Akberik tərəfindən tikilmiş Teger Manastırı
- 14-03-2022, 11:05
- ИСТОРИЯ И ОБЩЕСТВО
- 0
- 634
Teger monastırı tarixi İrəvan Xanlığının tərkibində olan Kərbibasar rayonunun eyniadlı kəndində yerləşir ( indiki Ermənistanın Araqatsotn rayonunda ). Ermənistanın indiki ərazisində azərbaycanlıların əcdadlarının yaşadıqları digər tarixi əraziləri, məsələn, Dağ Borçalısı, Göyçə mahalı, Qarabağ, Zəngəzur və s. kimi, Kərbibasar mahalının da, millətimizə aid çox zəngin və unikal tarixi-maddi mədəni irsi mövcuddur. Bu bölgənin abidələri ilə bağlı (Kazax çayı yaxınlığında keşiş Manasın tikdirdiyi Karmravor ziyarətgahı, Börikan kəndindəki xristian məbədi, Arıç kəndindəki Qıpçakavanq monastırı, Arıç Karvansarayı və s.) daha öncə paylaşımlar etmişdim.
Növbəti abidə Kərbibasar mahalının eyniadlı kəndində yerləşən Teqer monastırı haqqındadır. Teger (indiki Ermənistanda Dher kimi də tanınır) - Alagöz (Araqat) dağının cənub-şərq yamacında, dəniz səviyyəsindən 1650-1700 metr yüksəklikdə yerləşir. Qavitin qərb girişinin daxili tərəfindəki kitabədən məlum olur ki, monastır şahzadə Vaçenin arvadı Mamakhatunun sifarişi və vəsaiti hesabına boz bazaltdan memar arximandrit Akberik tərəfindən tikilmişdir. Erməni mənbələrində baxmayaraq ki, oxşar ada yalnız bu manastıra aid mənbələrdə rast gəlinir, arximandrit Akberik nədənsə Axbayrik kimi qeyd olunub. Həmin adın etimologiyası ilə bağlı araşdırmalar aparsaq, görərik ki, ermənilərin təqdim etdiyi "Axbeyrik" adı nə ermənilərin "kişi adları" siyahısında görərik, nə də ki, hər hansı bir tarixi mənbədə.
Lakin Akberik adının etimologiyasına nəzər salsaq çox maraqlı faktlar ortaya çıxır. Tarix sevərlərin çoxuna məlumdur ki, Türk etnosunun əsas totemlərindən biri canavardır, yani Oğuz Türkləri "Qurd", Qıpçaq Türkləri isə "Börü" və "Qasqır" adlandırır. Qədim Türklərin xanədan ənənələrinə uyğun olaraq sözügedən totem insan və tayfa adlarında geniş istifadə olunub. Misal üçün Qazax və Noqay xalqlarında Akberik adlı nəsil və tayfa mövcuddur. Hətta Akberik və Berik adları sözügedən xalqlar arasında günümüzə qədər geniş yayılmaqdadır. Bundan başqa, Qafqaz tarixində Qaraçay və Balkar türklərinin əcdadları olan As-Alan tayfasının Burikan və Buriberdi adlı Hökümdarları haqqında qeydlər var. Mövzu ilə bağlı maraqlı məqamlardan biri də odur ki, Kərbibasar mahalı Börü totemi ilə bağlı digər bölgəyə, yani Borçalı ( Börü Çalası ) mahalının yaxınlığında yerləşir. Ən maraqlısı isə budur ki, Kərbibasar rayonunun özündə Bürakan (Börükan) kəndi var ki, bu da bu bölgədə yaşayan tayfaların canavar totemi ilə bağlılığından xəbər verir. Bir sözlə memarın adının “Axbeyrik” yox Akberik olduğu aşikardır.
Manastırın inşası ilə bağlı mənbələrdə qeyd olunur ki, 1468-ci ildə arximandrit Sargis Berikantsi qala hasarını ucaldır. Lakin 1950-1952-ci illərdə kilsənin günbəzləri və ibadətgahları təmir edilmiş, damı tuf kirəmitlə örtülmüşdür. 1975-1976-cı illərdə kilsənin divarlarının yuxarı sıraları və vestibül təmir edilmiş, karnizlər möhkəmləndirilmiş və çox güman ki, Monastırın divarlarında yeni yazılar peyda olmuşdur...
Manastırın adı ilə bağlı Erməni tarixçilərinin fikrincə, Teger kəndi qədim zamanlarda onun yaxınlığında bitən "Deger" adlı dərman bitkisi ilə məşhur olub məs manastırın adı da həmin toponimdən qaynaqlanır. Lakin maraqlı faktlardan biri ondan ibarətdir ki, monastır və kəndin adları eyni olmasına baxmayaraq, ayrı-ayrı mənbələrdə “Teger” sözünün müxtəlif etimologiyaları verilir.
Məsələn, kəndlə bağlı məlumatda Teger sözünün ermənicədən “Yerlər” kimi tərcümə olunur (qol. Տեղեր – “Yerlər” (https://ru.wikipedia.org/.../%D0%A2%D0%B5%D0%B3%D0%B5%D1...), manastır haqqında məlumatda isə "Teger" adını "Deger" adlı dərman bitkisi ilə bağlayırlar (տեղեր գյուըընում ռչրջեր իրջեր իրջեր (https://hy.wikipedia.org/.../%D5%8F%D5%A5%D5%B2%D5%A5%D6...)) Bütün yuxarıda qeyd olunanlardan bir nəticə çıxarmaq olar ki, “erməni tarixçiləri” “Teger” sözünün mənasını bilmirlər. Ələyaz rayonunun Qar-qar kəndindəki Çıkıvəng məbədi ilə bağlı səhifəmdə daha əvvəl paylaşdığım məqalədə olduğu kimi, mənasını başa düşmədikləri bir adı dini binaya bağlamaq üçün hansısa dərman bitkisi icad edərək ortaya çıxarmaq daha asandır. Yani erməni "tarixçilərinin" məntiqinə əsasən manastırın adını "kəklikotu" və ya "çobanyastığı"da adlandırmağ olar, əyər həmin dərman bitkiləri yaxınlıqda bitirsə!? Bu versiyanın nə dərəcədə ciddi və peşəkar yanaşma olmadığı məncə heç kəsdə şübhə yaratmır.
Beləliklə müstəqil və etibarlı mənbələrdən “Teger” sözü ilə bağlı paralellər aparaq. Türk dillərində mövcud olan “Teger” teonimi ilə tanış olsaq, bu sözün Ermənistandakı Monastır adı ilə əlaqəsini izləmək çox asan olar. Məlum olduğu kimi qədim Türklərdə Tengri kultu (Göyə inanc), geniş yayılmışdı. Müxtəlif türk xalqlarının dillərində adı çəkilən leksemin variantlarına nəzər yetirək: qədim Türk- Tangri, Azərbaycan- Tanrı, Saha- Tangara, Qırımlı- Tangrı, Anadolu Türkləri- Tanrı, Altay- Tengri ~ tengeri, Tıva- Deer, Xakas- TIYGIR ~ TEGER ~ TER, Şor- Tegri, Bolqar- Tanqra, Qazax- Tängiri ~ Tängir, Täyiri. Qaraçay-Balkar- Teyri, Tatar. Tängre ~ Täre və s.
Həmçinin, Ulu Yaradanı bildirən “Teger” sözü Monqolustan və Qırğızıstanın qədim türk yazısı abidələrində mövcuddur ( С.Е. Малова "памятники древнетюркской письменности Монголии и Киргизии" стр. 103-104 )
Beləliklə, güman etmək olar ki, manastıra verilmiş "Teger" adı Uca Yaradan Tenqrinin adı ilə bağlı ola bilər və bu da, öz növbəsində dini bina üçün olduqca məntiqlidir. Bundan əlavə Qriqoryan türklərinin dualarında Qıpçaq ləhcəsindən istifadə edərək, Böyük Tenqrinin adını çəkməsi bu versiyanı təsdiq edir:
– "...разобраться в многосложной истории тесных взаимоотношений кыпчаков и армян, в среде которых возник удивительный феномен, называвших Бога кыпчакским именем
Тенгри армяно-григориан по вере, эрмени по самоназванию, кыпчаков по языку, оставивших после себя около 30 тысяч страниц бесценных письменных памятников кыпчако-кумано-половецкого бытового и особенно литературного языка, бурно развивавшегося в Европе в ту пору, когда у большинства кыпчаков современников на прародине разговорная речь и фольклор еще не закрепились в графике." (А. Гаргавец).
........
Hörmətlə Sabit Coculu.