Ethnoglobus » НАРОДЫ » Haputlar

Haputlar

image

Foto: (1) Mollaisaqlı | Ismayıllı | Facebook


Qafqaz Albaniyasına daxil olan bəzi tayfalar qədim dövrlərdən Qafqaz sıra dağlarının yamacları boyu ərazilərdə məskunlaşmışlar. Onların arasında ləzgi dil qrupuna daxil olan etnoslar - ləzgilər, tabasaranlar, saxurlar, rutullar, ceklər, haputlar, qrızlar, buduqlar, xınalıqlar, udinlər, ağullar da olmuşdur. Təsadüfi deyil ki, dillər muzeyi sayılaт Qafqaz, o cümlədən Azərbaycan və Dağıstan XIX əsrdən başlayaraq etnoqrafların və linqvistlərin diqqət mərkəzindədir. Bu baxımdan Quba rayonuna xüsusi maraq var. O, təkcə əsrarəngiz təbiəti ilə deyil, həm də özünün etnoqrafik zənginliyi ilə çoxlu sayda turistləri cəlb edir. Burada azərbaycanlılarla yanaşı yaşayan ləzgilər, qrızlar, xınalıqlar, buduqlar, haputlar, ceklər özünəməxsus dilləri, adət-ənənələri, mədəniyyətləri ilə tanınırlar. 

    XX əsrin əvvəllərindən tarixi-etnoqrafik ədəbiyyatda üç xalq – xınalıqlılar, buduqlular və qrızlar “Şahdağ xalqları” adlandırılıb. Haputlar, ceklər və əliklər qrız qrupuna aid edilir. Onların dilləri qrız dilinin dialektləri kimi göstərilir.

    Bu xalqlar haqqında ilk yazılı məlumatlar I Pyotrun 1722-1723-cü illərdəki İran yürüşünün iştirakçısı olmuş alman əsilli rus zabiti İ.Gerberə məxsusdur. O, “Xəzər dənizinin qərb sahili boyundakı xalqların və ölkələrin təsviri” adlı əsərində həmin xalqlardan söhbət açmış, onların Buduq, Xınalıq, Qrız, Cek, Əlik, Haput kəndlərində məskunlaşdığını, bu kəndlərin xeyli böyük olduğunu, hər bir kəndin öz kəndxudası tərəfindən idarə olunduğunu, əhalinin ləzgi dilində danışdığını bildirmişdir. XIX əsrin ikinci yarısında həmin etnoqrafik materialları N.K.Zeydlist toplayıb nəşr etdirmişdir. Bu məlumatlarda qeyd olunduğu kimi, 1886-cı ildə Azərbaycan ərazisindəki Şahdağ xalqlarının sayı 16.821 nəfər olmuşdur ki, bu da ölkə əhalisinin 

    1,2 %-ni təşkil edirdi. Onların 15.300 nəfəri Bakı quberniyasında, 1.521 nəfəri isə Yelizavetpol quberniyasında yaşayırdı.

    Tarixçi Q.Qeybullayev haputların və qrızların qədim alban tayfalarından olan qatların və herlərin xələfləri olduğunu göstərmişdir. Haputlar özlərini indinin özündə də “her”, “herar” adlandırırlar. Qonşu kəndlərin camaatı da onlara her deyir. Əvvəllər çoxallahlığa sitayiş edən haputlar sonradan islam dininin süni təriqətini qəbul etmişlər. 

     Azərbaycandakı bütün haput kəndləri Quba qəzasındakı Haput kəndindən əmələ gəlib. XIX əsrdə dövrün ictimai-iqtisadi hadisələri nəticəsində bu kəndin əhalisi həm Quba qəzasının, həm də Göyçay və Şamaxı qəzalarının müxtəlif ərazilərinə köçərək məskunlaşmışdır. Həmin əsrin ortalarından başlayaraq haputların bir hissəsi indiki İsmayıllı, Qəbələ və Ağdaş rayonlarının ərazilərinə köçərək orada Haput-Məlikli, Haputlu-Hideyli, Haputlu-Netes-Qacar, Haputlu Mollaisaqlı, Haputlu-Hacıhətəmli  kəndlərini salmışlar. Bəzi mənbələrdə XIX əsrin ortalarında Göyçay qəzasında 736 haputlu ailəsinin məskunlaşdığı, Haputlu Məlikli, Haputlu Mollaqasımlı, Haputlu Gidəyli, Haputlu Nətəs Qacar, Haputlu Hacı Qətəsi, Haputlu İmamlı, Haputlu Kürd kəndlərinin olduğu qeyd edilir. Brokqauzun və Efronun Ensiklopedik lüğətində qeyd olunur ki, 1886-cı ildə haputlular Yelizavetpol quberniyası əhalisinin 0,21 faizini təşkil edirdilər.

    1880-cı ilin məlumatlarına görə Müşkür düzənliyindəki haput kəndlərində 1433 nəfər, Qoyçay və Şamaxı qəzalarında 710 nəfər haputlu yaşayırdı.

    XIX əsrin sonlarına aid mənbələrdə 14 haput kəndinin olduğu göstərilir. Bunlar aşağıdakılardır: Haput, Dağ Haput, Dirşalı Haput, İbrahim Haput, Qaradağ Haput, Haput Məlikli, Haput İmamlı, Haput Kürd, Haput Mollaisaq, Haput Hacıhətəmli, Şıx Haput, Böyük Haput, Kiçik Haput, Aşağı Haput.

    XX əsrin ortalarında Azərbaycanın Ucar, Zərdab, Tovuz, Qazax rayonlarinda da haputlara rast gəlinib.

    Bu etnosun nümayəndələri əsasən Quba rayonunun  Haput, İbrahimhaput, Haputlu, Xaçmaz rayonunun Şıx Haput, Qəbələ rayonunun Məlikli, Sileyli, İsmayıllı rayonunun Talıstan, Hacıhətəmli, Mollaisaqlı, Hapıtlı, Ağdaş rayonunun Hapıtlı kəndlərində, Bakı və Sumqayıt şəhərlərində məskunlaşmışlar. Yığcam halda Quba rayonunun Haput, Ibrahimhaput, Haputlu, İsmayıllı rayonunun Hacıhətəmli, Hapıtlı və Mollaisaqlı kəndlərində yaşayırlar.

    Hacıhətəmli və Mollaisaqlı kəndlərinin tarixi Quba rayonundan köçüb İsmayıllıya gəlmiş, burada yurd salıb maldarlıqla məşğul olmuş Hacı Hətəm və Molla İsaq qardaşlarının adları ilə bağlıdır.

    Füzuli rayonunun dağlıq ərazisindəki Saracıq kəndində də haputlar yaşayırlar. Bu kənd əvvəllər indiki yerindən 4 kilometr aralıda, Şuşaya gedən karvan yolunun kənarında yerləşirdi. Təxminən 1860-1880 illərdə buraya köçən haputlu, hacısüleymanlı, cacaqlı va şükürbəyli nəsillərinə mənsub ailələr yeni yaşayış məntəqəsi salmışlar. 

    Haputların baş kəndi olan, Quba rayonunun Əlik kənd inzibati ərazisində, Baş Qafqaz silsiləsinin yamacında yerləşən Haput kəndinin qədimliyi haqqında mülahizələr çoxdur. Onlardan ən maraqlısı yunan alimi Ptolemeyin II əsrə aid Albaniya şəhərləri sırasında qeyd etdiyi Xabota ilə bağlıdır. Alimlər Xabotanın indiki  Haputun sələfi olduğunu ehtimal edirlər. 

    Ümumiyyətlə, Azərbaycan etnoqrafiyasında istər Şahdağ xalqlarının, istərsə də haputların tarixi indiyədək monoqrafik şəkildə öyrənilməmişdir. Bu sahədə yeganə tədqiqat işi 1981-ci ildə İ.Şahbazovun “XIX əsr və XX əsrin əvvəllərində Şahdağ xalqlarının maddi mədəniyyəti” mövzusunda müdafiə etdiyi namizədlik dissertasiyasıdır.

Baron Forerin 1860-1901-ci illərdə Yelizavetpol qəzasının iqtisadiyyatı mövzusunda qələmə aldığı və 1901-ci ildə Tiflisdə çap etdirdiyi kitabda yazdığına görə haputların arasında yayılmış bir əfsanədə deyilir ki, onların əcdadları sayılan herlər Azərbaycanın şimal-qərbində yerləşən Herna şəhərindən ərəb istilaları dövründə buraya gəlmişlər. İori-Alazan çayları boyunda yerləşən həmin şəhər VII əsrdə ərəblər tərəfindən dağıdılıb. 

    Qubanın Haput kəndinə yol Qəçrəş meşəsi tərəfdəndir. Sonra yol dərin dərələrdən, sərt döngələrdən keçir.  Kənd dəniz səviyyəsindən 2000 metr yüksəklikdə yerləşir. Tayduz, Çiye, Qarabulaq, Təntə, Gurbulağ yaylaqları buranın bənzərsiz sərvətidir. Yaz və yay aylarında həmin yaylaqlar əsrarəngiz gözəllikləri ilə insanı valeh edir. Min bir çiçək bitirən bu yerlərdən doymaq olmur. Kənd camaatının Aslan, Qaplan, Şıxməmməd baba, Qiblə dağı adlandırdığı dağ zirvələri haputların qürur yeridir. Qış aylarında kəndə gedib-gəlmək çox çətin olur.   

    2009-cu ilin siyahıyaalınmasına əsasən kənddə 505 nəfər əhali yaşayırdı. Burada 100 ev var idi. Yerli əhalinin dediyinə görə vaxtilə burada 500-dən yuxarı təsərrüfat olub. Hazırda, qış aylarında cəmi 15-20 evdə yaşayış olur.

    XIX əsrin ortalarında əhalinin sayının artması, böyük patriarxal ailələrin dağılması dağlılara, o cümlədən haputlara da öz təsirini göstərdi. Bu, onların düzən yerlərə miqrasiyasına gətirib çıxardı. 1860-1880-ci illərdə təkcə haputlar tərəfindən Quba qəzasının şərq hissəsində, Bakı quberniyasının Göyçay və Şamaxı qəzalarında, eləcə də Yelizavetpol quberniyasının Nuxa qəzasında xeyli sayda yaşayış məntəqəsi yaradıldı. 

    Ötən əsrin 50-ci illərinə kimi Haput kəndinin əhalisinin əsas  məşğuliyyəti əkinçilik olmuşdur. Sonradan burada heyvandarlıq kolxozu yaradılmışdır. Kolxozlar ləğv edildikdən sonra camaat fərdi heyvandarlıq təsərrüfatları ilə məşğuldur.

    Əhalinin böyük əksəriyyəti  qədimdə olduğu kimi köçəri həyat keçirir. Onlar ilin bir yarısını qışlaqdа, digər yarısını isə yaylaqda olurlar. Hər il oktyabrın 1-dən 15-dək qoyun sürülərini qışlağa endirir, may ayının 1-15-i arası isə yaylağa çıxarırlar.

    Şahdağ xalqlarının məskunlaşdığı dağ kəndlərində kətan lifini əyirən əmək aləti olan vəlvələ geniş yayılmışdır. Bu pərsəngli əyircəkdə təkcə kətan kəndir deyil, həm də yun ip əyirmişlər. Kənddə ibtidai məktəb fəaliyyət göstərir.

    Tanınmış dilçi alimlərdən N.Marr, N.Yakovlev, L.Jirkov və başqaları Şahdağ dil qrupunun bir neçə dildən ibarət olduğunu göstərmişlər. Kiçik Sovet Ensiklopediyasında Şahdağ xalqlarının ləzgilər, onların dilinin ləzgi dili olduğu göstərilir. İ.Qerber də XVIII əsrdə Şahdağ xalqlarının dilinin ləzgi dili olduğunu qeyd etmişdir. O, həmçinin onların bir qayda olaraq tatar (azərbaycan) dilini bildiklərini vurğulamışdır.

    Haputluların ana dili haput dili olub Qafqaz dilləri ailəsinin Nax-Dağıstan qoluna aiddir. Yazısız dillərdən sayılan haput dili yalnız məişət səviyyəsində işlənir. Haput dilinin linqvistik xüsusiyyətlərindən danışarkən bir sıra dilçilər onu qrız dilinin dialekti hesab edir, digərləri isə ayrıca dil olduğunu göstərirlər. 

    Filologiya elmləri doktoru Şəmsəddin Sədiyev 2000-ci ildə Moskvada çap olunmuş “Dağıstan dilləri” kitabındakı “Qrızlar” adlı oçerkində Qrız, Haput, Cek və Əlik kəndlərinin əhalisinin qrız dilində danışdığını göstərmiş, bu dilin qrız, haput, cek və əlik şivələrindən ibarət olduğunu bildirmişdir. Cek və əlik şivələrində 9 dodaqlanan samit olduğu halda, haput dilində bu, yoxdur. Qrız və cek şivələrində olan bəzi afrikatlara da haput şivəsində təsadüf olunmur. Qrız dilinə xas olan sait və samitlər haput şivəsinə də aiddir.  

    Haputlar üç dildə – haput, ləzgi və azərbaycan dillərində danışırlar. Sevindirici haldır ki, kəndin sakini Əhməd Musayev 87 səhifədən ibarət “Azərbaycanca-haputca lüğət” kitabını tərtib edərək çapa hazırlayıb. İnanırıq ki, həmin kitab haput dilinin qorunub saxlanmasına öz töhfəsini verəcək.

Hazırda Azərbaycanda bu xalqın nümayəndələrinin sayı 15 minə yaxındır.

 

Sədaqət KƏRİMOVA



ДРУГИЕ НОВОСТИ
ВСЕ НОВОСТИ
18:11В Японии разработали новый метод «описание мыслей»15:54Горские евреи и Эрец Исраэль в период британского мандата (1918-1948)14:01Литовские татары в XVII-XX вв.09:03Əbülfəz Rəcəblinin talış dilinin leksikası kitabından (FRAZEOLOGİYA)08:59TOLIŞƏ ZIVONİ LEKSİKƏ PROFESSOR RƏCƏBİ ƏBULFƏZ FRAZEOLOQİYƏ10:57დავით ხოსიტაშვილის წიგნის “კლასიკური მუსიკის ჩაწერის ხელოვნების ასპექტები“ პრეზენტაცია14:57Bakıda “Ronahi” Kürd Mədəniyyət Mərkəzinin yaranmasının 35 illiyi qeyd olunub12:10TBİLİSİDƏ QAFQAZ KÜRDLƏRİNİN II ELMİ-PRAKTİKİ KONFRANSI KEÇİRİLİB08:52Паломники и Старый ишув Первый этап, часть II15:59Второй этап: горские евреи, сионизм и алия (репатриация) до Первой мировой войны - 1890 - 1914 годы ( Часть I)17:21Турция является одним из важнейших партнеров Срединного коридора16:34ترک ها در احادیث پیامبر16:24Рабби Иосиф бен Хаим Шур16:59Оша’на Рабба – Араво - ГIэрево16:46Страсти за Каспием17:38İrana növbəti hərbi hücum olacaqmı?14:29İRANIN QARA SENTYABRLARI20:00Azərbaycanda və Balkan ölkələrində multikulturalizm və tolerantlıq ənənələrinin müqayisəli təhlili.15:31Rza Pəhləvinin “Kuruş paktı” daxili analitikin mikroskopunda18:47В Баку прошел вечер, посвященный истории татар Азербайджана18:37ترک ها در احادیث پیامبر17:12Xameneinin müşaviri Azərbaycana xəbərdarlıq edib14:27İRAN RƏHBƏRİNİN NÜFUZSUZ MÜŞAVİRİ18:05Gökhan Güler: KKTC bayrağının Türk dünyasındaki nazlı yolculuğu18:59UEFA Şampiyonlar Ligi 3. Ön Eleme Turu Fenerbahçe-Feyenoord maçının psikolojik analizi (12 Ağustos 2025)16:31Запуск Зангезурского коридора увеличит энергетический потенциал Турции09:48CƏNUBİ AZƏRBAYCAN TƏHLÜKƏ DEYİL10:30AZƏRBAYCAN DEMOKRAT FIRQƏSININ MƏRAMNAMƏSİ08:35İRANLI MÜƏLLİF:"DƏRİN TƏƏSSÜF DOĞURUR VƏ ÇOX TƏHLÜKƏLİDİR".19:05Мовсес Дасхуранци или Мовсес Каганкатваци: кто был автором “Истории страны Агванк»?10:32İranın yeni və gözlənilməyən qonşusu12:54İranın Demokrat Türkmənləri: Ali Rəhbərin hakimiyyəti sosial həmrəyliyə mane olur12:51İranın Türkmənsəhra əyalətində türkmənlər arasındakı sosial fenomen haqqında07:50Новый баланс в Евразии и стратегическое положение Турции19:21Kafkasyada barışın önündeki engel11:53Дипломатия Трампа в Овальном кабинете: не стол переговоров, а распределение сил17:05UEFA Çempionlar liqası 3-cü seçmə Fənərbaxça-Feyenoord oyununun ( 12 avqust 2025) psixoloji təhlili17:48Обнародован текст «Соглашения о мире и установлении межгосударственных отношений» между Азербайджаном и Арменией13:37«DƏRBƏNDNAMƏ»LƏR HAQQINDA13:23Şamaxı rayonuna antropoloji ekspedisiyanın bəzi nəticələri haqqında (01-30 iyul 2025)18:13Keçmiş diplomat Abbas Məleki İran-İsrail müharibəsindən əvvəl müşahidə edilməli olan və edilməməli olanlar haqda15:21ТАВАТАР МАНИЙРИН МЕЛЕ18:51Что такое война.11:07BİR DAHA "LEZGİNKA" RƏQSİ HAQDA10:57QONAQPƏRVƏRLİK LƏZGİLƏRİN HƏYAT TƏRZİDİR23:54Эссе к письму 40 каббалиста Рабаша18:59Новый этап энергетического кризиса в Сирии: стратегическая роль Турции20:09Зангезурский коридор: новый геополитический баланс на Южном Кавказе?15:59Dodo İradə Məlikova haqqında bir neçə söz22:11საქართველო-თურქმენეთის თანამშრომლობა: ორმხრივი ურთიერთობების დინამიკა და პერსპექტივები22:02SABIR DINDARLIĞI19:18ЕТИМ ЭМИНАН ГУЬМБЕТ ХКАЖАЙ ЮГЪ15:33В Казахстане растет спрос на традиционный казахский напиток кымыз18:12В Казахстане состоялся фестиваль «Кумыс»14:12ABŞ dövlət katibi Marko Rubiodan vacib sözlər16:16Azərbaycanın iki siyasi təşkilatının İrandakı mövcud kritik vəziyyət və xüsusilə Azərbaycanın əyalətlərində ictimai sayıqlıq və təşkilatlanma ehtiyacı ilə bağlı birgə bəyanatı12:07В Азербайджане издана книга «Грузинский язык»11:33Azərbaycanda “Gürcü dili” kitabı nəşr olunub.18:49Израиль расценивает иранских азербайджанцев как своих союзников13:56Росток надежды20:36Израиль делает ставку на протестное настроение иранцев и на Рза Шаха Пехлеви14:15Güneş olmak istiyorum ,anne09:25ترک ها در احادیث پیامبر21:31İranın əsas elita dayağı erroziyaya uğrayır19:38По следам культурного наследия: стратегия Турции в отношении исторических артефактов18:29Трехсторонняя встреча Турция-Россия-Украина, направленная на прекращение российско-украинской войны завершилась17:05Prezidentlərin Laçın görüşü geosiyasi start nöqtəsidir09:24VƏHY TƏHKİYƏÇİSİNİN MÜƏLLİF “BİZ”İ09:08Каково значение Будапештской декларации ОТГ для ТРСК?20:04Bakıda “Əvəsor” folklor qrupunun 60 illiyinə həsr olunan “Talış folkloru konserti” keçirilib19:45В Стамбуле стартовал VII Фестиваль культуры этноспорта15:08Tehran hakimiyyəti təbrizlilərin çempionluğundan niyə təşvişə düşüb?14:15وقتی فوتبال هویت می‌شود؛ از تبریز تا مرکز13:35Traktor SC İran sistemini alt-üst edib tarixi çempionluğu qazandı13:26Tractor SC complete journey to upset Iran’s establishment and claim historic title07:36Günəş olmaq istəyirəm, ay ana, yaxud, arzular necə həyata keçir20:01İRANDA DEPUTATLAR NİYƏ TEZ-TEZ İMPİÇMENTƏ ƏL ATIRLAR17:22می‌خواهم خورشید باشم، مادر.17:13خلاقیت از بعد مادی و معنوی09:59HEYDƏR ƏLİYEV - MİLLİ MƏDƏNİYYƏT TARİXİMİZ16:23Сохранение уникальности каждого народа и содействие их диалогу через ознакомление с другими культурами и изучение их языка.18:20Карты в различных проекциях могут искажать восприятие мира, или Гренляндия меньше ,чем на карте19:18Про диктат родителей в Азербайджане20:41Изобретение караимов20:27Современные евреи-тюркофоны: караимы Крыма и Восточной Европы.20:09Rəsul Həmzətovun "Qorxuram"--"Tarsedəm" şeri talış dilində16:58Регионализация в Европе: трансформация «Инициативы трех морей»11:14АЗЕРБАЙДЖАНСКАЯ МЕНТАЛЬНОСТЬ: ОТ ЛИБЕРАЛИЗМА ДО КОНСЕРВАТИЗМА10:47Acıdan "zevk” alanlar16:03İran-ABŞ danışıqlarının üçüncü raundu Maskatda başa çatıb; Tehran danışıqların ciddiliyini vurğulayır15:59İki iranlı-israilli ekspert: Bəndər-Rəcai partlayışları İran rejimini ciddi şəkildə zəiflətdi15:43İranın dəniz ticarətinin onurğa sütunu qırılıb15:36Bəndər Abbasdakı partlayışların mənşəyi: “New York Times”-ın xəbəri və İran Müdafiə Nazirliyinin bəyanatı13:14REİNKARNASIYA VƏ KABBALA13:01Səməd Vurğun "Qəhrəmanın ölümü " _ "Qəhrəmani maq" şeri talış dilində06:51Nizami Gəncəvinin “Sənsiz” qəzəli talış dilində-“Be tı”16:21محمودی: هواداران تراکتور در دنیا بی‌همتا هستند/ ورزشگاه یادگار امام، بهشت فوتبال است18:29Армейский раввин и выжившие узники08:27Отношения Азербайджана и ТРСК: история и перспективы развития15:19Парфянское царство – государство иранцев-зороастрийцев в Иране и Центральной Азии11:45کسانی که از رنج "لذت می برند"18:25Orucun sosiologiyası: onlayn sorğunun statistik təhlili14:07Savaşsonrası psixoloji problemləri cəmiyyət birgə aşmalıdır15:26Təbrizdə Beşinci Milli Muğam Musiqi Festivalı keçirilib17:04Согдийцы и хорезмийцы - иранские оседлые народы доисламской Центральной Азии14:32Детские воспоминания о праздниках: евреи и славяне о Песахе14:12Xamneinin istefası üçün ictimai tələb artır20:22İranda Azərbaycan əleyhinə mövqelər davam edir12:08GENETİK İRQÇİLİK VƏ AŞIRI MİLLƏTÇİLİK10:59Dərddən "ləzzət" alanlar19:22Сумаляк — главное блюдо Новруза в Узбекистане12:16Urmidə nələr baş verib19:37Дорога слез. Ассирийцы и их эмиграция в XIX-XXI вв.13:02Нишалда - популярный десерт на Рамазан в Узбекистане15:21კვანტური ცნობიერების თეორია და კვანტური ფსიქოლოგია19:51Место встречи – бакинский бульвар19:41Кто такая Латифа аш-Шараа — первая леди Сирии?19:54Несторианское христианство и его распространение в Центральной и Внутренней Азии в эпоху Средневековья14:40İran Azərbaycanın dövlətçiliyini inkar edir15:41Интервью первого квантового психолога Азербайджана сайту Lent.az.18:20PEZEŞKİYAN HÖKUMƏTİ PREZİDENTİN ÖZ VƏDİNƏ ƏMƏL ETMƏSİNƏ İCAZƏ VERMƏDİ?18:49Достигнуто соглашение между BOTAŞ и Туркменгаз о поставках туркменского газа в Турцию18:38İransayağı obyektivlik11:39Позиция Трампа повысит роль Турции в вопросе укрепления обороны в Европе17:55МЕНДЕЛЕЕВ И БАКИНСКАЯ НЕФТЬ17:39İranın millətçi dini rejimi18:34Бакуда Каюм Насыйриның тууына 200 ел тулуга багышланган әдәби-музыкаль кичә узды18:17Манихейство и его распространение среди тюрок17:20Военное дело Улуса Джучи (Золотой Орды)14:35Эссе к статье каббалиста Рабаша «Пойдем к Фараону-2»17:48İRAN MÜXALİFƏTİ VƏ TRAMP13:46Общение с иранцем идентична игре в шахматы10:40چرا پول نداریم؟09:46گلنارا اینانج اولین روانشناس کوانتومی آذربایجان با Lent.az صحبت کرد: برای ثروتمند شدن باید از بعد سوم خارج شوید.09:38افکار و سندرم خستگی مزمن16:20KİBALİON - MİSİR VƏ YUNAN HERMETİK FƏLSƏFƏSİ: ÜÇ TƏŞƏBBÜS16:07Məntiqsiz Iran ,yaxud “ÖRTÜLÜ MƏDƏNİYYƏT”14:56Империя Юань – Монгольская империя Внутренней Азии и Китая17:48Azerbaycan'ın ilk KUANTUM PSİKOLOĞU Gülnara İnanç Lent.az -a konuştu :Kuantum psikolojisinde insan zihniyle değil, ruhuyla, ruhun ilettiği bilgilerle çalışır.11:10ƏRƏB ŞƏRQİNDƏN MƏRKƏZİ ASİYAYA VURNUXAN İRAN13:18کعبه قلب خمینی12:57TEHRANDA TERROR18:16Договор России и Ирана закрепил, что делать сторонам в случае агрессии (полный текст Договора)10:44İRAN BAŞINA HARANIN DAŞINI SALSIN?12:012023-cü ildə Bəşər Əsəd İran prezidenti İbrahim Rəisini təmtəraqla qəbul etmək istəməyib11:51İnsanlar niyə pirlərə gedir11:59Монгольская средневековая письменная культура08:56Герои летописей и «Слово о полке Игоревом»: Династия Шаруканидов.19:24Uşaq adlarında dünyəviləşmə tendensiyası?17:43Humeyni'nin şiirlerinde tasavvufi motifler09:14MANTRA MEDİTASİYA.16:00О ПЕРСПЕКТИВАХ РАЗВИТИЯ ТЮРКСКОГО МИРА12:09Ərzin əşrəfi Naxçıvan (4-cü hissə)12:05Ərzin əşrəfi Naxçıvan (3-cü hissə)10:10Начался прием заявок на участие в конкурсах TEKNOFEST-2025 в ТРСК21:26«Разложение мозга»: как избежать негативного воздействия соцсетей?12:40Ərzin əşrəfi Naxçıvan (2-ci hissə)11:4912 ölkənin hüquqşünasları Bakıda: Cinayət hüququ müzakirə olundu11:00Ərzin əşrəfi Naxçıvan (1-ci hissə)15:25“Kinomexanikin qayıdışı” (“Kinomexaniki oqardemon”): Talış dilində dünya səviyyəli ilk bədii-sənədli filmin sehrli aləmi...10:58Yalan-palan İran12:50Азәрбайҗан тарихчысы Бакудагы беренче татар актрисалары турында: Аларга янаулар булган20:22Влияние Турции на переходный процесс в Сирии15:27Hicabsız İran10:27Как будет формироваться новый период в Сирии после Асада?20:17Iranda hicabı cərimələrlə "sevdirmək" istəyirlər17:26Nizip Ticarət Palatasına üzv iş adamlarından ibarət nümayəndə heyəti Azərbaycan-Türkiyə İş Adamları Birliyinin qonağı olub.16:57Лиля Брик- муза Владимира Маяковского17:03PEZEŞKİYANIN 1001 DƏRDİ VƏ EHTİMALLAR13:49Hz. İsa (ona salam olsun) nə üçün atasız doğulub?14:53КУШАНСКОЕ ЦАРСТВО – БУДДИСТСКАЯ ИМПЕРИЯ ЦЕНТРАЛЬНОЙ АЗИИ И ИНДИИ17:56İranda yaşayan xalqlar dövlətçiliyə təhdididirmi?10:40Pezeşkiyanın hicab problemləri10:03İRANDA FUNDAMENTALİSTLƏR GÜCLƏRİNİ GÖSTƏRİRLƏR14:24TÜRK DÜNYASI VƏ BƏHAİ DİNİ08:51KKTC, TDT Sivil Koruma Mekanizması’nda tam üyelik hakkı kazandı08:32Bahçeli: Türkiye, Azerbaycan ve KKTC’nin ortak alfabeye hazır olması Türk birliğinin müjdesidir17:14Кимакский каганат – кочевая империя Центральной Азии11:51İRAN PREZİDENTİNİN İLK GERİ ADDIMI20:39Dünya xalqları irqindən və dinidən asılı olmayaraq bir səmavi Mənbədən ilham alır17:59Кто определит итог выборов президента США: лобби или "колеблющиеся" штаты?13:57Мискинджа - Мискискар19:46В Туркменистане широко отметили Праздник туркменского алабая12:17Azərbaycanda xristian olmaq17:57Запреты у кыпчаков.16:57Амбициозный проект Илона Маска Starship: на пути к космическим путешествиям будущего18:01Тибет и Великая Степь в XIII-XX вв.15:17کمال17:40ЕС ввел санкции против представителей властей АТО Гагаузия12:11Dilənçiliyin sosiologiyasına dair qeydlər: ilahi təhdid və mənəvi terror11:59امام علی (ع)14:36В Баку подключились к международной акции "Диктант на лезгинском языке"13:35Geyim və əxlaq haqqında19:37Глава МИ-5 заявил о росте угроз со стороны России и Ирана17:17İranın "Mehestan" partiyası Azərbaycanın Zəngəzur dəhlizi ilə bağlı planlarının qarşısını almaq üçün qəti addımlar atmağa çağırır14:09“Azərbaycan İranın başıdır, baş gedəndə bədən də gedər... General Şadan”09:48İran dini, yaxud dünyəvi dövlət olmasından asılı olmayaraq etnik və dini əyləci əlində saxlayacaq.16:32Организация тюркских государств: 15 лет единства и прогресса20:05Авраам Шмулевич: Иран не в состоянии нанести серьезный удар по Израилю18:38Azərbaycanda Roş Ha Şana bayramı ərəfəsində yeni yəhudi təqvimi dərc olunub
САМОЕ ЧИТАЕМОЕ
  1. TBİLİSİDƏ QAFQAZ KÜRDLƏRİNİN II ELMİ-PRAKTİKİ KONFRANSI KEÇİRİLİB
  2. В Баку прошел вечер, посвященный истории татар Азербайджана
  3. Rza Pəhləvinin “Kuruş paktı” daxili analitikin mikroskopunda
  4. Azərbaycanda və Balkan ölkələrində multikulturalizm və tolerantlıq ənənələrinin müqayisəli təhlili.
  5. Второй этап: горские евреи, сионизм и алия (репатриация) до Первой мировой войны - 1890 - 1914 годы ( Часть I)
  6. İRANIN QARA SENTYABRLARI
  7. Рабби Иосиф бен Хаим Шур
  8. Bakıda “Ronahi” Kürd Mədəniyyət Mərkəzinin yaranmasının 35 illiyi qeyd olunub
  9. Оша’на Рабба – Араво - ГIэрево
  10. Паломники и Старый ишув Первый этап, часть II
  11. İrana növbəti hərbi hücum olacaqmı?
  12. Турция является одним из важнейших партнеров Срединного коридора
  13. Литовские татары в XVII-XX вв.
  14. Страсти за Каспием
  15. ترک ها در احادیث پیامبر
  16. Горские евреи и Эрец Исраэль в период британского мандата (1918-1948)
  17. დავით ხოსიტაშვილის წიგნის “კლასიკური მუსიკის ჩაწერის ხელოვნების ასპექტები“ პრეზენტაცია
  18. Əbülfəz Rəcəblinin talış dilinin leksikası kitabından (FRAZEOLOGİYA)
  19. TOLIŞƏ ZIVONİ LEKSİKƏ PROFESSOR RƏCƏBİ ƏBULFƏZ FRAZEOLOQİYƏ
  20. В Японии разработали новый метод «описание мыслей»
ОПРОС

Где будете встречать Новый год?


 
«    Noyabr 2025    »
B.e.Ç.a.ÇC.a.CŞB
 12
3456789
10111213141516
17181920212223
24252627282930
ГАЛЕРЕЯ