Nizip Ticarət Palatasına üzv iş adamlarından ibarət nümayəndə heyəti Azərbaycan-Türkiyə İş Adamları Birliyinin qonağı olub.
- 4-12-2024, 17:26
- ИСТОРИЯ И ОБЩЕСТВО
- 0
- 198
Noyabrın 29-da Nizip Ticarət Palatasına üzv iş adamlarından ibarət nümayəndə heyəti Azərbaycan-Türkiyə İş Adamları Birliyinin qonağı olub.
ATİB İdarə heyətinin sədri Mürsəl Rüstəmov qonaqları Birliyin fəaliyyəti ilə tanış edərək bu günədək Türkiyə-Azərbaycan iqtisadi əlaqələrinin inkişafı istiqamətində görülmüş işlərdən danışıb.
Azərbaycana artıq ikinci dəfə iş səyahətinə gəldiklərini qeyd edən Nizip Ticarət Palatasının İdarə heyətinin sədri Mehmet Özyurt Palatanın ölkələrinin və bölgələrinin ixrac əməliyyatlarına töhfə verməklə yanaşı yeni sərmayə imkanlarının dəyərləndirilməsində də maraqlı olduğunu bildirib.
Qonaqlarla tanışlıqdan sonra ATİB üzvü “Turan Legal and Tax Services” MMC-in Hüquq meneceri Araz İsmayılov “Azərbaycanda iş mühiti” mövzusunda təqdimat edib və qonaqların Azərbaycanda türk iş adamları üçün investisiya imkanları barədə sualları cavablandırılıb.
Görüşün sonunda ATİB İdarə heyətinin sədri Mürsəl Rüstəmova xatirə hədiyyəsi təqdim edilib.