Ethnoglobus » РЕЛИГИЯ » OXU AYƏSİNDƏ-AYNASINDA “HİCAB” MƏSƏLƏSİ

OXU AYƏSİNDƏ-AYNASINDA “HİCAB” MƏSƏLƏSİ

image
Foto: www.alhakam.org


Nəriman Qasımoğlu


İrandakı son hadisələrlə bağlı Quranda hicab mövzusuna bir daha nəzər yetirək..
Dinimizdən söz düşəndə onun mahiyyəti, gözəllikləri, hikmətləri qalır kənarda və söhbət bir qayda olaraq gəlir haramların, yasaqların üzərinə. Bu stereotip münasibət, istər özümüzün olsun, istər də özgə din mənsublarının, ilahi dəyərlərin düzgün qavranılmasına, populyarlaşmasına əngəl törədən səbəblərdəndir. İslamı haramlar, yasaqlar dini kimi təqdim edib onu gözdən salmaq istəyənlərin təbliğatı da öz gücünü tarixən biçimlənmiş və dəyişməz qalan ənənəvi baxışlardan alır.

Bəllidir ki, OXU ayəsində-aynasında görünənlər tariximizin şahidlik etdiyi və yaşatdığı nəsnələrdən çox zaman fərqlənir. Və nə yazıq ki, müsəlman qadının düçar olduğu çeşidli haqsızlıqlar bütün dövrlərdə əsasən islam yasaqları adına yazılmış və şəriət bəraətlərilə yozulmuşdur. Nümunə üçün götürək elə qadın üçün nəzərdə tutulan örtük məsələsini.
Mövhumat üləmasının istinad etdiyi bir ayə var: “Ey peyğəmbər! Zövcələrinə, qızlarına, inananların qadınlarına de ki, bir yerə çıxarkən cilbablarını (hərfən “örtüklərini”) salsınlar üstlərinə. Belədə daha yaxşı. Tanıyarlar onları, əziyyət verməzlər onlara” (33:59).
Örtük salma tövsiyəsi konkret tarixi kontekstdə onunla bağlıdır ki, inanan qadınlar, ayədən də göründüyü kimi, o uzaq zamanların ağır ictimai mühitində yarıçılpaq cariyələrdən, kənizlərdən fərqlənə bilsinlər, onları tanısınlar, onlara sataşıb əziyyət verməsinlər. Ayənin müasir düşüncə kontekstində açıqlaması bunu izah edir ki, o örtük deyilən material sadəcə üst geyimi anlamına gəlir. Və deməliyəm ki, bunun da OXU-da  nə rəngi, nə də biçiminə aid bir qeyd var. OXU sadəcə abırlı geyim tərzini təşviq edir. Bu barədə bir ayə də var: “...Erkən cahiliyyədə olduğu sayaq açılıb-saçılmayın...” (33:33).
Söhbət abırlı geyim tərzindən gedir. Abırlılıq ölçüləri isə hansısa konkret reseptə sığan məsələ deyil, bu və ya başqa xalqın gəlişdirdiyi adət-ənənə ilə sıx bağlı olur. Məsələn, Afrika qadını ilə Azərbaycan qadını arasında abırlı geyim anlamında fərqlərin olması tamamilə təbiidir. OXU məntiqinin universallığı ondadır ki, bu kimi bəzi məsələləri buraxır zamanın, millətin gəlişən adət-ənənəsinin ixtiyarına. Soyuq Sibirdə yaşayan müsəlmanla qızmar Ərəbistan səhrasında yaşayan müsəlmanın geyimində mütləq fərq olacaq və abırlılıq ölçüləri də fərqli olacaq təbii. Hər ikisi müsəlmandır deyə eyni tərzdə paltar geyinə bilməz. İqlim şərtləri, eləcə də millətin, toplumun ənənəsi bu məsələdə öz diqtəsini qeyd-şərtsiz edəcək.
Qadın geyiminin OXU biçimini arayıb-axtaranların müzakirə açdıqları və sitat gətirdikləri bir ifadə də budur: “...Vurmasınlar açığa zinətlərini – o başqa ki, bunlardan hansılarsa görünən ola...” (24:31). 
Görünən ziynətlərin nədən, yaxud bədənin hansı hissəsindən ibarət olduğuna dair OXU-da açıq bir məlumat verilmir. Və bütün çağları hikmətlərilə qucan OXU bunu da buraxır iqlimin, zamanın, adət-ənənənin, zövqün – və mən bir az da irəli gedib deyərdim, dəbin tələbinə.
Mübahisə doğuran başqa bir məsələ “hicab” anlayışı ilə bağlıdır. Ənənəvi dindarlar üçün bu anlayış dinimizin tələbləri kontekstində qadınlara aid baş örtüyü kimi qavranıldığından ümumən dini geyim kodeksinə riayət məsələsi həm də artıq etiqadi bir bağlamda təqdim edilir və bu etiqadi müstəvidə məsələyə başqa cür yanaşma çox zaman qəbul edilmir. 
Məsələ burasındadır ki, OXU-da “hicab” sözünün termin olaraq müsəlman ölkələrində nəzərdə tutulduğu kimi geyim tərzinə qətiyyən aidiyyatı yoxdur! Bu söz OXU-da 7 ayədə keçir və o 7 ayənin heç birində bu, baş örtüyü və ya hansısa başqa bir geyim üçün nəzərdə tutulmur.
Ayələrdən biri Məryəmlə bağlıdır: “Məryəmi də an Yazıda. Ailəsindən kənarlaşıb çəkilmişdi şərq tərəfdə bir yerə. Bir hicab (hərfən “pərdə”- N.Q.) çəkmişdi aralarına. Biz Öz Ruhumuzu göndərdik ona, doğruçu bir insan kimi göründü ona” (19:16-17).
Baxaq  başqa bir ayəyə ki, orada da söhbət inananlarla dananlar arasında çəkilən pərdədən gedir: “İki tərəf arasında bir hicab (hərfən “pərdə”- N.Q.), sədd üstündə adamlar...” (7:46).
Bir ayədə isə deyilir: “Yalnızca bir vəhy ilə, yaxud hicab (hərfən “pərdə”- N.Q.) dalından danışar bəşərlə Tanrı. Ya da bir elçi göndərər, vəhy eyləyər ona istədiyi nəsnəni. O, uca, hikmət yiyəsi” (42:51).
Başqa ayələrin orijinalında da işlənən “hicab” sözü “pərdə” anlamındadır: “Onun (yəni peyğəmbərin) qadınlarından bir nəsnə istəyəndə, bir hicab (hərfən “pərdə" - N.Q.) arxasından istəyin...”(33:53); “Gizləndi günəş hicabın (hərfən “pərdənin” - N.Q.) arxasında...” (38:32); “Dedilər: “Qəlblərimiz örtülüdür sənin çağırdıqlarına, ağırlıq var qulaqlarımızda, hicab (hərfən “pərdə” - N.Q.) var səninlə aramızda. Sən öz işində ol, biz də öz işimizdə”(41:5); “Oxu oxuduğun zaman gizli bir hicab (hərfən “pərdə” - N.Q.) salarıq səninlə o kəslərin arasına ki, inanmırlar axirətə” (17:45).
Bir sözlə, OXU-da gedən “hicab” sözünün müsəlman qadınlarına aid bilinən baş örtüyünə heç bir dəxli yoxdur.
Yeri gəlmişkən, geyim məsələsi ilə bağlı bir ayəyə də diqqət çəkmək istərdim ki, bu ayədən məqsəd “taqva”nın, yəni Tanrıdan çəkinmə duyğusunun pal-paltar kimi şərtiliklərdən üstünlüyünün vurğulanmasıdır: “Ey Adəm oğulları! Sizə geyim endirdik örtə ayıblarınızı. Bərbəzəkli geyimlər də eləcə. Taqvadan (çəkinmə duyğusundan) geyim ki var – bu daha yaxşı...” (7:26).
“Taqvadan geyim” könüllərin, ağılların iman örtüyü mənasındadır. Yəni imansız insan şüuru çılpaq bədən kimidir, imansızlıq onun mənəvi eyiblərinin tablosudur. “Taqvadan geyim”ə verilən üstün dəyəri belə qavramaq mümkündür ki, insan üçün başlıcası Tanrıya iman məsələsidir, əibisə ilə bəzənən zahiri görüntüsünü hərə istəyinə, adətə, zövqünə görə də müəyyənləşdirə bilər. Burada iman kamilliyi üçün nəzərdə tutulan məqam ondan ibarətdir ki, ənənəvi olaraq əxlaqi dəyərlərin qorunması müstəvisində təlqin edilən məsələ heç də geyimlə şərtlənmir.
Nur surəsində ayrıca olaraq bir geyim məsələsinə də toxunulur və qadınların saçlarının örtülməsi zərurətini o surədə bir ayə ilə əsaslandırmağa çalışırlar. Ifadənin ərəbcəsi belədir: “valyadribnə bixumuruhinnə alə cuyubihinnə”. Baş örtüyü kimi bir çox ilahiyyatçıların qəbul etdiyi və ərəbcədə “ximər” sözünün cəmi olan “xumur”la bağlıdır. Yalnızca “örtmək” bildirən və X-M-R kökündən düzəlmə bu söz mütləq mənada sadəcə “örtük” anlamındadır. Və bu təqdirdə söhbət yalnız qadın köksünün, sinəsinin örtülməsi zərurətindən gedə bilər ki, müsəlman olsun, ya qeyri-müsəlman, bütün mədəni millətlər içində buna əməl etməyən yoxdur. Yeri gəlmişkən, mən də vaxtilə nəşr etdirdiyim Quranın dilimizə tərcüməsi əsərimdə (Quran-i Kərim: Azərbaycan türkcəsində açıqlama, 1993) yuxarıda ərəbcə gətirdiyim ifadənin tərcüməsini ənənəvi izahlar üzərində qurmuşam. Yeni tərcümə əsərimdə isə bu ifadənin hərfən açıqlaması belədir: “Örtüklərini vursunlar döşlərinin üstünə”. Ənənəvi izahlarda həmin sözü baş örtüyü kimi qələmə verib yazırlar ki, qadınlar baş örtüklərini bağlayıb salmalıdırlar sinələrinin üstünə. Halbuki həmin sözün nə “baş”, nə də “saç” sözü ilə əlaqəsi yoxdur. Qadınlara xitabən başınızı, yaxud saçlarınızı örtün deyə OXU-da bir əmrə rast gəlinmir də ki, bunu fərz əməllər sırasına aid edəsən.
Qadınlar üçün baş örtüyü də dinlərə qədim mədəniyyətlərdən gəlib qarışmış adət-ənənədən yaranmışdır. Baş örtüyü yəhudiliyə daxil olandan, buradan xristianlığa adlayandan sonra tarixi islama da OXU-dan kənar dini ədəbiyyatdan gəlmişdir. Təslimolma (“islam - “təslimolma” deməkdir!) dininin əhatə dairəsi yetərincə böyükdür və belə xırdalıqların, şərtiliklərin fövqündədir. Dini siyasi alətə çevirmək istəyənlərin platformasında da yer alan bu baş örtüyü məsələsini islamın tələbləri siyahısında təbliğ etməkdənsə daha doğru olardı bunu buraxasan ayrı-ayrı insanların özlərinin iman kamilliyi səviyyəsinə uyğun olaraq gəlişdirdiyi etiqadlarının ixtiyarına. 
Bu mənada, görünür, maarifləndirmə işinin aparılmasına da ehtiyac var. Digər müsəlman ölkələrindən fərqli ölkəmizdə bu maarifləndirmə məsələsi üçün imkanlar daha genişdir. Bu, tarixən gəlişib nailiyyətimizə çevrilən Azərbaycan dindarlığının verdiyi imkanlarla da bağlıdır.
Və nəhayət, yenə də qeyd edim, dinimiz tarixi mədəniyyətlərin ənənələrindən gələn şərtiliklərin, ekzotik xırdalıqların fövqündədir. Bunlara dini don geydirmək ona gətirib çıxarmış ki, Tanrıya təslimolmanı həyati yaşıllığından çıxarıb qara örtüklərə, qara bayraqlara, qaranlıqlara bürümüşlər. Aydınlıqlara çıxmağımızın çarəsi stereotip baxışlardan azad olmaqdır. Aktiv-dinamik zəka qaynağı OXU bizi buna yönəldir.
ДРУГИЕ НОВОСТИ
ВСЕ НОВОСТИ
18:49Израиль расценивает иранских азербайджанцев как своих союзников13:56Росток надежды20:36Израиль делает ставку на протестное настроение иранцев и на Рза Шаха Пехлеви14:15Güneş olmak istiyorum ,anne09:25ترک ها در احادیث پیامبر21:31İranın əsas elita dayağı erroziyaya uğrayır19:38По следам культурного наследия: стратегия Турции в отношении исторических артефактов18:29Трехсторонняя встреча Турция-Россия-Украина, направленная на прекращение российско-украинской войны завершилась17:05Prezidentlərin Laçın görüşü geosiyasi start nöqtəsidir09:24VƏHY TƏHKİYƏÇİSİNİN MÜƏLLİF “BİZ”İ09:08Каково значение Будапештской декларации ОТГ для ТРСК?20:04Bakıda “Əvəsor” folklor qrupunun 60 illiyinə həsr olunan “Talış folkloru konserti” keçirilib19:45В Стамбуле стартовал VII Фестиваль культуры этноспорта15:08Tehran hakimiyyəti təbrizlilərin çempionluğundan niyə təşvişə düşüb?14:15وقتی فوتبال هویت می‌شود؛ از تبریز تا مرکز13:35Traktor SC İran sistemini alt-üst edib tarixi çempionluğu qazandı13:26Tractor SC complete journey to upset Iran’s establishment and claim historic title07:36Günəş olmaq istəyirəm, ay ana, yaxud, arzular necə həyata keçir20:01İRANDA DEPUTATLAR NİYƏ TEZ-TEZ İMPİÇMENTƏ ƏL ATIRLAR17:22می‌خواهم خورشید باشم، مادر.17:13خلاقیت از بعد مادی و معنوی09:59HEYDƏR ƏLİYEV - MİLLİ MƏDƏNİYYƏT TARİXİMİZ16:23Сохранение уникальности каждого народа и содействие их диалогу через ознакомление с другими культурами и изучение их языка.18:20Карты в различных проекциях могут искажать восприятие мира, или Гренляндия меньше ,чем на карте19:18Про диктат родителей в Азербайджане20:41Изобретение караимов20:27Современные евреи-тюркофоны: караимы Крыма и Восточной Европы.20:09Rəsul Həmzətovun "Qorxuram"--"Tarsedəm" şeri talış dilində16:58Регионализация в Европе: трансформация «Инициативы трех морей»11:14АЗЕРБАЙДЖАНСКАЯ МЕНТАЛЬНОСТЬ: ОТ ЛИБЕРАЛИЗМА ДО КОНСЕРВАТИЗМА10:47Acıdan "zevk” alanlar16:03İran-ABŞ danışıqlarının üçüncü raundu Maskatda başa çatıb; Tehran danışıqların ciddiliyini vurğulayır15:59İki iranlı-israilli ekspert: Bəndər-Rəcai partlayışları İran rejimini ciddi şəkildə zəiflətdi15:43İranın dəniz ticarətinin onurğa sütunu qırılıb15:36Bəndər Abbasdakı partlayışların mənşəyi: “New York Times”-ın xəbəri və İran Müdafiə Nazirliyinin bəyanatı13:14REİNKARNASIYA VƏ KABBALA13:01Səməd Vurğun "Qəhrəmanın ölümü " _ "Qəhrəmani maq" şeri talış dilində06:51Nizami Gəncəvinin “Sənsiz” qəzəli talış dilində-“Be tı”16:21محمودی: هواداران تراکتور در دنیا بی‌همتا هستند/ ورزشگاه یادگار امام، بهشت فوتبال است18:29Армейский раввин и выжившие узники08:27Отношения Азербайджана и ТРСК: история и перспективы развития15:19Парфянское царство – государство иранцев-зороастрийцев в Иране и Центральной Азии11:45کسانی که از رنج "لذت می برند"18:25Orucun sosiologiyası: onlayn sorğunun statistik təhlili14:07Savaşsonrası psixoloji problemləri cəmiyyət birgə aşmalıdır15:26Təbrizdə Beşinci Milli Muğam Musiqi Festivalı keçirilib17:04Согдийцы и хорезмийцы - иранские оседлые народы доисламской Центральной Азии14:32Детские воспоминания о праздниках: евреи и славяне о Песахе14:12Xamneinin istefası üçün ictimai tələb artır20:22İranda Azərbaycan əleyhinə mövqelər davam edir12:08GENETİK İRQÇİLİK VƏ AŞIRI MİLLƏTÇİLİK10:59Dərddən "ləzzət" alanlar19:22Сумаляк — главное блюдо Новруза в Узбекистане12:16Urmidə nələr baş verib19:37Дорога слез. Ассирийцы и их эмиграция в XIX-XXI вв.13:02Нишалда - популярный десерт на Рамазан в Узбекистане15:21კვანტური ცნობიერების თეორია და კვანტური ფსიქოლოგია19:51Место встречи – бакинский бульвар19:41Кто такая Латифа аш-Шараа — первая леди Сирии?19:54Несторианское христианство и его распространение в Центральной и Внутренней Азии в эпоху Средневековья14:40İran Azərbaycanın dövlətçiliyini inkar edir15:41Интервью первого квантового психолога Азербайджана сайту Lent.az.18:20PEZEŞKİYAN HÖKUMƏTİ PREZİDENTİN ÖZ VƏDİNƏ ƏMƏL ETMƏSİNƏ İCAZƏ VERMƏDİ?18:49Достигнуто соглашение между BOTAŞ и Туркменгаз о поставках туркменского газа в Турцию18:38İransayağı obyektivlik11:39Позиция Трампа повысит роль Турции в вопросе укрепления обороны в Европе17:55МЕНДЕЛЕЕВ И БАКИНСКАЯ НЕФТЬ17:39İranın millətçi dini rejimi18:34Бакуда Каюм Насыйриның тууына 200 ел тулуга багышланган әдәби-музыкаль кичә узды18:17Манихейство и его распространение среди тюрок17:20Военное дело Улуса Джучи (Золотой Орды)14:35Эссе к статье каббалиста Рабаша «Пойдем к Фараону-2»17:48İRAN MÜXALİFƏTİ VƏ TRAMP13:46Общение с иранцем идентична игре в шахматы10:40چرا پول نداریم؟09:46گلنارا اینانج اولین روانشناس کوانتومی آذربایجان با Lent.az صحبت کرد: برای ثروتمند شدن باید از بعد سوم خارج شوید.09:38افکار و سندرم خستگی مزمن16:20KİBALİON - MİSİR VƏ YUNAN HERMETİK FƏLSƏFƏSİ: ÜÇ TƏŞƏBBÜS16:07Məntiqsiz Iran ,yaxud “ÖRTÜLÜ MƏDƏNİYYƏT”14:56Империя Юань – Монгольская империя Внутренней Азии и Китая17:48Azerbaycan'ın ilk KUANTUM PSİKOLOĞU Gülnara İnanç Lent.az -a konuştu :Kuantum psikolojisinde insan zihniyle değil, ruhuyla, ruhun ilettiği bilgilerle çalışır.11:10ƏRƏB ŞƏRQİNDƏN MƏRKƏZİ ASİYAYA VURNUXAN İRAN13:18کعبه قلب خمینی12:57TEHRANDA TERROR18:16Договор России и Ирана закрепил, что делать сторонам в случае агрессии (полный текст Договора)10:44İRAN BAŞINA HARANIN DAŞINI SALSIN?12:012023-cü ildə Bəşər Əsəd İran prezidenti İbrahim Rəisini təmtəraqla qəbul etmək istəməyib11:51İnsanlar niyə pirlərə gedir11:59Монгольская средневековая письменная культура08:56Герои летописей и «Слово о полке Игоревом»: Династия Шаруканидов.19:24Uşaq adlarında dünyəviləşmə tendensiyası?17:43Humeyni'nin şiirlerinde tasavvufi motifler09:14MANTRA MEDİTASİYA.16:00О ПЕРСПЕКТИВАХ РАЗВИТИЯ ТЮРКСКОГО МИРА12:09Ərzin əşrəfi Naxçıvan (4-cü hissə)12:05Ərzin əşrəfi Naxçıvan (3-cü hissə)10:10Начался прием заявок на участие в конкурсах TEKNOFEST-2025 в ТРСК21:26«Разложение мозга»: как избежать негативного воздействия соцсетей?12:40Ərzin əşrəfi Naxçıvan (2-ci hissə)11:4912 ölkənin hüquqşünasları Bakıda: Cinayət hüququ müzakirə olundu11:00Ərzin əşrəfi Naxçıvan (1-ci hissə)15:25“Kinomexanikin qayıdışı” (“Kinomexaniki oqardemon”): Talış dilində dünya səviyyəli ilk bədii-sənədli filmin sehrli aləmi...10:58Yalan-palan İran12:50Азәрбайҗан тарихчысы Бакудагы беренче татар актрисалары турында: Аларга янаулар булган20:22Влияние Турции на переходный процесс в Сирии15:27Hicabsız İran10:27Как будет формироваться новый период в Сирии после Асада?20:17Iranda hicabı cərimələrlə "sevdirmək" istəyirlər17:26Nizip Ticarət Palatasına üzv iş adamlarından ibarət nümayəndə heyəti Azərbaycan-Türkiyə İş Adamları Birliyinin qonağı olub.16:57Лиля Брик- муза Владимира Маяковского17:03PEZEŞKİYANIN 1001 DƏRDİ VƏ EHTİMALLAR13:49Hz. İsa (ona salam olsun) nə üçün atasız doğulub?14:53КУШАНСКОЕ ЦАРСТВО – БУДДИСТСКАЯ ИМПЕРИЯ ЦЕНТРАЛЬНОЙ АЗИИ И ИНДИИ17:56İranda yaşayan xalqlar dövlətçiliyə təhdididirmi?10:40Pezeşkiyanın hicab problemləri10:03İRANDA FUNDAMENTALİSTLƏR GÜCLƏRİNİ GÖSTƏRİRLƏR14:24TÜRK DÜNYASI VƏ BƏHAİ DİNİ08:51KKTC, TDT Sivil Koruma Mekanizması’nda tam üyelik hakkı kazandı08:32Bahçeli: Türkiye, Azerbaycan ve KKTC’nin ortak alfabeye hazır olması Türk birliğinin müjdesidir17:14Кимакский каганат – кочевая империя Центральной Азии11:51İRAN PREZİDENTİNİN İLK GERİ ADDIMI20:39Dünya xalqları irqindən və dinidən asılı olmayaraq bir səmavi Mənbədən ilham alır17:59Кто определит итог выборов президента США: лобби или "колеблющиеся" штаты?13:57Мискинджа - Мискискар19:46В Туркменистане широко отметили Праздник туркменского алабая12:17Azərbaycanda xristian olmaq17:57Запреты у кыпчаков.16:57Амбициозный проект Илона Маска Starship: на пути к космическим путешествиям будущего18:01Тибет и Великая Степь в XIII-XX вв.15:17کمال17:40ЕС ввел санкции против представителей властей АТО Гагаузия12:11Dilənçiliyin sosiologiyasına dair qeydlər: ilahi təhdid və mənəvi terror11:59امام علی (ع)14:36В Баку подключились к международной акции "Диктант на лезгинском языке"13:35Geyim və əxlaq haqqında19:37Глава МИ-5 заявил о росте угроз со стороны России и Ирана17:17İranın "Mehestan" partiyası Azərbaycanın Zəngəzur dəhlizi ilə bağlı planlarının qarşısını almaq üçün qəti addımlar atmağa çağırır14:09“Azərbaycan İranın başıdır, baş gedəndə bədən də gedər... General Şadan”09:48İran dini, yaxud dünyəvi dövlət olmasından asılı olmayaraq etnik və dini əyləci əlində saxlayacaq.16:32Организация тюркских государств: 15 лет единства и прогресса20:05Авраам Шмулевич: Иран не в состоянии нанести серьезный удар по Израилю18:38Azərbaycanda Roş Ha Şana bayramı ərəfəsində yeni yəhudi təqvimi dərc olunub15:17Расул Гьамзатова икрам авунай15:08XIX əsr ləzgi ədəbiyyatının məramı13:02Уйгурское национальное движение и Китай в ХХ веке15:32Белорусский народный праздник урожая "Багач" отпраздновали в музее Янки Купалы в Вязынке15:00Многовековая традиция: узбекский плов14:01Etnik kimliyi müəyyənləşdirən DNA nəticələri reinkarnasiya fəlsəfəsinin maddi təzahürüdür.12:59İmam Ali (a.s.) : " ...Sizinle savaşanlarla savaşın."18:24НОГАЙЦЫ В XV-XVIII ВВ.20:11İMAMQULUKƏND11:32Геенна изначально приготовлена не для людей, а для дьявола и его последователей – падших ангелов10:50Cəhənnəm əvvəlcə insanlar üçün deyil, şeytan və onun ardıcılları — yəni düşmüş mələklər üçün hazırlanıb17:41PARA NASIL CEZBEDİLİR?17:34САМОУНИЧТОЖЕНИЕ И БОЛЕЗНЬ19:59İran dövlətinin Bəhai icmasını zəiflətmək və məhv etmək siyasəti davam edir18:05Результаты ДНК и реинкарнация17:57В Турции найдена цилиндрическая печать возрастом около 4 тыс. лет17:00Архаизм Талибана: куда уходят корни одиозного отношения к женщинам в Афганистане22:14Митрополия Молдовы - о паломничестве священников в Россию: У них не было политических целей12:06KUANTUM BİLİNCİ TEORİSİ, AŞKINLIK, KUANTUM PSİKOLOJİSİ VE KURAN AYETLERI11:27"Sionist İsrail və Şeytan Amerika" İranı necə xilas etdi?17:43Ata Atun İngiliz Arşivlerinde Kıprısla İlgili Neler Buldu14:47Сборная Казахстана по кокпару начала первые тренировки на стадионе Игр кочевников в Астане12:04Tbilisidə Qafqaz Kürdlərinin I Beynəlxalq Elmi-Praktiki Konfransı baş tutub.20:29Нафталиевы и Шамиловы — первые горско-еврейские поселенцы Кабарды15:37В Ташкенте состоялась встреча президентов Азербайджана и Узбекистана с представителями деловых кругов двух стран15:27От Еленендорфа до Гейгёля18:11"BİRİNCİ və İKİNCİ" XOŞBƏXTLİK yaxud UTANCAQLIĞIN FƏLSƏFƏSİ!16:08Азербайджан и Казахстан проводят совместные учения «Алтын кыран-2024»21:43Проанализированы возможности Каракалпакстана и определены дальнейшие задачи17:27Погромы в Британии стали итогом исламофобской пропаганды21:04Период Яхьи Синвара в сопротивлении19:32КЕМ БЫЛИ ДИ И ЖУНЫ? Внутренняя Азия и Южная Сибирь от пришествия индоевропейцев до империи Хунну19:42Кыргызские женщины сохраняют традицию головного убора «элечек»20:43Президенты стран Центральной Азии на встрече в Астане выступили за продвижение общих интересов20:03Итоги выступления спортсменов из Центральной Азии на Олимпиаде — 202415:03В Баку отметили День Абая - Bakıda Abay Günü qeyd olunub14:55Бакуда Абай күні аталып өтті15:19СЛАВЯНЕ В ДЕШТ-И КЫПЧАКЕ19:07Великобритания сосредоточилась на защите Израиля военным присутствием в Средиземноморье и на Ближнем Востоке11:41Azərbaycanda etnik talışlar türkdilli toplumda özünü necə hiss edir15:05تئوری آگاهی کوانتومی، استعلایی ، روانشناسی کوانتومی و آیات قرآن14:50ТОТЕМЫ У КЫПЧАКОВ11:38Азербайджанские ковры в Музее Ислама, в Иерусалиме15:00Чем обернется для региона убийство лидера ХАМАС?10:49Исчезнувшие народы. Авары10:29Как будет формироваться внешняя политика Ирана в эпоху Пезешкиана?14:05ЭТНИЧЕСКАЯ СТРУКТУРА ВОЖДЕСТВ «ЛУКОМОРСКИХ КЫПЧАКОВ»11:19«Йаум Азым» – День Великий14:35Qasım Qasımzadənin ədəbi-elmi portreti16:02MULTİKULTURALİZM MƏRKƏZİNDƏ “AZƏRBAYCANDA YAŞAYAN TATLARIN ETNO-KONFESSİONAL TARİXİ” MÖVZUSUNDA TƏDBİR KEÇİRİLİB15:37А.Клесов: Древние арии - кто они были и откуда?12:33В Монголии проходит VII Международный фестиваль исполнителей на Морин Хууре15:09Исторические традиции кыргызского народа: «Кыргызское кочевье»14:47Pulu necə cəlb etməli və saxlamalı?14:33MÜKEMMELLİK13:16От кыпчаков к казахам. Политическая история Восточного Дешт-и-Кыпчака в XIII – начале XVI в.13:27"Эй, джони ман". Как Полад Бюльбюль-оглы и Орифшо Орифов дали концерт в Таджикистане13:12Как вызвать дождь в Таджикистане? Проводим специальные таджикские обряды
САМОЕ ЧИТАЕМОЕ
  1. Сохранение уникальности каждого народа и содействие их диалогу через ознакомление с другими культурами и изучение их языка.
  2. АЗЕРБАЙДЖАНСКАЯ МЕНТАЛЬНОСТЬ: ОТ ЛИБЕРАЛИЗМА ДО КОНСЕРВАТИЗМА
  3. Bakıda “Əvəsor” folklor qrupunun 60 illiyinə həsr olunan “Talış folkloru konserti” keçirilib
  4. Tractor SC complete journey to upset Iran’s establishment and claim historic title
  5. Парфянское царство – государство иранцев-зороастрийцев в Иране и Центральной Азии
  6. Bəndər Abbasdakı partlayışların mənşəyi: “New York Times”-ın xəbəri və İran Müdafiə Nazirliyinin bəyanatı
  7. İran-ABŞ danışıqlarının üçüncü raundu Maskatda başa çatıb; Tehran danışıqların ciddiliyini vurğulayır
  8. Регионализация в Европе: трансформация «Инициативы трех морей»
  9. HEYDƏR ƏLİYEV - MİLLİ MƏDƏNİYYƏT TARİXİMİZ
  10. کسانی که از رنج "لذت می برند"
  11. REİNKARNASIYA VƏ KABBALA
  12. Про диктат родителей в Азербайджане
  13. Acıdan "zevk” alanlar
  14. Современные евреи-тюркофоны: караимы Крыма и Восточной Европы.
  15. Traktor SC İran sistemini alt-üst edib tarixi çempionluğu qazandı
  16. Отношения Азербайджана и ТРСК: история и перспективы развития
  17. Səməd Vurğun "Qəhrəmanın ölümü " _ "Qəhrəmani maq" şeri talış dilində
  18. محمودی: هواداران تراکتور در دنیا بی‌همتا هستند/ ورزشگاه یادگار امام، بهشت فوتبال است
  19. Nizami Gəncəvinin “Sənsiz” qəzəli talış dilində-“Be tı”
  20. Армейский раввин и выжившие узники
  21. Günəş olmaq istəyirəm, ay ana, yaxud, arzular necə həyata keçir
  22. Карты в различных проекциях могут искажать восприятие мира, или Гренляндия меньше ,чем на карте
  23. می‌خواهم خورشید باشم، مادر.
  24. Изобретение караимов
  25. İranın dəniz ticarətinin onurğa sütunu qırılıb
  26. Rəsul Həmzətovun "Qorxuram"--"Tarsedəm" şeri talış dilində
  27. VƏHY TƏHKİYƏÇİSİNİN MÜƏLLİF “BİZ”İ
  28. Tehran hakimiyyəti təbrizlilərin çempionluğundan niyə təşvişə düşüb?
  29. İRANDA DEPUTATLAR NİYƏ TEZ-TEZ İMPİÇMENTƏ ƏL ATIRLAR
  30. İki iranlı-israilli ekspert: Bəndər-Rəcai partlayışları İran rejimini ciddi şəkildə zəiflətdi
  31. وقتی فوتبال هویت می‌شود؛ از تبریز تا مرکز
  32. Трехсторонняя встреча Турция-Россия-Украина, направленная на прекращение российско-украинской войны завершилась
  33. Каково значение Будапештской декларации ОТГ для ТРСК?
  34. В Стамбуле стартовал VII Фестиваль культуры этноспорта
  35. Güneş olmak istiyorum ,anne
  36. خلاقیت از بعد مادی و معنوی
  37. Prezidentlərin Laçın görüşü geosiyasi start nöqtəsidir
  38. По следам культурного наследия: стратегия Турции в отношении исторических артефактов
  39. Израиль делает ставку на протестное настроение иранцев и на Рза Шаха Пехлеви
  40. İranın əsas elita dayağı erroziyaya uğrayır
ОПРОС

Где будете встречать Новый год?


 
«    İyun 2025    »
B.e.Ç.a.ÇC.a.CŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
30 
ГАЛЕРЕЯ