Ethnoglobus » ЦЕНТР КВАНТОВОГО МЫШЛЕНИЯ » KİBALİON - MİSİR VƏ YUNAN HERMETİK FƏLSƏFƏSİ: ÜÇ TƏŞƏBBÜS

KİBALİON - MİSİR VƏ YUNAN HERMETİK FƏLSƏFƏSİ: ÜÇ TƏŞƏBBÜS

image

Foto: google
X. BÖLÜM - QÜTBLÜLÜK PRİNSİPİ ...
“Hər şey ikilidir (dual):  hər şey iki qütbə malikdir, hər şeyin öz əks tayı vardır; bənzəyən və bənzəməyən eynidir; əksliklərin təbiəti birdir, dərəcələri fərqlidir; uclar qovuşurlar; bütün həqiqətlər yarımçıq  həqiqətlərdir; bütün paradokslar uzlaşdırıla bilər.”
Dördüncü Uca Hermetik Prinsip - Qütblülük Prinsipi: təzahür edən hər şeyin, “iki tərəfi”, “iki cəhəti”, “iki qütbü”, “bir əks cütü” olması və ən uclar (əks qütblər) arasında müxtəlif dərəcələrin olması gerçəyini təsvir edir.
İnsan şüurunu çaşqınlığa sürükləyən köhnə paradokslar bu prinsip sayəsində həllini tapır. İnsan bu prinsipə bənzər bir şeyin varlığından şübhələnərək və aşağıdakı kimi deyimlər, aforizmalar ilə bunu izah etməyə çalışmışdır: “Hər şey eyni anda həm vardır, həm yoxdur”, “bütün doğrular yarımçıq doğrudur”, “hər həqiqət yarı həqiqətdir”, “hər şeyin iki tərəfi vardır”, “hər medalyonun bir arxa üzü vardır” v.s.
Hermetik təlimlərə görə üzdə daban-dabana əks kimi görünən şeylər arasında sadəcə dərəcə fərqi vardır. Hermetik təlim öyrədir ki, “uclar və əkslər uzlaşdırıla bilər”, “tezislə antitez təbiətcə birdir, fəqət dərəcə baxımından fərqlidir” və Qütüblülük Prinipinin tanınmasıyla "əkslərin universal (evrənsəl) uzlaşmasına nail olmaq olar".
Ustadlar bu prinsipin nümunələrini hər kəsin görə biləcəyini və bunu üçün təbiətə nəzər salmağın kifayət etdiyini deyirlər. İlk olaraq onlar Materiya və Ruhun eyni şeyin iki qütbü olduğunu, aralıq müstəvilərin isə yalnız vibrasiya (enerji dalğalanması) sıxlığı ilə bir-birindən ayrıldığını öyrədirlər. Onlar göstərirlər ki, BÜTÜN və ÇOXLUQ eyni şeydir, fərq, sadəcə Əqli Təzahür məsələsidir.  QANUN və QANUNLAR da, eynilə, eyni şeyin əks tərəfləridir. Həmçinin,  PRİNSİP və PRİNSİPLƏR, Mütləq Ağıl və Xüsusi Ağıl da eynidir. 
Fiziki müstəvidə isə onlar isti və soyuğun təbiətcə eyni olması, sadəcə dərəcə baxımından fərqlənməsi prinsipini misal gətirirlər. Termometr bir çox fərqli istilik dərəcələrini göstərir, isti ucu yuxarıda,  soyuq ucu isə aşağıdadır. Bu ən son uc dərəcələr arasında müxtəlif dərəcədə isti və soyuqluq var, siz bu dərəcələrdən hər hansı birini isti və ya soyuq adlandıra bilərsiniz və yanılmazsınız. Üst həmişə "isti", alt həmişə "daha soyuq" olur.
Şərqə doğru səyahət edin, başladığınız yerdən qərbə, qərbdən isə indiki nöqtəyə (şərqə) çatacaqsınız. Kifayət qədər şimala gedin və özünüzü cənubda görəcəksiniz. İşıq və Qaranlıq da eyni şeyin qütbləridir, aralarındakı fərq, yalnız dərəcə fərqidir. Musiqi notları da eynidir. Siz "Do" ilə başlayırsınız və yuxarı qalxdıqca başqa bir "Do" ilə qarşılaşırsınız və s. Eyni şey rənglərə də aiddir. Yüksək bənövşəyi və yüksək qırmızı arasındakı yeganə fərq yüksək və aşağı vibrasiyadır. Böyük və kiçik nisbidir. Müsbət və mənfi aralarında saysız-hesabsız dərəcələr olan eyni şeyin iki qütbüdür. O cümlədən, Xeyir və Şər də mütləq deyil, biz bir uca Xeyir, digər uca isə Şər deyirik. Yaxud hadisənin bir ucuna Xeyir, digər ucuna Şər deyirik. Bir şey dəyər baxımından daha yüksək olan bir şeydən daha az yaxşıdır, lakin onun altındakı bir şeydən "daha yaxşı".. Daha yaxşı və daha pis ifadələri dərəcə fərqini göstərir. 
Eyni şey şüuri düzənə də aiddir. Məsələn, sevgi və nifrət əksər insanlar tərəfindən bir-birinə daban-dabana zidd, barışmaz hisslər olaraq qəbul edilir. Ancaq Qütb Prinsipini tətbiq etdikdə bir-birindən qəti cizgilərlə ayırd edilmiş Mütləq Sevgi və ya Mütləq Nifrət kimi bir anlayışın olmadığını başa düşərik. Bu iki şey eyni şeyin iki qütbünə verilən fərqli adlardan başqa bir şey deyil. Bir ucdan digərinə keçərkən bir yerdə “daha çox nifrət və ya daha az sevgi”, digər bir yerdə isə “daha az nifrət və ya daha çox sevgi” tapırıq. Sevgi və nifrətin dərəcələri vardır və onların arasında bəyənmə və ya bəyənməmə kimi ifadə edilən elə ara nöqtələr var ki, ikisi arasındakı cizgi o qədər qeyri-müəyyənləşir ki, bir-birindən ayırd edilməyən hala gəlirlər. Cəsarət və qorxu da eyni qaydaya tabedir. Qütblər hər yerdə mövcuddur. Harada bir şey tapırıqsa, eyni zamanda onun əksini və ya hər iki əks ucunu da tapırıq.
Məhz Hermetistlərin qütbləşmənin köməyi ilə bir psixi vəziyyətdən digərinə keçə bilməsi bu fenomenal hal sayəsində mümkün olur. Ancaq burda xüsusi bir məqam vardır ki, müxtəlif siniflərə aid olan şeylər bir-birinə çevrilə bilməz, yalnız eyni sinfə aid olan şeylər bir-birinə çevrilə bilər və onlar geri çevrilərək qütblərini dəyişdirər. Beləliklə, sevgi heç vaxt şərq və ya qərb, ya da qırmızı və ya bənövşəyi ola bilməz, lakin çox vaxt nifrətə çevrilir. Nifrət də eyni şəkildə qütbünü dəyişərək sevgiyə çevirə bilər. Cəsarət qorxuya və ya əksinə qorxu cəsarətə çevrilə bilər. Sərt şeyləri yumşaq etmək olar. Kəskin şeylər kütləşdirilə bilər. İsti şeylər soyuyar. 
Bu belə davam edər, transformasiya,  yalnız eyni növdən olub dərəcə baxımından fərqlənən  şeylər arasında mümkündür. Qorxaq bir insanı misal çəkək. Zehni vibrasiyasını yüksəltməklə, bu insan ən yüksək cəsarət və ya qorxusuzluqla doldurula bilər. Həmçinin, passiv insan özünü aktiv, canlı fərdə çevirə bilər.  
Bunun üçün istənilən keyfiyyətin iki uc nöqtəsi arasında qütbləşməsi kifayətdir.
Bir çox psixologiya məktəbi öz təlimlərinə əməl edən düşüncə tərzinə malikdir. Vəziyyətlərində dəyişiklik edə biləcəklərini bilən tələbələr bu dəyişikliklərin altında yatan prinsipi dərhal dərk edə bilməzlər. Qütblülük Prinsipini qavradıqdan və psixi dəyişikliklərin eyni xəttdə iki qütb arasında dəyişikliklər olduğunu gördükdən sonra məsələ daha asan başa düşülür.
Beləliklə, dəyişiklik bir-birindən tamamilə fərqli iki şey arasında baş verməmişdir, sadəcə olaraq eyni şey daxilində dərəcə fərqi olmuşdur. Bunu anlamaq və bilmək çox vacibdir. Fiziki müstəvi üçün bir nümunə versək,  istiliyi kəskinliyə, gurultuya, hündürlüyə v.s çevirmək mümkün deyil. Ancaq isti asanlıqla soyuğa çevrilə bilər; burada edilməsi lazım gələn tək şey vibrasiyanı azaltmaqdır. Eyni şəkildə, Sevgi və Nifrət, Qorxu və Cəsarət də bir-birinə çevrilə bilən şeylərdir. Psixi vəziyyətlər saysız-hesabsız siniflərə bölünür, hər bir sinif öz əks qütbünə malikdir və qütblər arasında transformasiya mümkündür.
Beləliklə, tələbə zehni planda da, fiziki müstəvidə də əks qütblərin müsbət və mənfi adlandırıldığını asanlıqla görür. Sevgi nifrətlə müqayisədə pozitivdir, yəni müsbətdir. Cəsarət nifrətdən, fəaliyyət passivlikdən pozitivdir. Hətta Vibrasiya Prinsipini bilməyənlər belə, müsbət qütbün mənfi qütbdən daha yüksək dərəcəyə malik olub digərinə hakim olduğunu asanlıqla görə bilirlər. Ümumiyyətlə, təbiətin meyli müsbət qütbün dominant fəaliyyətinə istiqamətlidir. 
Bir insanın Qütbləşmə sənətindən istifadə edərək öz psixi vəziyyətinin qütblülüyünü dəyişdirməklə  yanaşı, Psixi Təsir Fenomeni ilə bizə bu prinsipin genişləndirilə biləcəyini və onun təsirinin başqa bir insanın zehninə qədər çatdırıla biləcəyini də göstərir. Son illərdə bu mövzuda çox yazılıb və öyrədilib. 
Psixi induksiyanın mümkün olduğu, yəni başqa bir şəxsdə psixi induksiya yolu ilə  psixi halların yaranmasının mümkünlüyü qəbul edilirsə, onda müəyyən vibrasiya sürəti və ya psixi vəziyyətin müəyyən bir qütbləşməsi yolu ilə başqa bir insana necə ötürüləcəyi və onun qütbünün və ya psixi vəziyyətinin necə dəyişdirilə biləcəyini asanlıqla görmək olar. Bir çox psixi müalicəni mümkün edən də budur. Tutaq ki, insan “mavi”dir; qorxu və melanxolika ilə doludur. Bir psixoloq öz ağlının iradəsiylə özünü istədiyi vibrasiyaya gətirir və hal üçün tələb olunan lazımi qütbləşməni əldə edir, sonra induksiya yolu ilə digərində də oxşar ruh halı yaradır.  Nəticədə titrəşimlər (enerji dalğalanması) artır və insan mənfi qütbə getmək əvəzinə müsbət qütbə doğru hərəkət edir və nəticədə qorxu və digər mənfi duyğuları cəsarətə və bu kimi oxşar müsbət psixi vəziyyətlərə çevririr. Kiçik bir araşdırma bu psixi halların hər zaman qütbləşdirmə yoluyla reallaşdığını göstərəcəkdir, dəyişim növlülükdən daha çox dərəcə baxımındandır. 
Bu dərin Hermetik Prinsipin varlığını bilmək tələbəyə özünün və başqalarının psixi vəziyyətini daha asan başa düşməyə imkan verir. O, bu ruh hallarının, yalnız dərəcə fərqi olduğunu görə bilir. Tələbə titrəşimini öz iradəsi ilə dəyişdirməyi öyrənərək psixi durumlarının köləsi və ya aləti deyil, ağası olur. O, bu bilik sayəsində ağlından istifadə edərək dostlarına kömək edə bilir. Müvafiq üsullarla qütbü dəyişdirərək istənilən vəziyyətə keçə bilir.
Biz tələbələri bu Qütblülük Prinsipini daha dərindən öyrənməyə və başa düşməyə çağırırıq, çünki sözügedən prinsipin düzgün qavranılması bir çox çətin məsələlərə aydınlıq gətirəcəkdir.
©"KYBALİON" dan bir  bölüm...
Tərcümə: G.Məmmədoğlu - 01.02.2025, 
Qeydlər: 
1. İnduksiya (ing. induction) – xüsusidən ümumiyə, ayrı-ayrı müşahidələrdən ümumiləşdirməyə doğru məntiqi nəticə.
ДРУГИЕ НОВОСТИ
ВСЕ НОВОСТИ
14:16Fələstinin Bakıdakı səfirliyinin bəyanatı08:01Welatparêzekî kurd ji Azirbêcanê08:17Когда рукопись становится практикой08:08Heydər Əliyev və Cənubi Azərbaycan problemi10:32“QALİB” İRAN19:04Fələstin Dövlətinin Azərbaycandakı səfirliyinin Nəkbə Anım Günü münasibəti ilə Bəyanatı10:35HEYDƏR ƏLİYEVİN MULTİKULTURALİZM VƏ TOLERANTLIQ İDEYALARI19:06Böyük Muğan-Suqovuşan Qurultayının 290 illiyi münasibətilə21:09SEPAH: BÖYÜK İDDİADAN BÖYÜK UĞURSUZLUĞA15:07XHAR – LƏZGİ OCAĞI15:05В интересах общей безопасности страны Центральной Азии налаживают связи с Афганистаном16:06Yadulla Kərimipur: İran üçün təhlükəli bir dəyişiklik barədə söhbət; ölkə daxilindən gözlənilməz bir təhlil15:44Война, религия и политика: напряженность в отношениях между Папой и Трампом11:30"Qarabağ", Milli futbol komandası və milli ideologiya17:08Avraham Şmuleviç: Budapeşte’deki Değişim Tiflis’i ve Güney Kafkasya’yı Nasıl Sarsabilir?16:58Неизбежная реальность евроатлантической обороны: без Турции это невозможно14:55XUZİSTANDA "SEPARATİST", ŞƏRQİ AZƏRBAYCANDA ŞAHPƏRƏST14:19Что происходит в Юго-Восточной Азии?18:24«Шеш кнафаим»: книга, потерянная по дороге18:17НЕКОТОРЫЕ ОСОБЕННОСТИ ПЕРЕВОДА ФРАЗЕОЛОГИЗМОВ12:29İran'dan Babül Mendeb uyarısı: Altı yönüne dikkat edin16:33YouTube-каналы «трех грандов» Турции по футболу — в первой двадцатке Европы16:23«Красная среда»: Праздник творения и начало жизни в езидской вере15:54Отменено празднование езидского нового года Чаршама Сор (Красная Среда) в храме Лалиш15:00Скрытая архитектура Торы: взгляд через схему (Часть I I I )12:23Risky Partnership09:06Iranın və ABŞ-ın "iki həftəlik qələbəsi" ,və ya tarixin bu günü18:53Rəhbər Xameneyinin başına nə gəldi?12:39Hazırki münaqişə dövründə İranda vətənpərvərlik təbliğatı10:53Седакъет Керимова : СА ХАХАДИЗ10:35Нисону — Песах10:30Евреи в Азербайджане это взаимоуважение и взаимодоверие11:03Fələstin Torpaq Gününün 50 illiyi18:36Fələstin Dövlətinin Azərbaycandakı səfirliyinin Mətbuat Açıqlaması13:06Скрытая архитектура Торы: взгляд через схему (Часть II)09:36Скрытая архитектура Торы: взгляд через схему (Часть I)13:29İranın Qafqazda nüfuz davası07:28Gülnara İnanc: Gürcü Toplumunun Birleştiricisi Olarak II. İlya18:38ილია II – როგორც ქართული საზოგადოების გამაერთიანებელი - გულნარა ინანჯი10:31Илия II как объединитель грузинского общества18:13ƏSL ACLIQ-RUHİ-MƏNƏVİ ACLIQDIR, CİSMANİ YOX.21:15İRAN İKİ CƏBHƏDƏ VURUŞUR21:06Война США-Израиля и Ирана: взгляд сквозь призму глобальной системы18:56От Claude до Starlink: цифровое оружие в войне между США, Израилем и Ираном12:13ФРАЗЕОЛОГИЯ КАК ОТРАЖЕНИЕ ЭТНОКУЛЬТУРОЛОГИЧЕСКИХ ОСОБЕННОСТЕЙ РУССКОГО, АЗЕРБАЙДЖАНСКОГО И ТАЛЫШСКОГО ЯЗЫКОВ15:07TRUMP İRANI VURACAQ YA VURMAYACAQ.14:57İki ənənənin dialektikası: Novruz və Ramazan16:49Узбекистан: красочное наследие традиционного костюма от прошлого к настоящему18:59Переписка и рукописи раввинов17:55İRAN"MİLLİ İNQİLAB"DAN SONRA NƏLƏR OLDU17:48Что означает NAVTEX Турции в Эгейском море?13:25İranda islahatçıların həbsi; təxribatçı müxalifətdən təcrid olunmuş müxalifətə keçid?15:08Турецкие ученые прибыли в Антарктиду в 10 раз14:59Qonşuların maraqları İranı tərkisilah etmək yox, rejimi dəyişməyi tələb edir.17:07ИСТОРИЧЕСКИЕ КОРНИ ИМПЕРСКОГО МЫШЛЕНИЯ В РОССИИ13:59Kahinəti təğdis kardə bey12:53Геополитические приоритеты США: Иран — это больше, чем просто Иран17:52Аба-Саво, Аба-Сава, Абас-Оба или Аба-Сово? (Часть II)17:48Аба-Саво, Аба-Сава, Абас-Оба или Аба-Сово? (часть I)17:42Дональд Трамп: «Гренландия — территория США с 2026 года»08:42Why Iran’s Protest Movement Cannot Succeed Without the Kurds08:37İRANDA NƏ BAŞ VERİR?16:25Эксперты провели параллели между вторжением США в Венесуэлу и планами Трампа на Гренландию11:49Кем были люди, бросившие вызов наследникам Чингисхана08:30"Лезгинка",Танхо Израилов и Игорь Моисеев: столкновение талантов19:33Movses Dasxurantsi or Movses Kalankatuatsi: who was the author of the «History of the Country of Aluank»?16:54Böyük Çillə-Qaraqış başladı15:58İRAN VƏ ZAMANIN İRONİYASI19:50Ханукои-Ханука17:54Энергетическая и дипломатическая активность в отношениях Турции и Туркменистана17:03IRAN ÜÇÜN ƏSAS MƏSƏLƏ: HİCAB YA HİCABSIZLIQ12:27Горские евреи и Эрец Исраэль в период британского мандата (1918-1948) Третий Этап Часть III12:16FARS DİLİ ÜÇÜN "XƏTƏR SOVUŞDU"18:11В Японии разработали новый метод «описание мыслей»15:54Горские евреи и Эрец Исраэль в период британского мандата (1918-1948)14:01Литовские татары в XVII-XX вв.09:03Əbülfəz Rəcəblinin talış dilinin leksikası kitabından (FRAZEOLOGİYA)08:59TOLIŞƏ ZIVONİ LEKSİKƏ PROFESSOR RƏCƏBİ ƏBULFƏZ FRAZEOLOQİYƏ10:57დავით ხოსიტაშვილის წიგნის “კლასიკური მუსიკის ჩაწერის ხელოვნების ასპექტები“ პრეზენტაცია14:57Bakıda “Ronahi” Kürd Mədəniyyət Mərkəzinin yaranmasının 35 illiyi qeyd olunub12:10TBİLİSİDƏ QAFQAZ KÜRDLƏRİNİN II ELMİ-PRAKTİKİ KONFRANSI KEÇİRİLİB08:52Паломники и Старый ишув Первый этап, часть II15:59Второй этап: горские евреи, сионизм и алия (репатриация) до Первой мировой войны - 1890 - 1914 годы ( Часть I)17:21Турция является одним из важнейших партнеров Срединного коридора16:34ترک ها در احادیث پیامبر16:24Рабби Иосиф бен Хаим Шур16:59Оша’на Рабба – Араво - ГIэрево16:46Страсти за Каспием17:38İrana növbəti hərbi hücum olacaqmı?14:29İRANIN QARA SENTYABRLARI20:00Azərbaycanda və Balkan ölkələrində multikulturalizm və tolerantlıq ənənələrinin müqayisəli təhlili.15:31Rza Pəhləvinin “Kuruş paktı” daxili analitikin mikroskopunda18:47В Баку прошел вечер, посвященный истории татар Азербайджана18:37ترک ها در احادیث پیامبر17:12Xameneinin müşaviri Azərbaycana xəbərdarlıq edib14:27İRAN RƏHBƏRİNİN NÜFUZSUZ MÜŞAVİRİ18:05Gökhan Güler: KKTC bayrağının Türk dünyasındaki nazlı yolculuğu18:59UEFA Şampiyonlar Ligi 3. Ön Eleme Turu Fenerbahçe-Feyenoord maçının psikolojik analizi (12 Ağustos 2025)16:31Запуск Зангезурского коридора увеличит энергетический потенциал Турции09:48CƏNUBİ AZƏRBAYCAN TƏHLÜKƏ DEYİL10:30AZƏRBAYCAN DEMOKRAT FIRQƏSININ MƏRAMNAMƏSİ08:35İRANLI MÜƏLLİF:"DƏRİN TƏƏSSÜF DOĞURUR VƏ ÇOX TƏHLÜKƏLİDİR".19:05Мовсес Дасхуранци или Мовсес Каганкатваци: кто был автором “Истории страны Агванк»?10:32İranın yeni və gözlənilməyən qonşusu12:54İranın Demokrat Türkmənləri: Ali Rəhbərin hakimiyyəti sosial həmrəyliyə mane olur12:51İranın Türkmənsəhra əyalətində türkmənlər arasındakı sosial fenomen haqqında07:50Новый баланс в Евразии и стратегическое положение Турции19:21Kafkasyada barışın önündeki engel11:53Дипломатия Трампа в Овальном кабинете: не стол переговоров, а распределение сил17:05UEFA Çempionlar liqası 3-cü seçmə Fənərbaxça-Feyenoord oyununun ( 12 avqust 2025) psixoloji təhlili17:48Обнародован текст «Соглашения о мире и установлении межгосударственных отношений» между Азербайджаном и Арменией13:37«DƏRBƏNDNAMƏ»LƏR HAQQINDA13:23Şamaxı rayonuna antropoloji ekspedisiyanın bəzi nəticələri haqqında (01-30 iyul 2025)18:13Keçmiş diplomat Abbas Məleki İran-İsrail müharibəsindən əvvəl müşahidə edilməli olan və edilməməli olanlar haqda15:21ТАВАТАР МАНИЙРИН МЕЛЕ18:51Что такое война.11:07BİR DAHA "LEZGİNKA" RƏQSİ HAQDA10:57QONAQPƏRVƏRLİK LƏZGİLƏRİN HƏYAT TƏRZİDİR23:54Эссе к письму 40 каббалиста Рабаша18:59Новый этап энергетического кризиса в Сирии: стратегическая роль Турции20:09Зангезурский коридор: новый геополитический баланс на Южном Кавказе?15:59Dodo İradə Məlikova haqqında bir neçə söz22:11საქართველო-თურქმენეთის თანამშრომლობა: ორმხრივი ურთიერთობების დინამიკა და პერსპექტივები22:02SABIR DINDARLIĞI19:18ЕТИМ ЭМИНАН ГУЬМБЕТ ХКАЖАЙ ЮГЪ15:33В Казахстане растет спрос на традиционный казахский напиток кымыз18:12В Казахстане состоялся фестиваль «Кумыс»14:12ABŞ dövlət katibi Marko Rubiodan vacib sözlər16:16Azərbaycanın iki siyasi təşkilatının İrandakı mövcud kritik vəziyyət və xüsusilə Azərbaycanın əyalətlərində ictimai sayıqlıq və təşkilatlanma ehtiyacı ilə bağlı birgə bəyanatı12:07В Азербайджане издана книга «Грузинский язык»11:33Azərbaycanda “Gürcü dili” kitabı nəşr olunub.18:49Израиль расценивает иранских азербайджанцев как своих союзников13:56Росток надежды20:36Израиль делает ставку на протестное настроение иранцев и на Рза Шаха Пехлеви14:15Güneş olmak istiyorum ,anne09:25ترک ها در احادیث پیامبر21:31İranın əsas elita dayağı erroziyaya uğrayır19:38По следам культурного наследия: стратегия Турции в отношении исторических артефактов18:29Трехсторонняя встреча Турция-Россия-Украина, направленная на прекращение российско-украинской войны завершилась17:05Prezidentlərin Laçın görüşü geosiyasi start nöqtəsidir09:24VƏHY TƏHKİYƏÇİSİNİN MÜƏLLİF “BİZ”İ09:08Каково значение Будапештской декларации ОТГ для ТРСК?20:04Bakıda “Əvəsor” folklor qrupunun 60 illiyinə həsr olunan “Talış folkloru konserti” keçirilib19:45В Стамбуле стартовал VII Фестиваль культуры этноспорта15:08Tehran hakimiyyəti təbrizlilərin çempionluğundan niyə təşvişə düşüb?14:15وقتی فوتبال هویت می‌شود؛ از تبریز تا مرکز13:35Traktor SC İran sistemini alt-üst edib tarixi çempionluğu qazandı13:26Tractor SC complete journey to upset Iran’s establishment and claim historic title07:36Günəş olmaq istəyirəm, ay ana, yaxud, arzular necə həyata keçir20:01İRANDA DEPUTATLAR NİYƏ TEZ-TEZ İMPİÇMENTƏ ƏL ATIRLAR17:22می‌خواهم خورشید باشم، مادر.17:13خلاقیت از بعد مادی و معنوی09:59HEYDƏR ƏLİYEV - MİLLİ MƏDƏNİYYƏT TARİXİMİZ16:23Сохранение уникальности каждого народа и содействие их диалогу через ознакомление с другими культурами и изучение их языка.18:20Карты в различных проекциях могут искажать восприятие мира, или Гренляндия меньше ,чем на карте19:18Про диктат родителей в Азербайджане20:41Изобретение караимов20:27Современные евреи-тюркофоны: караимы Крыма и Восточной Европы.20:09Rəsul Həmzətovun "Qorxuram"--"Tarsedəm" şeri talış dilində16:58Регионализация в Европе: трансформация «Инициативы трех морей»11:14АЗЕРБАЙДЖАНСКАЯ МЕНТАЛЬНОСТЬ: ОТ ЛИБЕРАЛИЗМА ДО КОНСЕРВАТИЗМА10:47Acıdan "zevk” alanlar16:03İran-ABŞ danışıqlarının üçüncü raundu Maskatda başa çatıb; Tehran danışıqların ciddiliyini vurğulayır15:59İki iranlı-israilli ekspert: Bəndər-Rəcai partlayışları İran rejimini ciddi şəkildə zəiflətdi15:43İranın dəniz ticarətinin onurğa sütunu qırılıb15:36Bəndər Abbasdakı partlayışların mənşəyi: “New York Times”-ın xəbəri və İran Müdafiə Nazirliyinin bəyanatı13:14REİNKARNASIYA VƏ KABBALA13:01Səməd Vurğun "Qəhrəmanın ölümü " _ "Qəhrəmani maq" şeri talış dilində06:51Nizami Gəncəvinin “Sənsiz” qəzəli talış dilində-“Be tı”16:21محمودی: هواداران تراکتور در دنیا بی‌همتا هستند/ ورزشگاه یادگار امام، بهشت فوتبال است18:29Армейский раввин и выжившие узники08:27Отношения Азербайджана и ТРСК: история и перспективы развития15:19Парфянское царство – государство иранцев-зороастрийцев в Иране и Центральной Азии11:45کسانی که از رنج "لذت می برند"18:25Orucun sosiologiyası: onlayn sorğunun statistik təhlili14:07Savaşsonrası psixoloji problemləri cəmiyyət birgə aşmalıdır15:26Təbrizdə Beşinci Milli Muğam Musiqi Festivalı keçirilib17:04Согдийцы и хорезмийцы - иранские оседлые народы доисламской Центральной Азии14:32Детские воспоминания о праздниках: евреи и славяне о Песахе14:12Xamneinin istefası üçün ictimai tələb artır20:22İranda Azərbaycan əleyhinə mövqelər davam edir12:08GENETİK İRQÇİLİK VƏ AŞIRI MİLLƏTÇİLİK10:59Dərddən "ləzzət" alanlar19:22Сумаляк — главное блюдо Новруза в Узбекистане12:16Urmidə nələr baş verib19:37Дорога слез. Ассирийцы и их эмиграция в XIX-XXI вв.13:02Нишалда - популярный десерт на Рамазан в Узбекистане15:21კვანტური ცნობიერების თეორია და კვანტური ფსიქოლოგია19:51Место встречи – бакинский бульвар19:41Кто такая Латифа аш-Шараа — первая леди Сирии?19:54Несторианское христианство и его распространение в Центральной и Внутренней Азии в эпоху Средневековья14:40İran Azərbaycanın dövlətçiliyini inkar edir15:41Интервью первого квантового психолога Азербайджана сайту Lent.az.18:20PEZEŞKİYAN HÖKUMƏTİ PREZİDENTİN ÖZ VƏDİNƏ ƏMƏL ETMƏSİNƏ İCAZƏ VERMƏDİ?18:49Достигнуто соглашение между BOTAŞ и Туркменгаз о поставках туркменского газа в Турцию18:38İransayağı obyektivlik11:39Позиция Трампа повысит роль Турции в вопросе укрепления обороны в Европе17:55МЕНДЕЛЕЕВ И БАКИНСКАЯ НЕФТЬ17:39İranın millətçi dini rejimi18:34Бакуда Каюм Насыйриның тууына 200 ел тулуга багышланган әдәби-музыкаль кичә узды
САМОЕ ЧИТАЕМОЕ
  1. Yadulla Kərimipur: İran üçün təhlükəli bir dəyişiklik barədə söhbət; ölkə daxilindən gözlənilməz bir təhlil
  2. НЕКОТОРЫЕ ОСОБЕННОСТИ ПЕРЕВОДА ФРАЗЕОЛОГИЗМОВ
  3. HEYDƏR ƏLİYEVİN MULTİKULTURALİZM VƏ TOLERANTLIQ İDEYALARI
  4. "Qarabağ", Milli futbol komandası və milli ideologiya
  5. Нисону — Песах
  6. Седакъет Керимова : СА ХАХАДИЗ
  7. Евреи в Азербайджане это взаимоуважение и взаимодоверие
  8. Risky Partnership
  9. Fələstin Dövlətinin Azərbaycandakı səfirliyinin Mətbuat Açıqlaması
  10. Fələstin Torpaq Gününün 50 illiyi
  11. Hazırki münaqişə dövründə İranda vətənpərvərlik təbliğatı
  12. «Шеш кнафаим»: книга, потерянная по дороге
  13. Iranın və ABŞ-ın "iki həftəlik qələbəsi" ,və ya tarixin bu günü
  14. «Красная среда»: Праздник творения и начало жизни в езидской вере
  15. Что происходит в Юго-Восточной Азии?
  16. Rəhbər Xameneyinin başına nə gəldi?
  17. Скрытая архитектура Торы: взгляд через схему (Часть I I I )
  18. Отменено празднование езидского нового года Чаршама Сор (Красная Среда) в храме Лалиш
  19. Böyük Muğan-Suqovuşan Qurultayının 290 illiyi münasibətilə
  20. XUZİSTANDA "SEPARATİST", ŞƏRQİ AZƏRBAYCANDA ŞAHPƏRƏST
  21. SEPAH: BÖYÜK İDDİADAN BÖYÜK UĞURSUZLUĞA
  22. Неизбежная реальность евроатлантической обороны: без Турции это невозможно
  23. В интересах общей безопасности страны Центральной Азии налаживают связи с Афганистаном
  24. Avraham Şmuleviç: Budapeşte’deki Değişim Tiflis’i ve Güney Kafkasya’yı Nasıl Sarsabilir?
  25. YouTube-каналы «трех грандов» Турции по футболу — в первой двадцатке Европы
  26. İran'dan Babül Mendeb uyarısı: Altı yönüne dikkat edin
  27. XHAR – LƏZGİ OCAĞI
  28. Когда рукопись становится практикой
  29. Heydər Əliyev və Cənubi Azərbaycan problemi
  30. Welatparêzekî kurd ji Azirbêcanê
  31. Война, религия и политика: напряженность в отношениях между Папой и Трампом
  32. Fələstin Dövlətinin Azərbaycandakı səfirliyinin Nəkbə Anım Günü münasibəti ilə Bəyanatı
  33. “QALİB” İRAN
  34. Fələstinin Bakıdakı səfirliyinin bəyanatı
ОПРОС

Где будете встречать Новый год?


 
«    May 2026    »
B.e.Ç.a.ÇC.a.CŞB
 123
45678910
11121314151617
18192021222324
25262728293031
ГАЛЕРЕЯ