Ethnoglobus » НАРОДЫ » LƏZGİ ƏHMƏDLƏ XƏSTƏ QASIMIN DEYİŞMƏLƏRİ

LƏZGİ ƏHMƏDLƏ XƏSTƏ QASIMIN DEYİŞMƏLƏRİ

image
Şeir qədər insanları bir-birinə yaxınlaşdıran, doğmalaşdıran ikinci qüvvə tanımıram. Tarıx boyu el şairləri müxtəlif xalqlar arasında əsl dostluq körpüləri ucaldıblar. Bunun bariz mümunəsi kimi iki söz ustadının – Xəstə Qasımla Ləzgi Əhmədin sənət dostluğunu nümunə göstərmək olar. Azərbaycanda və Dağıstanda bu iki söz sərrafının deyişmələri o qədər məşhur idi ki, böyükdən kiçiyə kimi hamı onları əzbərdən deyirdi.
Azərbaycanın ləzgi şairlərinin yaradıcılığını araşdıran tədqiqatçılar belə bir yekdil fikirdədirlər ki, müxtəlif dövrlərdə yaşayıb-yaratmış bu qələm sahibləri öz əsərlərini təkcə ləzgi dilində deyil, həmçinin azərbaycan dilində də qələmə almışlar. Bir sıra sənətkarlar isə ərəb və fars dillərində də maraqlı əsərlər ərsəyə gətirmişlər. Buna misal olaraq əslən Qusar rayonunun Urva kəndindən olan, əsərlərini dörd dildə – ləzgi, azərbaycan, ərəb və fars dillərində yazmış, həm ləzgi, həm də azərbaycan ədəbiyyatında ustad sənətkar kimi tanınmış Ləzgi Əhmədi göstərmək olar.
Ləzgi Əhməd nəinki Azərbaycanda, eləcə də onun hüdudlarından uzaqlarda da ustad sənətkar kimi tanınmışdır. Onun Azərbaycan aşıq sənətinin görkəmli nümayəndəsi Xəstə Qasımın müasiri və yaxın dostu olması ilə bağlı bir sıra dəlillər vardır. Ümumiyyətlə, Xəstə Qasımla Ləzgi Əhmədin adları Azərbaycan və Dağıstan xalqları arasında dostluq və qardaşlıq rəmzi olmuşdur. Azərbaycan və Dağıstan aşıq yaradıcılığı məktəblərinin görkəmli nümayəndəsi sayılan, məclislərin, el şənliklərinin yaraşığı olan Ləzgi Əhmədin Xəstə Qasımla deyişmələri məşhurdur. Bu deyişmələrdə hər iki xalq sənətkarının gözəl təbi, söz oynatmaq bacarığı, işlətdikləri qafiyə və təşbehlərin gözəlliyi və mənalılığı diqqəti cəlb edir. Ləzgi Əhmədin əsərlərindən nümunələr bir sıra cünglərdə saxlanır. Sənətkarın azərbaycanca yazdığı qoşma, gəraylı, müxəmməs və təcnislərdə onun bu dili necə mükəmməl bildiyi üzə çıxır.
İki məşhur şairin deyişməsi haqqında ilk məlumatlara 1894-cü ildə Tiflisdə rus dilində nəşr olunmuş “Qafqazın vilayətləri və tayfaları haqqında məcmu”da rast gəlinir. 1911-ci ildə çap olunmuş aşıq Sumbatın “Gözəlləməsi”ndə isə Ləzgi Əhmədlə Xəstə Qasımın bir neçə deyişməsi verilmişdir. XX əsrin 30-cu illərindən başlayaraq Azərbaycanın S.Mümtaz, H.Əlizadə, H.Araslı, F.Qasımzadə, M.Təhmasib kimi tədqiqatçıları bu iki aşığın irsini araşdırmış, onların deyişmələri haqqında oxuculara maraqlı məlumatlar vermişlər. 1937-ci ildə Bakıda işıq üzü görmüş “El şairləri” və “Aşıqlar” kitablarında bu aşıqların bir neçə deyişməsi çap olunmuşdur.
Dağıstanda Ləzgi Əhmədin bir sıra şeirlərinin xalqdan toplanaraq sənədləşdirilməsində ləzgi şairlərindən Məhəmməd Quruşlunun və Qasım Fətəliyevin xidmətləri böyükdür. Tanınmış ləzgi alimi Hacı Qaşarovun şairin irsinin öyrənilməsində müstəsna rolu vardır.
Bəzi alimlərin qeyd etdikləri kimi, əslində bu deyişmələrdə bu iki sənətkardan heç biri qalib gəlməmişdir. Onlar dost olmuş və bu dostluğu ömürlərinin axırına kimi qoruyub saxlaya bilmişlər.
Aşağıda Ləzgi Əhmədlə Xəstə Qasımın 4 deyişməsini təqdim edirəm.
LƏZGİ ƏHMƏDLƏ XƏSTƏ QASIMIN DEYİŞMƏLƏRİ
1-ci deyişmə
Ləzgi Əhməd:
Səndən xəbər alım, ay Dədə Qasım,
O nədir ki, bu dünyanı gəzər hey?
Nə kağızdır mürəkkəbsiz yazılar,
Nə qələmdir bu dəftəri yazar hey?
Xəstə Qasım:
Al, cavabın deyim, ay Ləzgi Əhməd,
Aydır, gündür bu dünyanı gəzər hey!
Könül kağız, mürəkkəbsiz yazılar,
Dil qələmdir, bu dəftəri yazar hey!
Ləzgi Əhməd:
O nədir ki, heç gəlmədi imana?
O kimdir ki, heç düşmədi gümana?
O kimdir ki, qəsd eylədi insana?
O kimdir ki, oldu candan bezar hey!
Xəstə Qasım:
O şeytandır, heç gəlmədi imana,
O münkirdir, heç düşmədi gümana,
Əzrayıldır, qəsd eylədi insana,
Əyyubdur ki, oldu candan bezar hey!
Ləzgi Əhməd:
O nədir ki, silinməzdir qarası?
O nədir ki, heç olmadı çarası?
O nədir ki, yerlə göyün arası?
Ləzgi Əhməd bu dəftəri yazar hey!
Xəstə Qasım:
O ürəkdir, silinməzdir qarası,
O ölümdür, heç olmadı çarası,
190 min ildir yer-göy arası,
Xəstə Qasım o dəftəri pozar hey!
2-ci deyişmə
Ləzgi Əhməd:
Səndən xəbər alım, ay Dədə Qasım,
O nədir ki, dürlü-dürlü halı var?
Nədən xəlq olundu ərşin arğacı?
O nədir ki, toxunmamış xalı var?
Xəstə Qasım:
Sənə cavab verim, ay Ləzgi Əhməd,
Bahardır ki, dürlü-dürlü halı var,
Nurdan xəlq olundu ərşin arğacı,
O buluddur, toxunmamış xalı var.
Ləzgi Əhməd:
O nədir ki, dayanıbdır dayaqsız?
O nədir ki, boyanıbdır boyaqsız?
O nədir ki, doğar əlsiz, ayaqsız?
Üç ay keçər, ayağı var, əli var?
Xəstə Qasım:
Göy bir çadır, dayanıbdır dayaqsız,
Ayla gündür boyanıbdır boyaqsız,
Qurbağadır, doğar əlsiz, ayaqsız,
Üç ay keçər, ayağı var, əli var.
Ləzgi Əhməd:
Ləzgi Əhməd deyər: gələr, dalalar,
Nə qumaşdır, satan olmaz alalar,
O nədir ki, dimdiyindən balalar?
O nədir ki, qanadında xalı var?
Xəstə Qasım:
Xəstə Qasım deyər: yaşdır, dalalar,
O ağıldır, satan olmaz alalar,
O buğdadır, dimdiyindən balalar,
Kəpənəkdir, qanadında xalı var.
3-cü deyişmə
Ləzgi Əhməd:
Səndən xəbər alım, ay Dədə Qasım,
Kim xəta eylədi, qaldı üstə suç?
Kim kimə buyurub, kimdən gətirdi,
Neçə yaşındaydı qurban gələn qoç?
Xəstə Qasım:
Sənə cavab verim, ay Ləzgi Əhməd,
Qabil xəta etdi, qaldı üstə suç,
Cəbrayıldı İsmayıla gətirdi,
Yetmiş yaşındaydı qurban gələn qoç.
Ləzgi Əhməd:
Nə quşdu ildə bir yumurta salar?
Onun yumurtası nə üstə qalar?
Hansı ölən zaman hansı sağalar?
Ona kimlər deyər, dur, buradan uç?
Xəstə Qasım:
Simurg quş ildə bir yumurta salar,
Onun yumurtası qar üstdə qalar.
Ana ölən zaman bala sağalar,
Cəbrayıl der ona: dur, buradan uç.
Ləzgi Əhməd:
Ləzgi Əhməd, heç vəsfindən doymazlar,
O nədir ki, götürərlər, qoymazlar?
Kimlərdir ki, məzarı yox, yumazlar,
Bu nə qonhaqondur, bu nə köçhaköç?
Xəstə Qasım:
Xəstə Qasım, heç vəsfindən doymazlar,
O ölüdür, götürərlər, qoymazlar,
Atəşpərəstin, məzarı yox, yumazlar,
Dünya qonhaqondur, ölüm köçhaköç.
4-cü deyişmə
Xəstə Qasım:
O kimdir ki, otuzunda cavandır,
On beşində qocalanı, uludur.
O nədir ki, dili ayrı, sözü bir,
O hansı dəryadır, içi doludur?
Ləzgi Əhməd:
O aydır ki, otuzunda cavandır,
On beşində qocalanı, uludur.
O qələmdir, dili ayrı, sözü bir,
Elm dəryası hər dəryadan doludur.
Xəstə Qasım:
O nədir ki, qışda dağlar bürünür,
O nədir ki, əl dəyməmiş hörülür,
O nədir ki, insana qərz verilir,
O nədir ki, o da onun quludur?
Ləzgi Əhməd:
O qardır ki, qışda dağlar bürünür,
O könüldür, məhəbbətlə hörülür,
Ömürdür ki, insana qərz verilir,
O ilqardır, iman onun quludur.
Xəstə Qasım:
O nədir ki, haq yanında nahaqdır,
O nədir ki, yerə, göyə dayaqdır.
O kimdir ki, yatmayıbdır, oyaqdır,
Xəstə Qasım hər elmdən halıdır?
Ləzgi Əhməd:
Böhtan sözdür, haq yanında nahaqdır,
Haqq nəzəri yerə, göyə dayaqdır.
Haqq özüdür, yatmayıbdır, oyaqdır,
Bu sirlərdən Ləzgi Əhməd halıdır.
Sədaqət Kərimova
ДРУГИЕ НОВОСТИ
ВСЕ НОВОСТИ
18:44Avraham Shmulevich; İsrail Ermeni Soykırımı’nı Tanıdı: Ermeniler Neden Öfkeli ve Bu Neye Yol Açabilir?20:30İRAN ŞƏHİD RƏHBƏRİ İLƏ VİDALAŞIR11:33İRAN YENƏ DƏ ORTA ƏSRLƏRDƏ QALMAQ İSTƏYİR.13:34Bir daha Azərbaycan milli kimliyini okeanlara çıxarmaq istəyən balaca qara balığın taleyi haqqında…20:08Tərəddüdlü iran19:19Fələstin və İslam İnkişaf Bankı Fələstinin enerji sektorunun maliyyələşdirilməsi üçün 37 milyon ABŞ dolları dəyərində saziş imzalayıb18:56"FARS " ƏLİFBASI TACİKLƏRİN QƏDİM MİLLİ KİMLİYİNİ BƏRPA EDƏCƏK17:33İRAN TƏRANƏLƏRİ17:16Молчаливое свидетельство эпохи14:16Fələstinin Bakıdakı səfirliyinin bəyanatı08:01Welatparêzekî kurd ji Azirbêcanê08:17Когда рукопись становится практикой08:08Heydər Əliyev və Cənubi Azərbaycan problemi10:32“QALİB” İRAN19:04Fələstin Dövlətinin Azərbaycandakı səfirliyinin Nəkbə Anım Günü münasibəti ilə Bəyanatı10:35HEYDƏR ƏLİYEVİN MULTİKULTURALİZM VƏ TOLERANTLIQ İDEYALARI19:06Böyük Muğan-Suqovuşan Qurultayının 290 illiyi münasibətilə21:09SEPAH: BÖYÜK İDDİADAN BÖYÜK UĞURSUZLUĞA15:07XHAR – LƏZGİ OCAĞI15:05В интересах общей безопасности страны Центральной Азии налаживают связи с Афганистаном16:06Yadulla Kərimipur: İran üçün təhlükəli bir dəyişiklik barədə söhbət; ölkə daxilindən gözlənilməz bir təhlil15:44Война, религия и политика: напряженность в отношениях между Папой и Трампом11:30"Qarabağ", Milli futbol komandası və milli ideologiya17:08Avraham Şmuleviç: Budapeşte’deki Değişim Tiflis’i ve Güney Kafkasya’yı Nasıl Sarsabilir?16:58Неизбежная реальность евроатлантической обороны: без Турции это невозможно14:55XUZİSTANDA "SEPARATİST", ŞƏRQİ AZƏRBAYCANDA ŞAHPƏRƏST14:19Что происходит в Юго-Восточной Азии?18:24«Шеш кнафаим»: книга, потерянная по дороге18:17НЕКОТОРЫЕ ОСОБЕННОСТИ ПЕРЕВОДА ФРАЗЕОЛОГИЗМОВ12:29İran'dan Babül Mendeb uyarısı: Altı yönüne dikkat edin16:33YouTube-каналы «трех грандов» Турции по футболу — в первой двадцатке Европы16:23«Красная среда»: Праздник творения и начало жизни в езидской вере15:54Отменено празднование езидского нового года Чаршама Сор (Красная Среда) в храме Лалиш15:00Скрытая архитектура Торы: взгляд через схему (Часть I I I )12:23Risky Partnership09:06Iranın və ABŞ-ın "iki həftəlik qələbəsi" ,və ya tarixin bu günü18:53Rəhbər Xameneyinin başına nə gəldi?12:39Hazırki münaqişə dövründə İranda vətənpərvərlik təbliğatı10:53Седакъет Керимова : СА ХАХАДИЗ10:35Нисону — Песах10:30Евреи в Азербайджане это взаимоуважение и взаимодоверие11:03Fələstin Torpaq Gününün 50 illiyi18:36Fələstin Dövlətinin Azərbaycandakı səfirliyinin Mətbuat Açıqlaması13:06Скрытая архитектура Торы: взгляд через схему (Часть II)09:36Скрытая архитектура Торы: взгляд через схему (Часть I)13:29İranın Qafqazda nüfuz davası07:28Gülnara İnanc: Gürcü Toplumunun Birleştiricisi Olarak II. İlya18:38ილია II – როგორც ქართული საზოგადოების გამაერთიანებელი - გულნარა ინანჯი10:31Илия II как объединитель грузинского общества18:13ƏSL ACLIQ-RUHİ-MƏNƏVİ ACLIQDIR, CİSMANİ YOX.21:15İRAN İKİ CƏBHƏDƏ VURUŞUR21:06Война США-Израиля и Ирана: взгляд сквозь призму глобальной системы18:56От Claude до Starlink: цифровое оружие в войне между США, Израилем и Ираном12:13ФРАЗЕОЛОГИЯ КАК ОТРАЖЕНИЕ ЭТНОКУЛЬТУРОЛОГИЧЕСКИХ ОСОБЕННОСТЕЙ РУССКОГО, АЗЕРБАЙДЖАНСКОГО И ТАЛЫШСКОГО ЯЗЫКОВ15:07TRUMP İRANI VURACAQ YA VURMAYACAQ.14:57İki ənənənin dialektikası: Novruz və Ramazan16:49Узбекистан: красочное наследие традиционного костюма от прошлого к настоящему18:59Переписка и рукописи раввинов17:55İRAN"MİLLİ İNQİLAB"DAN SONRA NƏLƏR OLDU17:48Что означает NAVTEX Турции в Эгейском море?13:25İranda islahatçıların həbsi; təxribatçı müxalifətdən təcrid olunmuş müxalifətə keçid?15:08Турецкие ученые прибыли в Антарктиду в 10 раз14:59Qonşuların maraqları İranı tərkisilah etmək yox, rejimi dəyişməyi tələb edir.17:07ИСТОРИЧЕСКИЕ КОРНИ ИМПЕРСКОГО МЫШЛЕНИЯ В РОССИИ13:59Kahinəti təğdis kardə bey12:53Геополитические приоритеты США: Иран — это больше, чем просто Иран17:52Аба-Саво, Аба-Сава, Абас-Оба или Аба-Сово? (Часть II)17:48Аба-Саво, Аба-Сава, Абас-Оба или Аба-Сово? (часть I)17:42Дональд Трамп: «Гренландия — территория США с 2026 года»08:42Why Iran’s Protest Movement Cannot Succeed Without the Kurds08:37İRANDA NƏ BAŞ VERİR?16:25Эксперты провели параллели между вторжением США в Венесуэлу и планами Трампа на Гренландию11:49Кем были люди, бросившие вызов наследникам Чингисхана08:30"Лезгинка",Танхо Израилов и Игорь Моисеев: столкновение талантов19:33Movses Dasxurantsi or Movses Kalankatuatsi: who was the author of the «History of the Country of Aluank»?16:54Böyük Çillə-Qaraqış başladı15:58İRAN VƏ ZAMANIN İRONİYASI19:50Ханукои-Ханука17:54Энергетическая и дипломатическая активность в отношениях Турции и Туркменистана17:03IRAN ÜÇÜN ƏSAS MƏSƏLƏ: HİCAB YA HİCABSIZLIQ12:27Горские евреи и Эрец Исраэль в период британского мандата (1918-1948) Третий Этап Часть III12:16FARS DİLİ ÜÇÜN "XƏTƏR SOVUŞDU"18:11В Японии разработали новый метод «описание мыслей»15:54Горские евреи и Эрец Исраэль в период британского мандата (1918-1948)14:01Литовские татары в XVII-XX вв.09:03Əbülfəz Rəcəblinin talış dilinin leksikası kitabından (FRAZEOLOGİYA)08:59TOLIŞƏ ZIVONİ LEKSİKƏ PROFESSOR RƏCƏBİ ƏBULFƏZ FRAZEOLOQİYƏ10:57დავით ხოსიტაშვილის წიგნის “კლასიკური მუსიკის ჩაწერის ხელოვნების ასპექტები“ პრეზენტაცია14:57Bakıda “Ronahi” Kürd Mədəniyyət Mərkəzinin yaranmasının 35 illiyi qeyd olunub12:10TBİLİSİDƏ QAFQAZ KÜRDLƏRİNİN II ELMİ-PRAKTİKİ KONFRANSI KEÇİRİLİB08:52Паломники и Старый ишув Первый этап, часть II15:59Второй этап: горские евреи, сионизм и алия (репатриация) до Первой мировой войны - 1890 - 1914 годы ( Часть I)17:21Турция является одним из важнейших партнеров Срединного коридора16:34ترک ها در احادیث پیامبر16:24Рабби Иосиф бен Хаим Шур16:59Оша’на Рабба – Араво - ГIэрево16:46Страсти за Каспием17:38İrana növbəti hərbi hücum olacaqmı?14:29İRANIN QARA SENTYABRLARI20:00Azərbaycanda və Balkan ölkələrində multikulturalizm və tolerantlıq ənənələrinin müqayisəli təhlili.15:31Rza Pəhləvinin “Kuruş paktı” daxili analitikin mikroskopunda18:47В Баку прошел вечер, посвященный истории татар Азербайджана18:37ترک ها در احادیث پیامبر17:12Xameneinin müşaviri Azərbaycana xəbərdarlıq edib14:27İRAN RƏHBƏRİNİN NÜFUZSUZ MÜŞAVİRİ18:05Gökhan Güler: KKTC bayrağının Türk dünyasındaki nazlı yolculuğu18:59UEFA Şampiyonlar Ligi 3. Ön Eleme Turu Fenerbahçe-Feyenoord maçının psikolojik analizi (12 Ağustos 2025)16:31Запуск Зангезурского коридора увеличит энергетический потенциал Турции09:48CƏNUBİ AZƏRBAYCAN TƏHLÜKƏ DEYİL10:30AZƏRBAYCAN DEMOKRAT FIRQƏSININ MƏRAMNAMƏSİ08:35İRANLI MÜƏLLİF:"DƏRİN TƏƏSSÜF DOĞURUR VƏ ÇOX TƏHLÜKƏLİDİR".19:05Мовсес Дасхуранци или Мовсес Каганкатваци: кто был автором “Истории страны Агванк»?10:32İranın yeni və gözlənilməyən qonşusu12:54İranın Demokrat Türkmənləri: Ali Rəhbərin hakimiyyəti sosial həmrəyliyə mane olur12:51İranın Türkmənsəhra əyalətində türkmənlər arasındakı sosial fenomen haqqında07:50Новый баланс в Евразии и стратегическое положение Турции19:21Kafkasyada barışın önündeki engel11:53Дипломатия Трампа в Овальном кабинете: не стол переговоров, а распределение сил17:05UEFA Çempionlar liqası 3-cü seçmə Fənərbaxça-Feyenoord oyununun ( 12 avqust 2025) psixoloji təhlili17:48Обнародован текст «Соглашения о мире и установлении межгосударственных отношений» между Азербайджаном и Арменией13:37«DƏRBƏNDNAMƏ»LƏR HAQQINDA13:23Şamaxı rayonuna antropoloji ekspedisiyanın bəzi nəticələri haqqında (01-30 iyul 2025)18:13Keçmiş diplomat Abbas Məleki İran-İsrail müharibəsindən əvvəl müşahidə edilməli olan və edilməməli olanlar haqda15:21ТАВАТАР МАНИЙРИН МЕЛЕ18:51Что такое война.11:07BİR DAHA "LEZGİNKA" RƏQSİ HAQDA10:57QONAQPƏRVƏRLİK LƏZGİLƏRİN HƏYAT TƏRZİDİR23:54Эссе к письму 40 каббалиста Рабаша18:59Новый этап энергетического кризиса в Сирии: стратегическая роль Турции20:09Зангезурский коридор: новый геополитический баланс на Южном Кавказе?15:59Dodo İradə Məlikova haqqında bir neçə söz22:11საქართველო-თურქმენეთის თანამშრომლობა: ორმხრივი ურთიერთობების დინამიკა და პერსპექტივები22:02SABIR DINDARLIĞI19:18ЕТИМ ЭМИНАН ГУЬМБЕТ ХКАЖАЙ ЮГЪ15:33В Казахстане растет спрос на традиционный казахский напиток кымыз18:12В Казахстане состоялся фестиваль «Кумыс»14:12ABŞ dövlət katibi Marko Rubiodan vacib sözlər16:16Azərbaycanın iki siyasi təşkilatının İrandakı mövcud kritik vəziyyət və xüsusilə Azərbaycanın əyalətlərində ictimai sayıqlıq və təşkilatlanma ehtiyacı ilə bağlı birgə bəyanatı12:07В Азербайджане издана книга «Грузинский язык»11:33Azərbaycanda “Gürcü dili” kitabı nəşr olunub.18:49Израиль расценивает иранских азербайджанцев как своих союзников13:56Росток надежды20:36Израиль делает ставку на протестное настроение иранцев и на Рза Шаха Пехлеви14:15Güneş olmak istiyorum ,anne09:25ترک ها در احادیث پیامبر21:31İranın əsas elita dayağı erroziyaya uğrayır19:38По следам культурного наследия: стратегия Турции в отношении исторических артефактов18:29Трехсторонняя встреча Турция-Россия-Украина, направленная на прекращение российско-украинской войны завершилась17:05Prezidentlərin Laçın görüşü geosiyasi start nöqtəsidir09:24VƏHY TƏHKİYƏÇİSİNİN MÜƏLLİF “BİZ”İ09:08Каково значение Будапештской декларации ОТГ для ТРСК?20:04Bakıda “Əvəsor” folklor qrupunun 60 illiyinə həsr olunan “Talış folkloru konserti” keçirilib19:45В Стамбуле стартовал VII Фестиваль культуры этноспорта15:08Tehran hakimiyyəti təbrizlilərin çempionluğundan niyə təşvişə düşüb?14:15وقتی فوتبال هویت می‌شود؛ از تبریز تا مرکز13:35Traktor SC İran sistemini alt-üst edib tarixi çempionluğu qazandı13:26Tractor SC complete journey to upset Iran’s establishment and claim historic title07:36Günəş olmaq istəyirəm, ay ana, yaxud, arzular necə həyata keçir20:01İRANDA DEPUTATLAR NİYƏ TEZ-TEZ İMPİÇMENTƏ ƏL ATIRLAR17:22می‌خواهم خورشید باشم، مادر.17:13خلاقیت از بعد مادی و معنوی09:59HEYDƏR ƏLİYEV - MİLLİ MƏDƏNİYYƏT TARİXİMİZ16:23Сохранение уникальности каждого народа и содействие их диалогу через ознакомление с другими культурами и изучение их языка.18:20Карты в различных проекциях могут искажать восприятие мира, или Гренляндия меньше ,чем на карте19:18Про диктат родителей в Азербайджане20:41Изобретение караимов20:27Современные евреи-тюркофоны: караимы Крыма и Восточной Европы.20:09Rəsul Həmzətovun "Qorxuram"--"Tarsedəm" şeri talış dilində16:58Регионализация в Европе: трансформация «Инициативы трех морей»11:14АЗЕРБАЙДЖАНСКАЯ МЕНТАЛЬНОСТЬ: ОТ ЛИБЕРАЛИЗМА ДО КОНСЕРВАТИЗМА10:47Acıdan "zevk” alanlar16:03İran-ABŞ danışıqlarının üçüncü raundu Maskatda başa çatıb; Tehran danışıqların ciddiliyini vurğulayır15:59İki iranlı-israilli ekspert: Bəndər-Rəcai partlayışları İran rejimini ciddi şəkildə zəiflətdi15:43İranın dəniz ticarətinin onurğa sütunu qırılıb15:36Bəndər Abbasdakı partlayışların mənşəyi: “New York Times”-ın xəbəri və İran Müdafiə Nazirliyinin bəyanatı13:14REİNKARNASIYA VƏ KABBALA13:01Səməd Vurğun "Qəhrəmanın ölümü " _ "Qəhrəmani maq" şeri talış dilində06:51Nizami Gəncəvinin “Sənsiz” qəzəli talış dilində-“Be tı”16:21محمودی: هواداران تراکتور در دنیا بی‌همتا هستند/ ورزشگاه یادگار امام، بهشت فوتبال است18:29Армейский раввин и выжившие узники08:27Отношения Азербайджана и ТРСК: история и перспективы развития15:19Парфянское царство – государство иранцев-зороастрийцев в Иране и Центральной Азии11:45کسانی که از رنج "لذت می برند"18:25Orucun sosiologiyası: onlayn sorğunun statistik təhlili14:07Savaşsonrası psixoloji problemləri cəmiyyət birgə aşmalıdır15:26Təbrizdə Beşinci Milli Muğam Musiqi Festivalı keçirilib17:04Согдийцы и хорезмийцы - иранские оседлые народы доисламской Центральной Азии14:32Детские воспоминания о праздниках: евреи и славяне о Песахе14:12Xamneinin istefası üçün ictimai tələb artır20:22İranda Azərbaycan əleyhinə mövqelər davam edir12:08GENETİK İRQÇİLİK VƏ AŞIRI MİLLƏTÇİLİK10:59Dərddən "ləzzət" alanlar19:22Сумаляк — главное блюдо Новруза в Узбекистане12:16Urmidə nələr baş verib19:37Дорога слез. Ассирийцы и их эмиграция в XIX-XXI вв.13:02Нишалда - популярный десерт на Рамазан в Узбекистане15:21კვანტური ცნობიერების თეორია და კვანტური ფსიქოლოგია19:51Место встречи – бакинский бульвар19:41Кто такая Латифа аш-Шараа — первая леди Сирии?19:54Несторианское христианство и его распространение в Центральной и Внутренней Азии в эпоху Средневековья
ОПРОС

Где будете встречать Новый год?


 
«    İyul 2026    »
B.e.Ç.a.ÇC.a.CŞB
 12345
6789101112
13141516171819
20212223242526
2728293031 
ГАЛЕРЕЯ