İranda 14-cü prezident seçkiləri
- 23-06-2024, 09:58
- АНАЛИТИКА
- 0
- 257
Foto: google
Vidadi Mustafayev
KASIBLAR S.CƏLİLİNİ, VARLILAR M.B.QALİBAFI, QALANLAR DA M.PEZEŞKİYANI SEÇİRLƏR.
İranda X( keçmiş Tvitter) istifadəçilərinin prezidentliyə namizədlərə münasibətini müəyyən etmək üçün araşdırma aparılıb.(irna.ir 22 iyun 2024)
Əvvəlcə qeyd edilib ki, ölkədə fars dilində 5 milyon X istifadəçisi var və onlardan 2.5 milyon nəfəri fəal istifadəçidir.
X-də prezidentliyə namizədlərin paylaşımları( məzmun\tekst) göstərir ki, bu sahədə birinci yerdə(50%) S.Cəlili, ikinci yerdə(1\3) M.Pezeşkiyan və üçüncü yerdə( 14%) M.B.Qalibaf durur.
Paylaşımların bəyənilməsində S.Cəlili yenə birinci yerdədir.Araşdırıcılar belə hesab edirlər ki, S.Cəliliyə həmin rəğbət onu dəstəkləyən mütəşəkkil bir qrupun fəaliyyəti ilə izah oluna bilər. Onun haqqında fikir söyləyənlərin və bəyənənlərin siyasi mənsubiyyətinə gəlincə, onlar əsasən mühafizəkar\fundamentalist cinaha aiddirlər.
Bəyənənlərin sayına görə M.Pezeşkiyan ikinci yerdədir, lakin bəyənənlər qədər də bəyənməyənlər vardır. M. Pezeşkiyana cəmiyyətin bütün siyasi cərəyanlarına mənsub insanlar münasibət bildiriblər.Bu baxımdan o, birinci yerdədir.
Bu üçlükdə M.B.Qalibaf ən çox bəyənməyənlərə sahibdir.
Onun haqqında yazılan tvitlərin 2\3 mənfi yük daşıyır.Bunların arasında həm islahatçılar, həm də mühafizəkarlar vardır.
Digər üç nəfərin prezidentliyə iddası ciddi qəbul olunmur.
Rejimə qarşı olan daxili və xarici müxalifət namizədlərdən heç birinə dəstək göstərmir, o, xalqı seçkiləri boykot etməyə çağırır.
Nəzərdən keçirilən araşdırmaya əlavə olaraq aşağıdakıları demək olar.
Burada,qeyd edildiyi kimi, İranın 2.5 milyon aktiv tvitter istifadəçisinin prezidentliyə namizədlərə münasibəti araşdırılıb.Həmin münasibət seçkilərin nəticələrini proqnozlaşdırmağa tam yox, müəyyən dərəcədə əsas verir.
Burada aydın şəkildə S.Cəlilini favorit olduğu görünür, lakin bir çox politoqlar onun seçkilərdə qalib gələcəyinə inanmadıqlarını bəyan edir və öz mövqelərini müəyyən dəlillərlə əsaslandırırlar.
M.Pezeşkiyan cəmiyyətin bütün kəsimlərinin diqqətini özünə cəlb edib, lakin ona münasibətdə cəmiyyət( bu halda X-in fəal istifadəçiləri) İKİ yerə bölünür. Bu da M.Pezeşkiyanın təbliğat zamanı vahid( ya aydın islahatçı, ya da mühafizəkar) prinsipdən çıxış etməməsi və vahid ədəbiyyatdan istifadə etməməsi ilə bağlıdır.Belə ki, sıravi islahatçılar ona daha çox bir mühafizəkar,dindar kimi, mühafizəkarlar islahatçı , Ruhani hökumətinin davamçısı kimi, milli qüvvələr paniranist ,ekspertlər isə bir qeyri-peşəkar kimi baxırlar.
Eyni zamanda İslahat cinahının fəalları M.Pezeşkiyanın prezident seçiləcəyinə tam əminlik ifadə edirlər
Ona görə də X-də ona olduca geniş maraq göstərilir və nəticədə dəstəkləyənlər və dəstəkləməyənlər kəmiyyətcə bir-birindən az fərqlənir.
Bu da M.Pezeşkiyanın digər şərtlər ödənildiyi halda, prezident olmaq və olmamaq şansının bərabər olduğunu göstərir.
M.B.Qalibafın X izləyiciləri tərəfindən tam müxalif mövqe ilə üzləşməsi zahirən bir çox suallar doğurur.Çünki çoxları onun qalib gələcəyinə şübhə etmirlər. Varlı təbəqə nümayəndələrinin X-də vaxt keçirmədiyini nəzərə alsaq, onun internet dəstəyinin zəif olduğunu başa düşmək olar.
İstər araşdırmanın nəticələri, istərsə də bizim mülahizəlrimiz ehtimali xarakter daşıyır.
Eyni zamanda seçkilərin gərgin rəqabət və seçicilərin yüksək fəallığı şəraitində keçəcəyini demək olar.
Hər şey TİR aiının 8-də(iyun ayının 28-də) məlum olacaq. Həmin gün prezident ya seçiləcək, ya da ikinci tura qalacaq.
Qeyri-müəyyənliyin aradan qalxması üçün çox az vaxt, cəmi 6 gün qalıb.\22 iyun 2024\