Ethnoglobus » АНАЛИТИКА » Açıq və gizli niyyətli İran

Açıq və gizli niyyətli İran

image

Photograph: Atta Kenare/AFP/Getty Images

Son vaxtlar İranın regional siyasətinin əsas istiqamətləri sırasında Qafqaz ölkələri ilə bağlı müddəalar ön sıraya keçib. Azərbaycanın Vətən müharibəsində işğalçı Ermənistanı məğlub edərək ərazi bütövlüyünü bərpa etməsinin Cənubi Qafqazda yaratdığı yeni reallıqlar İranın ölkəmizə qarşı siyasətində anlaşılmaz və zərərli nüanslar aşkara çıxarıb. 


Sözdə Azərbaycanla ortaq dəyərlərdən, dostluq münasibətlərindən dəm vuran bu ölkənin rəhbərliyi təcavüzkar Ermənistanla hərtərəfli iş birliyi yaratmaqla ölkəmizə qarşı revanşist əhvalı qızışdırmaqda davam edir. Bu gedişat İranın Azərbaycanla bağlı siyasətini müxtəlif səviyyələrdə – ilk növbədə, tarixi, diplomatik, elmi-nəzəri və media platformalarında yenidən nəzərdən keçirməyi zəruriləşdirir. 
AMEA Şərqşünaslıq İnstitutu Güney Azərbaycan şöbəsinin müdiri Səməd Bayramzadə bütün bunlar barədə qəzetimizə açıqlamasında bildirdi:
– İranın Azərbaycanla münasibətləri və əlaqələri xüsusi cəhətləri ilə fərqlənir. Bu da anlaşılandır. Belə ki, 1813 və ­1828-ci illərdə Rusiya İmperiyası ilə İran arasında müvafiq olaraq imzalanmış Gülüstan və Türkmənçay müqavilələrinə görə Azərbaycan və azərbaycanlılar iki ölkə arasında bölünmüş oldu. Qeyd edilməlidir ki, etnik azərbaycanlıların böyük əksəriyyəti İran ərazisində yaşayırlar. Müxtəlif mənbələrdə və mütəxəssislər tərəfindən İranda yaşayan Azərbaycan türklərinin sayı 30–35 milyon nəfər arasında göstərilir. İranın keçmiş xarici işlər naziri 
Ə. Salehi 2012-ci il Ankarada səfərdə olarkən 75 milyon nəfər əhalisi olan İranda yaşayan azərbaycanlıların ölkə əhalisinin 40 faizini – 30 milyon nəfər təşkil etdiyini bildirmişdi.
İranda azərbaycanlıları və farsları yalnız ərazi deyil, eyni zamanda, din birliyi də yaxınlaşdırır. Belə ki, eyni dinə etiqad edən həm azərbaycanlı, həm də farsların adət-ənənələrində, təbii ki, oxşar cəhətlər formalaşmışdır. Sözsüz ki, yuxarıda qeyd olunan bu cəhətlər hər iki xalqı yaxınlaşdırır. İranı və Azərbaycanı bir-birinə tərəf çəkən çox amillər vardır, amma bununla belə, onları bir-birindən uzaqlaşdıran amillər də mövcuddur. 
Bu gün İran azərbaycanlısının milli şüurunun unikallığı bir tərəfdən onun birləşdirici amil olan şiəlik mentaliteti və digər tərəfdən də türk milli əsası ilə bağlı olmasındadır. İran rəhbərliyi də sonuncuya iki ölkənin münasibətlərində gərginlik yaradan amil kimi baxır. Sözsüz ki, milli-dini amillər Azərbaycan və İran arasında dövlətlərarası münasibətlərin inkişafına təsir göstərir. Amma regionda, xüsusilə, Qafqazda, siyasi-iqtisadi və hərbi problemlərin miqyası çərçivəsində milli-dini amilləri bu gün həlledici deyil, yan amillər kimi qiymətləndirmək olar. 
Azərbaycan Respublikası Prezidenti ­İlham Əliyev Arazqırağı bölgəyə səfərlərinin birində regiondakı proseslərdən danışarkən İran tərəfinə də mesaj olaraq demişdir: “Bu gün Azərbaycanın razılığı olmadan bu bölgədə hər hansı bir təşəbbüs gerçəkləşə bilməz”. Bu gerçəklik baxımından İranı daha çox narahat edən onun qonşuluğunda suveren Azərbaycan Respublikasının hərbi-iqtisadi cəhətdən güclənməsi, Avropa, xüsusilə də Türk birliyi dövlətləri ilə inkişafda olan bərabərhüquqlu əməkdaşlığı, dünyanın ən qlobal problemlərinin həllində nüfuz sahibi olan dövlətlərlə bir sırada dayanması, Şimal–Cənub və Şərq–Qərb dəhlizlərində çox mühüm geosiyasi movqeyə malik olmaqla regionun çox mühüm problemlərinin həllində söz sahibinə çevrilməsi kimi məsələlərdir. 
Azərbaycan Qarabağ qələbəsindən sonra qətiyyətlə bəyan etdi ki, bundan əsas istəyi bölgədə maneəsiz keçid əldə etmək, Zəngəzur dəhlizini işə salmaqdır ki, qatarlar və avtomobillər Naxçıvana, Türkiyəyə rahat keçə bilsin. Keçən ilin dekabrında İranla Azərbaycan arasında yükdaşımaları intensivləşdirmək məqsədilə Astara çayı üzərində avtomobil körpüsünün yenidən inşası ilə bağlı razılıq əldə olundu. Ötən ilin dekabrında İran, Azərbaycan və Gürcüstan Fars körfəzi–Qara dəniz marşrutu məsələsi üzərində də razılaşdı. Azərbaycan Fars körfəzi ilə Qara dəniz arasındakı daşımalarda əsas tranzit olacaq. 
Nəticədə, İran müharibədən sonra Cənubi Qafqazda həyata keçiriləcək layihələrdən kənarda qalmayacaq, eyni zamanda da bu razılaşma hələ əsası 8 il öncə qoyulmuş “bir kəmər, bir yol” layihəsinin İran üzərindən keçən Cənub dəhlizinin potensialını artırmaqla Azərbaycan və İran arasında mövcud gərginliklərin azalmasına, əməkdaşlığın yüksələn xətt üzrə inkişafına, ölkələrin və onların xalqlarının yaxınlaşmasına, regionda sülhün və sabitliyin qorunmasına, eləcə də təhlükəsizliyin təmin olunmasına qarant olacaqdır. Azərbaycan əməldə də göstərir ki, onun məqsədi gərginlik yaratmaq yox, digər qonşu dövlətlərlə olduğu kimi, İranla da əməkdaşlıq etmək, ortaq layihələri reallaşdırmaqdır. Bir şərtlə ki, Azərbaycanın daxili işinə qarışmasınlar. 
Azərbaycan–Ermənistan münaqişəsinin davam etdiyi dövrdə, eləcə də ölkəmizin qələbəsi ilə bitən 44 günlük II Qarabağ savaşından sonra ermənipərəst mövqe tutan İranın artıq bu təcavüzkar ölkə ilə strateji əlaqələr qurmasını vurğulayan müsahibimiz dedi:
– Şərqi Zəngəzur iqtisadi rayonu ilə Naxçıvan MR arasında yeni kommunikasiya bağlantılarının yaradılması dar mənada Azərbaycanın əsas hissəsinin Naxçıvanla inteqrasiyasını təmin etmək olmasına baxmayaraq, geniş mənada regionun nəqliyyat-kommunikasiya xəritəsində strateji dəyişikliklərə səbəb olacaq layihə hesab olunur. Lakim İran tərəfi bi layihəni ilk gündən öz maraqlarına qaşı ciddi təhlükə kimi qarşılayıb. Bu ölkə Zəngəzur dəhlizinin açılmasını düyünə salmaq üçün ona öz ərazisindən paralel olan dəhlizin yaradılmasında israrlıdır. Azərbaycan İran layihəsini alternativ variant kimi qəbul etsə də, İran rəsmiləri Ermənistandan keçən birbaşa dəhlizi “qırmızı xətt” elan ediblər.
Zəngəzur dəhlizinin yaradılması iqtisadi cəhətdən ciddi problemlər yaşayan Ermənistanın özü üçün də olduqca mühüm əhəmiyyət kəsb etməsinə baxmayaraq, keçən müddət ərzində Zəngəzur dəhlizinin yaradılmasına maneçilik törətdi, üzərinə götürdüyü öhdəliklərə zidd olaraq, müxtəlif bəhanələrlə, qəsdən onu əngəlləməyə çalışdı. Ermənistan rəhbərliyi elə zənn edirdi ki, belə bir kommunikasiya yalnız onun ərazisindən və onun icazəsi ilə yaradıla bilər. Təəssüf ki, İran da bu mövqedədir.
Qafqaz respublikaları içərisində müsəlman İranının ən sıx əlaqələri xristian Ermənistanı ilə formalaşmaqdadır. Bu münasibətlərin indiki durumunda yalnız iqtisadi səbəblər deyil, eyni zamanda, praqmatik siyasi amillər də əsas rol oynayır. Həm İran, həm Ermənistan məlum səbəblər üzündən müəyyən dərəcədə təcrid olunmuş vəziyyətdədirlər. Eyni zamanda da hər iki dövlət Türkiyə ilə münasibətlərə ehtiyatla yanaşır, belə ki, onlar regionda “pantürkist” ideyaların yayılması və güclənməsindən, eyni zamanda, Qarabağın erməni işğalından azad olunmasından sonra “sionist qüvvələrin onların sərhədlərinə yaxınlaşmalarından” narahatdırlar. Bu, ortaq mövqe İranla Ermənistanı yaxınlaşdıran amillər sırasındadır. 
Səməd Bayramzadə İran–Azərbaycan münasibətləri ilə yanaşı, İran–Türkiyə münasibətlərinin də region üçün xüsusi əhəmiyyət kəsb eməsini söylədi:
– Bütün dünyaya məlumdur ki, Türkiyə və Azərbaycan strateji müttəfiqdir. Bu dövlətin təhlükəsizliyi Azərbaycanın təhlükəsizliyidir. İran qardaş Türkiyə ilə münasibətlərin bu səviyyəsindən narahatdır və qısqanc mövqeyini gizlətmir. İran–Türkiyyə münasibətlərindən danışarkən ilk olaraq qeyd edilməlidir ki, rəsmi Ankara 20 ilə yaxındır İranı Türkiyə üçün təhlükəli dövlətlər siyahısından çıxarıb. 
Türkiyə hakimiyyəti İrana qarşı çoxsaylı təziyiqlərin qaşrısını alıb. Hətta İstanbulda bu ölkənin atom proqramının dinc məqsədli olmasına dair beynəlxalq konfrans belə keçirib. Qərbdən olan müttəfiqlərinin İslam Respublikasına qarşı son illər tətbiq etdiyi sanksiyalara, demək olar, qoşulmayıb. İran isə bütün bunların müqabilində uzun illərdir Türkiyənin təhlükəsizliyi və ərazi bütövlüyünü təhdid edən terrorçu təşkilatları dəstəkləyib. Suriya və İraqdan Türkiyəyə hücumlara yardım edib. 
Tehran hakimiyyəti Azərbaycanla münasibətlərdə olduğu kimi, üzdə Türkiyə ilə də mehriban qonşuluq münasibətlərindən danışaraq alt qatda qonşu dövlətdə xaos yaratmaq, onu zəiflətmək üçün fəaliyyət göstərmişdir. Bu baxımdan, Türkiyəyə qarşı pozuculuq həm də onun strateji müttəfiqi olan Azərbaycana qarşı pis addım sayılmalıdır. Azərbaycan və Türkiyə beynəlxalq aləmdə İranın təklənməsi ilə bağlı sanksiyalara qoşulmamaqla İslam həmrəyliyinə və qonşuluq münasibətlərinə sadiqliklərini sübut etmişlər. 
Beləliklə, İranın Azərbaycana və Türkiyəyə qarşı münasibətindəki açıq-gizli narahatlıq hallarından, arzuolunmaz addımlardan əl çəkməməsi artıq qəbuledilməz səviyyəyə çatmışdır.
 
Tahir AYDINOĞLU,
“Xalq qəzeti”

Açıq və gizli niyyətli İran (science.gov.az) 






ДРУГИЕ НОВОСТИ
ВСЕ НОВОСТИ
13:34Bir daha Azərbaycan milli kimliyini okeanlara çıxarmaq istəyən balaca qara balığın taleyi haqqında…20:08Tərəddüdlü iran19:19Fələstin və İslam İnkişaf Bankı Fələstinin enerji sektorunun maliyyələşdirilməsi üçün 37 milyon ABŞ dolları dəyərində saziş imzalayıb18:56"FARS " ƏLİFBASI TACİKLƏRİN QƏDİM MİLLİ KİMLİYİNİ BƏRPA EDƏCƏK17:33İRAN TƏRANƏLƏRİ17:16Молчаливое свидетельство эпохи14:16Fələstinin Bakıdakı səfirliyinin bəyanatı08:01Welatparêzekî kurd ji Azirbêcanê08:17Когда рукопись становится практикой08:08Heydər Əliyev və Cənubi Azərbaycan problemi10:32“QALİB” İRAN19:04Fələstin Dövlətinin Azərbaycandakı səfirliyinin Nəkbə Anım Günü münasibəti ilə Bəyanatı10:35HEYDƏR ƏLİYEVİN MULTİKULTURALİZM VƏ TOLERANTLIQ İDEYALARI19:06Böyük Muğan-Suqovuşan Qurultayının 290 illiyi münasibətilə21:09SEPAH: BÖYÜK İDDİADAN BÖYÜK UĞURSUZLUĞA15:07XHAR – LƏZGİ OCAĞI15:05В интересах общей безопасности страны Центральной Азии налаживают связи с Афганистаном16:06Yadulla Kərimipur: İran üçün təhlükəli bir dəyişiklik barədə söhbət; ölkə daxilindən gözlənilməz bir təhlil15:44Война, религия и политика: напряженность в отношениях между Папой и Трампом11:30"Qarabağ", Milli futbol komandası və milli ideologiya17:08Avraham Şmuleviç: Budapeşte’deki Değişim Tiflis’i ve Güney Kafkasya’yı Nasıl Sarsabilir?16:58Неизбежная реальность евроатлантической обороны: без Турции это невозможно14:55XUZİSTANDA "SEPARATİST", ŞƏRQİ AZƏRBAYCANDA ŞAHPƏRƏST14:19Что происходит в Юго-Восточной Азии?18:24«Шеш кнафаим»: книга, потерянная по дороге18:17НЕКОТОРЫЕ ОСОБЕННОСТИ ПЕРЕВОДА ФРАЗЕОЛОГИЗМОВ12:29İran'dan Babül Mendeb uyarısı: Altı yönüne dikkat edin16:33YouTube-каналы «трех грандов» Турции по футболу — в первой двадцатке Европы16:23«Красная среда»: Праздник творения и начало жизни в езидской вере15:54Отменено празднование езидского нового года Чаршама Сор (Красная Среда) в храме Лалиш15:00Скрытая архитектура Торы: взгляд через схему (Часть I I I )12:23Risky Partnership09:06Iranın və ABŞ-ın "iki həftəlik qələbəsi" ,və ya tarixin bu günü18:53Rəhbər Xameneyinin başına nə gəldi?12:39Hazırki münaqişə dövründə İranda vətənpərvərlik təbliğatı10:53Седакъет Керимова : СА ХАХАДИЗ10:35Нисону — Песах10:30Евреи в Азербайджане это взаимоуважение и взаимодоверие11:03Fələstin Torpaq Gününün 50 illiyi18:36Fələstin Dövlətinin Azərbaycandakı səfirliyinin Mətbuat Açıqlaması13:06Скрытая архитектура Торы: взгляд через схему (Часть II)09:36Скрытая архитектура Торы: взгляд через схему (Часть I)13:29İranın Qafqazda nüfuz davası07:28Gülnara İnanc: Gürcü Toplumunun Birleştiricisi Olarak II. İlya18:38ილია II – როგორც ქართული საზოგადოების გამაერთიანებელი - გულნარა ინანჯი10:31Илия II как объединитель грузинского общества18:13ƏSL ACLIQ-RUHİ-MƏNƏVİ ACLIQDIR, CİSMANİ YOX.21:15İRAN İKİ CƏBHƏDƏ VURUŞUR21:06Война США-Израиля и Ирана: взгляд сквозь призму глобальной системы18:56От Claude до Starlink: цифровое оружие в войне между США, Израилем и Ираном12:13ФРАЗЕОЛОГИЯ КАК ОТРАЖЕНИЕ ЭТНОКУЛЬТУРОЛОГИЧЕСКИХ ОСОБЕННОСТЕЙ РУССКОГО, АЗЕРБАЙДЖАНСКОГО И ТАЛЫШСКОГО ЯЗЫКОВ15:07TRUMP İRANI VURACAQ YA VURMAYACAQ.14:57İki ənənənin dialektikası: Novruz və Ramazan16:49Узбекистан: красочное наследие традиционного костюма от прошлого к настоящему18:59Переписка и рукописи раввинов17:55İRAN"MİLLİ İNQİLAB"DAN SONRA NƏLƏR OLDU17:48Что означает NAVTEX Турции в Эгейском море?13:25İranda islahatçıların həbsi; təxribatçı müxalifətdən təcrid olunmuş müxalifətə keçid?15:08Турецкие ученые прибыли в Антарктиду в 10 раз14:59Qonşuların maraqları İranı tərkisilah etmək yox, rejimi dəyişməyi tələb edir.17:07ИСТОРИЧЕСКИЕ КОРНИ ИМПЕРСКОГО МЫШЛЕНИЯ В РОССИИ13:59Kahinəti təğdis kardə bey12:53Геополитические приоритеты США: Иран — это больше, чем просто Иран17:52Аба-Саво, Аба-Сава, Абас-Оба или Аба-Сово? (Часть II)17:48Аба-Саво, Аба-Сава, Абас-Оба или Аба-Сово? (часть I)17:42Дональд Трамп: «Гренландия — территория США с 2026 года»08:42Why Iran’s Protest Movement Cannot Succeed Without the Kurds08:37İRANDA NƏ BAŞ VERİR?16:25Эксперты провели параллели между вторжением США в Венесуэлу и планами Трампа на Гренландию11:49Кем были люди, бросившие вызов наследникам Чингисхана08:30"Лезгинка",Танхо Израилов и Игорь Моисеев: столкновение талантов19:33Movses Dasxurantsi or Movses Kalankatuatsi: who was the author of the «History of the Country of Aluank»?16:54Böyük Çillə-Qaraqış başladı15:58İRAN VƏ ZAMANIN İRONİYASI19:50Ханукои-Ханука17:54Энергетическая и дипломатическая активность в отношениях Турции и Туркменистана17:03IRAN ÜÇÜN ƏSAS MƏSƏLƏ: HİCAB YA HİCABSIZLIQ12:27Горские евреи и Эрец Исраэль в период британского мандата (1918-1948) Третий Этап Часть III12:16FARS DİLİ ÜÇÜN "XƏTƏR SOVUŞDU"18:11В Японии разработали новый метод «описание мыслей»15:54Горские евреи и Эрец Исраэль в период британского мандата (1918-1948)14:01Литовские татары в XVII-XX вв.09:03Əbülfəz Rəcəblinin talış dilinin leksikası kitabından (FRAZEOLOGİYA)08:59TOLIŞƏ ZIVONİ LEKSİKƏ PROFESSOR RƏCƏBİ ƏBULFƏZ FRAZEOLOQİYƏ10:57დავით ხოსიტაშვილის წიგნის “კლასიკური მუსიკის ჩაწერის ხელოვნების ასპექტები“ პრეზენტაცია14:57Bakıda “Ronahi” Kürd Mədəniyyət Mərkəzinin yaranmasının 35 illiyi qeyd olunub12:10TBİLİSİDƏ QAFQAZ KÜRDLƏRİNİN II ELMİ-PRAKTİKİ KONFRANSI KEÇİRİLİB08:52Паломники и Старый ишув Первый этап, часть II15:59Второй этап: горские евреи, сионизм и алия (репатриация) до Первой мировой войны - 1890 - 1914 годы ( Часть I)17:21Турция является одним из важнейших партнеров Срединного коридора16:34ترک ها در احادیث پیامبر16:24Рабби Иосиф бен Хаим Шур16:59Оша’на Рабба – Араво - ГIэрево16:46Страсти за Каспием17:38İrana növbəti hərbi hücum olacaqmı?14:29İRANIN QARA SENTYABRLARI20:00Azərbaycanda və Balkan ölkələrində multikulturalizm və tolerantlıq ənənələrinin müqayisəli təhlili.15:31Rza Pəhləvinin “Kuruş paktı” daxili analitikin mikroskopunda18:47В Баку прошел вечер, посвященный истории татар Азербайджана18:37ترک ها در احادیث پیامبر17:12Xameneinin müşaviri Azərbaycana xəbərdarlıq edib14:27İRAN RƏHBƏRİNİN NÜFUZSUZ MÜŞAVİRİ18:05Gökhan Güler: KKTC bayrağının Türk dünyasındaki nazlı yolculuğu18:59UEFA Şampiyonlar Ligi 3. Ön Eleme Turu Fenerbahçe-Feyenoord maçının psikolojik analizi (12 Ağustos 2025)16:31Запуск Зангезурского коридора увеличит энергетический потенциал Турции09:48CƏNUBİ AZƏRBAYCAN TƏHLÜKƏ DEYİL10:30AZƏRBAYCAN DEMOKRAT FIRQƏSININ MƏRAMNAMƏSİ08:35İRANLI MÜƏLLİF:"DƏRİN TƏƏSSÜF DOĞURUR VƏ ÇOX TƏHLÜKƏLİDİR".19:05Мовсес Дасхуранци или Мовсес Каганкатваци: кто был автором “Истории страны Агванк»?10:32İranın yeni və gözlənilməyən qonşusu12:54İranın Demokrat Türkmənləri: Ali Rəhbərin hakimiyyəti sosial həmrəyliyə mane olur12:51İranın Türkmənsəhra əyalətində türkmənlər arasındakı sosial fenomen haqqında07:50Новый баланс в Евразии и стратегическое положение Турции19:21Kafkasyada barışın önündeki engel11:53Дипломатия Трампа в Овальном кабинете: не стол переговоров, а распределение сил17:05UEFA Çempionlar liqası 3-cü seçmə Fənərbaxça-Feyenoord oyununun ( 12 avqust 2025) psixoloji təhlili17:48Обнародован текст «Соглашения о мире и установлении межгосударственных отношений» между Азербайджаном и Арменией13:37«DƏRBƏNDNAMƏ»LƏR HAQQINDA13:23Şamaxı rayonuna antropoloji ekspedisiyanın bəzi nəticələri haqqında (01-30 iyul 2025)18:13Keçmiş diplomat Abbas Məleki İran-İsrail müharibəsindən əvvəl müşahidə edilməli olan və edilməməli olanlar haqda15:21ТАВАТАР МАНИЙРИН МЕЛЕ18:51Что такое война.11:07BİR DAHA "LEZGİNKA" RƏQSİ HAQDA10:57QONAQPƏRVƏRLİK LƏZGİLƏRİN HƏYAT TƏRZİDİR23:54Эссе к письму 40 каббалиста Рабаша18:59Новый этап энергетического кризиса в Сирии: стратегическая роль Турции20:09Зангезурский коридор: новый геополитический баланс на Южном Кавказе?15:59Dodo İradə Məlikova haqqında bir neçə söz22:11საქართველო-თურქმენეთის თანამშრომლობა: ორმხრივი ურთიერთობების დინამიკა და პერსპექტივები22:02SABIR DINDARLIĞI19:18ЕТИМ ЭМИНАН ГУЬМБЕТ ХКАЖАЙ ЮГЪ15:33В Казахстане растет спрос на традиционный казахский напиток кымыз18:12В Казахстане состоялся фестиваль «Кумыс»14:12ABŞ dövlət katibi Marko Rubiodan vacib sözlər16:16Azərbaycanın iki siyasi təşkilatının İrandakı mövcud kritik vəziyyət və xüsusilə Azərbaycanın əyalətlərində ictimai sayıqlıq və təşkilatlanma ehtiyacı ilə bağlı birgə bəyanatı12:07В Азербайджане издана книга «Грузинский язык»11:33Azərbaycanda “Gürcü dili” kitabı nəşr olunub.18:49Израиль расценивает иранских азербайджанцев как своих союзников13:56Росток надежды20:36Израиль делает ставку на протестное настроение иранцев и на Рза Шаха Пехлеви14:15Güneş olmak istiyorum ,anne09:25ترک ها در احادیث پیامبر21:31İranın əsas elita dayağı erroziyaya uğrayır19:38По следам культурного наследия: стратегия Турции в отношении исторических артефактов18:29Трехсторонняя встреча Турция-Россия-Украина, направленная на прекращение российско-украинской войны завершилась17:05Prezidentlərin Laçın görüşü geosiyasi start nöqtəsidir09:24VƏHY TƏHKİYƏÇİSİNİN MÜƏLLİF “BİZ”İ09:08Каково значение Будапештской декларации ОТГ для ТРСК?20:04Bakıda “Əvəsor” folklor qrupunun 60 illiyinə həsr olunan “Talış folkloru konserti” keçirilib19:45В Стамбуле стартовал VII Фестиваль культуры этноспорта15:08Tehran hakimiyyəti təbrizlilərin çempionluğundan niyə təşvişə düşüb?14:15وقتی فوتبال هویت می‌شود؛ از تبریز تا مرکز13:35Traktor SC İran sistemini alt-üst edib tarixi çempionluğu qazandı13:26Tractor SC complete journey to upset Iran’s establishment and claim historic title07:36Günəş olmaq istəyirəm, ay ana, yaxud, arzular necə həyata keçir20:01İRANDA DEPUTATLAR NİYƏ TEZ-TEZ İMPİÇMENTƏ ƏL ATIRLAR17:22می‌خواهم خورشید باشم، مادر.17:13خلاقیت از بعد مادی و معنوی09:59HEYDƏR ƏLİYEV - MİLLİ MƏDƏNİYYƏT TARİXİMİZ16:23Сохранение уникальности каждого народа и содействие их диалогу через ознакомление с другими культурами и изучение их языка.18:20Карты в различных проекциях могут искажать восприятие мира, или Гренляндия меньше ,чем на карте19:18Про диктат родителей в Азербайджане20:41Изобретение караимов20:27Современные евреи-тюркофоны: караимы Крыма и Восточной Европы.20:09Rəsul Həmzətovun "Qorxuram"--"Tarsedəm" şeri talış dilində16:58Регионализация в Европе: трансформация «Инициативы трех морей»11:14АЗЕРБАЙДЖАНСКАЯ МЕНТАЛЬНОСТЬ: ОТ ЛИБЕРАЛИЗМА ДО КОНСЕРВАТИЗМА10:47Acıdan "zevk” alanlar16:03İran-ABŞ danışıqlarının üçüncü raundu Maskatda başa çatıb; Tehran danışıqların ciddiliyini vurğulayır15:59İki iranlı-israilli ekspert: Bəndər-Rəcai partlayışları İran rejimini ciddi şəkildə zəiflətdi15:43İranın dəniz ticarətinin onurğa sütunu qırılıb15:36Bəndər Abbasdakı partlayışların mənşəyi: “New York Times”-ın xəbəri və İran Müdafiə Nazirliyinin bəyanatı13:14REİNKARNASIYA VƏ KABBALA13:01Səməd Vurğun "Qəhrəmanın ölümü " _ "Qəhrəmani maq" şeri talış dilində06:51Nizami Gəncəvinin “Sənsiz” qəzəli talış dilində-“Be tı”16:21محمودی: هواداران تراکتور در دنیا بی‌همتا هستند/ ورزشگاه یادگار امام، بهشت فوتبال است18:29Армейский раввин и выжившие узники08:27Отношения Азербайджана и ТРСК: история и перспективы развития15:19Парфянское царство – государство иранцев-зороастрийцев в Иране и Центральной Азии11:45کسانی که از رنج "لذت می برند"18:25Orucun sosiologiyası: onlayn sorğunun statistik təhlili14:07Savaşsonrası psixoloji problemləri cəmiyyət birgə aşmalıdır15:26Təbrizdə Beşinci Milli Muğam Musiqi Festivalı keçirilib17:04Согдийцы и хорезмийцы - иранские оседлые народы доисламской Центральной Азии14:32Детские воспоминания о праздниках: евреи и славяне о Песахе14:12Xamneinin istefası üçün ictimai tələb artır20:22İranda Azərbaycan əleyhinə mövqelər davam edir12:08GENETİK İRQÇİLİK VƏ AŞIRI MİLLƏTÇİLİK10:59Dərddən "ləzzət" alanlar19:22Сумаляк — главное блюдо Новруза в Узбекистане12:16Urmidə nələr baş verib19:37Дорога слез. Ассирийцы и их эмиграция в XIX-XXI вв.13:02Нишалда - популярный десерт на Рамазан в Узбекистане15:21კვანტური ცნობიერების თეორია და კვანტური ფსიქოლოგია19:51Место встречи – бакинский бульвар19:41Кто такая Латифа аш-Шараа — первая леди Сирии?19:54Несторианское христианство и его распространение в Центральной и Внутренней Азии в эпоху Средневековья14:40İran Azərbaycanın dövlətçiliyini inkar edir15:41Интервью первого квантового психолога Азербайджана сайту Lent.az.18:20PEZEŞKİYAN HÖKUMƏTİ PREZİDENTİN ÖZ VƏDİNƏ ƏMƏL ETMƏSİNƏ İCAZƏ VERMƏDİ?
ОПРОС

Где будете встречать Новый год?


 
«    İyun 2026    »
B.e.Ç.a.ÇC.a.CŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930 
ГАЛЕРЕЯ