Ethnoglobus » ЭТНОПОЛИТИКА » İRANIN REGİONUN GEOSİYASİ VƏZİYYƏTİNƏ RİYAKAR MÜNASİBƏTİ

İRANIN REGİONUN GEOSİYASİ VƏZİYYƏTİNƏ RİYAKAR MÜNASİBƏTİ

İRANIN REGİONUN GEOSİYASİ VƏZİYYƏTİNƏ RİYAKAR MÜNASİBƏTİ
ЭТНОПОЛИТИКА
Ethnoglobus.Az
Фото: Ethnoglobus
16:40, 16 dekabr 2022
1 626
0

Foto: Google

Vidadi Mustafayev

İranda Birinci Qarabağ müharibəsindən sonra daim Azərbaycana və Ermənistana  hansısa yardımlarından danışır və həmin yardımları regionun geosiyasi vəziyyətinin dəyişməsinə mane olmaq üçün etdikərini vurğulayırdılar.Birinci Qarabağ müharibəsindən sonra geosiyasi vəziyyətin müvəqqəti olaraq  əsaslı şəkildə dəyişdiyini nəzərə alanda, İranın həmin iddiasını başa düşmək olmurdu.

Axı İran geosiyasi dəyişikliklərin,yəni Ermənstanın Azərbaycanın ərazilərinin 20%-ni işğal etməsinin  qarşısını almaq üçün nəinki heç nə etmirdi,həm də belə bir iddia,xəbərdarlıqla belə çıxış etmirdi.Belə olan halda, həmin iddianı necə başa düşmək olardı.İranın İkinci Qarabağ müharibəsindən sonra regionda yaranmış yeni  geosiyasi dəyişikliklərə qarşı cıxması ilə bağlı yazılarda qeyd edilən suala ətraflı cavab tapmaq olar.

Təkcə onu demək kifayəıtdir ki,iranlılar   yeni yaranmış  geosiyasi reallıqdan irəli gəlın  məyusluqlarını  gizlətmirlər.Onlar dəfələrlə təkrar edirlər ki, Qarabağ Ermənistanın işğalında olanda İran üçün həmin ərazidən heç bir təhlükə gəlmirdi.Hətta ən yaramaz və həyasız ekspertlərdən bir deyir ki,onda İranda  bilmirdilər ki,Qarabağ bölgəsində Azərbaycanla qonşudurlar,bunu onlara  heç nə hiss etdirmirdi.Həmin vəziyyət İranı  tamamilə qane edirdi..
Deməli, İran Birinci Qarabağ müharibəsi dövründə və ondan sonra  ümumiyyətlə geosiyasi dəyişikliyə qarşı deyil,Ermənistanın Azərbaycanın ərazisinin 20%-ni işğal etməsindən sonra yaranmış geosiyasi reallığın dəyişməsinə qarşı çıxırdı. İranlılar etiraf edirlər ki,Qarabağda olan qondarma rejim heç kim tərəfindən tanınmasa da, yaranmış geosiyasi vəziyyət dəyişməsin deyə,İran  həm Ermənistana,həm də Azərbaycana yardım edirdi.Yəni İranı Azərbaycanın xeyli hissəsinin,xüsusən də  sərhəd ərazilərinin Ermənistan tərəfindən işğal edilməsi tamamilə qane etdiyindən bu ölkə,həmin illərdə yeni yaranmış geosiyasi reallığın dəyişməsinə qarşı çıxırdı.Sadə dillə deyilərsə, İran Ermənistanın işğalı nəticəsində yaranmış yeni müvəqqəti geosiyasi reallığın Azərbaycan tərəfindən dəyişdirilə bilməsinə qarşı olduğu üçün Ermənstana hər cür yardım göstərirdi.

İndi İran siyasiləri və ekspertləri İkinci Qarabağ müharibəsinə qədər mövcud olmuş geosiyasi reallığı regionun İranın maraqları baxımından qızıl dövrü adlandırırlar. İran Azərbaycanın Vətən müharibəsində qələbəsindən sonra yaranmış geosiyasi reallığı özü üçün təhlükə hesab edərək, onun təsbit olunmasına mane olmağa çalışır. İran zahırən Ermənistanın ərazi bütövlüyünü dəstəkləməsini və Zəngəzur dəhlizinin açılışına qarşı çıxmasını regionda geosiyasi dəyşikiyə qarşı olması ilə pərdələsə də, əsas məqsədi bütün vasitələrlə Azərbaycanın Qarabağın rus sülhməramlılarının müvəqqəti yerləşdiyi ərazilərdə suverenliyinin tam bərqırar omasına mane olmaqdan ibarətdir. İranlılar həmin məqsədlə haqqında danışılan əraziyə yüksək muxtariyyəıt verilməsi ideyası da irəli sürürlər.

Bir sözlə, İran geosiyasi reallığın dəyişməməsi dedikdə, İkinci Qarabağ müharibəsinə  qədər  Azərbaycanın öz işğal altında olan ərazilərini azad etməsinə,indi isə rus sülhməramlıların müvəqqəti yerləşdiyi ərazilərdə Azərbaycanın suverenliyinin təsbit edilməsinə qarşı olduğunu vurğulayır. Ermənistanın ərazi bütövlüyünü müdafiə etmək və Zəngəzur dəhlizinə qarşı çıxmaq əsas məqsədi pərdələmək üçündür.

İranın riyakarlığı geosiyasi dəyişiklik terminini ümumi,mücərrəd formada səslndirərək    bütün hallarda Azərbaycan Respublikasının ərazi bütövlüyü və  suverenliyinə qarşı istifadə etməsində təzahür edir. İrana görə Azərbaycanın suverenliyinə qarşı yönəlmiş geosiyasi dəyişiklik dəyişiklik sayılmır,amma Azərbaycanın öz ərazilərini azad etməsi və suverenliyini bərpa etməsi geosiyasi dəyşiklik sayılr.

İran öz riyakar  siyasətini, hamının gördüyü kimi, bu gün də davam etdirir.


#

İran inqilab MəhsaAmini İslam





Читайте также:
Rus uşaq ədəbiyyatı dünya mədəniyyətinin zəngin  kapitalıdır. (I hissə)
Rus uşaq ədəbiyyatı dünya mədəniyyətinin zəngin kapitalıdır. (I hissə)
30.03.22, КУЛЬТУРА
Tehranın Azərbaycana qarşı əsassız iddiaları
Tehranın Azərbaycana qarşı əsassız iddiaları
27.07.23, АНАЛИТИКА
İmadəddin Nəsimi haqqında İranda tədqiqatlar
İmadəddin Nəsimi haqqında İranda tədqiqatlar
19.09.23, КУЛЬТУРА
AZƏRBAYCAN DEMOKRAT FİRQƏSİNİN DÖVLƏTÇİLİK SİYASƏTİ (1945-1946-CI İLLƏR)
AZƏRBAYCAN DEMOKRAT FİRQƏSİNİN DÖVLƏTÇİLİK SİYASƏTİ (1945-1946-CI İLLƏR)
13.05.24, ЭТНОПОЛИТИКА
Rus uşaq ədəbiyyatı dünya mədəniyyətinin zəngin kapitalıdır. (III hissə)
Rus uşaq ədəbiyyatı dünya mədəniyyətinin zəngin kapitalıdır. (III hissə)
30.03.22, КУЛЬТУРА
İRAN  TALİBLƏRLƏ ƏMƏKDAŞLIĞI DAVAM ETDİRƏRƏK DAHA DA GENİŞLƏNDİRƏCƏKDİR
İRAN TALİBLƏRLƏ ƏMƏKDAŞLIĞI DAVAM ETDİRƏRƏK DAHA DA GENİŞLƏNDİRƏCƏKDİR
08.05.22, АНАЛИТИКА / ЭТНОПОЛИТИКА
Ərzin əşrəfi Naxçıvan (2-ci hissə)
Ərzin əşrəfi Naxçıvan (2-ci hissə)
23.12.24, ИСТОРИЯ И ОБЩЕСТВО
İRANIN  AZƏRBAYCANA QARŞI İDEOLOJİ FƏALİYYƏTİNİN  MƏRHƏLƏLƏRİ
İRANIN AZƏRBAYCANA QARŞI İDEOLOJİ FƏALİYYƏTİNİN MƏRHƏLƏLƏRİ
23.04.23, ЭТНОПОЛИТИКА
SEPAH: BÖYÜK İDDİADAN BÖYÜK UĞURSUZLUĞA
SEPAH: BÖYÜK İDDİADAN BÖYÜK UĞURSUZLUĞA
04.05.26, В МИРЕ
Ərzin əşrəfi Naxçıvan (4-cü hissə)
Ərzin əşrəfi Naxçıvan (4-cü hissə)
27.12.24, ИСТОРИЯ И ОБЩЕСТВО
Heydər Əliyev və Cənubi Azərbaycan problemi
Heydər Əliyev və Cənubi Azərbaycan problemi
22.05.26, ЭТНОПОЛИТИКА
İRAN TERROR AKTINDAN SONRA AZƏRBAYCANA QARŞI İDEOLOJİ FƏALİYYƏTİNİ  GENİŞLƏNDİRİR
İRAN TERROR AKTINDAN SONRA AZƏRBAYCANA QARŞI İDEOLOJİ FƏALİYYƏTİNİ GENİŞLƏNDİRİR
02.02.23, ЭТНОПОЛИТИКА
1941-1946-cı illərdə Cənubi Azərbaycanda xalqın milli özünüdərk prosesinin yüksəlişi və Azərbaycan dilinin mövqeyi
1941-1946-cı illərdə Cənubi Azərbaycanda xalqın milli özünüdərk prosesinin yüksəlişi və Azərbaycan dilinin mövqeyi
10.10.23, ЭТНОПОЛИТИКА
“Kinomexanikin qayıdışı” (“Kinomexaniki oqardemon”): Talış dilində dünya səviyyəli ilk bədii-sənədli filmin sehrli aləmi...
“Kinomexanikin qayıdışı” (“Kinomexaniki oqardemon”): Talış dilində dünya səviyyəli ilk bədii-sənədli filmin sehrli aləmi...
22.12.24, КУЛЬТУРА
“Azərbaycan İranın başıdır, baş gedəndə bədən də gedər... General Şadan”
“Azərbaycan İranın başıdır, baş gedəndə bədən də gedər... General Şadan”
07.10.24, КУЛЬТУРА
Qüds azadlıq yolunda
Qüds azadlıq yolunda
28.04.22, АНАЛИТИКА