Главная > ЭТНОПОЛИТИКА > İRANIN REGİONUN GEOSİYASİ VƏZİYYƏTİNƏ RİYAKAR MÜNASİBƏTİ
İRANIN REGİONUN GEOSİYASİ VƏZİYYƏTİNƏ RİYAKAR MÜNASİBƏTİ16-12-2022, 16:40. Разместил: Gulnara.Inanch |
|
Foto: Google Vidadi Mustafayev İranda Birinci Qarabağ müharibəsindən sonra daim Azərbaycana və Ermənistana hansısa yardımlarından danışır və həmin yardımları regionun geosiyasi vəziyyətinin dəyişməsinə mane olmaq üçün etdikərini vurğulayırdılar.Birinci Qarabağ müharibəsindən sonra geosiyasi vəziyyətin müvəqqəti olaraq əsaslı şəkildə dəyişdiyini nəzərə alanda, İranın həmin iddiasını başa düşmək olmurdu. Axı İran geosiyasi dəyişikliklərin,yəni Ermənstanın Azərbaycanın ərazilərinin 20%-ni işğal etməsinin qarşısını almaq üçün nəinki heç nə etmirdi,həm də belə bir iddia,xəbərdarlıqla belə çıxış etmirdi.Belə olan halda, həmin iddianı necə başa düşmək olardı.İranın İkinci Qarabağ müharibəsindən sonra regionda yaranmış yeni geosiyasi dəyişikliklərə qarşı cıxması ilə bağlı yazılarda qeyd edilən suala ətraflı cavab tapmaq olar. Təkcə onu demək kifayəıtdir ki,iranlılar yeni yaranmış geosiyasi reallıqdan irəli gəlın məyusluqlarını gizlətmirlər.Onlar dəfələrlə təkrar edirlər ki, Qarabağ Ermənistanın işğalında olanda İran üçün həmin ərazidən heç bir təhlükə gəlmirdi.Hətta ən yaramaz və həyasız ekspertlərdən bir deyir ki,onda İranda bilmirdilər ki,Qarabağ bölgəsində Azərbaycanla qonşudurlar,bunu onlara heç nə hiss etdirmirdi.Həmin vəziyyət İranı tamamilə qane edirdi.. İndi İran siyasiləri və ekspertləri İkinci Qarabağ müharibəsinə qədər mövcud olmuş geosiyasi reallığı regionun İranın maraqları baxımından qızıl dövrü adlandırırlar. İran Azərbaycanın Vətən müharibəsində qələbəsindən sonra yaranmış geosiyasi reallığı özü üçün təhlükə hesab edərək, onun təsbit olunmasına mane olmağa çalışır. İran zahırən Ermənistanın ərazi bütövlüyünü dəstəkləməsini və Zəngəzur dəhlizinin açılışına qarşı çıxmasını regionda geosiyasi dəyşikiyə qarşı olması ilə pərdələsə də, əsas məqsədi bütün vasitələrlə Azərbaycanın Qarabağın rus sülhməramlılarının müvəqqəti yerləşdiyi ərazilərdə suverenliyinin tam bərqırar omasına mane olmaqdan ibarətdir. İranlılar həmin məqsədlə haqqında danışılan əraziyə yüksək muxtariyyəıt verilməsi ideyası da irəli sürürlər. Bir sözlə, İran geosiyasi reallığın dəyişməməsi dedikdə, İkinci Qarabağ müharibəsinə qədər Azərbaycanın öz işğal altında olan ərazilərini azad etməsinə,indi isə rus sülhməramlıların müvəqqəti yerləşdiyi ərazilərdə Azərbaycanın suverenliyinin təsbit edilməsinə qarşı olduğunu vurğulayır. Ermənistanın ərazi bütövlüyünü müdafiə etmək və Zəngəzur dəhlizinə qarşı çıxmaq əsas məqsədi pərdələmək üçündür. İranın riyakarlığı geosiyasi dəyişiklik terminini ümumi,mücərrəd formada səslndirərək bütün hallarda Azərbaycan Respublikasının ərazi bütövlüyü və suverenliyinə qarşı istifadə etməsində təzahür edir. İrana görə Azərbaycanın suverenliyinə qarşı yönəlmiş geosiyasi dəyişiklik dəyişiklik sayılmır,amma Azərbaycanın öz ərazilərini azad etməsi və suverenliyini bərpa etməsi geosiyasi dəyşiklik sayılr. İran öz riyakar siyasətini, hamının gördüyü kimi, bu gün də davam etdirir. #İran inqilab MəhsaAmini İslamВернуться назад |