İRAN SAYTI CƏNUBİ AZƏRBAYCAN SİYASİ TƏŞKİLATLARI HAQQINDA
- 9-11-2022, 18:23
- АНАЛИТИКА
- 0
- 1 029

Foto: www.pngegg.com
Vidadi Mustafayev
İranda " İran İnternational" telekanalının rejimə qarşı etiraz və iğtişaşlar davam etdiyi 50 gün ərzində fəaliyyətinin araşdırılması nəticəsində maraqlı bir yazı meydana gəlib.Telekanalın müsahibə rubrikasında fəaliyyətini monitorinq edən tərəfin verdiyi məlumata görə İran xalqlarını təmsil edən siyasi təşkilatlar və qurumların nümayəndələri kanala 50 gün ərzində 120 müsahibə vermişlər.Bunlardan 40 kürd təşkiatlarının,40 bəluc təşkilatlarının bir-ikisi ərəb təşkilatlarının 25-dən çoxu Cənubi Azərbaycan təşkilatlarının nümayəndələrinin payına düşür Saytda Azərbaycan təşkilatlarının fəaliyyəti haqqında təəccüb özünü gizlətmir.Saytda Azərbaycan siyasi və digər təşkiatların fəaliyyəti ilə bağlı çox qısa məlumat olduğu kimi təqdim edilir:
“Maraqlıdır ki, son həftələrdə bu şəbəkə bəzi azəri separatçı fəallardan da müsahibə götürüb; Bunlar əvvəllər adları internetdə belə olmayan və separatçı məqsədə çatmaq üçün bir gecədə yaradılan və internetə daxil olan partiyalara aid personajlardır
Etnik hüquq müdafiəçisi Yaşar Həkkakpur, Azərbaycan Mərkəz Partiyasının katibi Saleh Kamrani, Azərbaycan İnsan Haqları Qrupunun meneceri Jalə Təbrizi, Azərbaycan Demokratik Birlik Partiyasının sözçüsü Simin Səbri və “Azərbaycan Tribunu” saytının direktoru Əlirza Ərdəbili bu şəbəkədə 25 dəfədən çox çıxış ediblər. Bu personajlar əvvəllər Mə'and(düşmən\inadkar\davakar ) TV-də siyasi fəal adı ilə çıxış edirdilər. Amma bu dəfə Azərbaycan Demokratik Birliyi və ya Azərbaycan Mərkəz Partiyası (əvvəllər yox idi) kimi etnik təşkilatlar adı altında separatçı layihəyə uyğun olaraq insanları qızışdırır, iğtişaşlar yaradırdılar”."