Ethnoglobus » ЭТНОПОЛИТИКА » AZƏRBAYCAN CƏMİYYƏTİNİN RƏSULZADƏ "TƏƏSSÜBÜ" və NƏRİMANOV "NİFRƏTİ" ( 1-ci yazı )

AZƏRBAYCAN CƏMİYYƏTİNİN RƏSULZADƏ "TƏƏSSÜBÜ" və NƏRİMANOV "NİFRƏTİ" ( 1-ci yazı )

image

Foto:google

Solmaz-Toqidi-Rüstəmova, professor

    Nəriman Nərimanovun Naxçıvandakı parkda büstü yerinə qaytarıldı. Amma  büstün hansı məqsədlə götürülməsi və yenidən qoyulmasından asılı olmayaraq bu hadisənin Azərbaycan cəmiyyətində qopardığı ehtiraslar tufanı görünür ki, hələ uzun müddət sakitləşməyəcək. Sosial şəbəkələrin ictimai fəal kəsimini az qala iki cəbhəyə parçalayan bu hadisəyə münasibətin böyüyərək tarixi-siyasi müstəvidə kəskin fikir ayrılıqları doğurması və bəzən şiddətin sağlam diskussiya həddini belə keçərək siyasi damğalar və hətta təhqirlər şəkli alması, bu qarşıdurmanın kökündə daha  dərin və daha ciddi səbəblər durduğu təəssüratı yaradır.
     Müasir Azərbaycan dövlətçiliyi tarixinin sözsüz ki, görkəmli nümayəndəsi olan Nəriman Nərimanovun bir siyasi fiqur kimi nə öz sağlığında, nə ölümündən keçən az qala 100 illik bir dövrdə birmənalı qiymətləndirilməməsi sanki artıq alışmalı olunan bir məsələdir. Bu baxımdan Nərimanovun büstünün götürülməsindən narahatlıq reaksiyanın ilk olaraq məhz tanınmış ziyalılardan və alimlərdən (Vilayət Quliyev, Firdovsiyə Əhmədova, Cəmil Həsənli və d.) gəlməsi,  vətəndaşların da buna dərhal münasibət bildirməsi Azərbaycan cəmiyyətinin Nərimanov şəxsiyyətinə heç də biganə qalmadığı, öz dövlət xadiminə dəyər verdiyinin yaxşı  nümunəsi idi. Və görünür ki, sosial şəbəkələrdəki məhz bu aktivlik Naxçıvan Şəhər İcra hakimiyyətini bu barədə gecikmiş olsa da açıqlama verməyə, daha sonra büstü mümkün qədər tez yerinə qaytarmağa vadar etdi
     Azərbaycan Cəmiyyətinin oxumuş, savadlı, öz yaxın keçmişinə, dövlətçilik tarixinə və bu tarixi yaradan şəxsiyyətlərinə dair maraq, bilik, sevgi, ciddi yanaşma nümayiş etdirən hissəsinin, o cümlədən gənclərin bu faktın doğurduğu fikir savaşında çılğınlıq həddində iştirakı və fəallığı da bu baxımdan müsbət qiymətləndirilməlidir. 
     Bu savaşı alovlandıran daha bir qığılcım, əlbəttə ki, hazırki diskussiyaya Nərimanova əks siyasi  fiqur kimi Rəsulzadə faktorunun qatılması idi ki, bu da əslində ilk növbədə tarixçiləri sevindirən bir hal olmalı idi.    
   Lakin mübahisələr bir qədər səngiyəndən sonra yaranan ümumi təəssürat nədənsə heç də razılıq və məmnunluq ovqatı doğurmur. Bu tarixi şəxsiyyətlərin yaşadığı dövrü araşdıran bir tədqiqatçı kimi gəldiyim ilkin nəticələrdən bəzilərini yazımın sonunda yox, əvvəldən bildirmək istəyirəm, çünki öz müddəalarımı bu dediyim səbəblər üzərində quracağam.  
   Beləliklə, çox təbii və lazımlı bir tarixi diskussiyanın arzuolunmaz istiqamət və kəskin ton almasının səbəbi bu mübahisələrə qatılan və istər Nərimanova, istərsə də Rəsulzadəyə qarşı barışmaz mövqedə duran iştirakçıların əsasən həmin dövrə və adı çəkilən şəxsiyyətlərə ilk növbədə TARİXİLİK mövqeyindən yanaşmaq baxışının və  bacarığının olmamasıdır.  Diskussiya iştirakçılarının Nərimanov və Rəsulzadənin siyasi fəaliyyətlərinə, söylədikləri şüarlar, verdikləri bəyanatlar, məqalə və əsərlərindən fikirlərə dair  gətirdikləri ayrı-ayrı arqumentlər onların əksəriyyətinin bütün bu nümunələrin hansı şəraitdə yarandığı kimi mühüm bir məqamı nəzərə almadığını, yaxud ümumən bilmədiyini göstərir. Burada Nərimanova qarşı münasibət xüsusi qeyd olunmalıdır, belə ki, onun 1920-ci ildə Azərbaycan SSR  hökumətinin başında durduğu vaxt ilk növbədə Qarabağ və Zəngəzur məsələlərinə dair verdiyi ziddiyyətli bəyanatlar və bundan sonra həmin tarixi Azərbaycan ərazilərinin taleyi son dərəcə kəskin tənqidi münasibət doğuran hallardır və həmin tarixi dövrün təfərrüatlarını məhz bilməmək səbəbindən irəli gəlir. Həmin təfərrüatlara varmadan, lakin 1920-1923-cü illər Dağlıq Qarabağ və Zəngəzur məsələsində Azərbaycan kommunist rəhbərliyinin üzləşdiyi vəziyyətin öz ordusuna malik müstəqil Cümhuriyyət hökumətindən də qat-qat ağır olduğunu vurğulamaqla,  oxucuları bir daha və dönə-dönə yüzlərlə sənədlər əsasında həmin hadisələri aybaay, günbəgün tədqiq etmiş və çox ciddi nəticələr ortaya qoymuş tarixçi alimlərimiz – İsmayıl Musayev, İlqar Niftəliyev, Kamran İsmayılovun əsərlərini oxumağa çağırıram. Bu əsərlər yalnız tarix elmi üçün yox, geniş mənada bu tarixi bilməli olan sizlər üçün yazılır, niyə oxumursunuz? Bu tədqiqatların heç olmasa bir qismi ilə tanışlıq bolşevik Rusiyasının hələ Aprel işğalından çox əvvəl Azərbaycanın Qarabağ, Zəngəzur, Naxçıvan ərazilərinin taleyini həll edərək onları müəyyən məqsədlər müqabilində daşnak Ermənistanına (daha sonra Sovet Ermənistanına) verdiyini, sonradan məhz Azərbaycan kommunistlərinin Nərimanov başda olmaqla, ciddi və israrlı etirazları qarşısında, yenə də müəyyən şərtlər daxilində onlarla hesablaşmaq məcburiyyətində qalaraq Dağlıq Qarabağı və Şərqi Zəngəzuru Azərbaycan tərkibində saxladıqları kimi bir çox həqiqətləri sizlərə açıqlayar.
   Eynilə  – Dövrün hadisələrinə Tarixilik prizmasından yanaşmaq və bu tarixi bilmək tələbi Rəsulzadə başda olmaqla Cümhuriyyət xadimlərini İrəvanın ermənilərə güzəştə gedilməsində qınayanlara da şamil olunur.
    Nərimanov-Rəsulzadə qarşıdurması sözü gedən diskussiyanın daha mürəkkəb, sərt və kəskin hissəsi idi ki, burada müzakirələrin artıq yalnız siyasi deyil, İdeoloji müstəvidə getməsi və məhz bu səbəbdən barışmaz xarakter alması amili vurğulanmalı və ilk növbədə təbii sayılmalıdır. Bu amilə də Tarixilik, Dövrü bilmək və Anlaşıqlı Yanaşma prinsiplərini tətbiq etmək mümkündürmü? Mümkündür! Elə isə ilk olaraq Nərimanov və Rəsulzadə şəxsiyyətlərinı siyasi fiqurlar kimi yetişdirən şərtləri və meyarları nəzərdən keçirək.
   Rəsulzadədən əvvəlki nəslə mənsub olan (14 il yaş fərqi) Nərimanov ictimai fəaliyyətə öz həmnəsilləri kimi XIX əsrin son onilliklərində maarifçi olaraq başlamış, savadsızlıq, cəhalət və nadanlıq içində boğulan xalqını ayıltmaq məqsədilə qiraət evləri açmış, ədəbi əsərlər, pyeslər, məqalələr yazmış, bu xalqın ən böyük ehtiyacını – sağlamlığını –  ödəmək üçün tibb sahəsində Universitet bitirmiş, həkim kimi ilk növbədə kasıb təbəqələrə xidmət etmiş, bütün bu fəaliyyəti, sadəliyi, fədakarlığı ilə müsəlman cəmiyyətində böyük nüfuz qazanmışdır. Lakin uzun və ardıcıl əmək tələb edən maarifçilik prosesinin tez bir zamanda nəzərə çarpan əməli nəticələrə gətirmədiyi qənaəti Nərimanovu bu məqsəd yolunda  digər vasitələr aramağa vadar edir. Beləliklə, yaşının artıq yetkin çağında, tanınmış ictimai xadim statusunda siyasət səhnəsinə gələn Nərimanov dövrün ən populyar sosial-demokrat ideya cərəyanına üstünlük verir, onun inqilabi yönümünü seçir, bütün ədəbi-publisistik istedadını və bacarığını bu ideyaların müsəlmanlar arasında təbliğinə və  ilk müsəlman inqilabi sosial-demokrat təşkilatların yaradılmasına (o cümlədən Cənubi azərbaycanlılar arasında) yönəldir,  1905-ci ildə bütün Rusiya ərazisini bürümüş və qonşu İrana da təsir etmiş inqilabi hərəkatlarda fəal iştirak edir, həbs olunur, adı çar Rusiyası siyasi idarəsinin və jandarmeriyasının təhlükəli şəxslər siyahısına salınır. 
     İnqilabi-təbliğatı fəaliyyətinin müəyyən mərhələsində beynəlxalq sosial-demokratiya hərəkatında gedən prosesləri və nəzəri diskussiyaları diqqətlə izləyən Nərimanov müstəmləkəçilik siyasətinin müstəmləkə xalqlara gətirdiyi üstünlüklər (maarifçilik, mədəniyyət, yerli kadrların yetişməsi və s.) məsələsində öz xalqının, xüsusilə daha çox ünsiyyətdə olduğu  kasıb və zəhmətkeş təbəqələrin maraqları baxımından II Sosialist İnternasionalının irəli sürdüyü bu tezisləri qəbul etmir. Özünün məhz müstəmləkə xalqının nümayəndəsi kimi çarizm rejimi daxilində mövcud imkanlardan faydalanaraq milli xadim kimi yetişməsi faktına rəğmən Nərimanov beynəlxalq sosial-demokratiyanın müstəmləkə xalqların inkişafı üçün təklif etdiyi təkamül yoluna deyil, “baltanı çarizmin kökünə vuran” bolşevizm ideyalarına üstünlük verir, onun sinfilik nəzəriyyəsini tam mənası ilə qəbul edir, dərd və ehtiyaclarına istər həkim, istər ictimai xadim kimi bu qədər yaxından bələd olduğu hüquqsuz, zəhmətkeş, məzlum kütlələrin əsarətdən inqilabi yolla birdəfəlik azad olmasını öz həyat amalı seçir. Məhz bu amal Nərimanovu sosialist inqilabının sənaye baxımından yüksək inkişaf etmiş ölkələrdə eyni vaxtda qalib gələ biləcəyi kimi marksist təliminə zidd, ayrıca götürülmüş, özü də geri qalmış aqrar bir ölkədə (Rusiyada) qələbəsini mümkün sayan  Lenin  partiyasına gətirir. Lakin bu ideologiya və onun uğrunda siyasi mübarizəni heç də inanclı leninçi bolşevik-kommunist kimi deyil, bir Şərq -  müstəmləkə xalqının inqilabçı nümayəndəsi kimi qəbul edən Nərimanov onu mənsub olduğu xalqın siyasi şüur və düşüncəsinə, daha sonra həyatına yeritmək üçün yollar arayır, “Şərqə hansı inqilabi şüarlarla getməli” mövzularında siyasi publisistika nümunələri yaradır, mətbuatda, o cümlədən 1915-ci ildə nəşrə başlayan Rəsulzadənin “Açıq söz” qəzetində dövrün digər intellektualları ilə birlikdə Azərbaycan xalqının gələcək azadlığı və müxtəlif inkişaf perspektivlərini müzakirə edir.
   Və... 1917-ci ilin fevralında  nə Nərimanovun daşıyıcısı olduğu  bolşevizm, nə də Rəsulzadənin bölüşdüyü milli ideologiya platformalarının hər hansı təsiri olmadan, I dünya müharibəsinin  hərbi-siyasi gedişatı və rus liberal-demokratiyasının mövqe üstünlüyü şəraitində Rusiyada çar monarxiyası devrilir. Rusiyanın müstəmləkə xalqları, o cümlədən  Azərbaycan xalqının öz müqəddəratını həll etmək məsələsində  müxtəlif ideoloji konsepsiyalardan çıxış edən siyasi liderlər qarşısında eyni dərəcədə böyük imkanlar açılır.
  Belə bir şəraitdə - siyasi mübarizənin yeni mərhələyə qalxdığı bir dövrdə  N.Nərimanovun illərini həsr etdiyi, az qala özünün “Şərqdə kommunizm” ideya cərəyanını yaratdığı bir siyasi platformadan birdən-birə Rəsulzadənin “Azərbaycan muxtariyyəti” şüarı altında sırf milli  dövlətçilik (Nərimanov üçün sinfi baxımdan “xan- bəy dövləti”) platformasına keçməsi perspektivi mümkün idimi?
   Təbii ki, Yox!  Eləsə isə ölümündən 100 il sonra belə, Nərimanovu hər hansı səviyyədə tanıyıb-tanımadığından asılı olmayaraq ona bu “təklifi” verən və bu səbəbdən qınayan bu günki  diskussiya iştirakçıları hansı məntiqdən çıxış edirlər?
   Əqidə adamı olmaqla  Nərimanovun hətta 1918-ci ilin faciəvi mart qırğınlarından sonra da belə bir addım atacağı heç bir cəhətdən mümkün deyildi. Əksinə,  Rusiyada artıq hakimiyyətə gəlmiş bolşevik hökumətinin Bakıda, daha sonra bütün Azərbaycanda  Sovet hakimiyyəti qurmaq tədbirlərində hələ Nərimanova hər hansı bir rol ayrılmasa da artıq Qafqaz mətbuatında  güc toplayan Şaumyan-Rəsulzadə qarşıdurmasının dərinləşərək müsəlman əhaliyə qarşı  milli qırğına apardığını görən Nərimanov bu proseslərə müdaxilə etmək qərarını verir. Beləliklə, Mart qırğınları ərəfəsində  Nərimanov bütün imkanları daxilində   gözlənilən faciənin qarşısını almaq üçün özünün  partiya nüfuzundan sona qədər istifadə etməyə,  Şaumyanа və d. məsləkdaşlarına təsir göstərib onları hərbi qarşıdurmadan çəkindirməyə çalışmış,  son nəticədə  buna nail ola bilməmiş, özü erməni silahlılarının təcavüzü təhlükəsi ilə üzləşmiş, elə  həmin günlərdə mart hadisələrinə – “vətəndaş müharibəsinin  milli qırğına çevrilməsi” şəklində düzgün qiymət vermiş, bu yolla müsəlman Şərqində Sovet hakimiyyəti qurmağı yanlış bir addım saymışdır. “Sovet quruculuğu” şüarı altında ilk növbədə zəhmətkeş müsəlman kütlələrinə qarşı milli zəmində aparılan qırğınları bilavasitə Sovet Rusiyası faktoru ilə deyil, erməni bolşeviklərin məqsədyönlü əməlləri ilə izah edən Nərimanov bu qənaətində yanılmırdı. Mart hadisələrinə son qoyulmasında məhz gürcü əsilli bolşevik Caparidzenin və qırğınların əsil mahiyyətini anlamış rus hərbi birləşmələrinin (36-cı Türküstan alayı) və əsasən eserlərdən ibarət  (sosialist-inqilabçılar) Xəzər Donanması dənizçilərinin həlledici rolundan Nərimanov sözsüz ki, xəbərdar idi. Bununla belə, baş verən faciələr, özünün bu hadisələrdə gücsüzlüyü,  yeni yaranan Bakı Kommunasında müsəlman bolşeviklərin hər hansı fəal  iştirakdan uzaqlaşdırılması və s. səbəblərdən keçirdiyi dərin ruhi və əsəb sarsıntıları onun səhhətində ciddi fəsadlar yaradır. 1918-ci ilin iyun ayında ağır vəziyyətdə xərək üstündə müalicə üçün Həştərxana aparılan Nərimanov Azərbaycana bir də  iki ildən sonra, 1920-ci il mayın 16-da qayıdacaq.
     Onun Vətəndə olmadığı bu iki il isə Azərbaycan tarixində Cümhuriyyət – Müsavat – Rəsulzadə dövrü adlanacaq...
                          Ardı var...
ДРУГИЕ НОВОСТИ
ВСЕ НОВОСТИ
13:34Bir daha Azərbaycan milli kimliyini okeanlara çıxarmaq istəyən balaca qara balığın taleyi haqqında…20:08Tərəddüdlü iran19:19Fələstin və İslam İnkişaf Bankı Fələstinin enerji sektorunun maliyyələşdirilməsi üçün 37 milyon ABŞ dolları dəyərində saziş imzalayıb18:56"FARS " ƏLİFBASI TACİKLƏRİN QƏDİM MİLLİ KİMLİYİNİ BƏRPA EDƏCƏK17:33İRAN TƏRANƏLƏRİ17:16Молчаливое свидетельство эпохи14:16Fələstinin Bakıdakı səfirliyinin bəyanatı08:01Welatparêzekî kurd ji Azirbêcanê08:17Когда рукопись становится практикой08:08Heydər Əliyev və Cənubi Azərbaycan problemi10:32“QALİB” İRAN19:04Fələstin Dövlətinin Azərbaycandakı səfirliyinin Nəkbə Anım Günü münasibəti ilə Bəyanatı10:35HEYDƏR ƏLİYEVİN MULTİKULTURALİZM VƏ TOLERANTLIQ İDEYALARI19:06Böyük Muğan-Suqovuşan Qurultayının 290 illiyi münasibətilə21:09SEPAH: BÖYÜK İDDİADAN BÖYÜK UĞURSUZLUĞA15:07XHAR – LƏZGİ OCAĞI15:05В интересах общей безопасности страны Центральной Азии налаживают связи с Афганистаном16:06Yadulla Kərimipur: İran üçün təhlükəli bir dəyişiklik barədə söhbət; ölkə daxilindən gözlənilməz bir təhlil15:44Война, религия и политика: напряженность в отношениях между Папой и Трампом11:30"Qarabağ", Milli futbol komandası və milli ideologiya17:08Avraham Şmuleviç: Budapeşte’deki Değişim Tiflis’i ve Güney Kafkasya’yı Nasıl Sarsabilir?16:58Неизбежная реальность евроатлантической обороны: без Турции это невозможно14:55XUZİSTANDA "SEPARATİST", ŞƏRQİ AZƏRBAYCANDA ŞAHPƏRƏST14:19Что происходит в Юго-Восточной Азии?18:24«Шеш кнафаим»: книга, потерянная по дороге18:17НЕКОТОРЫЕ ОСОБЕННОСТИ ПЕРЕВОДА ФРАЗЕОЛОГИЗМОВ12:29İran'dan Babül Mendeb uyarısı: Altı yönüne dikkat edin16:33YouTube-каналы «трех грандов» Турции по футболу — в первой двадцатке Европы16:23«Красная среда»: Праздник творения и начало жизни в езидской вере15:54Отменено празднование езидского нового года Чаршама Сор (Красная Среда) в храме Лалиш15:00Скрытая архитектура Торы: взгляд через схему (Часть I I I )12:23Risky Partnership09:06Iranın və ABŞ-ın "iki həftəlik qələbəsi" ,və ya tarixin bu günü18:53Rəhbər Xameneyinin başına nə gəldi?12:39Hazırki münaqişə dövründə İranda vətənpərvərlik təbliğatı10:53Седакъет Керимова : СА ХАХАДИЗ10:35Нисону — Песах10:30Евреи в Азербайджане это взаимоуважение и взаимодоверие11:03Fələstin Torpaq Gününün 50 illiyi18:36Fələstin Dövlətinin Azərbaycandakı səfirliyinin Mətbuat Açıqlaması13:06Скрытая архитектура Торы: взгляд через схему (Часть II)09:36Скрытая архитектура Торы: взгляд через схему (Часть I)13:29İranın Qafqazda nüfuz davası07:28Gülnara İnanc: Gürcü Toplumunun Birleştiricisi Olarak II. İlya18:38ილია II – როგორც ქართული საზოგადოების გამაერთიანებელი - გულნარა ინანჯი10:31Илия II как объединитель грузинского общества18:13ƏSL ACLIQ-RUHİ-MƏNƏVİ ACLIQDIR, CİSMANİ YOX.21:15İRAN İKİ CƏBHƏDƏ VURUŞUR21:06Война США-Израиля и Ирана: взгляд сквозь призму глобальной системы18:56От Claude до Starlink: цифровое оружие в войне между США, Израилем и Ираном12:13ФРАЗЕОЛОГИЯ КАК ОТРАЖЕНИЕ ЭТНОКУЛЬТУРОЛОГИЧЕСКИХ ОСОБЕННОСТЕЙ РУССКОГО, АЗЕРБАЙДЖАНСКОГО И ТАЛЫШСКОГО ЯЗЫКОВ15:07TRUMP İRANI VURACAQ YA VURMAYACAQ.14:57İki ənənənin dialektikası: Novruz və Ramazan16:49Узбекистан: красочное наследие традиционного костюма от прошлого к настоящему18:59Переписка и рукописи раввинов17:55İRAN"MİLLİ İNQİLAB"DAN SONRA NƏLƏR OLDU17:48Что означает NAVTEX Турции в Эгейском море?13:25İranda islahatçıların həbsi; təxribatçı müxalifətdən təcrid olunmuş müxalifətə keçid?15:08Турецкие ученые прибыли в Антарктиду в 10 раз14:59Qonşuların maraqları İranı tərkisilah etmək yox, rejimi dəyişməyi tələb edir.17:07ИСТОРИЧЕСКИЕ КОРНИ ИМПЕРСКОГО МЫШЛЕНИЯ В РОССИИ13:59Kahinəti təğdis kardə bey12:53Геополитические приоритеты США: Иран — это больше, чем просто Иран17:52Аба-Саво, Аба-Сава, Абас-Оба или Аба-Сово? (Часть II)17:48Аба-Саво, Аба-Сава, Абас-Оба или Аба-Сово? (часть I)17:42Дональд Трамп: «Гренландия — территория США с 2026 года»08:42Why Iran’s Protest Movement Cannot Succeed Without the Kurds08:37İRANDA NƏ BAŞ VERİR?16:25Эксперты провели параллели между вторжением США в Венесуэлу и планами Трампа на Гренландию11:49Кем были люди, бросившие вызов наследникам Чингисхана08:30"Лезгинка",Танхо Израилов и Игорь Моисеев: столкновение талантов19:33Movses Dasxurantsi or Movses Kalankatuatsi: who was the author of the «History of the Country of Aluank»?16:54Böyük Çillə-Qaraqış başladı15:58İRAN VƏ ZAMANIN İRONİYASI19:50Ханукои-Ханука17:54Энергетическая и дипломатическая активность в отношениях Турции и Туркменистана17:03IRAN ÜÇÜN ƏSAS MƏSƏLƏ: HİCAB YA HİCABSIZLIQ12:27Горские евреи и Эрец Исраэль в период британского мандата (1918-1948) Третий Этап Часть III12:16FARS DİLİ ÜÇÜN "XƏTƏR SOVUŞDU"18:11В Японии разработали новый метод «описание мыслей»15:54Горские евреи и Эрец Исраэль в период британского мандата (1918-1948)14:01Литовские татары в XVII-XX вв.09:03Əbülfəz Rəcəblinin talış dilinin leksikası kitabından (FRAZEOLOGİYA)08:59TOLIŞƏ ZIVONİ LEKSİKƏ PROFESSOR RƏCƏBİ ƏBULFƏZ FRAZEOLOQİYƏ10:57დავით ხოსიტაშვილის წიგნის “კლასიკური მუსიკის ჩაწერის ხელოვნების ასპექტები“ პრეზენტაცია14:57Bakıda “Ronahi” Kürd Mədəniyyət Mərkəzinin yaranmasının 35 illiyi qeyd olunub12:10TBİLİSİDƏ QAFQAZ KÜRDLƏRİNİN II ELMİ-PRAKTİKİ KONFRANSI KEÇİRİLİB08:52Паломники и Старый ишув Первый этап, часть II15:59Второй этап: горские евреи, сионизм и алия (репатриация) до Первой мировой войны - 1890 - 1914 годы ( Часть I)17:21Турция является одним из важнейших партнеров Срединного коридора16:34ترک ها در احادیث پیامبر16:24Рабби Иосиф бен Хаим Шур16:59Оша’на Рабба – Араво - ГIэрево16:46Страсти за Каспием17:38İrana növbəti hərbi hücum olacaqmı?14:29İRANIN QARA SENTYABRLARI20:00Azərbaycanda və Balkan ölkələrində multikulturalizm və tolerantlıq ənənələrinin müqayisəli təhlili.15:31Rza Pəhləvinin “Kuruş paktı” daxili analitikin mikroskopunda18:47В Баку прошел вечер, посвященный истории татар Азербайджана18:37ترک ها در احادیث پیامبر17:12Xameneinin müşaviri Azərbaycana xəbərdarlıq edib14:27İRAN RƏHBƏRİNİN NÜFUZSUZ MÜŞAVİRİ18:05Gökhan Güler: KKTC bayrağının Türk dünyasındaki nazlı yolculuğu18:59UEFA Şampiyonlar Ligi 3. Ön Eleme Turu Fenerbahçe-Feyenoord maçının psikolojik analizi (12 Ağustos 2025)16:31Запуск Зангезурского коридора увеличит энергетический потенциал Турции09:48CƏNUBİ AZƏRBAYCAN TƏHLÜKƏ DEYİL10:30AZƏRBAYCAN DEMOKRAT FIRQƏSININ MƏRAMNAMƏSİ08:35İRANLI MÜƏLLİF:"DƏRİN TƏƏSSÜF DOĞURUR VƏ ÇOX TƏHLÜKƏLİDİR".19:05Мовсес Дасхуранци или Мовсес Каганкатваци: кто был автором “Истории страны Агванк»?10:32İranın yeni və gözlənilməyən qonşusu12:54İranın Demokrat Türkmənləri: Ali Rəhbərin hakimiyyəti sosial həmrəyliyə mane olur12:51İranın Türkmənsəhra əyalətində türkmənlər arasındakı sosial fenomen haqqında07:50Новый баланс в Евразии и стратегическое положение Турции19:21Kafkasyada barışın önündeki engel11:53Дипломатия Трампа в Овальном кабинете: не стол переговоров, а распределение сил17:05UEFA Çempionlar liqası 3-cü seçmə Fənərbaxça-Feyenoord oyununun ( 12 avqust 2025) psixoloji təhlili17:48Обнародован текст «Соглашения о мире и установлении межгосударственных отношений» между Азербайджаном и Арменией13:37«DƏRBƏNDNAMƏ»LƏR HAQQINDA13:23Şamaxı rayonuna antropoloji ekspedisiyanın bəzi nəticələri haqqında (01-30 iyul 2025)18:13Keçmiş diplomat Abbas Məleki İran-İsrail müharibəsindən əvvəl müşahidə edilməli olan və edilməməli olanlar haqda15:21ТАВАТАР МАНИЙРИН МЕЛЕ18:51Что такое война.11:07BİR DAHA "LEZGİNKA" RƏQSİ HAQDA10:57QONAQPƏRVƏRLİK LƏZGİLƏRİN HƏYAT TƏRZİDİR23:54Эссе к письму 40 каббалиста Рабаша18:59Новый этап энергетического кризиса в Сирии: стратегическая роль Турции20:09Зангезурский коридор: новый геополитический баланс на Южном Кавказе?15:59Dodo İradə Məlikova haqqında bir neçə söz22:11საქართველო-თურქმენეთის თანამშრომლობა: ორმხრივი ურთიერთობების დინამიკა და პერსპექტივები22:02SABIR DINDARLIĞI19:18ЕТИМ ЭМИНАН ГУЬМБЕТ ХКАЖАЙ ЮГЪ15:33В Казахстане растет спрос на традиционный казахский напиток кымыз18:12В Казахстане состоялся фестиваль «Кумыс»14:12ABŞ dövlət katibi Marko Rubiodan vacib sözlər16:16Azərbaycanın iki siyasi təşkilatının İrandakı mövcud kritik vəziyyət və xüsusilə Azərbaycanın əyalətlərində ictimai sayıqlıq və təşkilatlanma ehtiyacı ilə bağlı birgə bəyanatı12:07В Азербайджане издана книга «Грузинский язык»11:33Azərbaycanda “Gürcü dili” kitabı nəşr olunub.18:49Израиль расценивает иранских азербайджанцев как своих союзников13:56Росток надежды20:36Израиль делает ставку на протестное настроение иранцев и на Рза Шаха Пехлеви14:15Güneş olmak istiyorum ,anne09:25ترک ها در احادیث پیامبر21:31İranın əsas elita dayağı erroziyaya uğrayır19:38По следам культурного наследия: стратегия Турции в отношении исторических артефактов18:29Трехсторонняя встреча Турция-Россия-Украина, направленная на прекращение российско-украинской войны завершилась17:05Prezidentlərin Laçın görüşü geosiyasi start nöqtəsidir09:24VƏHY TƏHKİYƏÇİSİNİN MÜƏLLİF “BİZ”İ09:08Каково значение Будапештской декларации ОТГ для ТРСК?20:04Bakıda “Əvəsor” folklor qrupunun 60 illiyinə həsr olunan “Talış folkloru konserti” keçirilib19:45В Стамбуле стартовал VII Фестиваль культуры этноспорта15:08Tehran hakimiyyəti təbrizlilərin çempionluğundan niyə təşvişə düşüb?14:15وقتی فوتبال هویت می‌شود؛ از تبریز تا مرکز13:35Traktor SC İran sistemini alt-üst edib tarixi çempionluğu qazandı13:26Tractor SC complete journey to upset Iran’s establishment and claim historic title07:36Günəş olmaq istəyirəm, ay ana, yaxud, arzular necə həyata keçir20:01İRANDA DEPUTATLAR NİYƏ TEZ-TEZ İMPİÇMENTƏ ƏL ATIRLAR17:22می‌خواهم خورشید باشم، مادر.17:13خلاقیت از بعد مادی و معنوی09:59HEYDƏR ƏLİYEV - MİLLİ MƏDƏNİYYƏT TARİXİMİZ16:23Сохранение уникальности каждого народа и содействие их диалогу через ознакомление с другими культурами и изучение их языка.18:20Карты в различных проекциях могут искажать восприятие мира, или Гренляндия меньше ,чем на карте19:18Про диктат родителей в Азербайджане20:41Изобретение караимов20:27Современные евреи-тюркофоны: караимы Крыма и Восточной Европы.20:09Rəsul Həmzətovun "Qorxuram"--"Tarsedəm" şeri talış dilində16:58Регионализация в Европе: трансформация «Инициативы трех морей»11:14АЗЕРБАЙДЖАНСКАЯ МЕНТАЛЬНОСТЬ: ОТ ЛИБЕРАЛИЗМА ДО КОНСЕРВАТИЗМА10:47Acıdan "zevk” alanlar16:03İran-ABŞ danışıqlarının üçüncü raundu Maskatda başa çatıb; Tehran danışıqların ciddiliyini vurğulayır15:59İki iranlı-israilli ekspert: Bəndər-Rəcai partlayışları İran rejimini ciddi şəkildə zəiflətdi15:43İranın dəniz ticarətinin onurğa sütunu qırılıb15:36Bəndər Abbasdakı partlayışların mənşəyi: “New York Times”-ın xəbəri və İran Müdafiə Nazirliyinin bəyanatı13:14REİNKARNASIYA VƏ KABBALA13:01Səməd Vurğun "Qəhrəmanın ölümü " _ "Qəhrəmani maq" şeri talış dilində06:51Nizami Gəncəvinin “Sənsiz” qəzəli talış dilində-“Be tı”16:21محمودی: هواداران تراکتور در دنیا بی‌همتا هستند/ ورزشگاه یادگار امام، بهشت فوتبال است18:29Армейский раввин и выжившие узники08:27Отношения Азербайджана и ТРСК: история и перспективы развития15:19Парфянское царство – государство иранцев-зороастрийцев в Иране и Центральной Азии11:45کسانی که از رنج "لذت می برند"18:25Orucun sosiologiyası: onlayn sorğunun statistik təhlili14:07Savaşsonrası psixoloji problemləri cəmiyyət birgə aşmalıdır15:26Təbrizdə Beşinci Milli Muğam Musiqi Festivalı keçirilib17:04Согдийцы и хорезмийцы - иранские оседлые народы доисламской Центральной Азии14:32Детские воспоминания о праздниках: евреи и славяне о Песахе14:12Xamneinin istefası üçün ictimai tələb artır20:22İranda Azərbaycan əleyhinə mövqelər davam edir12:08GENETİK İRQÇİLİK VƏ AŞIRI MİLLƏTÇİLİK10:59Dərddən "ləzzət" alanlar19:22Сумаляк — главное блюдо Новруза в Узбекистане12:16Urmidə nələr baş verib19:37Дорога слез. Ассирийцы и их эмиграция в XIX-XXI вв.13:02Нишалда - популярный десерт на Рамазан в Узбекистане15:21კვანტური ცნობიერების თეორია და კვანტური ფსიქოლოგია19:51Место встречи – бакинский бульвар19:41Кто такая Латифа аш-Шараа — первая леди Сирии?19:54Несторианское христианство и его распространение в Центральной и Внутренней Азии в эпоху Средневековья14:40İran Azərbaycanın dövlətçiliyini inkar edir15:41Интервью первого квантового психолога Азербайджана сайту Lent.az.18:20PEZEŞKİYAN HÖKUMƏTİ PREZİDENTİN ÖZ VƏDİNƏ ƏMƏL ETMƏSİNƏ İCAZƏ VERMƏDİ?
ОПРОС

Где будете встречать Новый год?


 
«    İyun 2026    »
B.e.Ç.a.ÇC.a.CŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930 
ГАЛЕРЕЯ