir, Talış da, onun qədim mədəniyyəti də Azərbaycanımızın  ayrılmaz   parçası olub, adlarını qürurla qeyd etdiyimiz dahi bəstəkar və musiqişünaslarımız  M.Maqomayev, Ü.Hacıbəyov, Niyazi, Bülbül, F.Əmirov və digərlərinin də dəfələrlə təkrarladıqları kimi, tükənməz ümummilli və ümumbəşəri sərvətimizdir, bu sərvəti  şərəf və ləyaqətlə qorumaq isə hamımızın ümdə vəzifəsi olmalıdır.

 

ДРУГИЕ НОВОСТИ
ВСЕ НОВОСТИ
18:56"FARS " ƏLİFBASI TACİKLƏRİN QƏDİM MİLLİ KİMLİYİNİ BƏRPA EDƏCƏK17:33İRAN TƏRANƏLƏRİ17:16Молчаливое свидетельство эпохи14:16Fələstinin Bakıdakı səfirliyinin bəyanatı08:01Welatparêzekî kurd ji Azirbêcanê08:17Когда рукопись становится практикой08:08Heydər Əliyev və Cənubi Azərbaycan problemi10:32“QALİB” İRAN19:04Fələstin Dövlətinin Azərbaycandakı səfirliyinin Nəkbə Anım Günü münasibəti ilə Bəyanatı10:35HEYDƏR ƏLİYEVİN MULTİKULTURALİZM VƏ TOLERANTLIQ İDEYALARI19:06Böyük Muğan-Suqovuşan Qurultayının 290 illiyi münasibətilə21:09SEPAH: BÖYÜK İDDİADAN BÖYÜK UĞURSUZLUĞA15:07XHAR – LƏZGİ OCAĞI15:05В интересах общей безопасности страны Центральной Азии налаживают связи с Афганистаном16:06Yadulla Kərimipur: İran üçün təhlükəli bir dəyişiklik barədə söhbət; ölkə daxilindən gözlənilməz bir təhlil15:44Война, религия и политика: напряженность в отношениях между Папой и Трампом11:30"Qarabağ", Milli futbol komandası və milli ideologiya17:08Avraham Şmuleviç: Budapeşte’deki Değişim Tiflis’i ve Güney Kafkasya’yı Nasıl Sarsabilir?16:58Неизбежная реальность евроатлантической обороны: без Турции это невозможно14:55XUZİSTANDA "SEPARATİST", ŞƏRQİ AZƏRBAYCANDA ŞAHPƏRƏST14:19Что происходит в Юго-Восточной Азии?18:24«Шеш кнафаим»: книга, потерянная по дороге18:17НЕКОТОРЫЕ ОСОБЕННОСТИ ПЕРЕВОДА ФРАЗЕОЛОГИЗМОВ12:29İran'dan Babül Mendeb uyarısı: Altı yönüne dikkat edin16:33YouTube-каналы «трех грандов» Турции по футболу — в первой двадцатке Европы16:23«Красная среда»: Праздник творения и начало жизни в езидской вере15:54Отменено празднование езидского нового года Чаршама Сор (Красная Среда) в храме Лалиш15:00Скрытая архитектура Торы: взгляд через схему (Часть I I I )12:23Risky Partnership09:06Iranın və ABŞ-ın "iki həftəlik qələbəsi" ,və ya tarixin bu günü18:53Rəhbər Xameneyinin başına nə gəldi?12:39Hazırki münaqişə dövründə İranda vətənpərvərlik təbliğatı10:53Седакъет Керимова : СА ХАХАДИЗ10:35Нисону — Песах10:30Евреи в Азербайджане это взаимоуважение и взаимодоверие11:03Fələstin Torpaq Gününün 50 illiyi18:36Fələstin Dövlətinin Azərbaycandakı səfirliyinin Mətbuat Açıqlaması13:06Скрытая архитектура Торы: взгляд через схему (Часть II)09:36Скрытая архитектура Торы: взгляд через схему (Часть I)13:29İranın Qafqazda nüfuz davası07:28Gülnara İnanc: Gürcü Toplumunun Birleştiricisi Olarak II. İlya18:38ილია II – როგორც ქართული საზოგადოების გამაერთიანებელი - გულნარა ინანჯი10:31Илия II как объединитель грузинского общества18:13ƏSL ACLIQ-RUHİ-MƏNƏVİ ACLIQDIR, CİSMANİ YOX.21:15İRAN İKİ CƏBHƏDƏ VURUŞUR21:06Война США-Израиля и Ирана: взгляд сквозь призму глобальной системы18:56От Claude до Starlink: цифровое оружие в войне между США, Израилем и Ираном12:13ФРАЗЕОЛОГИЯ КАК ОТРАЖЕНИЕ ЭТНОКУЛЬТУРОЛОГИЧЕСКИХ ОСОБЕННОСТЕЙ РУССКОГО, АЗЕРБАЙДЖАНСКОГО И ТАЛЫШСКОГО ЯЗЫКОВ15:07TRUMP İRANI VURACAQ YA VURMAYACAQ.14:57İki ənənənin dialektikası: Novruz və Ramazan16:49Узбекистан: красочное наследие традиционного костюма от прошлого к настоящему18:59Переписка и рукописи раввинов17:55İRAN"MİLLİ İNQİLAB"DAN SONRA NƏLƏR OLDU17:48Что означает NAVTEX Турции в Эгейском море?13:25İranda islahatçıların həbsi; təxribatçı müxalifətdən təcrid olunmuş müxalifətə keçid?15:08Турецкие ученые прибыли в Антарктиду в 10 раз14:59Qonşuların maraqları İranı tərkisilah etmək yox, rejimi dəyişməyi tələb edir.17:07ИСТОРИЧЕСКИЕ КОРНИ ИМПЕРСКОГО МЫШЛЕНИЯ В РОССИИ13:59Kahinəti təğdis kardə bey12:53Геополитические приоритеты США: Иран — это больше, чем просто Иран17:52Аба-Саво, Аба-Сава, Абас-Оба или Аба-Сово? (Часть II)17:48Аба-Саво, Аба-Сава, Абас-Оба или Аба-Сово? (часть I)17:42Дональд Трамп: «Гренландия — территория США с 2026 года»08:42Why Iran’s Protest Movement Cannot Succeed Without the Kurds08:37İRANDA NƏ BAŞ VERİR?16:25Эксперты провели параллели между вторжением США в Венесуэлу и планами Трампа на Гренландию11:49Кем были люди, бросившие вызов наследникам Чингисхана08:30"Лезгинка",Танхо Израилов и Игорь Моисеев: столкновение талантов19:33Movses Dasxurantsi or Movses Kalankatuatsi: who was the author of the «History of the Country of Aluank»?16:54Böyük Çillə-Qaraqış başladı15:58İRAN VƏ ZAMANIN İRONİYASI19:50Ханукои-Ханука17:54Энергетическая и дипломатическая активность в отношениях Турции и Туркменистана17:03IRAN ÜÇÜN ƏSAS MƏSƏLƏ: HİCAB YA HİCABSIZLIQ12:27Горские евреи и Эрец Исраэль в период британского мандата (1918-1948) Третий Этап Часть III12:16FARS DİLİ ÜÇÜN "XƏTƏR SOVUŞDU"18:11В Японии разработали новый метод «описание мыслей»15:54Горские евреи и Эрец Исраэль в период британского мандата (1918-1948)14:01Литовские татары в XVII-XX вв.09:03Əbülfəz Rəcəblinin talış dilinin leksikası kitabından (FRAZEOLOGİYA)08:59TOLIŞƏ ZIVONİ LEKSİKƏ PROFESSOR RƏCƏBİ ƏBULFƏZ FRAZEOLOQİYƏ10:57დავით ხოსიტაშვილის წიგნის “კლასიკური მუსიკის ჩაწერის ხელოვნების ასპექტები“ პრეზენტაცია14:57Bakıda “Ronahi” Kürd Mədəniyyət Mərkəzinin yaranmasının 35 illiyi qeyd olunub12:10TBİLİSİDƏ QAFQAZ KÜRDLƏRİNİN II ELMİ-PRAKTİKİ KONFRANSI KEÇİRİLİB08:52Паломники и Старый ишув Первый этап, часть II15:59Второй этап: горские евреи, сионизм и алия (репатриация) до Первой мировой войны - 1890 - 1914 годы ( Часть I)17:21Турция является одним из важнейших партнеров Срединного коридора16:34ترک ها در احادیث پیامبر16:24Рабби Иосиф бен Хаим Шур16:59Оша’на Рабба – Араво - ГIэрево16:46Страсти за Каспием17:38İrana növbəti hərbi hücum olacaqmı?14:29İRANIN QARA SENTYABRLARI20:00Azərbaycanda və Balkan ölkələrində multikulturalizm və tolerantlıq ənənələrinin müqayisəli təhlili.15:31Rza Pəhləvinin “Kuruş paktı” daxili analitikin mikroskopunda18:47В Баку прошел вечер, посвященный истории татар Азербайджана18:37ترک ها در احادیث پیامبر17:12Xameneinin müşaviri Azərbaycana xəbərdarlıq edib14:27İRAN RƏHBƏRİNİN NÜFUZSUZ MÜŞAVİRİ18:05Gökhan Güler: KKTC bayrağının Türk dünyasındaki nazlı yolculuğu18:59UEFA Şampiyonlar Ligi 3. Ön Eleme Turu Fenerbahçe-Feyenoord maçının psikolojik analizi (12 Ağustos 2025)16:31Запуск Зангезурского коридора увеличит энергетический потенциал Турции09:48CƏNUBİ AZƏRBAYCAN TƏHLÜKƏ DEYİL10:30AZƏRBAYCAN DEMOKRAT FIRQƏSININ MƏRAMNAMƏSİ08:35İRANLI MÜƏLLİF:"DƏRİN TƏƏSSÜF DOĞURUR VƏ ÇOX TƏHLÜKƏLİDİR".19:05Мовсес Дасхуранци или Мовсес Каганкатваци: кто был автором “Истории страны Агванк»?10:32İranın yeni və gözlənilməyən qonşusu12:54İranın Demokrat Türkmənləri: Ali Rəhbərin hakimiyyəti sosial həmrəyliyə mane olur12:51İranın Türkmənsəhra əyalətində türkmənlər arasındakı sosial fenomen haqqında07:50Новый баланс в Евразии и стратегическое положение Турции19:21Kafkasyada barışın önündeki engel11:53Дипломатия Трампа в Овальном кабинете: не стол переговоров, а распределение сил17:05UEFA Çempionlar liqası 3-cü seçmə Fənərbaxça-Feyenoord oyununun ( 12 avqust 2025) psixoloji təhlili17:48Обнародован текст «Соглашения о мире и установлении межгосударственных отношений» между Азербайджаном и Арменией13:37«DƏRBƏNDNAMƏ»LƏR HAQQINDA13:23Şamaxı rayonuna antropoloji ekspedisiyanın bəzi nəticələri haqqında (01-30 iyul 2025)18:13Keçmiş diplomat Abbas Məleki İran-İsrail müharibəsindən əvvəl müşahidə edilməli olan və edilməməli olanlar haqda15:21ТАВАТАР МАНИЙРИН МЕЛЕ18:51Что такое война.11:07BİR DAHA "LEZGİNKA" RƏQSİ HAQDA10:57QONAQPƏRVƏRLİK LƏZGİLƏRİN HƏYAT TƏRZİDİR23:54Эссе к письму 40 каббалиста Рабаша18:59Новый этап энергетического кризиса в Сирии: стратегическая роль Турции20:09Зангезурский коридор: новый геополитический баланс на Южном Кавказе?15:59Dodo İradə Məlikova haqqında bir neçə söz22:11საქართველო-თურქმენეთის თანამშრომლობა: ორმხრივი ურთიერთობების დინამიკა და პერსპექტივები22:02SABIR DINDARLIĞI19:18ЕТИМ ЭМИНАН ГУЬМБЕТ ХКАЖАЙ ЮГЪ15:33В Казахстане растет спрос на традиционный казахский напиток кымыз18:12В Казахстане состоялся фестиваль «Кумыс»14:12ABŞ dövlət katibi Marko Rubiodan vacib sözlər16:16Azərbaycanın iki siyasi təşkilatının İrandakı mövcud kritik vəziyyət və xüsusilə Azərbaycanın əyalətlərində ictimai sayıqlıq və təşkilatlanma ehtiyacı ilə bağlı birgə bəyanatı12:07В Азербайджане издана книга «Грузинский язык»11:33Azərbaycanda “Gürcü dili” kitabı nəşr olunub.18:49Израиль расценивает иранских азербайджанцев как своих союзников13:56Росток надежды20:36Израиль делает ставку на протестное настроение иранцев и на Рза Шаха Пехлеви14:15Güneş olmak istiyorum ,anne09:25ترک ها در احادیث پیامبر21:31İranın əsas elita dayağı erroziyaya uğrayır19:38По следам культурного наследия: стратегия Турции в отношении исторических артефактов18:29Трехсторонняя встреча Турция-Россия-Украина, направленная на прекращение российско-украинской войны завершилась17:05Prezidentlərin Laçın görüşü geosiyasi start nöqtəsidir09:24VƏHY TƏHKİYƏÇİSİNİN MÜƏLLİF “BİZ”İ09:08Каково значение Будапештской декларации ОТГ для ТРСК?20:04Bakıda “Əvəsor” folklor qrupunun 60 illiyinə həsr olunan “Talış folkloru konserti” keçirilib19:45В Стамбуле стартовал VII Фестиваль культуры этноспорта15:08Tehran hakimiyyəti təbrizlilərin çempionluğundan niyə təşvişə düşüb?14:15وقتی فوتبال هویت می‌شود؛ از تبریز تا مرکز13:35Traktor SC İran sistemini alt-üst edib tarixi çempionluğu qazandı13:26Tractor SC complete journey to upset Iran’s establishment and claim historic title07:36Günəş olmaq istəyirəm, ay ana, yaxud, arzular necə həyata keçir20:01İRANDA DEPUTATLAR NİYƏ TEZ-TEZ İMPİÇMENTƏ ƏL ATIRLAR17:22می‌خواهم خورشید باشم، مادر.17:13خلاقیت از بعد مادی و معنوی09:59HEYDƏR ƏLİYEV - MİLLİ MƏDƏNİYYƏT TARİXİMİZ16:23Сохранение уникальности каждого народа и содействие их диалогу через ознакомление с другими культурами и изучение их языка.18:20Карты в различных проекциях могут искажать восприятие мира, или Гренляндия меньше ,чем на карте19:18Про диктат родителей в Азербайджане20:41Изобретение караимов20:27Современные евреи-тюркофоны: караимы Крыма и Восточной Европы.20:09Rəsul Həmzətovun "Qorxuram"--"Tarsedəm" şeri talış dilində16:58Регионализация в Европе: трансформация «Инициативы трех морей»11:14АЗЕРБАЙДЖАНСКАЯ МЕНТАЛЬНОСТЬ: ОТ ЛИБЕРАЛИЗМА ДО КОНСЕРВАТИЗМА10:47Acıdan "zevk” alanlar16:03İran-ABŞ danışıqlarının üçüncü raundu Maskatda başa çatıb; Tehran danışıqların ciddiliyini vurğulayır15:59İki iranlı-israilli ekspert: Bəndər-Rəcai partlayışları İran rejimini ciddi şəkildə zəiflətdi15:43İranın dəniz ticarətinin onurğa sütunu qırılıb15:36Bəndər Abbasdakı partlayışların mənşəyi: “New York Times”-ın xəbəri və İran Müdafiə Nazirliyinin bəyanatı13:14REİNKARNASIYA VƏ KABBALA13:01Səməd Vurğun "Qəhrəmanın ölümü " _ "Qəhrəmani maq" şeri talış dilində06:51Nizami Gəncəvinin “Sənsiz” qəzəli talış dilində-“Be tı”16:21محمودی: هواداران تراکتور در دنیا بی‌همتا هستند/ ورزشگاه یادگار امام، بهشت فوتبال است18:29Армейский раввин и выжившие узники08:27Отношения Азербайджана и ТРСК: история и перспективы развития15:19Парфянское царство – государство иранцев-зороастрийцев в Иране и Центральной Азии11:45کسانی که از رنج "لذت می برند"18:25Orucun sosiologiyası: onlayn sorğunun statistik təhlili14:07Savaşsonrası psixoloji problemləri cəmiyyət birgə aşmalıdır15:26Təbrizdə Beşinci Milli Muğam Musiqi Festivalı keçirilib17:04Согдийцы и хорезмийцы - иранские оседлые народы доисламской Центральной Азии14:32Детские воспоминания о праздниках: евреи и славяне о Песахе14:12Xamneinin istefası üçün ictimai tələb artır20:22İranda Azərbaycan əleyhinə mövqelər davam edir12:08GENETİK İRQÇİLİK VƏ AŞIRI MİLLƏTÇİLİK10:59Dərddən "ləzzət" alanlar19:22Сумаляк — главное блюдо Новруза в Узбекистане12:16Urmidə nələr baş verib19:37Дорога слез. Ассирийцы и их эмиграция в XIX-XXI вв.13:02Нишалда - популярный десерт на Рамазан в Узбекистане15:21კვანტური ცნობიერების თეორია და კვანტური ფსიქოლოგია19:51Место встречи – бакинский бульвар19:41Кто такая Латифа аш-Шараа — первая леди Сирии?19:54Несторианское христианство и его распространение в Центральной и Внутренней Азии в эпоху Средневековья14:40İran Azərbaycanın dövlətçiliyini inkar edir15:41Интервью первого квантового психолога Азербайджана сайту Lent.az.18:20PEZEŞKİYAN HÖKUMƏTİ PREZİDENTİN ÖZ VƏDİNƏ ƏMƏL ETMƏSİNƏ İCAZƏ VERMƏDİ?18:49Достигнуто соглашение между BOTAŞ и Туркменгаз о поставках туркменского газа в Турцию18:38İransayağı obyektivlik11:39Позиция Трампа повысит роль Турции в вопросе укрепления обороны в Европе
САМОЕ ЧИТАЕМОЕ
  1. Yadulla Kərimipur: İran üçün təhlükəli bir dəyişiklik barədə söhbət; ölkə daxilindən gözlənilməz bir təhlil
  2. НЕКОТОРЫЕ ОСОБЕННОСТИ ПЕРЕВОДА ФРАЗЕОЛОГИЗМОВ
  3. HEYDƏR ƏLİYEVİN MULTİKULTURALİZM VƏ TOLERANTLIQ İDEYALARI
  4. "Qarabağ", Milli futbol komandası və milli ideologiya
  5. «Шеш кнафаим»: книга, потерянная по дороге
  6. Что происходит в Юго-Восточной Азии?
  7. Когда рукопись становится практикой
  8. Welatparêzekî kurd ji Azirbêcanê
  9. Böyük Muğan-Suqovuşan Qurultayının 290 illiyi münasibətilə
  10. XUZİSTANDA "SEPARATİST", ŞƏRQİ AZƏRBAYCANDA ŞAHPƏRƏST
  11. SEPAH: BÖYÜK İDDİADAN BÖYÜK UĞURSUZLUĞA
  12. Avraham Şmuleviç: Budapeşte’deki Değişim Tiflis’i ve Güney Kafkasya’yı Nasıl Sarsabilir?
  13. Неизбежная реальность евроатлантической обороны: без Турции это невозможно
  14. Молчаливое свидетельство эпохи
  15. В интересах общей безопасности страны Центральной Азии налаживают связи с Афганистаном
  16. Heydər Əliyev və Cənubi Azərbaycan problemi
  17. İran'dan Babül Mendeb uyarısı: Altı yönüne dikkat edin
  18. XHAR – LƏZGİ OCAĞI
  19. İRAN TƏRANƏLƏRİ
  20. Война, религия и политика: напряженность в отношениях между Папой и Трампом
  21. Fələstin Dövlətinin Azərbaycandakı səfirliyinin Nəkbə Anım Günü münasibəti ilə Bəyanatı
  22. “QALİB” İRAN
  23. Fələstinin Bakıdakı səfirliyinin bəyanatı
  24. "FARS " ƏLİFBASI TACİKLƏRİN QƏDİM MİLLİ KİMLİYİNİ BƏRPA EDƏCƏK
ОПРОС

Где будете встречать Новый год?


 
«    İyun 2026    »
B.e.Ç.a.ÇC.a.CŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930 
ГАЛЕРЕЯ