Ethnoglobus » ЭТНОПОЛИТИКА » MULTİKULTURALİZM MƏRKƏZİNDƏ “AZƏRBAYCANDA YAŞAYAN TATLARIN ETNO-KONFESSİONAL TARİXİ” MÖVZUSUNDA TƏDBİR KEÇİRİLİB

MULTİKULTURALİZM MƏRKƏZİNDƏ “AZƏRBAYCANDA YAŞAYAN TATLARIN ETNO-KONFESSİONAL TARİXİ” MÖVZUSUNDA TƏDBİR KEÇİRİLİB

MULTİKULTURALİZM MƏRKƏZİNDƏ “AZƏRBAYCANDA YAŞAYAN TATLARIN ETNO-KONFESSİONAL TARİXİ” MÖVZUSUNDA TƏDBİR KEÇİRİLİB
ЭТНОПОЛИТИКА
Ethnoglobus.Az
Фото: Ethnoglobus
16:02, 22 iyul 2024
752
0

İyunun 28-də Bakı Beynəlxalq Multikulturalizm Mərkəzində (BBMM) “Azərbaycanda yaşayan tatların etno-konfessional tarixi” mövzusunda tədbir keçirilib. Tədbir Dövlət Himninin səsləndirilməsi ilə başlayıb. Sonra şəhidlərin ruhu bir dəqiqəlik sükutla yad edilib. 

Tədbirin moderatoru BBMM-in Analitika şöbəsinin müdiri Rəşad İlyasov bildirib ki, tədbir “Azəri” Tat Mədəniyyət Mərkəzi İctimai Birliyinin Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə dəstəyi ilə icra etdiyi “Azərbaycanda yaşayan tatların etno-konfessional tarixi” layihəsi çərçivəsində təşkil olunub. O diqqətə çatdırıb ki, Azərbaycan müxtəlif sivilizasiyaların qovuşduğu məkan olaraq, əsrlər boyu milli-mədəni rəngarənglik mühitinin formalaşdığı, ayrı-ayrı millətlərin və konfessiyaların nümayəndələrinin sülh, əmin-amanlıq, qarşılıqlı anlaşma və dialoq şəraitində yaşadığı diyar kimi tanınmışdır. Multikulturalizm və tolerantlıq tarixən azərbaycanlıların həyat tərzi olmuş, bu gün isə milli kimliyindən, dilindən, dinindən asılı olmayaraq Azərbaycan dövlətinin hər bir vətəndaşının gündəlik həyat tərzinə çevrilmişdir.

'Azəri” Tat Mədəniyyət Mərkəzi İctimai Birliyinin sədri Elman Əhmədov layihə haqqında ətraflı məlumat verib. Bildirib ki, layihənin əsas məqsədi Azərbaycanda yaşayan tatların etnik tarixi, din və dil mənşəyi, Azərbayan ərazisində məskunlaşma tarixi, adət-ənənələri və bu ənənələrin nə dərəcədə qorunub saxlanılmasını təhlil və təşviq etməkdən ibarətdir. O qeyd edib ki, multikultural Azərbaycanda qədim zamanlardan bəri, digər xalqlarla yanaşı tatlar da yaşayır, yaradır, inkişaf edir və inkişafa töhfə verirlər.  Lakin Azərbaycanda yaşayan tatlar az öyrənilmiş, kifayət qədər tədqiq olunmamışdır. Mənbə qıtlığı çətinlik yaratsa da, birbaşa və bilavasitə mənbələrdən, tədqiqat əsərlərindən istifadə etməklə müəyyən araşdırmalar aparılmış və bunların nəticəsi olaraq, silsilə tədbirlərin keçirilməsi nəzərdə tutulub. İyun-avqust aylarını əhatə edən  “Azərbaycanda yaşayan tatların etno-konfessional tarixi” layihəsinin icra olunması da bu məqsədə xidmət edir.
Tədbirdə Azərbaycan Dillər Universitetinin dosenti Məhəmməd Əliyev tatların etnik tarixi, din və dil mənşəyi, Azərbaycan ərazisində məskunlaşma tarixi, adət-ənənələri barədə danışıb.
Hərbçi Bəhram Şeydayev I və II Qarabağ müharibəsində tatların iştirakından bəhs edib. Bildirib ki, zəfərlə başa çatan Vətən müharibəsində bütün Azərbaycan vətəndaşları kimi tatlar da “Dəmir Yumruq” ətrafında sıx birləşdilər. Tarixi Azərbaycan torpaqlarının işğaldan azad olunmasında həmrəylik göstərdilər.
Digər çıxış edənlər – Talış icmasının ağsaqqalı İmamverdi Həmidov, Elçin Mirzəbəyov, Cavid Maqsudov, Süleyman Rəhmanov, Fuad Sultanov, Fərman Əliyev tarixən formalaşmış multikultural mühitdən danışıblar. Vurğulayıblar ki,  Azərbaycanda yaşayan bütün etnik qruplar vahid ailədə, qarşılıqlı anlaşma və hörmət şəraitində yaşayırlar.
Tədbirdə məktəblilər Ayxan Əliyev və İnci Əliyeva tat dilində Azərbaycan şeirini səsləndiriblər.












































 



































 



















Читайте также:
Rus uşaq ədəbiyyatı dünya mədəniyyətinin zəngin  kapitalıdır. (I hissə)
Rus uşaq ədəbiyyatı dünya mədəniyyətinin zəngin kapitalıdır. (I hissə)
30.03.22, КУЛЬТУРА
AZƏRBAYCAN DEMOKRAT FİRQƏSİNİN DÖVLƏTÇİLİK SİYASƏTİ (1945-1946-CI İLLƏR)
AZƏRBAYCAN DEMOKRAT FİRQƏSİNİN DÖVLƏTÇİLİK SİYASƏTİ (1945-1946-CI İLLƏR)
13.05.24, ЭТНОПОЛИТИКА
Media və Mülki Cəmiyyət İctimai Birliyi şəhidlərin şərəfinə inşa etdiyi xatirə kompleksinin açılış mərasimini keçirib (FOTOLAR - VIDEO)
Media və Mülki Cəmiyyət İctimai Birliyi şəhidlərin şərəfinə inşa etdiyi xatirə kompleksinin açılış mərasimini keçirib (FOTOLAR - VIDEO)
08.05.22, ИСТОРИЯ И ОБЩЕСТВО
Azərbaycanda və  Balkan  ölkələrində  multikulturalizm və tolerantlıq  ənənələrinin  müqayisəli  təhlili.
Azərbaycanda və Balkan ölkələrində multikulturalizm və tolerantlıq ənənələrinin müqayisəli təhlili.
29.09.25, ЭТНОПОЛИТИКА
1941-1946-cı illərdə Cənubi Azərbaycanda xalqın milli özünüdərk prosesinin yüksəlişi və Azərbaycan dilinin mövqeyi
1941-1946-cı illərdə Cənubi Azərbaycanda xalqın milli özünüdərk prosesinin yüksəlişi və Azərbaycan dilinin mövqeyi
10.10.23, ЭТНОПОЛИТИКА
İmadəddin Nəsimi haqqında İranda tədqiqatlar
İmadəddin Nəsimi haqqında İranda tədqiqatlar
19.09.23, КУЛЬТУРА
Heydər Əliyev və Cənubi Azərbaycan problemi
Heydər Əliyev və Cənubi Azərbaycan problemi
22.05.26, ЭТНОПОЛИТИКА
AZƏRBAYCAN  RESPUBLİKASI   MULTİKULTURALİZM  SİYASƏTİNİN    NÜMUNƏSİ KİMİ
AZƏRBAYCAN RESPUBLİKASI MULTİKULTURALİZM SİYASƏTİNİN NÜMUNƏSİ KİMİ
08.05.23, ЭТНОПОЛИТИКА
Ərzin əşrəfi Naxçıvan (2-ci hissə)
Ərzin əşrəfi Naxçıvan (2-ci hissə)
23.12.24, ИСТОРИЯ И ОБЩЕСТВО
AZERBAYCAN DEMOKRAT FIRKASININ DEVLETÇİLİK SİYASETİ (1945-1946)
AZERBAYCAN DEMOKRAT FIRKASININ DEVLETÇİLİK SİYASETİ (1945-1946)
13.05.24, ЭТНОПОЛИТИКА
Firudin İbrahimi və azərbaycançılıq
Firudin İbrahimi və azərbaycançılıq
23.06.23, ЭТНОПОЛИТИКА
Tehranın Azərbaycana qarşı əsassız iddiaları
Tehranın Azərbaycana qarşı əsassız iddiaları
27.07.23, АНАЛИТИКА
Rus uşaq ədəbiyyatı dünya mədəniyyətinin zəngin kapitalıdır. (III hissə)
Rus uşaq ədəbiyyatı dünya mədəniyyətinin zəngin kapitalıdır. (III hissə)
30.03.22, КУЛЬТУРА
İRAN  TALİBLƏRLƏ ƏMƏKDAŞLIĞI DAVAM ETDİRƏRƏK DAHA DA GENİŞLƏNDİRƏCƏKDİR
İRAN TALİBLƏRLƏ ƏMƏKDAŞLIĞI DAVAM ETDİRƏRƏK DAHA DA GENİŞLƏNDİRƏCƏKDİR
08.05.22, АНАЛИТИКА / ЭТНОПОЛИТИКА
FİRUDİN  İBRAHİMİ  MÜASİR TƏDQİQATLAR  KONTEKSTİNDƏ
FİRUDİN İBRAHİMİ MÜASİR TƏDQİQATLAR KONTEKSTİNDƏ
21.11.22, ЭТНОПОЛИТИКА
HEYDƏR ƏLİYEVİN MULTİKULTURALİZM VƏ TOLERANTLIQ İDEYALARI
HEYDƏR ƏLİYEVİN MULTİKULTURALİZM VƏ TOLERANTLIQ İDEYALARI
10.05.26, ЭТНОПОЛИТИКА