Ethnoglobus » ЭТНОПОЛИТИКА » Türk Dövlətləri Təşkilatının tarixi-ənənəvi kökləri varmı... (I yazı)

Türk Dövlətləri Təşkilatının tarixi-ənənəvi kökləri varmı... (I yazı)

image

Solmaz Toqidi-Rüstəmova  , professor

 Azərbaycanın öz dövlət müstəqilliyini bərpa etdikdən sonrakı dövr bir sıra müasir dünya dövlətləri arasında müxtəlif əsaslar və maraqlar üzərində inteqrasiya prosesslərinin vüsət alması ilə səciyyələnir.  Ümumi kökə və mədəniyyətə sahib olan türk xalqlarının bir-biri ilə yaxınlaşması və sürətli inteqrasiyası da bu baxımdan nəzərə çarpan ən qabarıq proseslərdən sayıla bilər. Həmin prosesi şərtləndirən və günün zərurətinə çevirən səbəblər və maraqlar üzərində dayanmadan, bu məsələ ilə bağlı bir məqama diqqət yetirək.


 5 müstəqil Türk dövlətləri tərəfindən siyasi, ictimai, iqtisadi, mədəni və digər sahələrdə əlaqələrin güclənməsinə yönəlik müxtəlif beynəlxalq birliklərin yaranması Azərbaycan cəmiyyətinin müəyyən bir qismində böyük “Turan” ideyasının bərpası kimi qəbul edilir və sosial şəbəkələrdəki müzakirələrdən göründüyü kimi heç də birmənalı qarşılanmır. Bu proseslərin beynəlxalq aləmdə də müəyyən qıcıqlar doğurduğu, bir sıra ölkələrin açıq-aydın narahatlığına səbəb olduğu nəzərə alınarsa, Azərbaycan cəmiyyətinin bir hissəsinin “turançılıq” kimi qələmə verilən türk birliyi ideyasına skeptik, bəzi hallarda hətta barışmaz münasibətini ilk növbədə xarici, xüsusilə qonşu dövlətlərin mənfi reaksiyası və ölkəmizə qarşı təhdidlər və ya təhlükələr yarada biləcəyi ehtimalının təsiri ilə izah etmək olar.

 Bu ideyanı qəbul etməyən başqa bir qisim öz mövqeyini müasir türk dövlətlərinin daxili siyasəti və mövcud hakimiyyətlərin xarakteri ilə əsaslandırır. Azərbaycanda yaşayan milli azlıqların və azsaylı xalqların nümayəndələrinin sosial şəbəkələrdə məhz “Turan” adı ilə gündəmə gətirilən bu proseslərə hər hansı mövqeyi tək-tək istisnalar sayılmadan kəskin şəkildə qoyulmasa da “narazılar” arasında bu xalqların nümayəndələrinin (o cümlədən xaricdə yaşayanların) olduğu nəzərə çarpır.

    Son aylarda Türk xalqlarının və dövlətlərinin inteqrasiya problemlərinin müzakirə olunduğu iki beynəlxalq elmi konfransda iştirakım zamanı bu proseslərin mahiyyəti ilə daha dərin tanışlıqdan, eləcə də sosial şəbəkələrdə bu mövzuyla bağlı fikirləri daha diqqətlə izlədikdən sonra məsələyə ilk növbədə tarixilik baxımından aydınlıq gətirməyə və münasibət bildirməyə lüzum görürəm. Təbii ki, bu “tarixi ekskursa”  əfsanəvi “İran-Turan” qarşıdurmasından deyil, müasir türk dövlətlərinin xələfləri olduğu proseslərdən başlayıram.

    XX əsrin əvvəllərində, artıq öz etnik-milli kimliklərini dərk etmiş türk xalqlarının, xüsusilə  Rusiya İmperiyası hüdudunda yaşayan türk toplumlarının öz talelərini siyasi baxımdan həll etmək çarpıntılarını məhz  “türk kimliyi” əsasında əməkdaşlıq üzərində qurması olduqca diqqətəlayiqdir. Rus çarizminə qarşı mübarizəni siyasi-inqilabi partiyalar yaratmaq yolu ilə aparan digər İmperiya xalqlarından fərqli olaraq ölkənin müsəlman-türk xalqları 1905-ci ilin avqustunda özlərinin ilk qurultayına yığışırlar. Nijni-Novqorod şəhərində, Volqa boyu üzən gəmidə yarı-gizli şəraitdə keçən və tarixə “Ümumrusiya müsəlmanlarının I qurultayı” kimi düşən bu və sonrakı yığıncaqlar “müsəlman” adı daşısa da, onların İmperiyanın əsasən türk xaqlarını əhatə etdiyi və qarşısına da məhz milli-siyasi vəzifələr qoyduğu bu qurultayın əsas təşkilatçılarından olan Əlimərdan bəy Topçubaşovun Açılış nitqinin  ilk cümlələrindən bəlli olur:

“Biz – türklər eyni kökə, eyni mənşəyə, eyni dinə mənsubuq. Bizim əcdadlarımızın torpaqları Məğribdən Məşriqə qədər uzanırdı...Babalarımızın qəhrəmanlığına baxmayaraq bu gün biz nə Qafqaz dağlarında, nə Krım bağlarında, nə Qazan çöllərində, bizim öz tarixi vətənimizdə, öz əcdadlarımızın torpaqlarında öz ehtiyaclarımızı və dərdlərimizi açıq müzakirə etmək imkanından məhrumuq...”  

     İmperiyanın bütün türk-müsəlman xalqlarını əhatə edən və azərbaycanlıların aparıcı mövqelərə malik olduğu bu hərəkatın hələ yalnız 1905-1906-cı illərdə 3 dəfə öz qurultaylarını keçirməsi (sonuncu- 1916-cı il) Rusiyanın “türk elitasının”  siyasi fəallığının ən parlaq nümayişi olur və İmperiyanın ictimai-siyasi mühitində “siyasi türkçülük” ifadəsinin yaranması ilə nəticələnir. Ayrıca qeyd edək ki, bu hərəkatın gələcək strategiyasını müəyyənləşdirən əsas proqram sənədləri türk-müsəlman dünyasının liderlərindən biri kimi qəbul edilən, böyük nüfuz sahibi, hüquqşünas Əli Mərdan bəy Topçubaşov tərəfindən hazırlanmışdır.

   Azərbaycanlı siyasi xadimlərin İmperiyanın digər türk-müsəlman xalqları ilə əməkdaşlığı bu  

qurultaylarla yanaşı, Rusiya Dövlət Dumalarında da davam etmişdir. Rusiya Parlamentinin bütün

4 çağırışında azərbaycanlı, tatar və digər türk xallarını təmsil edən deputatlar məhz

“Müsəlman Fraksiyasında” (I Dumada – 36 nəfər) birləşmiş və fəaliyyətlərini birgə tənzim etmişlər. Çar hakimiyyətinin hər dəfə   yeni Dumaya seçkilər ərəfəsində milli ucqarlardan olan nümayəndələrin sayını mütəmadi olaraq azaltdığı bir şəraitdə 4-cü Dumada (1912-1917-ci illər) artıq cəmi 7 nəfərdən ibarət olan “Müsəlman Fraksiyasında” Cənubi Qafqazın müsəlman əhalisindən yeganə deputat Məmməd Yusif Cəfərov Dumada heç bir nümayəndəsi olmayan bütün Türküstan əhalisinin (hazırki 5 Orta Asiya respublikalarının ərazisi) hüquqlarını da müdafiə etmişdir.

   Burada xüsusi vurğulanmalıdır ki, ümumi qəbul edilmiş rəyə görə “siysi türkçülük” ideoliji konsepsiyası məhz Rusiya İmperiyasının türk xalqlarının görkəmli fikir adamları tərəfindən hazırlanmış, Osmanlı dövlətinin siyasi xadimləri sonradan bu fikir hərəkatına qoşulmuşlar.

  Bütün bu dövrdə Azərbaycanın türk-müsəlman ziyalıları Osmanlı mühiti orbitində də fəal olmuş, təhsil almaqdan tutmuş bu ölkədə gedən ictimi-siyasi və ədəbi proseslərdə iştirak etmişlər. I dünya müharibəsi başlayanda Çar hakimiyyəti öz hərbi rəqibi Osmanlı dövlətinə rəğbətinə görə Cənubi Qafqazın türk-müsılman əhalisinə etibar etməmiş, bu məqsədlə bir sıra önləyici tədbirlər görmüşdür. Az sonra Azərbaycan ictimaiyyəti bu “etimadsızlığın” heç də əsassız olmadığını nümayiş etdirmişdir. 1915-ci ildə Qarsın türk-müsəlman əhalisinin bir neçə ay fasiləsiz erməni-rus qoşunları tərəfindən xüsusi qəddarlıqla müşayiət olunan kütləvi qırğınlar və talanlara məruz qalması Cənubi Qafqazın azərbaycanlı cəmiyyətində geniş əks-səda doğurmuşdur. Bakı Müsəlman Xeyriyyə Cəmiyyəti Qars camaatına kömək üçün 3 dəfə Rusiya  çar hökumətinə müraciət etsə də: “Siz, Qafqazlı müsəlmanlar, bizim düşmənlərimizə yardım etmək istəyirsiniz. Müharibə zamanı buna icazə verilməz”- deyə hər dəfə rədd cavabı almışdır. Nəhayət, Əlimardan bəy Topçubaşov kimi tanınmış ictimai-siyasi xadimin başçılıq etdiyi nümayəndə heyəti Tiflisdə, Qafqaz Canişini ilə görüşərkən irəli sürülən iddiaya verdiyi: “Siz, iki dövlət – Osmanlı imperatorluğu ilə Rusiya çarlığı müharibə edirsiniz. Biz, sizin düşmənlərinizə deyil, işğalınız altına aldığınız vilayətlərdəki pərişan qardaşlarımıza insani və maddi yardım etmək istəyirik” – cavabı ilə tələb olunan icazəni ala bilmişdir.

    Azərbaycan türklərinin müharibə gedən ərazilərdə aylarla Osmanlı türk əhalisinə verdiyi geniş maddi və mənəvi dəstəyin, eləcə də bu savaş dövründə əsir düşmüş və Nargin adasında saxlanılan türk əsgər və zabirtlərinə ərzaqla təminat və müalicədən tutmuş, əsirlikdən azad edib vətənlərinə yola salmağa qədər göstərilən xidmətin xarakteri həmin dövr bu məqsədlər üçün yaradılan təşkilatın və onun nəşr etdiyi jurnalın adında  əks olunmuşdur: “Qardaş köməyi”.

    Az sonra, belə bir qarşılıqlı kömək artıq dövlət səviyyəsində, Osmanlı ordusu tərəfindən Azərbaycan xalqına və yeni yaradılmış Azərbaycan dövlətinə ediləcək...  

                Ardı var...















I Rusiya Dövlət Dumasının Müsəlman Fraksiyasının üzvlərindən bir qrup. Azərbaycanlı deputat Məhəmməd Ağa Şahtaxtlı (ayaq üstə, soldan birinci)











Əli Mərdan bəy Topçubaşov, Türk-müsəlman dünyasının nüfuzlu xadimi, I Dövlət Dumasında Müsəlman ftaksiyasının üzvü



r










II Rusiya Dövlət Dumasının Müsəlman Fraksiyasının üzvlərindən bir qrup. Azərbaycanlı deputatlar Fətəli Xan Xoyski (oturub, soldan birinci) və Xəlil bəy Xasməmmədov (oturub, sağdan birinci










"Qardaş köməyi"jurnalı







Rusiya müsəlmanlarının l qurultayının iştirakçıları. (1905, Nijni -Npvqorod)







Rusiya müsəlmanlarının lV qurultayı. Əlimərdan bəy mərkəzdə (oturub, soldan dördüncü)



























Məmməd Yusif Cəfərov. 4-cü Dövlət Dumasında Cənubi Qafqazın müsəlman əhalisindən yeganə deputat. Dumada heç bir nümayəndəsi olmayan Türküstan müsəlmanlarının hüquqlarını müdafiə etmiş, bu əhali qrupunun rus məmurları qarşısında təzim etməsi haqda qanunun ləğvinə nail olmuşdur.






















ДРУГИЕ НОВОСТИ
ВСЕ НОВОСТИ
18:44Avraham Shmulevich; İsrail Ermeni Soykırımı’nı Tanıdı: Ermeniler Neden Öfkeli ve Bu Neye Yol Açabilir?20:30İRAN ŞƏHİD RƏHBƏRİ İLƏ VİDALAŞIR11:33İRAN YENƏ DƏ ORTA ƏSRLƏRDƏ QALMAQ İSTƏYİR.13:34Bir daha Azərbaycan milli kimliyini okeanlara çıxarmaq istəyən balaca qara balığın taleyi haqqında…20:08Tərəddüdlü iran19:19Fələstin və İslam İnkişaf Bankı Fələstinin enerji sektorunun maliyyələşdirilməsi üçün 37 milyon ABŞ dolları dəyərində saziş imzalayıb18:56"FARS " ƏLİFBASI TACİKLƏRİN QƏDİM MİLLİ KİMLİYİNİ BƏRPA EDƏCƏK17:33İRAN TƏRANƏLƏRİ17:16Молчаливое свидетельство эпохи14:16Fələstinin Bakıdakı səfirliyinin bəyanatı08:01Welatparêzekî kurd ji Azirbêcanê08:17Когда рукопись становится практикой08:08Heydər Əliyev və Cənubi Azərbaycan problemi10:32“QALİB” İRAN19:04Fələstin Dövlətinin Azərbaycandakı səfirliyinin Nəkbə Anım Günü münasibəti ilə Bəyanatı10:35HEYDƏR ƏLİYEVİN MULTİKULTURALİZM VƏ TOLERANTLIQ İDEYALARI19:06Böyük Muğan-Suqovuşan Qurultayının 290 illiyi münasibətilə21:09SEPAH: BÖYÜK İDDİADAN BÖYÜK UĞURSUZLUĞA15:07XHAR – LƏZGİ OCAĞI15:05В интересах общей безопасности страны Центральной Азии налаживают связи с Афганистаном16:06Yadulla Kərimipur: İran üçün təhlükəli bir dəyişiklik barədə söhbət; ölkə daxilindən gözlənilməz bir təhlil15:44Война, религия и политика: напряженность в отношениях между Папой и Трампом11:30"Qarabağ", Milli futbol komandası və milli ideologiya17:08Avraham Şmuleviç: Budapeşte’deki Değişim Tiflis’i ve Güney Kafkasya’yı Nasıl Sarsabilir?16:58Неизбежная реальность евроатлантической обороны: без Турции это невозможно14:55XUZİSTANDA "SEPARATİST", ŞƏRQİ AZƏRBAYCANDA ŞAHPƏRƏST14:19Что происходит в Юго-Восточной Азии?18:24«Шеш кнафаим»: книга, потерянная по дороге18:17НЕКОТОРЫЕ ОСОБЕННОСТИ ПЕРЕВОДА ФРАЗЕОЛОГИЗМОВ12:29İran'dan Babül Mendeb uyarısı: Altı yönüne dikkat edin16:33YouTube-каналы «трех грандов» Турции по футболу — в первой двадцатке Европы16:23«Красная среда»: Праздник творения и начало жизни в езидской вере15:54Отменено празднование езидского нового года Чаршама Сор (Красная Среда) в храме Лалиш15:00Скрытая архитектура Торы: взгляд через схему (Часть I I I )12:23Risky Partnership09:06Iranın və ABŞ-ın "iki həftəlik qələbəsi" ,və ya tarixin bu günü18:53Rəhbər Xameneyinin başına nə gəldi?12:39Hazırki münaqişə dövründə İranda vətənpərvərlik təbliğatı10:53Седакъет Керимова : СА ХАХАДИЗ10:35Нисону — Песах10:30Евреи в Азербайджане это взаимоуважение и взаимодоверие11:03Fələstin Torpaq Gününün 50 illiyi18:36Fələstin Dövlətinin Azərbaycandakı səfirliyinin Mətbuat Açıqlaması13:06Скрытая архитектура Торы: взгляд через схему (Часть II)09:36Скрытая архитектура Торы: взгляд через схему (Часть I)13:29İranın Qafqazda nüfuz davası07:28Gülnara İnanc: Gürcü Toplumunun Birleştiricisi Olarak II. İlya18:38ილია II – როგორც ქართული საზოგადოების გამაერთიანებელი - გულნარა ინანჯი10:31Илия II как объединитель грузинского общества18:13ƏSL ACLIQ-RUHİ-MƏNƏVİ ACLIQDIR, CİSMANİ YOX.21:15İRAN İKİ CƏBHƏDƏ VURUŞUR21:06Война США-Израиля и Ирана: взгляд сквозь призму глобальной системы18:56От Claude до Starlink: цифровое оружие в войне между США, Израилем и Ираном12:13ФРАЗЕОЛОГИЯ КАК ОТРАЖЕНИЕ ЭТНОКУЛЬТУРОЛОГИЧЕСКИХ ОСОБЕННОСТЕЙ РУССКОГО, АЗЕРБАЙДЖАНСКОГО И ТАЛЫШСКОГО ЯЗЫКОВ15:07TRUMP İRANI VURACAQ YA VURMAYACAQ.14:57İki ənənənin dialektikası: Novruz və Ramazan16:49Узбекистан: красочное наследие традиционного костюма от прошлого к настоящему18:59Переписка и рукописи раввинов17:55İRAN"MİLLİ İNQİLAB"DAN SONRA NƏLƏR OLDU17:48Что означает NAVTEX Турции в Эгейском море?13:25İranda islahatçıların həbsi; təxribatçı müxalifətdən təcrid olunmuş müxalifətə keçid?15:08Турецкие ученые прибыли в Антарктиду в 10 раз14:59Qonşuların maraqları İranı tərkisilah etmək yox, rejimi dəyişməyi tələb edir.17:07ИСТОРИЧЕСКИЕ КОРНИ ИМПЕРСКОГО МЫШЛЕНИЯ В РОССИИ13:59Kahinəti təğdis kardə bey12:53Геополитические приоритеты США: Иран — это больше, чем просто Иран17:52Аба-Саво, Аба-Сава, Абас-Оба или Аба-Сово? (Часть II)17:48Аба-Саво, Аба-Сава, Абас-Оба или Аба-Сово? (часть I)17:42Дональд Трамп: «Гренландия — территория США с 2026 года»08:42Why Iran’s Protest Movement Cannot Succeed Without the Kurds08:37İRANDA NƏ BAŞ VERİR?16:25Эксперты провели параллели между вторжением США в Венесуэлу и планами Трампа на Гренландию11:49Кем были люди, бросившие вызов наследникам Чингисхана08:30"Лезгинка",Танхо Израилов и Игорь Моисеев: столкновение талантов19:33Movses Dasxurantsi or Movses Kalankatuatsi: who was the author of the «History of the Country of Aluank»?16:54Böyük Çillə-Qaraqış başladı15:58İRAN VƏ ZAMANIN İRONİYASI19:50Ханукои-Ханука17:54Энергетическая и дипломатическая активность в отношениях Турции и Туркменистана17:03IRAN ÜÇÜN ƏSAS MƏSƏLƏ: HİCAB YA HİCABSIZLIQ12:27Горские евреи и Эрец Исраэль в период британского мандата (1918-1948) Третий Этап Часть III12:16FARS DİLİ ÜÇÜN "XƏTƏR SOVUŞDU"18:11В Японии разработали новый метод «описание мыслей»15:54Горские евреи и Эрец Исраэль в период британского мандата (1918-1948)14:01Литовские татары в XVII-XX вв.09:03Əbülfəz Rəcəblinin talış dilinin leksikası kitabından (FRAZEOLOGİYA)08:59TOLIŞƏ ZIVONİ LEKSİKƏ PROFESSOR RƏCƏBİ ƏBULFƏZ FRAZEOLOQİYƏ10:57დავით ხოსიტაშვილის წიგნის “კლასიკური მუსიკის ჩაწერის ხელოვნების ასპექტები“ პრეზენტაცია14:57Bakıda “Ronahi” Kürd Mədəniyyət Mərkəzinin yaranmasının 35 illiyi qeyd olunub12:10TBİLİSİDƏ QAFQAZ KÜRDLƏRİNİN II ELMİ-PRAKTİKİ KONFRANSI KEÇİRİLİB08:52Паломники и Старый ишув Первый этап, часть II15:59Второй этап: горские евреи, сионизм и алия (репатриация) до Первой мировой войны - 1890 - 1914 годы ( Часть I)17:21Турция является одним из важнейших партнеров Срединного коридора16:34ترک ها در احادیث پیامبر16:24Рабби Иосиф бен Хаим Шур16:59Оша’на Рабба – Араво - ГIэрево16:46Страсти за Каспием17:38İrana növbəti hərbi hücum olacaqmı?14:29İRANIN QARA SENTYABRLARI20:00Azərbaycanda və Balkan ölkələrində multikulturalizm və tolerantlıq ənənələrinin müqayisəli təhlili.15:31Rza Pəhləvinin “Kuruş paktı” daxili analitikin mikroskopunda18:47В Баку прошел вечер, посвященный истории татар Азербайджана18:37ترک ها در احادیث پیامبر17:12Xameneinin müşaviri Azərbaycana xəbərdarlıq edib14:27İRAN RƏHBƏRİNİN NÜFUZSUZ MÜŞAVİRİ18:05Gökhan Güler: KKTC bayrağının Türk dünyasındaki nazlı yolculuğu18:59UEFA Şampiyonlar Ligi 3. Ön Eleme Turu Fenerbahçe-Feyenoord maçının psikolojik analizi (12 Ağustos 2025)16:31Запуск Зангезурского коридора увеличит энергетический потенциал Турции09:48CƏNUBİ AZƏRBAYCAN TƏHLÜKƏ DEYİL10:30AZƏRBAYCAN DEMOKRAT FIRQƏSININ MƏRAMNAMƏSİ08:35İRANLI MÜƏLLİF:"DƏRİN TƏƏSSÜF DOĞURUR VƏ ÇOX TƏHLÜKƏLİDİR".19:05Мовсес Дасхуранци или Мовсес Каганкатваци: кто был автором “Истории страны Агванк»?10:32İranın yeni və gözlənilməyən qonşusu12:54İranın Demokrat Türkmənləri: Ali Rəhbərin hakimiyyəti sosial həmrəyliyə mane olur12:51İranın Türkmənsəhra əyalətində türkmənlər arasındakı sosial fenomen haqqında07:50Новый баланс в Евразии и стратегическое положение Турции19:21Kafkasyada barışın önündeki engel11:53Дипломатия Трампа в Овальном кабинете: не стол переговоров, а распределение сил17:05UEFA Çempionlar liqası 3-cü seçmə Fənərbaxça-Feyenoord oyununun ( 12 avqust 2025) psixoloji təhlili17:48Обнародован текст «Соглашения о мире и установлении межгосударственных отношений» между Азербайджаном и Арменией13:37«DƏRBƏNDNAMƏ»LƏR HAQQINDA13:23Şamaxı rayonuna antropoloji ekspedisiyanın bəzi nəticələri haqqında (01-30 iyul 2025)18:13Keçmiş diplomat Abbas Məleki İran-İsrail müharibəsindən əvvəl müşahidə edilməli olan və edilməməli olanlar haqda15:21ТАВАТАР МАНИЙРИН МЕЛЕ18:51Что такое война.11:07BİR DAHA "LEZGİNKA" RƏQSİ HAQDA10:57QONAQPƏRVƏRLİK LƏZGİLƏRİN HƏYAT TƏRZİDİR23:54Эссе к письму 40 каббалиста Рабаша18:59Новый этап энергетического кризиса в Сирии: стратегическая роль Турции20:09Зангезурский коридор: новый геополитический баланс на Южном Кавказе?15:59Dodo İradə Məlikova haqqında bir neçə söz22:11საქართველო-თურქმენეთის თანამშრომლობა: ორმხრივი ურთიერთობების დინამიკა და პერსპექტივები22:02SABIR DINDARLIĞI19:18ЕТИМ ЭМИНАН ГУЬМБЕТ ХКАЖАЙ ЮГЪ15:33В Казахстане растет спрос на традиционный казахский напиток кымыз18:12В Казахстане состоялся фестиваль «Кумыс»14:12ABŞ dövlət katibi Marko Rubiodan vacib sözlər16:16Azərbaycanın iki siyasi təşkilatının İrandakı mövcud kritik vəziyyət və xüsusilə Azərbaycanın əyalətlərində ictimai sayıqlıq və təşkilatlanma ehtiyacı ilə bağlı birgə bəyanatı12:07В Азербайджане издана книга «Грузинский язык»11:33Azərbaycanda “Gürcü dili” kitabı nəşr olunub.18:49Израиль расценивает иранских азербайджанцев как своих союзников13:56Росток надежды20:36Израиль делает ставку на протестное настроение иранцев и на Рза Шаха Пехлеви14:15Güneş olmak istiyorum ,anne09:25ترک ها در احادیث پیامبر21:31İranın əsas elita dayağı erroziyaya uğrayır19:38По следам культурного наследия: стратегия Турции в отношении исторических артефактов18:29Трехсторонняя встреча Турция-Россия-Украина, направленная на прекращение российско-украинской войны завершилась17:05Prezidentlərin Laçın görüşü geosiyasi start nöqtəsidir09:24VƏHY TƏHKİYƏÇİSİNİN MÜƏLLİF “BİZ”İ09:08Каково значение Будапештской декларации ОТГ для ТРСК?20:04Bakıda “Əvəsor” folklor qrupunun 60 illiyinə həsr olunan “Talış folkloru konserti” keçirilib19:45В Стамбуле стартовал VII Фестиваль культуры этноспорта15:08Tehran hakimiyyəti təbrizlilərin çempionluğundan niyə təşvişə düşüb?14:15وقتی فوتبال هویت می‌شود؛ از تبریز تا مرکز13:35Traktor SC İran sistemini alt-üst edib tarixi çempionluğu qazandı13:26Tractor SC complete journey to upset Iran’s establishment and claim historic title07:36Günəş olmaq istəyirəm, ay ana, yaxud, arzular necə həyata keçir20:01İRANDA DEPUTATLAR NİYƏ TEZ-TEZ İMPİÇMENTƏ ƏL ATIRLAR17:22می‌خواهم خورشید باشم، مادر.17:13خلاقیت از بعد مادی و معنوی09:59HEYDƏR ƏLİYEV - MİLLİ MƏDƏNİYYƏT TARİXİMİZ16:23Сохранение уникальности каждого народа и содействие их диалогу через ознакомление с другими культурами и изучение их языка.18:20Карты в различных проекциях могут искажать восприятие мира, или Гренляндия меньше ,чем на карте19:18Про диктат родителей в Азербайджане20:41Изобретение караимов20:27Современные евреи-тюркофоны: караимы Крыма и Восточной Европы.20:09Rəsul Həmzətovun "Qorxuram"--"Tarsedəm" şeri talış dilində16:58Регионализация в Европе: трансформация «Инициативы трех морей»11:14АЗЕРБАЙДЖАНСКАЯ МЕНТАЛЬНОСТЬ: ОТ ЛИБЕРАЛИЗМА ДО КОНСЕРВАТИЗМА10:47Acıdan "zevk” alanlar16:03İran-ABŞ danışıqlarının üçüncü raundu Maskatda başa çatıb; Tehran danışıqların ciddiliyini vurğulayır15:59İki iranlı-israilli ekspert: Bəndər-Rəcai partlayışları İran rejimini ciddi şəkildə zəiflətdi15:43İranın dəniz ticarətinin onurğa sütunu qırılıb15:36Bəndər Abbasdakı partlayışların mənşəyi: “New York Times”-ın xəbəri və İran Müdafiə Nazirliyinin bəyanatı13:14REİNKARNASIYA VƏ KABBALA13:01Səməd Vurğun "Qəhrəmanın ölümü " _ "Qəhrəmani maq" şeri talış dilində06:51Nizami Gəncəvinin “Sənsiz” qəzəli talış dilində-“Be tı”16:21محمودی: هواداران تراکتور در دنیا بی‌همتا هستند/ ورزشگاه یادگار امام، بهشت فوتبال است18:29Армейский раввин и выжившие узники08:27Отношения Азербайджана и ТРСК: история и перспективы развития15:19Парфянское царство – государство иранцев-зороастрийцев в Иране и Центральной Азии11:45کسانی که از رنج "لذت می برند"18:25Orucun sosiologiyası: onlayn sorğunun statistik təhlili14:07Savaşsonrası psixoloji problemləri cəmiyyət birgə aşmalıdır15:26Təbrizdə Beşinci Milli Muğam Musiqi Festivalı keçirilib17:04Согдийцы и хорезмийцы - иранские оседлые народы доисламской Центральной Азии14:32Детские воспоминания о праздниках: евреи и славяне о Песахе14:12Xamneinin istefası üçün ictimai tələb artır20:22İranda Azərbaycan əleyhinə mövqelər davam edir12:08GENETİK İRQÇİLİK VƏ AŞIRI MİLLƏTÇİLİK10:59Dərddən "ləzzət" alanlar19:22Сумаляк — главное блюдо Новруза в Узбекистане12:16Urmidə nələr baş verib19:37Дорога слез. Ассирийцы и их эмиграция в XIX-XXI вв.13:02Нишалда - популярный десерт на Рамазан в Узбекистане15:21კვანტური ცნობიერების თეორია და კვანტური ფსიქოლოგია19:51Место встречи – бакинский бульвар19:41Кто такая Латифа аш-Шараа — первая леди Сирии?19:54Несторианское христианство и его распространение в Центральной и Внутренней Азии в эпоху Средневековья
ОПРОС

Где будете встречать Новый год?


 
«    İyul 2026    »
B.e.Ç.a.ÇC.a.CŞB
 12345
6789101112
13141516171819
20212223242526
2728293031 
ГАЛЕРЕЯ