Ethnoglobus » ЭТНОПОЛИТИКА » DİL CƏBHƏSİNƏ ƏSGƏRİ BORC

DİL CƏBHƏSİNƏ ƏSGƏRİ BORC

image
Qasım Qasımzadə - 100

Doğma ana dilimizin öz torpağımızda işlədilməsi, tətbiqi və inkişafının yarıtmaz vəziyyəti ictimai etiraz yığıncaqlarında və son vaxtların rəsmi dövlət sənədlərində bütün kəskinliyi ilə qeyd olunub. Uzun illər boyu belə bir acı həqiqətlə üz-üzə dayanmışıq. Geniş miqyaslı iclaslarda, nazirliklərin kollegiyalarında, müəssisələrdə, akademiyada və onun humanitar institutlarının bəziləri istisna olmaqla tədqiqat sahələrinin əksəriyyətində dosdoğmaca dilimizə biganə münasibətin dözülməzliyinə içdən yana-yana dözmüşük. Buna baxmayaraq, ürəklərdə nisgilə, dərdə çevrilən bu məhrumiyyət ağır, qorxulu dövrlərdə belə xalq iradəsini bildirən sənətkarların üsyankar səsini batil edə bilməmişdir. Hələ otuzuncu illərdə Səməd Vurğun vəzifə başçılarını istezha hədəfinə çevirmiş və daxili qəzəbini boğa bilmədən dil cəbhəsinin əsgəri kimi hücuma keçmişdi:
Nədən söyləməsin ana dililə
Öz odlu nitqini yoldaş komissar?
Türkcə danışmasın sevgilisiylə...
Bu mənhus adətdə böyüklükmü var?
Həmin misraları bir daha xatırlarkən Tbilisidə Qalaktion Tabidzənin yubileyində Əziz Nesinlə bu mövzuda söhbətimiz yadıma düşdü. Yığıncaqlarda, mitinqlərdə, küçələrdə danışıqlar gürcücə gedirdi. Təntənəli gecədə Əziz bəylə yanaşı əyləşmişdik. O soruşdu: "Sizdə, Bakıda neçin boylə deyil?". Mən haqlı suala haqsızın bəraət cəhdi ilə cavab verdim ki, "Bakı beynəlmiləl şəhərdir, bu baxımdan Tbilisidən çox fərqlidir". O razılaşmadı: "Hayır, canım, - dedi. - Sizinkilər odalarında kəndi sevgilisi ilə də rusca konuşuyorlar". Düz sözə nə deyəsən. Vaxtilə Səməd Vurğun yuxarıdakı misralarında elə bu həqiqəti etiraf etməmişdimi? 
Başqa bir ədəbi fakt. Rəsul Rza rəsmi tədbirlərdə Azərbaycan dilinin sıxışdırılmasına ayrıca bir şeir həsr etmişdir ("İti yazan qızlar"). O, millətin varlığını danmaq dərəcəsinə gələn vəziyyəti hər gün şahidi olduğumuz adiləşmiş bir faktın timsalında görün necə yana-yana qələmə alıb:
Salon adamla dolu,
Naxışlı xalıyanıyla döşənib
prezidiumun yolu.
Kiçik masa arxasında oturdu
itiyazan qızlar.
Masa üstündə ucu qəddənmiş
neçə qələm,
neçə varaq kağız.
Natiqlər qalxdı kürsüyə,
natiqlər düşdü kürsüdən.
Qızlardan ikisi yazdı
alnında damcı-damcı tər.
Biri oturdu bekar
qarşısında yonulmamış qələm,
yazılmamış vərəqlər.
Saatlar keçdi yeyin-yeyin,
saatlar keçdi ağır-ağır.
Qızlardan ikisi
yazdı, yazdı, yazdı.
Biri gözü natiqlərdə
əsnədi, əsnədi, əsnədi.
Bu, rüsvayçılıq deyil,
bəs nədi?
Həqiqətən də, rüsvayçılıq idi. Bu rüsvayçılığı hələ o vaxtlar B.Vahabzadə "Latın dili" və "Ana dili" şeirlərində də damğalamışdır. Bu rüsvayçılığın, yəni ali məclislərdə ana dilində danışıqları yazan stenoqraf qızların bekar dayanması və s. halların tamamən aradan qalxdığını demək çətindir. Bununla belə son iki ildə paytaxtın baş meydanında, eləcə də respublikanın şəhərlərində, rayon mərkəzlərində xalq cəbhəsinin keçirdiyi hərarətli mitinqlər bir çox zəruri ictimai-siyasi problemlərlə birlikdə ana dilimizin gözəlliyinin, qüdrətinin əvəzsiz nümayişinə çevrilir. Həmçinin respublika Ali Sovetinin yaxınlarda çağrılan növbədənkənar sessiyası bu mənada əlamətdar hadisə idi, tarixi hadisə idi! Məruzəçilər də, natiqlər də özlərinin şirin-şəkər ana dilində danışırdılar. Beləliklə də suverenlik haqqında respublikanın Konstitusiya qanununun 13-cü bəndi yəni Azərbaycan dilinin işlədilməsi və inkişaf etdirilməsinə dövlət qayğısı kağız üzərində qalmır, işdə həyata tətbiqi üçün uğurlu addım atılırdı.
Dilin işlənməməsi nə deməkdir? Onun zəifləməsi, korşalması, kasıblaşmağa, nəhayətdə unudulmağa üz tutmasıdır. Dilin unudulması millətin öz varlığından imtina etməsidir. Dilin yaşaması, inkişafı isə nəinki eyni ərazi çərçivəsində yaşayan etnik qrupun, həmçinin onun tarixən ayrı düşmüş qovmlərinin öz əslini, kökünü itirməməsində həlledici əhəmiyyət kəsb etməsidir, həmrəylik yaratmağa qadirliyidir. Kərkük xoyratlarından birində türk tayfalarının pərən-pərən düşdüyü və dilin varlığı sayəsində onun hər bir qövmünün itib-batmadığı təsəlliverici ümidlə dilə gətirilmişdir:
Zaman qalı,
Gün keçi, zaman qalı,
Yıxılı uca dağlar,
Tozu bir zaman qalı.
Ana dili güclü ahənrüba kimi bu tozları – zərrələri çəkib bir yerə toplamaqla dağ yaratmaq əzmindədir. Türkcəmiz belə bir qüdrətə, cəzbedici keyfiyyətə malikdir. Təkcə bizimkilərin deyil, başqa xalqların sənətkarlarının, xalq şair və aşıqlarının bu dildə misilsiz nümunələr yaratmaları tarixi faktdır. Çoxcildlik erməni tarixinin müəllifi Leonun etirafına görə, "aşıqlar üçün nağıllarda, mahnılarda təsvir olunan həyatı ifadə üçün türk dili erməni xalq ləhcələrindən daha səlis, daha ifadəli və daha zəngindir" (Leo, Erməni tarixi, III c., Yerevan, 1946, s.1072).
Belə bir dili uzun müddət bürokrat aparatın ciddi-cəhdilə qədr-qiymətdən salmaq cəhdi milli nihilizmin çox aydın və eybəcər təzahürlərindəndir. Milli nihilizm milli bəladır. O, birliyimizə, mənəviyyatımıza gözəgörünməz təxribatla məşğuldur. Nihilist öz zərərli konsepsiyasını mədəniyyət pərdəsi altında təlqin edir, ana dilində pəltək danışığını, yaxud danışa bilməməsini məziyyət sayır, övladlarını da, gələcək nəsli də özü kimi simasızlaşdırmaqdan ötrü ondarı anadilli bağçalardan, məktəblərdən çəkindirməyə səy göstərir, mənzilində də bu dildə danışmağı yasaq edir.
Dili inkişaf etdirmək, ictimai və mədəni funksiyalarını genişləndirməkdən ötrü birinci növbədə onu işlətmək gərəkdir. Siyasi həyatda, kargüzarlıqda, respublikanın paytaxtı ilə yerli yazışmalarda, hesablama texnikasının tətbiqində və s. Akademiyanın dilçilik institutunda və ali məktəblərin müvafiq kafedralarında dilimizin tədqiqi sahəsində az iş görülməmişdir və bu iş intensiv  şəkildə davam etməkdədir. Elmi dilin tətbiqinə gələndə, xüsusən texniki elmlər sahəsində milli dil demək olar ki, kənardadır. 
Ali Attestasiya Komissiyasının dissertasiyaları rus dilində təqdim edilməsi tələbindən sonra hamıya məlumdur ki, bu məsələ daha da qəlizləşib. Adətən, riyaziyyat, fizika, kimya elmlərinə aid dissertasiyalar bir qayda olaraq rusca yazılır, rusca çap və müdafiə olunur. Fəlsəfə, tarix, sənətşünaslıq və ədəbiyyatşünaslığa, hətta Azərbaycan dilçiliyinə aid dissertasiyaların da ana dilində yazılıb yazılmaması bu aspektdə milli dilin inkişafı prblemləri SSRİ-də elmə nəzarət edən Ali Attestasiya Komissiyasını nəinki maraqlandırmır, əksinə, respublikaların elm mərkəzlərinə etimadsızlıq əlaməti olaraq əsəri ancaq rus dilində qəbul edir. Bu, əlbəttə, respublikaların suverenliyinə hörmətsizlikdən başqa, həm də açıq-aşkar kobud müdaxilədir. Buna qarşı başqa regionlardan etiraz səsi qulağımıza çatdı. Biz isə ağzımıza su aldıq. Yaxşıca ki, nəhayət, on birinci çağırış Azərbaycan SSR Ali Sovetinin növbədənkənar sessiyası suverenlik haqqında qəbul edilən Konstitusiya qanunu alimlik dərəcələri və elmi adlar vermək hüququnu respublikanın səlahiyyətində saxlamışdır ki, bu həmin məsələdə otuzuncu illər hüququnun bərpasıdır. Elmin milli dildə inkişafını xeyli ləngitmiş olan amilləri tədricən aradan qaldırmaq naminə bizcə tədqiqatın bütün sahələrində dissertasiyaların Azərbaycan dilində yazılması və bu dildə müdafiə edilməsi zərurəti müvafiq qanunla təsbit edilməlidir (Əlbəttə, qeyri-Azərbaycan dilli tədqiqatçıların öz dillərində müdafiə hüququnu saxlamaq şərtilə).
Dilin norma və tələblərinin xəlaldar olması danışıqda, mətbuat, radio və televiziyada adi hala çevrilmişdir. Xüsusən toponimiyada, coğrafi və şəxs adlarında milli ədəbi dildən kənara çıxmaq faktları sabitləşmiş halda qalmaqdadır. Nə vaxtadək kənd, şəhər, şəxs adları ruscaya tərcümədə əlifba imkanlarına belə məhəl qoymadan dəyişdirilmiş halda işlənəcəkdir. Bakı-Baku, Ucar-Udjarı, Kəlbəcər-Kelbadjarı, Qulu-Kuli, Məmməd-Mamed, Qasım-Kasum və s. və i.a. kimi deyiləcəkdir, yazılacaqdır? Məncə, məktəb uşağına da aydın olan belə təhriflərə rəsmi qanun, göstəriş gözlənilmədən dərhal son qoyulmalıdır, kütləvi informasiya vasitələrində, tədris vəsaitlərində, adlar göstəricisinə aid materiallarda yubanmadan düzəlişlər aparılmalıdır.
Danışıq dili normalarına tərcümədən gələn ifadə və sözlərin süni şəkildə işlədilməsi də yolverilməz haldır. Belə süni sözlərdən biri axır vaxtlarda natiqlərin dilinə sürətlə sirayət etməkdədir. Bu, rusca danışıqda işlədilməsi vaxtilə "Literaturnaya qazeta"nın özündə ciddi tənqidə məruz qalan "qde-to" sözünün azərbaycanca "haradasa" şəklində tez-tez və yerli-yersiz dilə gətirilməsidir. Fikrin ifadəsində dəqiqliyə-dürüstlüyə nail olmayanda, cümlənin ortasında müvafiq söz qəhətə çəkiləndə dərhal "haradasa" sözü peyda olur ki, bu da hünərli milli dilimizi kəsərdən salan vasitəyə çevrilir. "Səni haradasa görmüşəm" deyəndə fikir də, məqsəd də aydındır, burada "haradasa" sözü yerindədir. Ancaq "belə-belə məsələlərin həllində biz gərək haradasa diqqətli olaq", yaxud: "ədəbiyyatımız yenidənqurma mövzusuna haradasa öz imkanları daxilində az əhəmiyyət verir" qəbilindən olan danışıq tərzində "haradasa" sözü qondarma görünür (bu sözü tez-tez işlətməyi sevənlər deyərdi ki, "haradasa qondarma görünür").
Milli dilin özünün elə qərarlaşmış sözləri var ki, bunların da mənasının fərqinə varmadan yanlış olaraq biri digərinin ekvivalenti kimi işlədilir. Son vaxtların şeirində "kəhər" sözü "köhlən"i sıradan çıxarmaqdadır. Halbuki, "kəhər" məfhumu atın cinsini – keyfiyyətini deyil, rəngini nişan verir, yəni kəhrəba çalarında atın rəngini. Bu mənada folklordakı "gün çıx, gün çıx, kəhər atı min çıx!" ifadəsi günəşin qırmızıya – kəhər atın rənginə çalan zahiri görünüşünə işarədir. Həmçinin səmənd, göydəmir, boz, kürən, ağ sifətlərini artıranda aydınlaşır ki, söhbət hansı rəngdə olan atdan gedir. "Köhlən" isə cins mənasındadır, qoçaq, hünərli, mötəbər at mənasında! Bu atın rəngi qara da (Koroğlunun Qıratı kimi), ağ da (Napolyonun Ağ atı kimi), boz da (Qaçaq Nəbinin Boz atı kimi) ola bilər. Yaşlı nəslin əsərlərində köhlənlə kəhər heç vaxt eyniləşdirilməmişdir. Axı "kəhər madyan", "kəhər yabı" deyilər, "köhlən madyan", "köhlən yabı" deyilməz. Bütün bunlara baxmayaraq kəndi, onun hər üzünü yaxşı bilən də, bilməyən də "kəhər" sözünü köhlən at mənasında şeirlərində sağa-sola səyirdir: "Hər igidin heç olmasa bir kəhəri olsun gərək", "Şəhər bizi maşınlarda gəzdirir, dağlar bizi kəhərlərdə görübdür". Hətta tanınmış şairlərimizdən biri "kəhər ləpələrin köpüklü yalını" təsvir edir, bir başqası isə yazır ki, "yağış ətri gələn bu yaz günləri bənzəyir sahibsiz ağ kəhərlərə". Ağ kəhərlər! Bu, lap ağ oldu. Kəhərin köhlən yerinə işlədilməsi nasirlərə də sirayət edib. Onlardan birinin yazısında oxuyuruq: "Kəndli həyətini mal-qarasız, bostansız təsəvvür etmək mümkündürmü? Hələ onu deyək ki, kəhər atdan imtina etmək nə qədər düzgündür? Axı o igidlik rəmzidir" (?!)
Bizcə, bütün bunlardan sonra "köhlənmi, kəhərmi?" mübahisəsini davam etdirmək aksiomanın həllinə cəhd göstərməyə bənzər.
Elə sözlər də var ki, bunların ana dilində ekvivalentini tapıb tətbiq etmək zəruridir. Bunlar ən çox da alınma sözlərə aiddir. Biz "aptek" sözünü nə qədər əczaxana kimi yazsaq da, işlətsək də, milli dilin tələbləri baxımından bu söz doğmalıq pasportu ala bilmir. 
Türkmənistanda "aptek" əvəzinə sadəcə "dərmanxana" deyirlər.
Bir sıra başqa əcnəbi sözləri də milli dilin unudulmuş, potensial mənbələrində yaşayan sözlərlə əvəz etmək imkanları çoxdur. Bunların böyük bir qismi türk, özbək, türkmən, qaraqalpaq, qazax və b. türkdilli xalqların hazırda işlətdikləri müvafiq sözlərin varlığındadır. Çox təəssüf ki, dilçilərimizin, türkoloqlarımızın bu istiqamətdə fəaliyyətləri o qədər də səmərəli deyil. Mən Özbəkstanda da, Türkmənistanda da olmuşam, onların ədəbiyyatşünasları, dilşünasları ilə yaxından tanışam. Dil məsələsinin nizama salınması ilə əlaqədar türkdilli xalqların problemlərinin birgə - müştərək həllinə onların maraqları da, ehtiyacları da çoxdur. 
Təşəbbüs və hərəkət məqamıdır. Bir-birinin dərd-sərini bilmək, o cümlədən, dil ehtiyatlarından bəhrələnmək, tarixin açılmamış qatlarını üzə çıxarmaq və başqa məsələrin həlli üçün bir-birinin təcrübəsindən istifadə etmək məqamıdır. Vaxtaşırı yığışmaq, görüşmək, həmrəyliyə nail olmaq, yadlaşmış doğmalığı bərpa etmək məqamıdır.
Dilin tətbiqi məsələsinə gəldikdə etiraf edilməlidir ki, onun ümumrespublika miqyasında dövlət dili səviyyəsinə çatdırılması yolları hamar deyildir. Bu təkcə elm və yaradıcılıq sahələrində, unutqanlıqda özünü göstərmir. Əsas çətinlik dəftərxana işlərinin ana dilində aparılması təcrübəsinin olmaması, yaxud zəifliyidir. Professor Y.Seyidovun "Kommunist" qəzetində çap etdirdiyi "Ana dili, vətən dili" məqaləsində dediyi kimi, "Azərbaycan dilinin qədim və zəngin tarixə malik bədii üslubu dünyanın inkişaf etmiş hər bir dili ilə müqayisə edilə bildiyi halda, onun rəsmi kargüzarlıq üslubu hələ lazımi səviyyədə inkişaf tapmamış və sabitləşməmişdir". Belə olduğu halda, kargüzarlıqda güclü texniki baza yaratmaqla yanaşı ən vacib şərtlərdən biri respublikanın nazirliklərində, baş idarə və müəssisələrində partiya və dövlət aparatlarında rəsmi dilin təmizliyinə, səlisliyinə, üslub gözəlliyinə nəzarət edən əliqələmli üslubçu-stilist ştatı olmalıdır. İdarə daxilində və idarədən kənara çıxan hər bir sənədin mətni ancaq onun redaktəsindən, icazə imzasından sonra qüvvəyə minməlidir. Bəzi respublikalarda, o cümlədən qonşumuz Gürcüstanda bir neçə il bundan əvvəl hökumətin xüsusi qərarı ilə bütün müəssisələrdə ana dilinin keşiyində dayanan belə bir mütəxəssis fəaliyyət göstərməkdədir. Rəsmi dəftərxana-kargüzarlıq ənənəsi zəifləmiş olan Azərbaycan dilinin bu cür müdafiəçi və köməkçiyə ehtiyacı daha çoxdur. Vəzifə öhdəliyindən əlavə hər bir azərbaycanlı özünü bu cəbhənin əsgəri saymalı, xidmət borcunu verməli, doğma dili açıq və gizli həmlələrdən qorumaq üçün addımbaşı rastlaşdığı maneələri aradan götürmək iqtidarında olduğunu işi ilə, əməli ilə nümayiş etdirməlidir. Biganəlik əleyhdarla, milli nihilistlə barışığa gəlməkdir, dil cəbhəsinə xəyanətdir.



ДРУГИЕ НОВОСТИ
ВСЕ НОВОСТИ
17:41От нубохунде до национальной школы: история образования горских евреев (II часть)15:36От нубохунде до национальной школы: история образования горских евреев (I часть)14:27İRAN REJİMİNİN ÖZ PREZİDENTİNƏ İKİNCİ ZƏRBƏSİ.07:22HAMI İRAN \FARS DÖVLƏTİ YARADIRDI, BİRCƏ FARSLARDAN SAVAYI20:38ABŞ ilə İran müharibəsində İngiltərənin rolu14:35Как горские евреи сохраняют память о Девятом ава18:12Etnoglobus.az HEJARE ŞAMİLİN şerlərini oxucularına təqdim edir18:44Avraham Shmulevich; İsrail Ermeni Soykırımı’nı Tanıdı: Ermeniler Neden Öfkeli ve Bu Neye Yol Açabilir?20:30İRAN ŞƏHİD RƏHBƏRİ İLƏ VİDALAŞIR11:33İRAN YENƏ DƏ ORTA ƏSRLƏRDƏ QALMAQ İSTƏYİR.13:34Bir daha Azərbaycan milli kimliyini okeanlara çıxarmaq istəyən balaca qara balığın taleyi haqqında…20:08Tərəddüdlü iran19:19Fələstin və İslam İnkişaf Bankı Fələstinin enerji sektorunun maliyyələşdirilməsi üçün 37 milyon ABŞ dolları dəyərində saziş imzalayıb18:56"FARS " ƏLİFBASI TACİKLƏRİN QƏDİM MİLLİ KİMLİYİNİ BƏRPA EDƏCƏK17:33İRAN TƏRANƏLƏRİ17:16Молчаливое свидетельство эпохи14:16Fələstinin Bakıdakı səfirliyinin bəyanatı08:01Welatparêzekî kurd ji Azirbêcanê08:17Когда рукопись становится практикой08:08Heydər Əliyev və Cənubi Azərbaycan problemi10:32“QALİB” İRAN19:04Fələstin Dövlətinin Azərbaycandakı səfirliyinin Nəkbə Anım Günü münasibəti ilə Bəyanatı10:35HEYDƏR ƏLİYEVİN MULTİKULTURALİZM VƏ TOLERANTLIQ İDEYALARI19:06Böyük Muğan-Suqovuşan Qurultayının 290 illiyi münasibətilə21:09SEPAH: BÖYÜK İDDİADAN BÖYÜK UĞURSUZLUĞA15:07XHAR – LƏZGİ OCAĞI15:05В интересах общей безопасности страны Центральной Азии налаживают связи с Афганистаном16:06Yadulla Kərimipur: İran üçün təhlükəli bir dəyişiklik barədə söhbət; ölkə daxilindən gözlənilməz bir təhlil15:44Война, религия и политика: напряженность в отношениях между Папой и Трампом11:30"Qarabağ", Milli futbol komandası və milli ideologiya17:08Avraham Şmuleviç: Budapeşte’deki Değişim Tiflis’i ve Güney Kafkasya’yı Nasıl Sarsabilir?16:58Неизбежная реальность евроатлантической обороны: без Турции это невозможно14:55XUZİSTANDA "SEPARATİST", ŞƏRQİ AZƏRBAYCANDA ŞAHPƏRƏST14:19Что происходит в Юго-Восточной Азии?18:24«Шеш кнафаим»: книга, потерянная по дороге18:17НЕКОТОРЫЕ ОСОБЕННОСТИ ПЕРЕВОДА ФРАЗЕОЛОГИЗМОВ12:29İran'dan Babül Mendeb uyarısı: Altı yönüne dikkat edin16:33YouTube-каналы «трех грандов» Турции по футболу — в первой двадцатке Европы16:23«Красная среда»: Праздник творения и начало жизни в езидской вере15:54Отменено празднование езидского нового года Чаршама Сор (Красная Среда) в храме Лалиш15:00Скрытая архитектура Торы: взгляд через схему (Часть I I I )12:23Risky Partnership09:06Iranın və ABŞ-ın "iki həftəlik qələbəsi" ,və ya tarixin bu günü18:53Rəhbər Xameneyinin başına nə gəldi?12:39Hazırki münaqişə dövründə İranda vətənpərvərlik təbliğatı10:53Седакъет Керимова : СА ХАХАДИЗ10:35Нисону — Песах10:30Евреи в Азербайджане это взаимоуважение и взаимодоверие11:03Fələstin Torpaq Gününün 50 illiyi18:36Fələstin Dövlətinin Azərbaycandakı səfirliyinin Mətbuat Açıqlaması13:06Скрытая архитектура Торы: взгляд через схему (Часть II)09:36Скрытая архитектура Торы: взгляд через схему (Часть I)13:29İranın Qafqazda nüfuz davası07:28Gülnara İnanc: Gürcü Toplumunun Birleştiricisi Olarak II. İlya18:38ილია II – როგორც ქართული საზოგადოების გამაერთიანებელი - გულნარა ინანჯი10:31Илия II как объединитель грузинского общества18:13ƏSL ACLIQ-RUHİ-MƏNƏVİ ACLIQDIR, CİSMANİ YOX.21:15İRAN İKİ CƏBHƏDƏ VURUŞUR21:06Война США-Израиля и Ирана: взгляд сквозь призму глобальной системы18:56От Claude до Starlink: цифровое оружие в войне между США, Израилем и Ираном12:13ФРАЗЕОЛОГИЯ КАК ОТРАЖЕНИЕ ЭТНОКУЛЬТУРОЛОГИЧЕСКИХ ОСОБЕННОСТЕЙ РУССКОГО, АЗЕРБАЙДЖАНСКОГО И ТАЛЫШСКОГО ЯЗЫКОВ15:07TRUMP İRANI VURACAQ YA VURMAYACAQ.14:57İki ənənənin dialektikası: Novruz və Ramazan16:49Узбекистан: красочное наследие традиционного костюма от прошлого к настоящему18:59Переписка и рукописи раввинов17:55İRAN"MİLLİ İNQİLAB"DAN SONRA NƏLƏR OLDU17:48Что означает NAVTEX Турции в Эгейском море?13:25İranda islahatçıların həbsi; təxribatçı müxalifətdən təcrid olunmuş müxalifətə keçid?15:08Турецкие ученые прибыли в Антарктиду в 10 раз14:59Qonşuların maraqları İranı tərkisilah etmək yox, rejimi dəyişməyi tələb edir.17:07ИСТОРИЧЕСКИЕ КОРНИ ИМПЕРСКОГО МЫШЛЕНИЯ В РОССИИ13:59Kahinəti təğdis kardə bey12:53Геополитические приоритеты США: Иран — это больше, чем просто Иран17:52Аба-Саво, Аба-Сава, Абас-Оба или Аба-Сово? (Часть II)17:48Аба-Саво, Аба-Сава, Абас-Оба или Аба-Сово? (часть I)17:42Дональд Трамп: «Гренландия — территория США с 2026 года»08:42Why Iran’s Protest Movement Cannot Succeed Without the Kurds08:37İRANDA NƏ BAŞ VERİR?16:25Эксперты провели параллели между вторжением США в Венесуэлу и планами Трампа на Гренландию11:49Кем были люди, бросившие вызов наследникам Чингисхана08:30"Лезгинка",Танхо Израилов и Игорь Моисеев: столкновение талантов19:33Movses Dasxurantsi or Movses Kalankatuatsi: who was the author of the «History of the Country of Aluank»?16:54Böyük Çillə-Qaraqış başladı15:58İRAN VƏ ZAMANIN İRONİYASI19:50Ханукои-Ханука17:54Энергетическая и дипломатическая активность в отношениях Турции и Туркменистана17:03IRAN ÜÇÜN ƏSAS MƏSƏLƏ: HİCAB YA HİCABSIZLIQ12:27Горские евреи и Эрец Исраэль в период британского мандата (1918-1948) Третий Этап Часть III12:16FARS DİLİ ÜÇÜN "XƏTƏR SOVUŞDU"18:11В Японии разработали новый метод «описание мыслей»15:54Горские евреи и Эрец Исраэль в период британского мандата (1918-1948)14:01Литовские татары в XVII-XX вв.09:03Əbülfəz Rəcəblinin talış dilinin leksikası kitabından (FRAZEOLOGİYA)08:59TOLIŞƏ ZIVONİ LEKSİKƏ PROFESSOR RƏCƏBİ ƏBULFƏZ FRAZEOLOQİYƏ10:57დავით ხოსიტაშვილის წიგნის “კლასიკური მუსიკის ჩაწერის ხელოვნების ასპექტები“ პრეზენტაცია14:57Bakıda “Ronahi” Kürd Mədəniyyət Mərkəzinin yaranmasının 35 illiyi qeyd olunub12:10TBİLİSİDƏ QAFQAZ KÜRDLƏRİNİN II ELMİ-PRAKTİKİ KONFRANSI KEÇİRİLİB08:52Паломники и Старый ишув Первый этап, часть II15:59Второй этап: горские евреи, сионизм и алия (репатриация) до Первой мировой войны - 1890 - 1914 годы ( Часть I)17:21Турция является одним из важнейших партнеров Срединного коридора16:34ترک ها در احادیث پیامبر16:24Рабби Иосиф бен Хаим Шур16:59Оша’на Рабба – Араво - ГIэрево16:46Страсти за Каспием17:38İrana növbəti hərbi hücum olacaqmı?14:29İRANIN QARA SENTYABRLARI20:00Azərbaycanda və Balkan ölkələrində multikulturalizm və tolerantlıq ənənələrinin müqayisəli təhlili.15:31Rza Pəhləvinin “Kuruş paktı” daxili analitikin mikroskopunda18:47В Баку прошел вечер, посвященный истории татар Азербайджана18:37ترک ها در احادیث پیامبر17:12Xameneinin müşaviri Azərbaycana xəbərdarlıq edib14:27İRAN RƏHBƏRİNİN NÜFUZSUZ MÜŞAVİRİ18:05Gökhan Güler: KKTC bayrağının Türk dünyasındaki nazlı yolculuğu18:59UEFA Şampiyonlar Ligi 3. Ön Eleme Turu Fenerbahçe-Feyenoord maçının psikolojik analizi (12 Ağustos 2025)16:31Запуск Зангезурского коридора увеличит энергетический потенциал Турции09:48CƏNUBİ AZƏRBAYCAN TƏHLÜKƏ DEYİL10:30AZƏRBAYCAN DEMOKRAT FIRQƏSININ MƏRAMNAMƏSİ08:35İRANLI MÜƏLLİF:"DƏRİN TƏƏSSÜF DOĞURUR VƏ ÇOX TƏHLÜKƏLİDİR".19:05Мовсес Дасхуранци или Мовсес Каганкатваци: кто был автором “Истории страны Агванк»?10:32İranın yeni və gözlənilməyən qonşusu12:54İranın Demokrat Türkmənləri: Ali Rəhbərin hakimiyyəti sosial həmrəyliyə mane olur12:51İranın Türkmənsəhra əyalətində türkmənlər arasındakı sosial fenomen haqqında07:50Новый баланс в Евразии и стратегическое положение Турции19:21Kafkasyada barışın önündeki engel11:53Дипломатия Трампа в Овальном кабинете: не стол переговоров, а распределение сил17:05UEFA Çempionlar liqası 3-cü seçmə Fənərbaxça-Feyenoord oyununun ( 12 avqust 2025) psixoloji təhlili17:48Обнародован текст «Соглашения о мире и установлении межгосударственных отношений» между Азербайджаном и Арменией13:37«DƏRBƏNDNAMƏ»LƏR HAQQINDA13:23Şamaxı rayonuna antropoloji ekspedisiyanın bəzi nəticələri haqqında (01-30 iyul 2025)18:13Keçmiş diplomat Abbas Məleki İran-İsrail müharibəsindən əvvəl müşahidə edilməli olan və edilməməli olanlar haqda15:21ТАВАТАР МАНИЙРИН МЕЛЕ18:51Что такое война.11:07BİR DAHA "LEZGİNKA" RƏQSİ HAQDA10:57QONAQPƏRVƏRLİK LƏZGİLƏRİN HƏYAT TƏRZİDİR23:54Эссе к письму 40 каббалиста Рабаша18:59Новый этап энергетического кризиса в Сирии: стратегическая роль Турции20:09Зангезурский коридор: новый геополитический баланс на Южном Кавказе?15:59Dodo İradə Məlikova haqqında bir neçə söz22:11საქართველო-თურქმენეთის თანამშრომლობა: ორმხრივი ურთიერთობების დინამიკა და პერსპექტივები22:02SABIR DINDARLIĞI19:18ЕТИМ ЭМИНАН ГУЬМБЕТ ХКАЖАЙ ЮГЪ15:33В Казахстане растет спрос на традиционный казахский напиток кымыз18:12В Казахстане состоялся фестиваль «Кумыс»14:12ABŞ dövlət katibi Marko Rubiodan vacib sözlər16:16Azərbaycanın iki siyasi təşkilatının İrandakı mövcud kritik vəziyyət və xüsusilə Azərbaycanın əyalətlərində ictimai sayıqlıq və təşkilatlanma ehtiyacı ilə bağlı birgə bəyanatı12:07В Азербайджане издана книга «Грузинский язык»11:33Azərbaycanda “Gürcü dili” kitabı nəşr olunub.18:49Израиль расценивает иранских азербайджанцев как своих союзников13:56Росток надежды20:36Израиль делает ставку на протестное настроение иранцев и на Рза Шаха Пехлеви14:15Güneş olmak istiyorum ,anne09:25ترک ها در احادیث پیامبر21:31İranın əsas elita dayağı erroziyaya uğrayır19:38По следам культурного наследия: стратегия Турции в отношении исторических артефактов18:29Трехсторонняя встреча Турция-Россия-Украина, направленная на прекращение российско-украинской войны завершилась17:05Prezidentlərin Laçın görüşü geosiyasi start nöqtəsidir09:24VƏHY TƏHKİYƏÇİSİNİN MÜƏLLİF “BİZ”İ09:08Каково значение Будапештской декларации ОТГ для ТРСК?20:04Bakıda “Əvəsor” folklor qrupunun 60 illiyinə həsr olunan “Talış folkloru konserti” keçirilib19:45В Стамбуле стартовал VII Фестиваль культуры этноспорта15:08Tehran hakimiyyəti təbrizlilərin çempionluğundan niyə təşvişə düşüb?14:15وقتی فوتبال هویت می‌شود؛ از تبریز تا مرکز13:35Traktor SC İran sistemini alt-üst edib tarixi çempionluğu qazandı13:26Tractor SC complete journey to upset Iran’s establishment and claim historic title07:36Günəş olmaq istəyirəm, ay ana, yaxud, arzular necə həyata keçir20:01İRANDA DEPUTATLAR NİYƏ TEZ-TEZ İMPİÇMENTƏ ƏL ATIRLAR17:22می‌خواهم خورشید باشم، مادر.17:13خلاقیت از بعد مادی و معنوی09:59HEYDƏR ƏLİYEV - MİLLİ MƏDƏNİYYƏT TARİXİMİZ16:23Сохранение уникальности каждого народа и содействие их диалогу через ознакомление с другими культурами и изучение их языка.18:20Карты в различных проекциях могут искажать восприятие мира, или Гренляндия меньше ,чем на карте19:18Про диктат родителей в Азербайджане20:41Изобретение караимов20:27Современные евреи-тюркофоны: караимы Крыма и Восточной Европы.20:09Rəsul Həmzətovun "Qorxuram"--"Tarsedəm" şeri talış dilində16:58Регионализация в Европе: трансформация «Инициативы трех морей»11:14АЗЕРБАЙДЖАНСКАЯ МЕНТАЛЬНОСТЬ: ОТ ЛИБЕРАЛИЗМА ДО КОНСЕРВАТИЗМА10:47Acıdan "zevk” alanlar16:03İran-ABŞ danışıqlarının üçüncü raundu Maskatda başa çatıb; Tehran danışıqların ciddiliyini vurğulayır15:59İki iranlı-israilli ekspert: Bəndər-Rəcai partlayışları İran rejimini ciddi şəkildə zəiflətdi15:43İranın dəniz ticarətinin onurğa sütunu qırılıb15:36Bəndər Abbasdakı partlayışların mənşəyi: “New York Times”-ın xəbəri və İran Müdafiə Nazirliyinin bəyanatı13:14REİNKARNASIYA VƏ KABBALA13:01Səməd Vurğun "Qəhrəmanın ölümü " _ "Qəhrəmani maq" şeri talış dilində06:51Nizami Gəncəvinin “Sənsiz” qəzəli talış dilində-“Be tı”16:21محمودی: هواداران تراکتور در دنیا بی‌همتا هستند/ ورزشگاه یادگار امام، بهشت فوتبال است18:29Армейский раввин и выжившие узники08:27Отношения Азербайджана и ТРСК: история и перспективы развития15:19Парфянское царство – государство иранцев-зороастрийцев в Иране и Центральной Азии11:45کسانی که از رنج "لذت می برند"18:25Orucun sosiologiyası: onlayn sorğunun statistik təhlili14:07Savaşsonrası psixoloji problemləri cəmiyyət birgə aşmalıdır15:26Təbrizdə Beşinci Milli Muğam Musiqi Festivalı keçirilib17:04Согдийцы и хорезмийцы - иранские оседлые народы доисламской Центральной Азии14:32Детские воспоминания о праздниках: евреи и славяне о Песахе14:12Xamneinin istefası üçün ictimai tələb artır20:22İranda Azərbaycan əleyhinə mövqelər davam edir12:08GENETİK İRQÇİLİK VƏ AŞIRI MİLLƏTÇİLİK10:59Dərddən "ləzzət" alanlar19:22Сумаляк — главное блюдо Новруза в Узбекистане
ОПРОС

Где будете встречать Новый год?


 
«    Avqust 2026    »
B.e.Ç.a.ÇC.a.CŞB
 12
3456789
10111213141516
17181920212223
24252627282930
31 
ГАЛЕРЕЯ