Ethnoglobus » АНАЛИТИКА » İranda 14-cü prezident seçkiləri keçirilir

İranda 14-cü prezident seçkiləri keçirilir

İranda 14-cü prezident seçkiləri keçirilir
АНАЛИТИКА
Ethnoglobus.Az
Фото: Ethnoglobus
10:32, 28 iyun 2024
660
0

Фото: irna.ir

İ K İ N C İ  T U R  O L A C A Q M I?

Vidadi Mustafayev

Məlum olduğu kimi, sabah,8 tir 1403( 28 iyun2024) tarixində İranda 14-cü prezident seçkiləri keçiriləcək.

Prezident postu uğrunda mübarizəyə 6 nəfər-5 mühafizəkar, 1 islahatçı başlasa da, mühafizəkarların siyasi çəkisi müxtəlif olduğundan  onlardan ikisi-  Tehran meri Ə,Z akani və Prezidentin müavini və  Şəhid fondunun sədri Əmir Hüseyn Qazızadə Haşımi  dünən(26 iyun) və bu gün(27 iyun) digər mühafizəkar namizədlərin xeyrinə  mübarizəni dayandırmışlar.

Deməli, sabah seçicilər öz səslərini qalan 4 namizəddən birinə verməlidirlər. Bunlar  mühafizəkar cəbhənin nümayəndələri spiker Məhəmməd Bağır Qalibaf, Rəhbərin Ali Milli Təhlükəsizlik Şurasında nümayəndəsi Səid Cəlili, əsl mühafizəkar ,lakin mühafizəkarlar tərəfindən qəbul edilməyən Mübariz Ruhaniyyət Cəmiyyətinin Baş katibi Hüccətülislam Mustafa Purməhəmmədi və islahatçı,deputat Məsud Pezeşkiyandır.

18 gün( 9 -26iyun) davam etmiş seçki kampaniyasında islahatçı M. Pezeşkiyanın populyarlığının daim artdığından narahat olan mühafizəkar qanad mühafizəkarların seçkidə məğlub ola biləcəyindən narahat olaraq vahid namizədlə çıxış etməyə çağırsalar da, buna tam nail ola bilməmişlər.Belə ki 2 nəfər namizədliyini geri götürsə də, ən nüfuzlu iki mühafizəkar namizəddən heç birini geri çəkilməyə inandırmaq mümkün olmamışdı,çünki onlar mühafizəkar qanadın müxtəlf, hətta bir-birinə zidd kəsimlərini təmsil edirlər.Seçkidə iştirak etmək əzmi nümayiş etdirən mühafizəkar namizədlər bütövlükdə həmin cəbhənin məğlubiyyətinə səbəb ola bilərlərmi?

Bu suala cavab vermək üçün İranda seçki ilə bağlı keçirilmiş sorğulara diqqət yetirilməlidir.Sorğuların müxtəlif qruplar və müxtəlif məqsədlərlə də təşkil edildiyini unutmayaraq, onların şərti olaraq obyektiv keçirildiyinə istinad etsək,  deyə bilərik ki, seçkilərin birinci turunda kiminsə qalib gələcəyinin heç bir qarantiyası yoxdur.


Belə ki 6 tir\26 iyun tarixində keçirilmiş sonuncu rəy sorğusuna görə M.Pezeşkiyan-33.1%; S.Cəlili-28.8%; M.B.Qalibaf-19.1% səs ala bilərlər. Qalan səslərdən 1.4% M.Purmühəmmədiyə,  marafonu tərk etmiş Ə.Zakani(2.1% ) və Ə.H Qazızadəyə(2.8%) aid idi.Rəyi soruşulanlardan 10.5% mövqeyini müəyyən etməyib, 1.7% -i isə iştirak edib heç kimə səs verməyəcəyini bildirib.

Beləliklə, ehtiyatda   əlavə olaraq 20.1 %  səs vardır.Yuxarıda onların təsnifatı aparılıb. Marafonu  tərk etmiş namizədlərin və tərəddüd edənlərin səslərinin cəmi 15.3 % edir Bu qədər səsi  üç  aparıcı namizəddən hər hansı birinin səslərinə əlavə etsək,  birinci turda heç kim 50% keçə bilmir.

Çox güman ki, mühafizəkar namizədlər bu hesablamadan çıxış edərək, mühafizəkarların bütövlükdə məğlub olmayacaqlarını düşünərək ,bir-birinin xeyrinə mübarizədən geri çəkilməyiblər.

Onlar qarşı və maraqlı tərəflərin təzyiqi altında deyil, xalqın onlara göstərəcəyi etimad əsasında  həqiqi stsuslarını müəyyən etməyə üstünlük verməyi qərara alıblar.Onlar, bir daha qeyd edirik ki, həmin səsvermədə cəmiyyətin onlara etimad dərəcəsinin səviyyəsini dəqiq bilmək üçün mübarizəni davam etdirmək qərarına gəliblər.Onlar sorğuların nəticələrinə əsaslanaraq öz hərəkətləri ilə mühafizəkarların mövqeyini zəiflətməyəcəklərinə əmindirlər.

Sorğuların qüvvələr nisbətini doğru-düzgün əks etdirib-etdirməməsi isə sabah məlum olacaq.\27 iyun 2024\




Читайте также:
Rus uşaq ədəbiyyatı dünya mədəniyyətinin zəngin  kapitalıdır. (I hissə)
Rus uşaq ədəbiyyatı dünya mədəniyyətinin zəngin kapitalıdır. (I hissə)
30.03.22, КУЛЬТУРА
İmadəddin Nəsimi haqqında İranda tədqiqatlar
İmadəddin Nəsimi haqqında İranda tədqiqatlar
19.09.23, КУЛЬТУРА
AZƏRBAYCAN DEMOKRAT FİRQƏSİNİN DÖVLƏTÇİLİK SİYASƏTİ (1945-1946-CI İLLƏR)
AZƏRBAYCAN DEMOKRAT FİRQƏSİNİN DÖVLƏTÇİLİK SİYASƏTİ (1945-1946-CI İLLƏR)
13.05.24, ЭТНОПОЛИТИКА
PEZEŞKİYANIN 1001 DƏRDİ VƏ EHTİMALLAR
PEZEŞKİYANIN 1001 DƏRDİ VƏ EHTİMALLAR
02.12.24, АНАЛИТИКА
Ərzin əşrəfi Naxçıvan (2-ci hissə)
Ərzin əşrəfi Naxçıvan (2-ci hissə)
23.12.24, ИСТОРИЯ И ОБЩЕСТВО
Азербайджанская Неделя моды – приветствие воина Древнего Рима, зимой босиком, коктейльные платья и кураж
Азербайджанская Неделя моды – приветствие воина Древнего Рима, зимой босиком, коктейльные платья и кураж
07.12.21, КУЛЬТУРА
SEPAH: BÖYÜK İDDİADAN BÖYÜK UĞURSUZLUĞA
SEPAH: BÖYÜK İDDİADAN BÖYÜK UĞURSUZLUĞA
04.05.26, В МИРЕ
İRANDA İSLAHATÇILAR İSLAHATÇI  OLSALAR, MƏSUD MƏSUD OLAR
İRANDA İSLAHATÇILAR İSLAHATÇI OLSALAR, MƏSUD MƏSUD OLAR
15.06.24, АНАЛИТИКА
İRAN  TALİBLƏRLƏ ƏMƏKDAŞLIĞI DAVAM ETDİRƏRƏK DAHA DA GENİŞLƏNDİRƏCƏKDİR
İRAN TALİBLƏRLƏ ƏMƏKDAŞLIĞI DAVAM ETDİRƏRƏK DAHA DA GENİŞLƏNDİRƏCƏKDİR
08.05.22, АНАЛИТИКА / ЭТНОПОЛИТИКА
Tehranın Azərbaycana qarşı əsassız iddiaları
Tehranın Azərbaycana qarşı əsassız iddiaları
27.07.23, АНАЛИТИКА
AZERBAYCAN DEMOKRAT FIRKASININ DEVLETÇİLİK SİYASETİ (1945-1946)
AZERBAYCAN DEMOKRAT FIRKASININ DEVLETÇİLİK SİYASETİ (1945-1946)
13.05.24, ЭТНОПОЛИТИКА
PEZEŞKİYAN HÖKUMƏTİ PREZİDENTİN ÖZ VƏDİNƏ ƏMƏL ETMƏSİNƏ İCAZƏ VERMƏDİ?
PEZEŞKİYAN HÖKUMƏTİ PREZİDENTİN ÖZ VƏDİNƏ ƏMƏL ETMƏSİNƏ İCAZƏ VERMƏDİ?
28.02.25, ЭТНОПОЛИТИКА
Rus uşaq ədəbiyyatı dünya mədəniyyətinin zəngin kapitalıdır. (III hissə)
Rus uşaq ədəbiyyatı dünya mədəniyyətinin zəngin kapitalıdır. (III hissə)
30.03.22, КУЛЬТУРА
1941-1946-cı illərdə Cənubi Azərbaycanda xalqın milli özünüdərk prosesinin yüksəlişi və Azərbaycan dilinin mövqeyi
1941-1946-cı illərdə Cənubi Azərbaycanda xalqın milli özünüdərk prosesinin yüksəlişi və Azərbaycan dilinin mövqeyi
10.10.23, ЭТНОПОЛИТИКА
Firudin İbrahimi və azərbaycançılıq
Firudin İbrahimi və azərbaycançılıq
23.06.23, ЭТНОПОЛИТИКА
İRANIN SEÇİMSİZ SEÇKİLƏRİ
İRANIN SEÇİMSİZ SEÇKİLƏRİ
28.02.24, АНАЛИТИКА