Ethnoglobus » ЭТНОПОЛИТИКА » Maşallah Rəzmi: Urmiya gölü İslam Respublikası hökuməti tərəfindən canlandırılmayacaq

Maşallah Rəzmi: Urmiya gölü İslam Respublikası hökuməti tərəfindən canlandırılmayacaq

image

Foto: Google

Maşallah Rəmzi, Paris

2023-cü ilin yay mövsümünün başlaması ilə Urmiya gölü sürətlə qurumaq vəziyyətinə gəlmişdir. Urmiya gölünün bərpasına nəzarət edən Şərif Texnologiya Universitetinin apardığı hesablamalara və araşdırmalara görə, oktyabrın ilk ongünlüyünə, yağış mövsümünün başlanmasına qədər suyun buxarlanması səbəbindən göl tamamilə quruyacaqdır. Hazırda göl playa vəziyyətindədir və quruduqdan sonra səhraya çevriləcəkdir. Playa ispan mənşəli sözüdür və geoloji termin olaraq səhranın ortasında yağış suyunun toplandığı çuxurlara aiddir.

Sahəsi 6200 kvadrat kilometr, uzunluğu 120 və eni təxminən 50 kilometr olan Urmiya gölü 15 il əvvələ kimi dünyanın ikinci duzlu gölü idi və 33 milyard kubmetr suya malik idi. Amma indi, yayın ikinci ayında orada 700 min kubmetrə yaxın su qalır. Gölün tam quruması ilə orada digər duzlarla qarışıq 10 milyard ton duz cəmlənmişdir. 

Gölün şimal hissəsində çökən duzun qalınlığı 4 metrdən artıq, şərq və cənub hissələrində isə 2 metrə yaxındır. Son 15 ildə davam edən böhranlı vəziyyət nəticəsində gölün dibinə çökmüş duzlar bir-birinə yapışaraq çuxurları doldurmuş və gölün dibini qaldırmışdır. Bu o deməkdir ki, göl artıq dərin deyil və daha çox bir su anbarına bənzəyir. İndi quru duzlar kristal şəklindədir və gələcəkdə günəş şüaları altında toz halına gələcək, sonra isə külək və tufanla birlikdə duz sunamisi baş verəcək və duz bombasının partlaması ərazini yaşayış üçün qeyri mümkün olan bir səhraya çevirəcəkdir. Bu ekoloji fəlakətin qurbanları qısa müddətdə 6 milyon, perspektivdə isə 15 milyon insan ola bilər. Üç milyon əhalisi olan Təbriz şəhəri onun ilk qurbanlarından biri olacaqdır. Çünki küləyin istiqaməti qərbdən şərqə doğrudur və göl Təbriz düzü ilə birləşir və göllə şəhər arasında heç bir təbii maneə yoxdur.

Bu göldə yeganə canlı varlıq elmi adı "Artemia Urmiana" olan və eyni zamanda Urmiya kürüsü kimi tanınan artemiyadır. Bir vaxtlar ümid edilirdi ki, artemiyadan düzgün istifadə edilərsə, onun ixracından əldə olunan gəlir rayonun ümumi kənd təsərrüfatı gəlirindən çox olacaqdır. İndi gölün qalan suyunda həddindən artıq duzluluq olduğundan artemiyalar üçün yaşamaq və çoxalmaq mümkün deyil və onlar məhv olub gedirlər.

Urmiya gölünün qurumasının səbəbi ilə bağlı bir neçə nəzəriyyə vardır. Amma bu nəzəriyyələrin hamısında gölün qurumasının əsas səbəbi kimi insan amili və suyun düzgün idarə olunmaması göstərilir. Nəzəriyyələrdən bəziləri gölün İslam Respublikası tərəfindən məqsədyönlü şəkildə qurudulmasını siyasi motivlərlə vurğulayır, digərləri isə gölün qurudulmasını xarici güclərin daxildəki agentləri tərəfindən həyata keçirilən trans-regional plan kimi qiymətləndirirlər. Bu gölün quruması ilə bağlı bir çox sui-qəsd nəzəriyyələri də mövcuddur. 

İslam Respublikası hakimiyyətə gəldiyi gündən heç bir elmi və iqtisadi araşdırma aparmadan əhali artımını, kənd təsərrüfatının özünü təmin etməsi və ərzaq təhlükəsizliyi kimi məsələləri hökumətin gündəminə gətirildi və bu zaman Haşimi Rəfsəncani də deyirdi ki,  “ölkədə bəndsiz heç bir çay olmamalıdır”.

Eyni motivlər və qeyri-elmi şüarlarla İran-İraq müharibəsindən sonra müharibədən qalan ağır maşınları qənimət kimi ələ keçirən SEPAH-ın “Xatəmül-Ənbiya” şirkəti tərəfindən bəndlərin tikintisinə başlanılmış və Urmiya gölünə tökülən 22 çay üzərində 40 bənd inşa edilmişdir. Həmçinin Urmiya gölünün suayrıcında qazılan 100 mindən çox dərin quyu gölün altındakı bulaqların korlanmasına və qurumasına səbəb olub. Beləliklə, gölün yeganə su mənbəyi qar və illik yağış oldu. Eyni ənənəvi suvarma üsulu ilə əkin sahələri iki dəfə artırılaraq 600 min hektara çatdırıldı. Suyun gölə daxil olmasının qarşısı alındı. Bununla da ərzaqla özünü təmin etmə siyasətinin icrası mümkün olmadı.

Urmiya gölü beynəlxalq bataqlıqdır. Göl 1976-cı ildə Ramsər Konvensiyasına görə planetin müstəsna yaşayış yeri və qlobal biosfer mərkəzi kimi qeydə alınıb. Urmiya gölünün ekosisteminin monitorinqinə cavabdeh olan YUNESKO Urmiya gölünün quruması təhlükəsini dəfələrlə İran dövlət rəsmilərinə xatırladıb. Amma İran hökuməti həmişə gölün qurumasını təbii bir prosesin nəticəsi kimi dəyərləndirib.

Camaat gölün qurumasına etiraz edəndə müvafiq məmurlar, hətta prezidentlər belə proqnozlar verirdilər. O cümlədən Əhmədinejad da heç bir tarixi sübut təqdim etmədən bu gölün hər 500 ildən bir quruduğunu iddia etmişdir. Urmiya gölünün qurumasına birbaşa cavabdeh olan ölkənin Energetika, Ekologiya və Kənd Təsərrüfatı nazirliklərinin rəsmiləri problemin həlli üçün həmişə yanlış səbəblər göstəriblər. Bəzən deyirdilər ki, gölün quruması gölün ortasından salınmış  körpünün suyun dövranına mane olması ilə bağlıdır. Bəzən bölgədə quraqlıqdan əsər-əlamət qalmadığı halda belə, yağışın azalmasının gölün qurumasına səbəb olduğunu deyirdilər, bəziləri isə qondarma elmi səbəb göstərərək gölün qurumasına qlobal istiləşməni səbəb kimi göstərirdilər.

İsveçrə və Almaniya universitetləri tərəfindən gölün 25 metrə qədər dərinliklərindən və çöküntü qatlarından götürülən nümunələr üzərində geoloji tədqiqatlar aparılmış və artemiyanın müxtəlif lövhələrini tədqiq etməklə bu qənaətə gəlmişlər ki, son 50.000 ildə Urmiya gölündə suyun miqdarı dəyişib, amma heç vaxt qurumayıb.

Ölkənin Geologiya Komitəsi nəzdindəki elmi-tədqiqat institutunun rəhbəri xanım Mərziyə Lek “Həmşər Online”-a müsahibəsində deyib:

“Göldə su azalmağa başlayanda araşdırmalara başladıq və bəzi ekoloji tədqiqatçıların əməkdaşlığı ilə Energetika Nazirliyinin rəsmiləri ilə görüşdük və onlara dedik ki, Urmiya gölü üçün lazım olan normada su ayrılmaması prosesi davam edərsə, bu ərazi playaya çevriləcək və sonra quruyacaq. O zaman Energetika Nazirliyinin rəsmiləri bu açıqlama ilə razılaşmayaraq Urmiya gölünün qurumasının iqlim dəyişikliyi ilə bağlı olduğunu vurğuladılar və təkidlə bildirdilər ki, bu gölün qurumasında insan amili, bənd tikintisi və su payının ayrılması daha az rol oynayır. Buna görə də Berlin Universiteti ilə əməkdaşlıq çərçivəsində bu universitetdə mütəxəssislərin iştirakı ilə konfrans keçirildi və Energetika Nazirliyinin bəzi rəsmiləri də orada iştirak etdilər. Təəssüf ki, bu konfransda da Energetika Nazirliyinin rəsmiləri iqlim dəyişikliyi ilə bağlı hesabat təqdim etdilər və temperaturun 2 dərəcə yüksəldiyini açıqlamaqla gölün həmin səbəbdən quruduğunu açıqladılar. Konfransda iştirak edən iqlim sahəsindəki ekspertlərdən biri bu hesabata etiraz edərək bildirdi ki, temperaturun 2 dərəcə artması elmi əsas deyil və əgər bu ciddi temperatur artımıdırsa, o zaman biz Almaniyanı tərk edib getməliyik. Bundan sonra o, insan amilinin araşdırılmasını təklif etdi”.

Su bəndlərinin tikintisinə və satışına icazə verən Energetika Nazirliyinin məsul şəxsləri Urmiya gölünün qurumasının səbəbləri barədə nəinki Şərqi və Qərbi Azərbaycanda yerli əhaliyə, eyni zamanda, Geologiya Komitəsi nəzdindəki Elmi-Tədqiqat İnstitutunun rəhbərinin etirafına görə, alman mütəxəssislərinə də yalan danışıblar və əcnəbi mütəxəssislərin onların qeyri-elmi sözlərinə inanmasını gözləyirdilər, camaat isə öz gözləri ilə gölə suyun girməsinin qarşısını aldıqlarını və qəsdən qurutmaq niyyətində olduqlarını görüblər. 

Eyni zamanda, İran İslam Respublikası Radio və TV Verilişləri Komitəsi “səhraşünaslıq elminin atası” adı verilmiş Pərviz Kürdəvanini mütəmadi olaraq bir mütəxəssis kimi televiziyaya çıxarır və o da elmi vicdanını ayaqlar altına qoyaraq ictimai fikri yayındırmaq üçün xalqın qarşısında deyirdi ki, Urmiya gölü qurumalıdır və bu qədər qiymətli olan şirin su o duzlu gölə tökülməməlidir. 

İndi iş işdən keçdiyindən və hətta Urmiya gölünün tam bərpasından mütəxəssislərin belə məyus olduqları bir zamanda gölün kiçik bir hissəsini xilas etmək üçün ekspert planlarını təqdim etməyə çalışırlar. Bu mütəxəssislərin arzuladığı model Orta Asiyada qurumaqda olan Aral gölünün Qazaxıstan hökuməti tərəfindən onun şimalında kiçik bir hissəni canlandırıb xilas etməyə müvəffəq olması ilə bağlı bir modelidir. Amma Aral gölü ilə Urmiya gölü arasında əsaslı fərq vardır. Beləki, Aral gölünün quruması ilə Orta Asiyanın ekosistemi qətiyyən dəyişməyəcək, duz tufanı və sunami yaratmaq üçün geridə 10 milyard ton duz kütləsi qoymayacaqdır.

Bu ekspertlərdən biri də Urmiya Universitetinin ekologiya elmləri professoru cənab Ağdır. O hesab edir ki, “Kanisib” bəndindən ötürülən su ilə gölün 25%-ni bərpa etmək mümkündür və bu 25% suda ildə 500 ton artemia istehsal etməklə gölün bərpası xərclərini ödəmək olar. Professor Ağ “Həmşəri Online”-a verdiyi müsahibədə göl duzuna nəzarət haqqında da belə deyir:

“Gölün duzunun üzərini örtmək mümkündür. Bu, çox böyük və çətin bir iş deyildir. Düzdür, bu göldə çoxlu duz var, amma onu bahalı olmayan və saxlama müddəti uzun olan bir şeylə örtmək olar. Belə ki, hətta tufanlar və güclü küləklər də onu sarsıda bilməz. "Geomembran" maddələrdən hazırlanan plastık təbəqələrdən hovuzların dibində də istifadə olunur. Sonradan nə vaxt istəsək, onları götürə bilərik. Bu üsulla duz hissəciklərinin axınının qarşısını almaq olar”.

 Professor Ağ bilməlidir ki, Urmiya gölünün su hövzəsinin kifayət qədər suyu var və Urmiya gölünü canlandırmaq üçün kKçik Zab çayından və Kanisib bəndindən su gətirməyə ehtiyac yoxdur. Ekoloji ekspertlərin əksəriyyəti suyun bir ərazidən digərinə köçürülməsinin əleyhinədirlər və iranlılar son illərdə suyun Luristandan İranın mərkəzi bölgələrinə ötürülməsinin dəhşətli nəticələrini müşahidə edirlər. Bu suların ötürülməsi xəzinədən çox böyük xərclər hesabına təhlükəsizlik qurumları tərəfindən həyata keçirilir və onların içində çox böyük podratçı şirkətlər vardır, ona görə də ətraf mühit və milli maraqlar həmin podratçı şirkətlər üçün problem olmayıb və deyildir. 

Urmiya gölünü canlandırmaq üçün Kanisib bəndindən gətirilən su da yolda sərf olunur və gölə çatmır. İldə 300 milyon kubmetr su gətirmək üçün dağın altından 36 km tunel qazdılar. Sonra suyu Qodar çayına çatdırmaq üçün 11 kilometr beton kanal çəkdilər ki, su çayın içi ilə 28 kilometr getdikdən sonra gölə daxil olsun. İndi məmurlar hesab edirlər ki, bu qədər su gölü canlandıra bilməz, ona görə də onu gölə tökmək lazım deyil. Urmiya gölünün ekoloji mühitinin bərpası üçün 15 milyard kubmetr suya ehtiyacı vardır. 

15 il əvvəl professor Ağın planına oxşar planlar verildi və o vaxt dedilər ki, duzun səthini örtmək, duz tufanının qarşısını almaq üçün təyyarə ilə gölə qatran (qır) səpməliyik. Bu plan bəzi neftlə zəngin ərazilərdə qum seli üzərində malçlama planının eynisi idi, lakin praktik plandan daha çox xəyali plana bənzəyirdi. Urmiya gölünü faydalı qazıntıların istismarı məqsədilə ilə qurudan İslam Respublikası gölün xilası üçün heç bir əməli plana, hətta idarəolunmaz fəlakətli nəticələrə gətirib çıxara biləcək sınaqdan keçirilməmiş xəyali planlara belə imkan verməyəcəkdir. 

10 il bundan öncə Urmiya gölünün qurumasına etirazlar ictimailəşəndə və Təbrizdə gölün qəsdən qurudulmasına qarşı keçirilən cəmi bir nümayişdə Şərqi Azərbaycan vilayətinin baş hakiminin sözlərinə görə, 1100 nəfər ekoloji mühit tərəfdarı həbs edilmişdi. Təbriz Kəşfiyyat İdarəsində həbs olunanları dindirərkən sonra bu etirazçıların və ekoloqların xaricilərin təhriki ilə təxribat törətmiş şəxslər adlandırıblar. Açıq şəkildə dedilər ki, Urmiya gölü bəhanədir və siz pantürkizmi təbliğ edirsiniz, separatizm niyyətindəsiniz.

İnsanlar hələ də gölün dirçəlməsini istəyirlər və hətta gölün şərqindəki kənd sakinləri Məhərrəm ayı matəmlərində Urmiyə gölünə su gətirmək üçün Kərbəladan kömək istəyirlər. Lakin gölün gələcəyi ilə bağlı İslam Respublikası rəsmilərinin təklif etdiyi həll yolları Urmiya gölünün dirçəldilməsi istiqamətində deyil, daha çox gölün minerallarının tamamilə quruduqdan sonra istismarı istiqamətindədir. Ona görə də İslam Respublikasının hakimiyyəti dövründə göl yenidən canlana bilməz.


Keçən il Qərbi Azərbaycanın vilayətinin başçısı vəzifəsinə təyin edimiş briqada generalı Əbdül Həmid mətbuat konfransında bildirib: “Urmiya gölü İranın ən böyük mədənidir. Bu göldə 10 milyard ton faydalı qazıntının olması Urmiyanı ən zəngin mineral əraziyə çevirib. Urmiya gölünün duzunda "natrium", "kalium", "kalsium asetat", "litium", "maqnezium", "xlor", "brom", "sulfat", "bikarbonat" və s. bu kimi minerallar vardır. Bu minerallar sənaye və kənd təsərrüfatında bir çox tətbiqlərə malikdir”.

Təbii sərvətlərin yalnız təbiətdən talan edilməsini başa düşən İran İslam Respublikası Urmiya gölünün duzlarında bütün bu nadir faydalı qazıntıları görərək insanların sağlamlığına, ətraf mühitin qorunmasına və gələcək nəsillərin həyatına məhəl qoymur. O, Urmiya gölünün duzunda litium və nadir metalların istismarına göz dikib.

İbrahim Rəisi hökuməti “Göl Bərpası Qərargahı”nı ləğv edib, onun yerinə “Gölü Bərpa Qrupu” yaradıb və ona sədrliyi də Qərbi Azərbaycanın qubernatoru Məhəmməd Sadeq Mötəmediyana həvalə edib. Məsuliyyətin gölün bərpasına heç bir üstünlük verməyən bir şəxsə verilməsi, JCPOA-nın (BARJAM/ Birgə Kompleks Fəaliyyət Planı) və nüvə sazişinin dirçəldilməsi məsuliyyətini həmişə JCPOA-ya qarşı çıxanlara vermək kimidir. Məhəmməd Sadiq Mötəmediyanın iş fəaliyyəti tarixində Rəzəvi Xorasanı valisi olarkən müraciət edən şəxsin onun tərəfindən döyülməsi xatirəsi hələ də yaddaşlarda yaşayır.

Qərbi Azərbaycan valisi, yəni Urmiya gölünün bərpası üzrə işçi qrupunun rəhbəri təhlükəsizlik işçisidir, su və torpaq sahəsində onun heç bir təcrübəsi yoxdur. O, bu yaxınlarda İRNA xəbər agentliyinə deyib: “13-cü hökumətin prioriteti insanların güzəranını təmin etmək idi və Urmiya gölünün bərpası ekspert siyasətləri həyata keçirməklə xalqın güzəranına, xüsusilə də fermerlərə zərər verməyəcək şəkildə idarə olunmalıdır”. 

Eyni rustik arqumentlə son iki onillikdə gölü qurutdular. İndinin özündə də Qərbi Azərbaycandakı iqtidar nümayəndəsi təbiətin, milyonlarla insanın iş və məişətinin həm bu gün, həm gələcəkdə qorunub saxlanması üçün heç bir məsuliyyət hiss etmir. Azərbaycanlıların bütün haqlı tələblərini təhlükəsizlik olaraq görən vali İRNA xəbər agentliyinə müsahibəsində deyib: “Bədxahlara gölün gələcəyini siyasi və etnik çərçivələrə salmağa icazə verilməməlidir”.

Bütün hökumətdə eyni demaqoq məntiq hökm sürür və onlar yarımçıq qalmış bəndləri tamamlamaq üçün tikməyə başlayıblar və energetika naziri Nazlı çay və Barandüz çayları üzərindəki bəndlərin tikilməsi barədə də göstərişlər verib. Bu çaylar üzərində bəndlərin tikintisi 10 il əvvəl insanların etirazı ilə dayandırılmışdı. İndi isə gölün həmişəkindən daha çox suya ehtiyacı olduğu bir vaxtda Energetika naziri yeni bəndlərin tikintisi barədə göstəriş verir və Ətraf Mühitin Mühafizəsi Agentliyi gölün duzlarını istismar etmək üçün lisenziya verir. Bu cür dağıdıcı insanlar nümunəvi idarəçi olaraq seçilirlər. 

 “Barna” xəbər agentliyinin Qərbi Azərbaycandan verdiyi məlumata görə, Ətraf Mühitin Mühafizəsi Təşkilatının vitse-prezidenti və Ətraf Mühitin Mühafizəsi Təşkilatının rəhbəri Əli Selacqehin iştirakı ilə keçirilən festivalda Qərbi Azərbaycanın Ətraf Mühitin Mühafizəsi üzrə Baş Direktoru Səid Şahənd nümunəvi ölkə meneceri olaraq seçilmiş və təşəkkür lövhəsi ilə təltif edilmişdir. 

Qərbi Azərbaycan vilayətinin Ətraf Mühitin Mühafizəsi Baş İdarəsinin texniki işlər üzrə müavininin sözlərinə görə, hər il göl yatağından 2 milyon ton duz çıxarılır və “bu il üçün də göl yatağındakı 20 hektar sahədə məhsul yığımı lisenziyası şəklində 12 lisenziya verilib”.

Urmiya gölünün quru duzunun xammal olaraq ən çox istehlakı şüşə sənayesi, turşu istehsalı sənayesi və dolayı yolla yuyucu vasitələr istehsal edən fabriklər tərəfindən həyata keçirilir. Təmizləndikdən sonra gölün duzundan xörək duzu da alınır. Qış mövsümündə göl duzundan əsasən yolların buz bağlamasına qarşı istifadə olunur. 

Hələ də Qərbi Azərbaycan valisi kapital cəlb etmək və Urmiya gölündən faydalı qazıntılar çıxarmaq üçün lisenziya vermək üçün reklam edir. 2 milyon ton duzun istismarçı şirkətlər tərəfindən ətraf mühitin mühafizəsi qaydaları nəzərə alınmadan çıxarılması yatağı məhv edir və gölü çirkləndirir. Yük maşınlarının və yükləyicilərin hərəkəti mövcud duz kristallarını toz halına gətirir və nəticədə küləklə birlikdə duz fırtınası yaranır. 

Marağa şəhərində ən böyük natrium karbonat və şüşə istehsalçısı olan “Kave” soda zavodu Urmiya gölünün istifadəçilərindən biridir. Bu şirkət 20 ildir ki, göldən xammal toplayır. Şüşənin xammalı əhəng və duzdur. Adıgedən zavoddan çıxan kimyəvi tullantılar Şərqi Azərbaycan vilayətinin Təchizat Şurasının icazəsi ilə boru vasitəsilə yenidən gölə ötürülür. “Kave” soda zavodu bölgəni və yeraltı suları və hətta Urmiya gölünün özünü zəhərli maddələrlə çirkləndirməkdə günahkardır, lakin heç vaxt hökumət tərəfindən tullantı maddələrin filterdən keçirilməsi və ekoloji standartlara əməl edilməsi onlardan tələb olunmayıb.  

Şərif Texnologiya Universitetində Urmiya gölünün son 60 ilin ən aşağı səviyyədə olduğu və ciddi tədbir görülməsə, yayın sonuna qədər tamamilə quruyacağı açıqlandığı gündən gölün ətrafında yaşayan milyonlarla insan və həmçinin ekoloji fəallar narahatdırlar. Amma görünən odur ki, Azərbaycanın firuzeyi incisinin qurumasına səbəb olan hakimiyyətə qarşı ciddi etirazlar baş verməyəcəkdir. Ola bilsin ki, son 20 ildə gölün qurumasına etiraz edib, bu yolda külli miqdarda pul xərcləyən insanlar indi yorulub məyus olublar. Digər tərəfdən, İslam Respublikasının müsbət bir şey edə biləcək dərəcədə fəaliyyətini də görmürlər. Hökumət də gölün qurumasını təbii hal kimi göstərməyə, zaman keçdikcə xalqın qəzəbini cilovlamağa çalışır.

Su üzrə mütəxəssisləri hesab edirlər ki, göl tamamilə qurusa belə, onu bərpa etmək olar. Çünki o, insan əli ilə qurudulub və insan əli ilə yenidən canlana bilər. Bununla belə, onun dirçəlişi müəyyən zaman aparacaq. Ətraf Mühitin Mühafizəsi Təşkilatının keçmiş rəhbəri İsa Kələntəri dəfələrlə deyib: “Urmiya gölünün dirçəldilməsi iki milyard dollara başa gələcək, amma quruyarsa, 2000 milyard dollardan çox ziyana səbəb olacaqdır”. Gölün ağı deməklə, mərsiyə ilə canlanmayacağı şübhəsizdir. Dövlət məmurlarına müxtəlif yollarla təzyiqlər edilməlidir ki, bu yolda nəsə kiçik və müvəqqəti işlər görsünlər ki, xalq özü əsaslı şəkildə düşünə bilsin. 

Son iki onillikdə İran parlamentinə deputatlığa namizəd olanların və ya prezident olmaq istəyənlərin hamısı Urmiya gölünün dirçəldilməsi şüarı ilə kampaniyalarına başladılar və Azərbaycan xalqından səs alandan sonra bütün vədləri unutdular, hətta gölü qurutmaq istəyənlərə şərik də oldular. Bu gün parlamentdə oturanlara ümid yoxdur, onlar gölün xilası üçün təcili addım atmaq əvəzinə, gölün bərpası qərargahının araşdırma planını öz bandasının maraqlarına uyğun bir şəkildə təsdiqləyirlər. Bu nümayəndələrin əksəriyyəti korrupsiyaya və xalqa qarşı çıxmağa o qədər öyrəşiblər ki, bir addım atsalar, şübhəsiz ki, xalqın mənafeyinə zidd olacaqdır. 

Gölü diriltməkdə maraqlı olan və hökumətin müsbət addımından məyus olanların beynəlxalq ictimaiyyətə müraciət etməkdən, ifşa və lobbiçilik yolu ilə Urmiya gölünün quruması təhlükəsini regiona və bütün dünyaya xatırlatmaqdan, . ciddi tədbirlər üçün beynəlxalq yardım istəməkdən başqa çarələri yoxdur.

İslam Respublikası hökuməti dünyadan təcrid olunub və yaratdığı böyük problemi həll etmək gücünə malik deyildir. Bu hökumətin rəhbərləri beynəlxalq ekspertlərin köməyinə inanmır və heç kim də İslam Respublikası ilə əməkdaşlıq etmək istəmir. Ona görə də vətəndaş cəmiyyəti və diaspora təşkilatları gələcəkdə insan fəlakətlərinin qarşısını almaq üçün bu ekoloji fəlakətin qurbanları adından BMT-nin ətraf mühitin qorunması şöbəsindən və Dünya səhiyyə komitəsindən kömək istəməlidirlər.


 


















Fotoda Maşallah Rəmzi

Paris, 25 iyul 2023

 

“İran emruz saytı (27.07.2023): 

https://www.iran-emrooz.net/index.php/politic/more/109426/

 

 

 

ДРУГИЕ НОВОСТИ
ВСЕ НОВОСТИ
18:44Avraham Shmulevich; İsrail Ermeni Soykırımı’nı Tanıdı: Ermeniler Neden Öfkeli ve Bu Neye Yol Açabilir?20:30İRAN ŞƏHİD RƏHBƏRİ İLƏ VİDALAŞIR11:33İRAN YENƏ DƏ ORTA ƏSRLƏRDƏ QALMAQ İSTƏYİR.13:34Bir daha Azərbaycan milli kimliyini okeanlara çıxarmaq istəyən balaca qara balığın taleyi haqqında…20:08Tərəddüdlü iran19:19Fələstin və İslam İnkişaf Bankı Fələstinin enerji sektorunun maliyyələşdirilməsi üçün 37 milyon ABŞ dolları dəyərində saziş imzalayıb18:56"FARS " ƏLİFBASI TACİKLƏRİN QƏDİM MİLLİ KİMLİYİNİ BƏRPA EDƏCƏK17:33İRAN TƏRANƏLƏRİ17:16Молчаливое свидетельство эпохи14:16Fələstinin Bakıdakı səfirliyinin bəyanatı08:01Welatparêzekî kurd ji Azirbêcanê08:17Когда рукопись становится практикой08:08Heydər Əliyev və Cənubi Azərbaycan problemi10:32“QALİB” İRAN19:04Fələstin Dövlətinin Azərbaycandakı səfirliyinin Nəkbə Anım Günü münasibəti ilə Bəyanatı10:35HEYDƏR ƏLİYEVİN MULTİKULTURALİZM VƏ TOLERANTLIQ İDEYALARI19:06Böyük Muğan-Suqovuşan Qurultayının 290 illiyi münasibətilə21:09SEPAH: BÖYÜK İDDİADAN BÖYÜK UĞURSUZLUĞA15:07XHAR – LƏZGİ OCAĞI15:05В интересах общей безопасности страны Центральной Азии налаживают связи с Афганистаном16:06Yadulla Kərimipur: İran üçün təhlükəli bir dəyişiklik barədə söhbət; ölkə daxilindən gözlənilməz bir təhlil15:44Война, религия и политика: напряженность в отношениях между Папой и Трампом11:30"Qarabağ", Milli futbol komandası və milli ideologiya17:08Avraham Şmuleviç: Budapeşte’deki Değişim Tiflis’i ve Güney Kafkasya’yı Nasıl Sarsabilir?16:58Неизбежная реальность евроатлантической обороны: без Турции это невозможно14:55XUZİSTANDA "SEPARATİST", ŞƏRQİ AZƏRBAYCANDA ŞAHPƏRƏST14:19Что происходит в Юго-Восточной Азии?18:24«Шеш кнафаим»: книга, потерянная по дороге18:17НЕКОТОРЫЕ ОСОБЕННОСТИ ПЕРЕВОДА ФРАЗЕОЛОГИЗМОВ12:29İran'dan Babül Mendeb uyarısı: Altı yönüne dikkat edin16:33YouTube-каналы «трех грандов» Турции по футболу — в первой двадцатке Европы16:23«Красная среда»: Праздник творения и начало жизни в езидской вере15:54Отменено празднование езидского нового года Чаршама Сор (Красная Среда) в храме Лалиш15:00Скрытая архитектура Торы: взгляд через схему (Часть I I I )12:23Risky Partnership09:06Iranın və ABŞ-ın "iki həftəlik qələbəsi" ,və ya tarixin bu günü18:53Rəhbər Xameneyinin başına nə gəldi?12:39Hazırki münaqişə dövründə İranda vətənpərvərlik təbliğatı10:53Седакъет Керимова : СА ХАХАДИЗ10:35Нисону — Песах10:30Евреи в Азербайджане это взаимоуважение и взаимодоверие11:03Fələstin Torpaq Gününün 50 illiyi18:36Fələstin Dövlətinin Azərbaycandakı səfirliyinin Mətbuat Açıqlaması13:06Скрытая архитектура Торы: взгляд через схему (Часть II)09:36Скрытая архитектура Торы: взгляд через схему (Часть I)13:29İranın Qafqazda nüfuz davası07:28Gülnara İnanc: Gürcü Toplumunun Birleştiricisi Olarak II. İlya18:38ილია II – როგორც ქართული საზოგადოების გამაერთიანებელი - გულნარა ინანჯი10:31Илия II как объединитель грузинского общества18:13ƏSL ACLIQ-RUHİ-MƏNƏVİ ACLIQDIR, CİSMANİ YOX.21:15İRAN İKİ CƏBHƏDƏ VURUŞUR21:06Война США-Израиля и Ирана: взгляд сквозь призму глобальной системы18:56От Claude до Starlink: цифровое оружие в войне между США, Израилем и Ираном12:13ФРАЗЕОЛОГИЯ КАК ОТРАЖЕНИЕ ЭТНОКУЛЬТУРОЛОГИЧЕСКИХ ОСОБЕННОСТЕЙ РУССКОГО, АЗЕРБАЙДЖАНСКОГО И ТАЛЫШСКОГО ЯЗЫКОВ15:07TRUMP İRANI VURACAQ YA VURMAYACAQ.14:57İki ənənənin dialektikası: Novruz və Ramazan16:49Узбекистан: красочное наследие традиционного костюма от прошлого к настоящему18:59Переписка и рукописи раввинов17:55İRAN"MİLLİ İNQİLAB"DAN SONRA NƏLƏR OLDU17:48Что означает NAVTEX Турции в Эгейском море?13:25İranda islahatçıların həbsi; təxribatçı müxalifətdən təcrid olunmuş müxalifətə keçid?15:08Турецкие ученые прибыли в Антарктиду в 10 раз14:59Qonşuların maraqları İranı tərkisilah etmək yox, rejimi dəyişməyi tələb edir.17:07ИСТОРИЧЕСКИЕ КОРНИ ИМПЕРСКОГО МЫШЛЕНИЯ В РОССИИ13:59Kahinəti təğdis kardə bey12:53Геополитические приоритеты США: Иран — это больше, чем просто Иран17:52Аба-Саво, Аба-Сава, Абас-Оба или Аба-Сово? (Часть II)17:48Аба-Саво, Аба-Сава, Абас-Оба или Аба-Сово? (часть I)17:42Дональд Трамп: «Гренландия — территория США с 2026 года»08:42Why Iran’s Protest Movement Cannot Succeed Without the Kurds08:37İRANDA NƏ BAŞ VERİR?16:25Эксперты провели параллели между вторжением США в Венесуэлу и планами Трампа на Гренландию11:49Кем были люди, бросившие вызов наследникам Чингисхана08:30"Лезгинка",Танхо Израилов и Игорь Моисеев: столкновение талантов19:33Movses Dasxurantsi or Movses Kalankatuatsi: who was the author of the «History of the Country of Aluank»?16:54Böyük Çillə-Qaraqış başladı15:58İRAN VƏ ZAMANIN İRONİYASI19:50Ханукои-Ханука17:54Энергетическая и дипломатическая активность в отношениях Турции и Туркменистана17:03IRAN ÜÇÜN ƏSAS MƏSƏLƏ: HİCAB YA HİCABSIZLIQ12:27Горские евреи и Эрец Исраэль в период британского мандата (1918-1948) Третий Этап Часть III12:16FARS DİLİ ÜÇÜN "XƏTƏR SOVUŞDU"18:11В Японии разработали новый метод «описание мыслей»15:54Горские евреи и Эрец Исраэль в период британского мандата (1918-1948)14:01Литовские татары в XVII-XX вв.09:03Əbülfəz Rəcəblinin talış dilinin leksikası kitabından (FRAZEOLOGİYA)08:59TOLIŞƏ ZIVONİ LEKSİKƏ PROFESSOR RƏCƏBİ ƏBULFƏZ FRAZEOLOQİYƏ10:57დავით ხოსიტაშვილის წიგნის “კლასიკური მუსიკის ჩაწერის ხელოვნების ასპექტები“ პრეზენტაცია14:57Bakıda “Ronahi” Kürd Mədəniyyət Mərkəzinin yaranmasının 35 illiyi qeyd olunub12:10TBİLİSİDƏ QAFQAZ KÜRDLƏRİNİN II ELMİ-PRAKTİKİ KONFRANSI KEÇİRİLİB08:52Паломники и Старый ишув Первый этап, часть II15:59Второй этап: горские евреи, сионизм и алия (репатриация) до Первой мировой войны - 1890 - 1914 годы ( Часть I)17:21Турция является одним из важнейших партнеров Срединного коридора16:34ترک ها در احادیث پیامبر16:24Рабби Иосиф бен Хаим Шур16:59Оша’на Рабба – Араво - ГIэрево16:46Страсти за Каспием17:38İrana növbəti hərbi hücum olacaqmı?14:29İRANIN QARA SENTYABRLARI20:00Azərbaycanda və Balkan ölkələrində multikulturalizm və tolerantlıq ənənələrinin müqayisəli təhlili.15:31Rza Pəhləvinin “Kuruş paktı” daxili analitikin mikroskopunda18:47В Баку прошел вечер, посвященный истории татар Азербайджана18:37ترک ها در احادیث پیامبر17:12Xameneinin müşaviri Azərbaycana xəbərdarlıq edib14:27İRAN RƏHBƏRİNİN NÜFUZSUZ MÜŞAVİRİ18:05Gökhan Güler: KKTC bayrağının Türk dünyasındaki nazlı yolculuğu18:59UEFA Şampiyonlar Ligi 3. Ön Eleme Turu Fenerbahçe-Feyenoord maçının psikolojik analizi (12 Ağustos 2025)16:31Запуск Зангезурского коридора увеличит энергетический потенциал Турции09:48CƏNUBİ AZƏRBAYCAN TƏHLÜKƏ DEYİL10:30AZƏRBAYCAN DEMOKRAT FIRQƏSININ MƏRAMNAMƏSİ08:35İRANLI MÜƏLLİF:"DƏRİN TƏƏSSÜF DOĞURUR VƏ ÇOX TƏHLÜKƏLİDİR".19:05Мовсес Дасхуранци или Мовсес Каганкатваци: кто был автором “Истории страны Агванк»?10:32İranın yeni və gözlənilməyən qonşusu12:54İranın Demokrat Türkmənləri: Ali Rəhbərin hakimiyyəti sosial həmrəyliyə mane olur12:51İranın Türkmənsəhra əyalətində türkmənlər arasındakı sosial fenomen haqqında07:50Новый баланс в Евразии и стратегическое положение Турции19:21Kafkasyada barışın önündeki engel11:53Дипломатия Трампа в Овальном кабинете: не стол переговоров, а распределение сил17:05UEFA Çempionlar liqası 3-cü seçmə Fənərbaxça-Feyenoord oyununun ( 12 avqust 2025) psixoloji təhlili17:48Обнародован текст «Соглашения о мире и установлении межгосударственных отношений» между Азербайджаном и Арменией13:37«DƏRBƏNDNAMƏ»LƏR HAQQINDA13:23Şamaxı rayonuna antropoloji ekspedisiyanın bəzi nəticələri haqqında (01-30 iyul 2025)18:13Keçmiş diplomat Abbas Məleki İran-İsrail müharibəsindən əvvəl müşahidə edilməli olan və edilməməli olanlar haqda15:21ТАВАТАР МАНИЙРИН МЕЛЕ18:51Что такое война.11:07BİR DAHA "LEZGİNKA" RƏQSİ HAQDA10:57QONAQPƏRVƏRLİK LƏZGİLƏRİN HƏYAT TƏRZİDİR23:54Эссе к письму 40 каббалиста Рабаша18:59Новый этап энергетического кризиса в Сирии: стратегическая роль Турции20:09Зангезурский коридор: новый геополитический баланс на Южном Кавказе?15:59Dodo İradə Məlikova haqqında bir neçə söz22:11საქართველო-თურქმენეთის თანამშრომლობა: ორმხრივი ურთიერთობების დინამიკა და პერსპექტივები22:02SABIR DINDARLIĞI19:18ЕТИМ ЭМИНАН ГУЬМБЕТ ХКАЖАЙ ЮГЪ15:33В Казахстане растет спрос на традиционный казахский напиток кымыз18:12В Казахстане состоялся фестиваль «Кумыс»14:12ABŞ dövlət katibi Marko Rubiodan vacib sözlər16:16Azərbaycanın iki siyasi təşkilatının İrandakı mövcud kritik vəziyyət və xüsusilə Azərbaycanın əyalətlərində ictimai sayıqlıq və təşkilatlanma ehtiyacı ilə bağlı birgə bəyanatı12:07В Азербайджане издана книга «Грузинский язык»11:33Azərbaycanda “Gürcü dili” kitabı nəşr olunub.18:49Израиль расценивает иранских азербайджанцев как своих союзников13:56Росток надежды20:36Израиль делает ставку на протестное настроение иранцев и на Рза Шаха Пехлеви14:15Güneş olmak istiyorum ,anne09:25ترک ها در احادیث پیامبر21:31İranın əsas elita dayağı erroziyaya uğrayır19:38По следам культурного наследия: стратегия Турции в отношении исторических артефактов18:29Трехсторонняя встреча Турция-Россия-Украина, направленная на прекращение российско-украинской войны завершилась17:05Prezidentlərin Laçın görüşü geosiyasi start nöqtəsidir09:24VƏHY TƏHKİYƏÇİSİNİN MÜƏLLİF “BİZ”İ09:08Каково значение Будапештской декларации ОТГ для ТРСК?20:04Bakıda “Əvəsor” folklor qrupunun 60 illiyinə həsr olunan “Talış folkloru konserti” keçirilib19:45В Стамбуле стартовал VII Фестиваль культуры этноспорта15:08Tehran hakimiyyəti təbrizlilərin çempionluğundan niyə təşvişə düşüb?14:15وقتی فوتبال هویت می‌شود؛ از تبریز تا مرکز13:35Traktor SC İran sistemini alt-üst edib tarixi çempionluğu qazandı13:26Tractor SC complete journey to upset Iran’s establishment and claim historic title07:36Günəş olmaq istəyirəm, ay ana, yaxud, arzular necə həyata keçir20:01İRANDA DEPUTATLAR NİYƏ TEZ-TEZ İMPİÇMENTƏ ƏL ATIRLAR17:22می‌خواهم خورشید باشم، مادر.17:13خلاقیت از بعد مادی و معنوی09:59HEYDƏR ƏLİYEV - MİLLİ MƏDƏNİYYƏT TARİXİMİZ16:23Сохранение уникальности каждого народа и содействие их диалогу через ознакомление с другими культурами и изучение их языка.18:20Карты в различных проекциях могут искажать восприятие мира, или Гренляндия меньше ,чем на карте19:18Про диктат родителей в Азербайджане20:41Изобретение караимов20:27Современные евреи-тюркофоны: караимы Крыма и Восточной Европы.20:09Rəsul Həmzətovun "Qorxuram"--"Tarsedəm" şeri talış dilində16:58Регионализация в Европе: трансформация «Инициативы трех морей»11:14АЗЕРБАЙДЖАНСКАЯ МЕНТАЛЬНОСТЬ: ОТ ЛИБЕРАЛИЗМА ДО КОНСЕРВАТИЗМА10:47Acıdan "zevk” alanlar16:03İran-ABŞ danışıqlarının üçüncü raundu Maskatda başa çatıb; Tehran danışıqların ciddiliyini vurğulayır15:59İki iranlı-israilli ekspert: Bəndər-Rəcai partlayışları İran rejimini ciddi şəkildə zəiflətdi15:43İranın dəniz ticarətinin onurğa sütunu qırılıb15:36Bəndər Abbasdakı partlayışların mənşəyi: “New York Times”-ın xəbəri və İran Müdafiə Nazirliyinin bəyanatı13:14REİNKARNASIYA VƏ KABBALA13:01Səməd Vurğun "Qəhrəmanın ölümü " _ "Qəhrəmani maq" şeri talış dilində06:51Nizami Gəncəvinin “Sənsiz” qəzəli talış dilində-“Be tı”16:21محمودی: هواداران تراکتور در دنیا بی‌همتا هستند/ ورزشگاه یادگار امام، بهشت فوتبال است18:29Армейский раввин и выжившие узники08:27Отношения Азербайджана и ТРСК: история и перспективы развития15:19Парфянское царство – государство иранцев-зороастрийцев в Иране и Центральной Азии11:45کسانی که از رنج "لذت می برند"18:25Orucun sosiologiyası: onlayn sorğunun statistik təhlili14:07Savaşsonrası psixoloji problemləri cəmiyyət birgə aşmalıdır15:26Təbrizdə Beşinci Milli Muğam Musiqi Festivalı keçirilib17:04Согдийцы и хорезмийцы - иранские оседлые народы доисламской Центральной Азии14:32Детские воспоминания о праздниках: евреи и славяне о Песахе14:12Xamneinin istefası üçün ictimai tələb artır20:22İranda Azərbaycan əleyhinə mövqelər davam edir12:08GENETİK İRQÇİLİK VƏ AŞIRI MİLLƏTÇİLİK10:59Dərddən "ləzzət" alanlar19:22Сумаляк — главное блюдо Новруза в Узбекистане12:16Urmidə nələr baş verib19:37Дорога слез. Ассирийцы и их эмиграция в XIX-XXI вв.13:02Нишалда - популярный десерт на Рамазан в Узбекистане15:21კვანტური ცნობიერების თეორია და კვანტური ფსიქოლოგია19:51Место встречи – бакинский бульвар19:41Кто такая Латифа аш-Шараа — первая леди Сирии?19:54Несторианское христианство и его распространение в Центральной и Внутренней Азии в эпоху Средневековья
ОПРОС

Где будете встречать Новый год?


 
«    İyul 2026    »
B.e.Ç.a.ÇC.a.CŞB
 12345
6789101112
13141516171819
20212223242526
2728293031 
ГАЛЕРЕЯ