Ethnoglobus » ПРАЗДНИКИ, ОБРЯДЫ » İlaxır çərşənbədir, il tamam olur

İlaxır çərşənbədir, il tamam olur

image

AMEA Arxeologiya, Etnoqrafiya və Antropologiya

İnstitutunun aparıcı elmi işçisi, t.ü.f.d., dosent 

Bəhmən Fazil oğlu Əliyev


Azərbaycan etnoqrafiya elminin öyrəndiyi məsələlərdən biri xalq təqvimidir. Bu o qədər geniş və dərin mövzudur ki, araşdırdıqca yeni məsələlər ortaya çıxır, tədqiq etdikcə indiyədək öyrəndiklərinə başqa müstəvidə baxmağa başlayırsan. Astronomik proseslərdən qaynaqlanan xalq təqvimi insanları bir araya gətirən təsərrüfat həyatının, maddi və mənəvi mədəniyyətin bütövləşdiyi, birləşdiyi zaman və məkan kəsimidir. Bu geniş mövzudur, qısaca toxundum. 

Novruz bayramı ilə bağlı günlər, mərasimlər, atətlər və s. əslində xalq təqviminin tərkib hissəsidir. Zaman keçdikcə təsərrüfat həyatı, məişəti, inancları, inamları ilə zənginləşmiş, bayramlaşmış bir yaşam sistemidir, sadə həyatdan doğan yaşam fəlsəfəsidir. Azərbaycana qarşı düşmənçilik münasibət bəzləyən ölkələr və onların maraqlarına qulluq edən qruplar bu xalq təqviminin “Azərbaycanın olmadığı” haqqında uydurmalarla ortada meydan sulayırlar, bəziləri də bilməyərəkdən məişət səviyyəsində aparılan tora düşürlər. Məncə, ayıq-sayıq insanlarımız məişət səviyyəsində aparılan bu ideoloji təxribatın, təbliğatın fərqində olmalıdırlar, bəzən öz sözlərini deməli, bilməyərəkdən düşmən təbliğatına uyanları xəbərdar etməlidirlər. 

Heç sual vermisinizmi? Niyə donlara bürünmüş bəzi şəxslər maddi və mənəvi mədəniyyətimizin hansısa elementinin, qeyri-maddi irsimizin hansısa nümunəsinin Azərbaycanın olmadığını “sübuta yetirməyə” çalışırlar? Niyə bu istiqamətdə sistemli şəkildə təbliğat aparırlar? Niyə? Məqsəd-məramları nədir? Xalqın mənəvi dəyərlərini əlindən alıb beyinləri yumaq, pozmaq, milli   yaddaşımızı silmək istəyirlər. Məqsədləri isə milli yaddaşsız qalmış beyinlərə öz qondarma “alqoritmlərini” yazmaqdır.

Novruz bayramı dünyadakı azərbaycanlıları mənəvi baxımdan birləşdirən, ortaq dəyərləri paylaşan bir sistemdir. Ortaq dəyərlər sistemidir! Etnik mənsubiyyətindən, dini mənsubiyyətindən, hansı ölkədə yaşamasından asılı olmadan bütün azərbaycanlılar bu mənəvi dəyərlər sistemini paylaşır. Bu mənəvi birlik və dəyərlər sistemi isə çoxların qorxudur.

...Novruz təqvim sisteminin ən təntənəli günü İlaxır çərşənbədir. İndiyədək aparılmış etnoqrafik tədqiqatlar Cənubi və Şimali Azərbaycanda, bütün bölgələrimizdə son doğru çərşənbənin yalnız İlaxır Çərşənbə adlandırıldığını dönə-dönə təsdiqləyir. İlaxır Çərşənbənin “Torpaq çərşənbəsi” adlandırılaraq, ictimayi rəyə yeridilməsi qeyri-elmi olmaqla yanaşı, Azərbaycanın bayramlar, mərasimlər ənənəsini təhrif etmək deməkdir.

Səməd Vurğun poemalarının birində yazır

Axır çərşənbədir... İl tamam olur,

 Bu il kənd içində danışır hamı – 

At üstə gəlmişdir Novruz bayramı – 

Qulunlu at üstə... Bu bir muraddır. 

Qocalar deyir ki, bolluq keçəcək, 

Torpaq su yerinə şərbət içəcək. 

Odur ki, hamının ürəyi şaddır, 

Hamının arzusu, ümidi gülür, 

Üzündən, gözündən nurlar tökülür.

İlaxır çərşənbə, eləcə də Novruz bayramında maraqlı bir mərasim vardır. İnanca görə, ailənin üzvləri axşam yandırılan tonqalın üstündən hoppanmalı, bununla da köhnə ilin ağrı-acısından xilas olmalıdır, arınmalıdır.  Tonqalın üstündən tullanmaq şərti simvol sayılır, yəni insan həyatın sərtliklərinə dözərək, səbr edərək, ağrı-acısını geridə buraxır, gələcəyə, yaşayıb-yaratmağa ümidlə baxır. 

İnanca görə, dünyadan köçmüş babalarının ruhları ildə bir dəfə, İlaxır Çərşənbədə öz nəvə-nəticələrinə baş çəkməyə gəlirlər. Ata-baba ruhlarının gəlişinin vaxtı İlaxır çərşənbəyə düşür. İnsanlar böyük tonqallar qalayırlar ki, ətraf işığa qərq olsun, gecənin zülməti ərisin, ata-baba ruhları yurdlarını asanlıqla tapa bilsinlər. Əgər ruhlar görsələr ki, nəsilləri yaşayan evlərdə ocaqlar sönüb, elə başa düşərlər ki, qoyduqları adət-ənənələr unudulub, övladlarına qalan var-dövlət göyə sovrulub, hər şey məhv olub. Övladlarından küsərək qayıdıb gedərlər və bir də o tərəflərə gəlməzlər. Görsələr ki, ocaqlardan tüstü gəlmir, xörəklər bişirilmir, nəvə-nəticələri deyib-gülmürlər, ac-yalavacdırlar, küsülüdürlər, onda da inciyər və bir də oralarda görünməzlər. Məhz bu inama görə, İlaxır çərşənbə axşamı tonqallar qalanır, şənliklər keçirilir, umu-küsü aradan götürülür. 

İlaxır çərşənbə təmtərağı ilə digər çərşənbələrdən fərqlənir. Düzdür, əvvəlki çərşənbələrdə də “çərşənbə xonçası” tutulur, tonqal yandırılır və s. Amma İlaxır çərşənbənin növrağı xeyli zəngindir.

Soyuqdan, şaxtadan olmazın əzab-əziyyətini görmüş, məşəqqətini çəkmiş insan qışı yola saldığına sevinir, şadlığını bayram səviyyəsinə qaldırır. Bəzi bölgələrdə İlaxır Çərşənbənin təntənəsi Novruzu belə üstələyir. 

Bu çərşənbə mərasimləri sübh tezdən bulağa, çaya getməklə başlayır. İnsanlar bulaq başına, çay kənarına gələr, oradan su götürər, suyun üstündən atlanar, dərdini, arzusunu suya danışar və sudan dilək diləyərlər. 

Axır çərşənbənin gecə mərasimləri də təntənəli keçirilir. Tonqallar çatılır, od üstündən tullanılır, uşaqlar qohum-qonşuya üz tutur, evlərə torba atılır, qız-gəlinlər qulaq falına çıxırlar. Axır çərşənbədə evlərdə şam yandırılır, xonça düzəldilir. El-obada camaatın gur yığışdığı və yaşadığı yerlərdə yumurta döyüşdürülür, digər xalq oyunları keçirilir. İnsanlar məişətdə və təsərrüfatlarda köklü yeniliklər edirlər. Qız-gəlinlər ev-eşikdə təmizlik işləri görərlər. Ev-eşik silinib-təmizlənər, yorğan-döşək gün altına atılar, ev-eşikdə nə varsa suya çəkilər, qapı-baca açıq qoyular, evin havası dəyişilər.

Kişilər də həyət-bacada əsaslı işə başlayarlar. Bağ-bağata əl gəzdirilər, həyət-baca səliqə-sahmana salınar. Bağ-bağatda ağacların qol-budağı budanar, artıq nə varsa yandırılar, ağacların dibi bellənər. Axır çərşənbədə torpağa əlahiddə bir sevgi ilə qayğı göstərilər. Bağ-bağatda, əkin-biçin yerlərində torpaq daşlardan təmizlənər, əkin üçün yararlı yerlər əkilib hazırlanar. 

İlaxır Çərşənbə ilə bir sıra adətlər, ənənələr, sınamalar vardır: 

Azərbaycanda bir adət budur ki, həmin çərşənbə axşamında od üstündən üç və ya yeddi dəfə o yan – bu yana atlanar, bununla da insanlar köhnə ilin azar-bezarını, dərd-bəlalarını özlərindən qovub təzə ilə sağlam canla qədəm qoyacaqlarına, gələcək azar-bezardan qorunacaqlarına inanırlar. 

Axır çərşənbədə tonqal qalanması, plov dəmlənməsi, səməni, xonça, qapı pusma, şam yandırma, bayramlaşma, fala baxma və bir çox adət-ənənələr var.

İlaxır çərşənbənin maraqlı ayinlərindən biri də “Ağacqorxutma”dır. Bar verən ağac bardan qaldıqda deyirlər ki, çilləyə düşüb qısırlaşıb. Çərşənbə günü ağac sahibi əlinə balta alıb onun yanına gəlir və deyir: - Ey barsız, bəhərsiz ağac, sən mənim nəyimə lazımsan?! Kəsəcəyəm səni! - Belə deyib ağacın üstünə hücum çəkir. Baltanın küpüylə, ağzıyla ağacın gövdəsinə astaca vurub onu səksəndirir. Bu zaman başqa biri, daha çox el ağsaqqalı, balta vuranı tutub saxlayır və deyir: - A kişi, kəsmə ağacı. Mən onu zaminə götürürəm. İnanıram ki, qarşıdakı ildə o bar verəcək. - Bu vaxt evdəkilərdən ayağı sayalı, əli bərəkətli sayılan ağacın dibinə şərbət səpir, buraya noğul, nabat, qovurğa, səməni qoyur. Bağın bir küncündə çır-çırpı yandırıb tüstüsünü ağaclara verirlər ki, onlar xəstələnməsin, meyvələrinə qurd düşməsin. 

İlaxır çərşənbə gecəsində buğda, un çuvallarının, digər azuqə qablarının ağzı açıq saxlanılır. İnama görə, həmin gecədə bərəkət paylanılır. Əgər bu vaxt çuvalların, qabların ağzı bağlı olsa, onda evin bərəkət payı kəsilər.

İlaxır çərşənbədə iki almadan birinə nişan qoyulur. Sonra niyyət tutulub evdəkilərdən almalardan birini götürməsi istənilir. Əgər nişanlanmış alma götürülərsə, niyyət sahibi istəyinin hasil olacağına inanır. İlaxır çərşənbə gecəsində ərgən qızlar evin qapısında arxası həyətə sarı durub sağ ayaq başmaqlarını sağ əllə sağ çiyinlərindən arxaya atırlar. Sübh tezdən hamıdan erkən oyanıb başmağa baxırlar. Əgər başmağın burun tərəfi yola, daban tərəfi evə sarıdırsa, sahibi yaxın vaxtlarda xeyir xəbər eşidəcəyinə, ərə gedəcəyinə inanır.

İlaxır çərşənbə ilə bağlı bəzi falları diqqətinizə çatdırırıram:

Axır çərşənbə günü axşam çağı qonşuların qapısını sakitcə pusurlar. Qapıya yaxınlaşarkən eşidilən ilk sözü və ya bir neçə sözü yozub, bəxt haqqında müəyyən mülahizələr söyləyirlər. Məsələn, ilk eşidilən sözlər “işığı yandır”, “yaxşı olacaq” olarsa, il boyu hər şeyin yaxşı olacağı güman edilir. Əksinə, “söndür”, “viran qalsın” və bu kimi sözlər eşidiləndə pis tərəfə yozulur.

Axır çərşənbə gecəsində bir tərəfinə qırmızı, o biri tərəfinə qara qələm qoyulmuş yumurtanı axar suyun qırağında gizlədərlər. Niyyətin baş tutacaqsa, yumurtanın üstünə qırmızı, baş tutmayacaqsa qara xətt çəkilər.

Axır çərşənbə gecəsində kasaya bir az su töküb içərisinə bir ucuna pambıq dolanmış iki iynə salırlar. Əgər iynələr yaxınlaşarsa, ürəyində niyyət tutan adam tezliklə öz sevgilisinə qovuşacaqdır.

Axır çərşənbə gecəsində almanı, qabıqlarını qırmamaq şərtilə, bütöv soyub yeyirsən. Güzgünü həmin qabıqlarla bir yerdə başının altına qoyub yatsan qismətinə çıxacaq adamı görərsən.

Axır çərşənbə gecəsində iki dolça götürüb xəlvətcə birini manşırlayırsan. Dolçaların ikisini də bir uşağa verib suya göndərirsən. Ürəyində tutduğun qab dolu gələrsə, niyyətinə çatarsan.

Axır çərşənbə gecəsində qızlar arxası qapıya sarı durub, ayaqqabı tayı atarlar. Ayaqqabının burnu qapıya tərəf düşərsə, onu atan qız tezliklə ərə gedər.

Axır çərşənbə gecəsi hamıdan xəlvət bişirdiyin duzlu kökəni yeyib yatırsan. Həmin gecə yuxuda susayanda, qismətin olacaq oğlan sənə su verər.

İnama görə, bu çərşənbədə torpaq artıq əkinə hazır olur və ona toxum səpmək olar. 

Novruzlu günlərdə, xüsusilə İlaxır çərşənbə günü tamaşalar göstərmək də qədim vaxtlardan gəlir. 

“Xanbəzəmə” oyun “Xan-xan”, “Xan oyunu”, “Xan yaratdı”, “Şahbəzəmə”, “Şah-şahı” və s. adlarla məzmun oxşarlığına, icra tərzinə görə, müxtəlif variantlarda indi də oynanılır.

“Məsmayıl” oyunu ildə bir dəfə - İlaxır çərşənbənin axşamı icra olunur. Elin-obanın qız-gəlinləri, cavanları niyyət tutub kəndin ən yaşlı ağbirçəyi olan nənənin evinə toplaşırlar. Dünyagörmüş nənə də iri mis qazanı dupduru su ilə doldurub ağzını da ağ süfrə ilə qapayır. Məsmayıla gələn qız-gəlinlər ürəklərindəki arzu və niyyətlərin həyata keçməsi üçün bir daha dua edib gətirdikləri sancağı, muncuğu, sırğanı, üzüyü özlərinin nişanəsi kimi su dolu qazana atarlar. Bu mərasimdə gənc oğlanlar da iştirak edə bilər. Oyun başlayır, ilk bayatını ağbirçək nənə özü deyir. İnanca görə, hər deyilən bayatıdan sonra nənə əlini qazana salıb qarışdırır və içərisindən təxmini üzük, sırğa, sancaq, muncuq çıxarır. Çıxan nişanə kimindirsə bayatının mənası da onun qismətinə yozulur. Bayatılar da əsasən arzuların, ümidlərin doğrulacağını, həyata keçəcəyini, sevgililərin bir-birinə qovuşacağını ifadə edir.

Əzizinəm düzə gəl,

Çəmənə gəl, düzə gəl,

Döyüb qonşu qapısın,

Çaşıb elə bizə gəl.

Dəvə gəlir enişdən,

Topuğunacan gümüşdən

Bizə də bir pay düşə,

Xurcundakı yemişdən.

Oyun üç dəfə təkrar olunur, qazan üç dəfə dolub-boşalır. Sonda cavanlar həmin suda ucuna pambıq bərkidilmiş iynə qaçırdırlar. İynənin biri sevən oğlanı, o biri də qızı ifadə edir. Bir-birini qovan iynələr qovuşursa, bu da sevənlərin bir-birinə qovuşacağına işarə kimi yozulur. Mərasim sona yetəndə ağbirçək nənə mis qazandakı suyu dirilik, azar-bezardan qurtuluş rəmzi kimi camaatın üzünə çiləyir və “üzünüzə aydınlıq” deyir.

İlaxır çərşənbənin ən məşhur mərasimi “Vəsfi-hal”dır.

 Göydə ulduz olaydım,

 Can gülüm, can, can!

 “Vəsfi-hal” mərasimində iştirak edənlər aralığa “dilək tası” adlanan su ilə dolu badya qoyaraq ora üzük, sırğa, sancaq, iynə və s. salıb, ağ yaylığı badyanın üstünə salaraq oxumuşlar:

Araz axar burular,

    Can gülüm, can-can!

Suyu daşda durular,

       Can gülüm, can-can!

Ürəkdə arzun olsa,

Sənə də toy qurular,

       Can gülüm, can-can!

     Can gülüm, can-can!

İlaxır çərşənbə gecəsində tamamilə “Vəsfi-hal”a oxşayan bir falaçma da vardır ki, bu, “Kuzə falı” adlanır. Amma “Kuzə falı”nda qızlar yox, yalnız gəlinlər, oğul-uşaq böyütmüş qadınlar iştirak edirlər. Onlar bir evə toplaşıb ortalığa ağzı enli bir kuzə qoyurlar. Kuzənin içinə hər kəs sancaq, oymaq, üzük, sırğa, iynə, düymə və s. atır. İştirakçılardan bir nəfər kuzəni aparıb bulaq, çay, göl suyu ilə doldurub gətirir. Kuzənin ağzına güzgü qoyurlar. Sabahısı gün tezdən nişan sahibləri kuzə olan evə gəlirlər. Bir balaca qız uşağı güzgünü qaldıraraq əlini kuzəyə salıb nişanlardan çıxarır. Burada daha çox söz-nəğmə bilən qadın nişan çıxaran qıza baxmadan, eynən “Vəsfi-hal”dakı nəğmələrdən oxuyur. Nişan sahibi bu sözləri ürəyində tutduğu niyyətə uyğun yozur.

Axır çərşənbə və Novruzda səhər, gün çıxmamışdan qabaq axar suyun üstündən tullanar, evə təzə su gətirərlər. Sübh o başdan axar suya, bulağa gedər (buna bəzi bölgələrdə “Novbaş” dəyirlər), əl-üzlərini yuyar, bir-birinin üstünə su çiləyər, çillə kəsdirərlər. Bu, mübarək sudur; suyun müqəddəsliyini, qüdrətini tərənnüm edən nəğmələr oxuyar, müxtəlif oyun və əyləncələr icra edərlər. 

Ürəklərdə neçə-neçə dilək tutan qız-gəlinlər, cavan oğlanlar, ahıllar niyyət eləyib su üstündən tullanar, “ağırlıqlarını suya tökər”, çillə kəsdirərdilər. Hamı təzə sudan - İlaxır suyundan gətirib evə, qapı-bacaya, həyətə, tövləyə, bərəkət təknəsi təndirə, xırmana, dəyirmana səpər. Belədə il ruzulu olar, bərəkət artar. 

İlaxır çərşənbə mahiyyət baxımından bütün çərşənbələrin ümumiləşdirilmiş - yekunlaşdırıcı şənliyidir. Bununla da köhnə ilin yola salınması və Novruzun qarşılanması məhz ilin axırıncı çərşənbəsinə həvalə olunur.

Allah şəhidlərimizə rəhmət eləsin, qazilərimizə can sağlığı, şəfa versin. Onların qanları, canları hesabına, qəhrəmanlığı, igidliyi hesabına torpaqlarımızı qaytarmışıq.  Dua edək ki, işğaldan azad olunmuş torpaqlarımızda bərpa-quruculuq işləri elə bir vüsət alsın ki, otuz ilin işini iki-üç ilə qurtaraq. Səfərbər olub bütün çətinliklərin öhdəsindən gələk, vətənimizin güclənməsi üçün daha da əzmkar, mübariz olaq. 

İlaxır Çərşənbəniz mübarək olsun!

ДРУГИЕ НОВОСТИ
ВСЕ НОВОСТИ
18:56"FARS " ƏLİFBASI TACİKLƏRİN QƏDİM MİLLİ KİMLİYİNİ BƏRPA EDƏCƏK17:33İRAN TƏRANƏLƏRİ17:16Молчаливое свидетельство эпохи14:16Fələstinin Bakıdakı səfirliyinin bəyanatı08:01Welatparêzekî kurd ji Azirbêcanê08:17Когда рукопись становится практикой08:08Heydər Əliyev və Cənubi Azərbaycan problemi10:32“QALİB” İRAN19:04Fələstin Dövlətinin Azərbaycandakı səfirliyinin Nəkbə Anım Günü münasibəti ilə Bəyanatı10:35HEYDƏR ƏLİYEVİN MULTİKULTURALİZM VƏ TOLERANTLIQ İDEYALARI19:06Böyük Muğan-Suqovuşan Qurultayının 290 illiyi münasibətilə21:09SEPAH: BÖYÜK İDDİADAN BÖYÜK UĞURSUZLUĞA15:07XHAR – LƏZGİ OCAĞI15:05В интересах общей безопасности страны Центральной Азии налаживают связи с Афганистаном16:06Yadulla Kərimipur: İran üçün təhlükəli bir dəyişiklik barədə söhbət; ölkə daxilindən gözlənilməz bir təhlil15:44Война, религия и политика: напряженность в отношениях между Папой и Трампом11:30"Qarabağ", Milli futbol komandası və milli ideologiya17:08Avraham Şmuleviç: Budapeşte’deki Değişim Tiflis’i ve Güney Kafkasya’yı Nasıl Sarsabilir?16:58Неизбежная реальность евроатлантической обороны: без Турции это невозможно14:55XUZİSTANDA "SEPARATİST", ŞƏRQİ AZƏRBAYCANDA ŞAHPƏRƏST14:19Что происходит в Юго-Восточной Азии?18:24«Шеш кнафаим»: книга, потерянная по дороге18:17НЕКОТОРЫЕ ОСОБЕННОСТИ ПЕРЕВОДА ФРАЗЕОЛОГИЗМОВ12:29İran'dan Babül Mendeb uyarısı: Altı yönüne dikkat edin16:33YouTube-каналы «трех грандов» Турции по футболу — в первой двадцатке Европы16:23«Красная среда»: Праздник творения и начало жизни в езидской вере15:54Отменено празднование езидского нового года Чаршама Сор (Красная Среда) в храме Лалиш15:00Скрытая архитектура Торы: взгляд через схему (Часть I I I )12:23Risky Partnership09:06Iranın və ABŞ-ın "iki həftəlik qələbəsi" ,və ya tarixin bu günü18:53Rəhbər Xameneyinin başına nə gəldi?12:39Hazırki münaqişə dövründə İranda vətənpərvərlik təbliğatı10:53Седакъет Керимова : СА ХАХАДИЗ10:35Нисону — Песах10:30Евреи в Азербайджане это взаимоуважение и взаимодоверие11:03Fələstin Torpaq Gününün 50 illiyi18:36Fələstin Dövlətinin Azərbaycandakı səfirliyinin Mətbuat Açıqlaması13:06Скрытая архитектура Торы: взгляд через схему (Часть II)09:36Скрытая архитектура Торы: взгляд через схему (Часть I)13:29İranın Qafqazda nüfuz davası07:28Gülnara İnanc: Gürcü Toplumunun Birleştiricisi Olarak II. İlya18:38ილია II – როგორც ქართული საზოგადოების გამაერთიანებელი - გულნარა ინანჯი10:31Илия II как объединитель грузинского общества18:13ƏSL ACLIQ-RUHİ-MƏNƏVİ ACLIQDIR, CİSMANİ YOX.21:15İRAN İKİ CƏBHƏDƏ VURUŞUR21:06Война США-Израиля и Ирана: взгляд сквозь призму глобальной системы18:56От Claude до Starlink: цифровое оружие в войне между США, Израилем и Ираном12:13ФРАЗЕОЛОГИЯ КАК ОТРАЖЕНИЕ ЭТНОКУЛЬТУРОЛОГИЧЕСКИХ ОСОБЕННОСТЕЙ РУССКОГО, АЗЕРБАЙДЖАНСКОГО И ТАЛЫШСКОГО ЯЗЫКОВ15:07TRUMP İRANI VURACAQ YA VURMAYACAQ.14:57İki ənənənin dialektikası: Novruz və Ramazan16:49Узбекистан: красочное наследие традиционного костюма от прошлого к настоящему18:59Переписка и рукописи раввинов17:55İRAN"MİLLİ İNQİLAB"DAN SONRA NƏLƏR OLDU17:48Что означает NAVTEX Турции в Эгейском море?13:25İranda islahatçıların həbsi; təxribatçı müxalifətdən təcrid olunmuş müxalifətə keçid?15:08Турецкие ученые прибыли в Антарктиду в 10 раз14:59Qonşuların maraqları İranı tərkisilah etmək yox, rejimi dəyişməyi tələb edir.17:07ИСТОРИЧЕСКИЕ КОРНИ ИМПЕРСКОГО МЫШЛЕНИЯ В РОССИИ13:59Kahinəti təğdis kardə bey12:53Геополитические приоритеты США: Иран — это больше, чем просто Иран17:52Аба-Саво, Аба-Сава, Абас-Оба или Аба-Сово? (Часть II)17:48Аба-Саво, Аба-Сава, Абас-Оба или Аба-Сово? (часть I)17:42Дональд Трамп: «Гренландия — территория США с 2026 года»08:42Why Iran’s Protest Movement Cannot Succeed Without the Kurds08:37İRANDA NƏ BAŞ VERİR?16:25Эксперты провели параллели между вторжением США в Венесуэлу и планами Трампа на Гренландию11:49Кем были люди, бросившие вызов наследникам Чингисхана08:30"Лезгинка",Танхо Израилов и Игорь Моисеев: столкновение талантов19:33Movses Dasxurantsi or Movses Kalankatuatsi: who was the author of the «History of the Country of Aluank»?16:54Böyük Çillə-Qaraqış başladı15:58İRAN VƏ ZAMANIN İRONİYASI19:50Ханукои-Ханука17:54Энергетическая и дипломатическая активность в отношениях Турции и Туркменистана17:03IRAN ÜÇÜN ƏSAS MƏSƏLƏ: HİCAB YA HİCABSIZLIQ12:27Горские евреи и Эрец Исраэль в период британского мандата (1918-1948) Третий Этап Часть III12:16FARS DİLİ ÜÇÜN "XƏTƏR SOVUŞDU"18:11В Японии разработали новый метод «описание мыслей»15:54Горские евреи и Эрец Исраэль в период британского мандата (1918-1948)14:01Литовские татары в XVII-XX вв.09:03Əbülfəz Rəcəblinin talış dilinin leksikası kitabından (FRAZEOLOGİYA)08:59TOLIŞƏ ZIVONİ LEKSİKƏ PROFESSOR RƏCƏBİ ƏBULFƏZ FRAZEOLOQİYƏ10:57დავით ხოსიტაშვილის წიგნის “კლასიკური მუსიკის ჩაწერის ხელოვნების ასპექტები“ პრეზენტაცია14:57Bakıda “Ronahi” Kürd Mədəniyyət Mərkəzinin yaranmasının 35 illiyi qeyd olunub12:10TBİLİSİDƏ QAFQAZ KÜRDLƏRİNİN II ELMİ-PRAKTİKİ KONFRANSI KEÇİRİLİB08:52Паломники и Старый ишув Первый этап, часть II15:59Второй этап: горские евреи, сионизм и алия (репатриация) до Первой мировой войны - 1890 - 1914 годы ( Часть I)17:21Турция является одним из важнейших партнеров Срединного коридора16:34ترک ها در احادیث پیامبر16:24Рабби Иосиф бен Хаим Шур16:59Оша’на Рабба – Араво - ГIэрево16:46Страсти за Каспием17:38İrana növbəti hərbi hücum olacaqmı?14:29İRANIN QARA SENTYABRLARI20:00Azərbaycanda və Balkan ölkələrində multikulturalizm və tolerantlıq ənənələrinin müqayisəli təhlili.15:31Rza Pəhləvinin “Kuruş paktı” daxili analitikin mikroskopunda18:47В Баку прошел вечер, посвященный истории татар Азербайджана18:37ترک ها در احادیث پیامبر17:12Xameneinin müşaviri Azərbaycana xəbərdarlıq edib14:27İRAN RƏHBƏRİNİN NÜFUZSUZ MÜŞAVİRİ18:05Gökhan Güler: KKTC bayrağının Türk dünyasındaki nazlı yolculuğu18:59UEFA Şampiyonlar Ligi 3. Ön Eleme Turu Fenerbahçe-Feyenoord maçının psikolojik analizi (12 Ağustos 2025)16:31Запуск Зангезурского коридора увеличит энергетический потенциал Турции09:48CƏNUBİ AZƏRBAYCAN TƏHLÜKƏ DEYİL10:30AZƏRBAYCAN DEMOKRAT FIRQƏSININ MƏRAMNAMƏSİ08:35İRANLI MÜƏLLİF:"DƏRİN TƏƏSSÜF DOĞURUR VƏ ÇOX TƏHLÜKƏLİDİR".19:05Мовсес Дасхуранци или Мовсес Каганкатваци: кто был автором “Истории страны Агванк»?10:32İranın yeni və gözlənilməyən qonşusu12:54İranın Demokrat Türkmənləri: Ali Rəhbərin hakimiyyəti sosial həmrəyliyə mane olur12:51İranın Türkmənsəhra əyalətində türkmənlər arasındakı sosial fenomen haqqında07:50Новый баланс в Евразии и стратегическое положение Турции19:21Kafkasyada barışın önündeki engel11:53Дипломатия Трампа в Овальном кабинете: не стол переговоров, а распределение сил17:05UEFA Çempionlar liqası 3-cü seçmə Fənərbaxça-Feyenoord oyununun ( 12 avqust 2025) psixoloji təhlili17:48Обнародован текст «Соглашения о мире и установлении межгосударственных отношений» между Азербайджаном и Арменией13:37«DƏRBƏNDNAMƏ»LƏR HAQQINDA13:23Şamaxı rayonuna antropoloji ekspedisiyanın bəzi nəticələri haqqında (01-30 iyul 2025)18:13Keçmiş diplomat Abbas Məleki İran-İsrail müharibəsindən əvvəl müşahidə edilməli olan və edilməməli olanlar haqda15:21ТАВАТАР МАНИЙРИН МЕЛЕ18:51Что такое война.11:07BİR DAHA "LEZGİNKA" RƏQSİ HAQDA10:57QONAQPƏRVƏRLİK LƏZGİLƏRİN HƏYAT TƏRZİDİR23:54Эссе к письму 40 каббалиста Рабаша18:59Новый этап энергетического кризиса в Сирии: стратегическая роль Турции20:09Зангезурский коридор: новый геополитический баланс на Южном Кавказе?15:59Dodo İradə Məlikova haqqında bir neçə söz22:11საქართველო-თურქმენეთის თანამშრომლობა: ორმხრივი ურთიერთობების დინამიკა და პერსპექტივები22:02SABIR DINDARLIĞI19:18ЕТИМ ЭМИНАН ГУЬМБЕТ ХКАЖАЙ ЮГЪ15:33В Казахстане растет спрос на традиционный казахский напиток кымыз18:12В Казахстане состоялся фестиваль «Кумыс»14:12ABŞ dövlət katibi Marko Rubiodan vacib sözlər16:16Azərbaycanın iki siyasi təşkilatının İrandakı mövcud kritik vəziyyət və xüsusilə Azərbaycanın əyalətlərində ictimai sayıqlıq və təşkilatlanma ehtiyacı ilə bağlı birgə bəyanatı12:07В Азербайджане издана книга «Грузинский язык»11:33Azərbaycanda “Gürcü dili” kitabı nəşr olunub.18:49Израиль расценивает иранских азербайджанцев как своих союзников13:56Росток надежды20:36Израиль делает ставку на протестное настроение иранцев и на Рза Шаха Пехлеви14:15Güneş olmak istiyorum ,anne09:25ترک ها در احادیث پیامبر21:31İranın əsas elita dayağı erroziyaya uğrayır19:38По следам культурного наследия: стратегия Турции в отношении исторических артефактов18:29Трехсторонняя встреча Турция-Россия-Украина, направленная на прекращение российско-украинской войны завершилась17:05Prezidentlərin Laçın görüşü geosiyasi start nöqtəsidir09:24VƏHY TƏHKİYƏÇİSİNİN MÜƏLLİF “BİZ”İ09:08Каково значение Будапештской декларации ОТГ для ТРСК?20:04Bakıda “Əvəsor” folklor qrupunun 60 illiyinə həsr olunan “Talış folkloru konserti” keçirilib19:45В Стамбуле стартовал VII Фестиваль культуры этноспорта15:08Tehran hakimiyyəti təbrizlilərin çempionluğundan niyə təşvişə düşüb?14:15وقتی فوتبال هویت می‌شود؛ از تبریز تا مرکز13:35Traktor SC İran sistemini alt-üst edib tarixi çempionluğu qazandı13:26Tractor SC complete journey to upset Iran’s establishment and claim historic title07:36Günəş olmaq istəyirəm, ay ana, yaxud, arzular necə həyata keçir20:01İRANDA DEPUTATLAR NİYƏ TEZ-TEZ İMPİÇMENTƏ ƏL ATIRLAR17:22می‌خواهم خورشید باشم، مادر.17:13خلاقیت از بعد مادی و معنوی09:59HEYDƏR ƏLİYEV - MİLLİ MƏDƏNİYYƏT TARİXİMİZ16:23Сохранение уникальности каждого народа и содействие их диалогу через ознакомление с другими культурами и изучение их языка.18:20Карты в различных проекциях могут искажать восприятие мира, или Гренляндия меньше ,чем на карте19:18Про диктат родителей в Азербайджане20:41Изобретение караимов20:27Современные евреи-тюркофоны: караимы Крыма и Восточной Европы.20:09Rəsul Həmzətovun "Qorxuram"--"Tarsedəm" şeri talış dilində16:58Регионализация в Европе: трансформация «Инициативы трех морей»11:14АЗЕРБАЙДЖАНСКАЯ МЕНТАЛЬНОСТЬ: ОТ ЛИБЕРАЛИЗМА ДО КОНСЕРВАТИЗМА10:47Acıdan "zevk” alanlar16:03İran-ABŞ danışıqlarının üçüncü raundu Maskatda başa çatıb; Tehran danışıqların ciddiliyini vurğulayır15:59İki iranlı-israilli ekspert: Bəndər-Rəcai partlayışları İran rejimini ciddi şəkildə zəiflətdi15:43İranın dəniz ticarətinin onurğa sütunu qırılıb15:36Bəndər Abbasdakı partlayışların mənşəyi: “New York Times”-ın xəbəri və İran Müdafiə Nazirliyinin bəyanatı13:14REİNKARNASIYA VƏ KABBALA13:01Səməd Vurğun "Qəhrəmanın ölümü " _ "Qəhrəmani maq" şeri talış dilində06:51Nizami Gəncəvinin “Sənsiz” qəzəli talış dilində-“Be tı”16:21محمودی: هواداران تراکتور در دنیا بی‌همتا هستند/ ورزشگاه یادگار امام، بهشت فوتبال است18:29Армейский раввин и выжившие узники08:27Отношения Азербайджана и ТРСК: история и перспективы развития15:19Парфянское царство – государство иранцев-зороастрийцев в Иране и Центральной Азии11:45کسانی که از رنج "لذت می برند"18:25Orucun sosiologiyası: onlayn sorğunun statistik təhlili14:07Savaşsonrası psixoloji problemləri cəmiyyət birgə aşmalıdır15:26Təbrizdə Beşinci Milli Muğam Musiqi Festivalı keçirilib17:04Согдийцы и хорезмийцы - иранские оседлые народы доисламской Центральной Азии14:32Детские воспоминания о праздниках: евреи и славяне о Песахе14:12Xamneinin istefası üçün ictimai tələb artır20:22İranda Azərbaycan əleyhinə mövqelər davam edir12:08GENETİK İRQÇİLİK VƏ AŞIRI MİLLƏTÇİLİK10:59Dərddən "ləzzət" alanlar19:22Сумаляк — главное блюдо Новруза в Узбекистане12:16Urmidə nələr baş verib19:37Дорога слез. Ассирийцы и их эмиграция в XIX-XXI вв.13:02Нишалда - популярный десерт на Рамазан в Узбекистане15:21კვანტური ცნობიერების თეორია და კვანტური ფსიქოლოგია19:51Место встречи – бакинский бульвар19:41Кто такая Латифа аш-Шараа — первая леди Сирии?19:54Несторианское христианство и его распространение в Центральной и Внутренней Азии в эпоху Средневековья14:40İran Azərbaycanın dövlətçiliyini inkar edir15:41Интервью первого квантового психолога Азербайджана сайту Lent.az.18:20PEZEŞKİYAN HÖKUMƏTİ PREZİDENTİN ÖZ VƏDİNƏ ƏMƏL ETMƏSİNƏ İCAZƏ VERMƏDİ?18:49Достигнуто соглашение между BOTAŞ и Туркменгаз о поставках туркменского газа в Турцию18:38İransayağı obyektivlik11:39Позиция Трампа повысит роль Турции в вопросе укрепления обороны в Европе
САМОЕ ЧИТАЕМОЕ
  1. Yadulla Kərimipur: İran üçün təhlükəli bir dəyişiklik barədə söhbət; ölkə daxilindən gözlənilməz bir təhlil
  2. НЕКОТОРЫЕ ОСОБЕННОСТИ ПЕРЕВОДА ФРАЗЕОЛОГИЗМОВ
  3. HEYDƏR ƏLİYEVİN MULTİKULTURALİZM VƏ TOLERANTLIQ İDEYALARI
  4. "Qarabağ", Milli futbol komandası və milli ideologiya
  5. «Шеш кнафаим»: книга, потерянная по дороге
  6. Что происходит в Юго-Восточной Азии?
  7. Когда рукопись становится практикой
  8. Welatparêzekî kurd ji Azirbêcanê
  9. Böyük Muğan-Suqovuşan Qurultayının 290 illiyi münasibətilə
  10. XUZİSTANDA "SEPARATİST", ŞƏRQİ AZƏRBAYCANDA ŞAHPƏRƏST
  11. Avraham Şmuleviç: Budapeşte’deki Değişim Tiflis’i ve Güney Kafkasya’yı Nasıl Sarsabilir?
  12. SEPAH: BÖYÜK İDDİADAN BÖYÜK UĞURSUZLUĞA
  13. Неизбежная реальность евроатлантической обороны: без Турции это невозможно
  14. Молчаливое свидетельство эпохи
  15. В интересах общей безопасности страны Центральной Азии налаживают связи с Афганистаном
  16. Heydər Əliyev və Cənubi Azərbaycan problemi
  17. İran'dan Babül Mendeb uyarısı: Altı yönüne dikkat edin
  18. XHAR – LƏZGİ OCAĞI
  19. İRAN TƏRANƏLƏRİ
  20. Война, религия и политика: напряженность в отношениях между Папой и Трампом
  21. Fələstin Dövlətinin Azərbaycandakı səfirliyinin Nəkbə Anım Günü münasibəti ilə Bəyanatı
  22. “QALİB” İRAN
  23. Fələstinin Bakıdakı səfirliyinin bəyanatı
  24. "FARS " ƏLİFBASI TACİKLƏRİN QƏDİM MİLLİ KİMLİYİNİ BƏRPA EDƏCƏK
ОПРОС

Где будете встречать Новый год?


 
«    İyun 2026    »
B.e.Ç.a.ÇC.a.CŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930 
ГАЛЕРЕЯ