Azərbaycanda Roş Ha Şana bayramı ərəfəsində yeni yəhudi təqvimi dərc olunub
- 1-10-2024, 18:38
- ПРАЗДНИКИ, ОБРЯДЫ
- 0
- 232
Fotolar Zamir İsayevin facebook səhifəsindən götürülüb.
Zamir İsaev, Azərbaycan Gürcü Sefard Yəhudi icmasının sədri
Hər il olduğu kimi, bu ildə icmamızın xətti ilə yeni yəhudi təqvimi yeni il - Roş Ha Şana bayramı ərəfəsində işıq üzü gördü. Bu ilki təqvim, İsraildə yerləşən qədim yəhudi şəhərlərinə həsr olunmuşdur. Ümumiyyətlə, carı yəhudi ilinin yekunu kimi mənəmnunluq hissi ilə qeyd etmək istərdim ki, hazırda Gürcü yəhudilərinin Bakı dini icması təkçə Azərbaycanda 10 dan çox layihə həyata keçirməkdədir. Bu layihələrdən bəzilərini nəzərinizə çatdırmaq istərdim:
*46 saylı orta məktəbin nəzdində fəaliyyət göstərən Yəhudi bölməsinin şagirdləri və məktəbəqədər siniflər üçün gündəlik nəqliyyat, koşer mətbəx, müxtəlif texniki təhcizat, dərs ləvazimatları, asudə və məktəbdən xaric vaxtlarının səmərəli keçməsi üçün tədbirlər və s;
* Sinaqoq - mütəmadi dualar və mərasimlər;
* Yəhudi qadınlar klubu;
* Kişi və qadın mikvaları;
* Kaşrut departamenti;
* Ravvinlər məhkəməsi ( regionda yeganə);
* Müxtəlif nəşriyyat;
* İsrail və digər xarici medialarda Azərbaycanın haqq səsini, Azərbaycan multikulturalizm modelini dünya içtimayətinə çatdırmaq üçün müxtəlif media layihələr ( bu layihə çərçivəsində təkcə son bir il ərzində 60 yaxın məqalə və digər media tədbirlər həyata keçirilib. Onlardan bir neçəsi dünyada böyük rezonansa səbəb olub - bu haqda başqa vaxt ətraflı yazaram).
Qeyd edim ki, yuxarıda göstərilən Azəərbaycanda keçirilən layihələr tək gürcü yəhudiləri deyil, Azərbaycanın yəhudi icmalarının nümayəndələri üçün nəzərdə tutulub.
Bundan əlavə, icmamız dünyanın müxtəlif ölkələrində fəaliyyət göstərən 7 nüfuzlu beynəlxalq yəhudi təşkilatları ilə sıx əməkdaşlıq edir, onlardan üçünün tam üzvüdür.