Ethnoglobus » АНАЛИТИКА » “İran xərab şod...”

“İran xərab şod...”

image

Məqaləyə qoyduğum başlığı illər öncə öz qızını Türkiyədəki universitetlərdən birinə oxumaq üçün gətirən soydaşımız olan urmiyalı bir professor səsləndirmişdi. Adını xatırlamıram, təsadüfən görüşmüşdük. İranda vəziyyətin necə olduğunu soruşduqda, mənimlə öz Ana dilimizdə danışan professor birdən-birə farsca “İran xarabaya çevrildi (İran xərab şod)”, – söylədi. Bu ifadəni dilinə gətirərkən üzündəki məyusluğu oxumuşdum. Hər dəfə manqurtlaşdırılmış vətən xainləri “kərimə dövləti”ndən danışdıqda, rejimdən usanmış iranlıların küçələrə axışıb teokratik rejimə üsyanlarını izhar etdikdə professorun bu ifadələrini xatırlayıram.

 

Bu gün İran, təəssüf ki, böyük bir həbsxananı xatırladır və bu zindanın sahibləri və onların sözlərini “ilahi kəlam” kimi qəbul edən qaragüruhçular həbsxanalarının fəzilətindən dəm vururlar, onlara bənzəmədiyimiz üçün bizə hədə-qorxu gəlirlər. Yenə təəssüf ki, az da olsa, ölkəmizdə onların təbliğat maşınının qurbanlarına çevrilmiş insanlara rast gəlirik...

 

İranda 1979-cu ildə Şah rejimi devrildikdən sonra keçirilən referendumda insanların qarşısına, sadəcə, iki seçim qoyulmuşdu: monarxiyanımı, yoxsa “İslam respublikasını”mı istəyirsiniz? Çox sayda ziyalı və böyük din xadimləri buna etiraz etdilər. Etiraz edənlərin başında Ruhullah Xomeynini edamdan xilas edən və o dövrdə İranın ən böyük din alimi (mərcəyi-təqlid) hesab olunan təbrizli – Azərbaycan türkü ayətüllahil-üzma Seyid Məhəmmədkazım Şəriətmədari (1906-1986) gəlirdi. Şəriətmədari vurğulayırdı ki, İran xalqının qarşısına iki seçim qoymaq doğru deyil, çünki onlar şah istibdadından onsuz da təngə gəliblər və əlbəttə ki, başqa seçimləri olmadığı üçün teokratik rejimi dəstəkləyəcəklər. İnsanlara üçüncü bir yolu, cəmiyyətin bütün təbəqələrinin hüququnun qorunduğu demokratik bir rejimi də təklif etmək lazımdır.

 

O, həmçinin “mütləq vilayəti-fəqih” prinsipinə də qarşı çıxıraq deyirdi ki, əgər dövləti din xadimi idarə edərsə, həm özünü, həm də dini hörmətdən salar. Əlbəttə ki, onun təklifləri qəbul olunmadı, əksinə, ev həbsinə atıldı, vaxtilə ölümdən xilas etdikləri qondarma bir “alimlər birliyi” yaradaraq, heç bir əsası olmadan və şiə məzhəbinin tarixi ənənəsinə zidd olaraq Şəriətmədarinin müctəhidliyinin əlindən alındığını elan etdilər. Bu böyük din alimi Təbrizdə ev həbsində vəfat etdi. Zaman isə mərhum Şəriətmədarini haqlı çıxardı. Bu gün İran xalqı rejimə olan nifrətini dinə və din xadimlərinə çevirib. Sosial şəbəkələrdə hər gün İranın müxtəlif şəhərlərində din xadimlərinin sözlü və fiziki təhqirlərə məruz qaldığını izləyirik. İran cəmiyyəti, artıq get-gedə dindən çox sürətli şəkildə uzaqlaşır. Bax, budur “İslam rejimi”nin dinimizə “xidməti”.

 

Qumdakı elmi-dini hövzənin müəllimlərindən olan Höccətilislam Məhəmməd Zəkai 2022-ci ilin mart ayında İrandakı mövcud vəziyyətlə bağlı öz fikirlərini cəmiyyətlə bölüşdü. Onun fikirləri İrandakı real durumu çox dəqiqliklə və bütün çılpaqlığı ilə üzə çıxarır. Zəkayi belə deyir: “Son zamanlar virtual məkanda ruhanilərin ölümünün sevinclə qarşılandığı müşahidə olunur. İnsan ölümü ilə bağlı bu sevincin səbəbi nədir? Dünyanın harasında bir ölkənin əhalisi tanımadığı şəxsin ölümünə bu qədər həyəcanlanır?! Bir insanın ölümü sevincə səbəb ola bilərmi? Diqqətlə baxsaq görərik ki, xalqın sevinci insan ölümü ilə bağlı deyildir. Onların şadyanalıqları bir fikrin, radikal bir düşüncənin ölümünə olan sevincdir ki, bu, həmin düşüncəni təmsil edən bir şəxsin ölümünə olan sevincdə özünü büruzə verir. Bu isə həmin inancın gələcəyi üçün çox təhlükəlidir. Çox da uzaq olmayan gələcəkdə, əvvəlki nəsillərin həyatlarını tərk edəcəyi bir vaxtda gənc nəsillər arasında dinə inanmaq əvvəlki kimi populyar olmayacaq.  Bu gün insanların bir din xadiminin ölümünə sevinmələri xalqın hakim siyasi ideologiyaya qarşı olan dərin və ürəkdən etirazının ilk əlamətidir. Xalqın böyük hissəsi öz yoxsulluğunun və səfalətinin səbəbini bu ideologiyada (siyasi islamda) görür və hər hansı bir din xadiminin ölümünü sevinclə qeyd edir.  Görünən odur ki, din adı ilə aparılan siyasət və hakimiyyət ölkəmizdə dinə və məzhəbə xeyli ziyan vurub. İnsanlar arasında dini inanclardan uzaqlaşmadan hər birimiz artıq xəbərdarıq. Televiziyamızda ancaq dini ictimaiyyət göstərilir, lakin əslində, hamımız bilirik ki, insanların bir çoxunun arasında  din deyilən bir amil yoxdur. 43 ildə insanların nəinki etiqadını artıra bilmədik, heç olmasa, mövcud olanı belə saxlaya bilmədik. Milyardlarla büdcə ayıraraq onlarca dini qurum və elmi-dini hövzələr inşa etdik, amma praktikada onların nəticəsi mənfi olmasa da, müsbət olmadı. Çarə düşünməli, əsl İslamla heç bir əlaqəsi olmayan siyasi İslamdan əl çəkməli, xalqın düzgün islami tərbiyəsinin təşkili istiqamətində addımlar atmalıyıq. Bizim təbliğ etdiyimiz əsla İslam dini deyil....” (//negaam.news/617682-2/)

 

İran rejimi öz xalqının gözündə, artıq legitimliyini itirib. İtirməklə qalmayıb, nə qədər ironik olsa da təəssüf ki, “İslam” respublikası islami dəyərləri xalqın gözündən salmağa da müvəffəq olub. Həmçinin rejimin xarici siyasəti onu bütövlükdə İslam dünyasında da hörmətdən salıb. İranın 44 günlük Vətən müharibəsindəki mövqeyi bunun bariz nümunəsidir. Özünü “İslam Respublikası” adlandıran bir dövlət müsəlman qardaşına dəstək olmaq bir yana, Ermənistanın mövqeyini açıq-aşkar müdafiə etdi və bu gün də etməkdədir. Xocalı soyqırımında yüzlərlə müsəlmanı qətlə yetirən, islami dəyərləri təhqir etmək üçün məscidləri donuz tövləsinə çevirən bir ölkənin başçısını “hacıağa, befərmayid” – deyə salamlayanlar bilməlidirlər ki, Azərbaycan xalqının nifrətini qazandılar. Vətən Müharibəsi İrandan ötrü Azərbaycan xalqının rəğbətini qazanmaq üçün tarixi bir fürsət idi, ancaq İran bu fürsəti dəyərləndirmədi. Halbuki başda Ərdəbilin imamcüməsi olmaqla, İranın təbliğat maşınının sadiq müridləri illərlə bizə üz tutaraq, “Siz torpaqlarınızı azad edin, biz də sizə dəstək verərik”, – deyirdilər. Əslində, onlar bunu deməklə “Siz torpaqlarınızı əsla azad edə bilməzsiniz”, – demək istəyirdilər. Azərbaycan xalqı Ali Baş Komandanın başçılığı ilə Ermənistana və onun havadarlarına yaxşı dərs verdi, torpaqlarımızı düşmən tapdağından xilas etdi. Müharibə dövründə “Sizə dəstək verərik”, – deyənlər ermənilərə himayədarlıq etməklə riyakarlıqlarını nümayiş etdirdilər.

 

İran Azərbaycanla qonşu dövlətdir. Bu ölkə ilə bizim tarixi bağlarımız var, ən azından, Pəhləvilərə qədər min il “İran” adlanan ərazini bizim əcdadlarımız, türk sülalələri idarə ediblər. Bu gün İranda 30 milyondan çox soydaşımız yaşayır. Azərbaycan Dövləti bütün bunları nəzərə alaraq, heç vaxt İrana qarşı düşmənçilik mövqeyindən çıxış etməyib. Ölkə başçımız Qarabağın Arazboyu ərazilərinə gedəndə Azərbaycan-İran sərhədini “dostluq sərhədi” adlandırmışdı. Bu, əslində, müharibədə ermənilərə dayaq duran İrana sözügedən tarixi bağların xatırladılması və Azərbaycan Dövlətinin xoş məramının bir ifadəsi idi. Bu dostluq məramının müqabilində İran rejimindən düşmən münasibəti gördük. İranın televiziya kanalları ölkəmiz və ərazi bütövlüyümüz əleyhinə təbliğata başladı. 28 illik işğal dövründə Qarabağla sərhəddə təlim keçirməyən İran rejiminin, nədənsə, ağlına birdən-birə təlim keçirmək düşdü. Birinci təlimin adı da, fikrimcə, xüsusi seçilmişdi: “Fatihani-Xeybər”, yəni “Xeybər fatehləri”. Xeybər Həzrət Peyğəmbər (s) dövründə Ərəbistanda yəhudi qəbilələrinin yaşadıqları bir yer idi. Bu qəbilələr bütpərəst ərəblərlə birləşərək, müsəlmanlara qarşı vuruşmuş, nəticədə Həzrət Əlinin (ə) komandanlığı altında Xeybər qalası fəth olunmuşdu. İslami adları və hadisələri istismar etməkdə pərgar olan İran bu dəfə də guya Qarabağda İsrail bazalarının olduğuna dair yalanlarını ifadə etmək üçün təlimlərinə sözügedən adı qoymuşdu. Son təlimlərində isə Araz çayı üzərində körpü qurulması əməliyyatını keçirərək, guya Azərbaycana mesaj verdilər. Əslində, Azərbaycan xalqı sizin mesajınızı yaxşı anladı.

 

Xalq olaraq aldığımız mesaj odur ki, illərdir İranda səsləndirilən “Biz Azərbaycanın dostuyuq” nəqarəti böyük bir yalandan ibarət imiş. İranın, artıq təbliğat maşınının içüzü ifşa olundu, “Biz İslamın, şiəliyin dayağıyıq” iddiasının puçluğu ortaya çıxdı. İnanclı insanlarımızı aldatma təşəbbüsləri də iflasa uğradı. İndi Azərbaycan müsəlmanları yaxşı dərk edirlər ki, bizə dost olduğunu iddia edən bir dövlətin rəsmiləri müsəlman məscidlərini donuz tövləsinə çevirənləri qucaqlayıb öpürlərsə, “befərmayid, hacıağa” deyirlərsə, bunun tək bir adı var: riyakarlıq. Bu riyakarlığı 50 milyonluq dünya azərbaycanlıları onlara bağışlamayacaq.

 

Tarix əksini desə də, biz yenə İranın öz səhvlərindən nəticə çıxaracağına ümid etmək istəyirik. Necə deyərlər, ümid sonda ölür...

 

Aqil Şirinov 

Azərbaycan İlahiyyat Universitetinin rektoru

“İran xərab şod...” (modern.az)

ДРУГИЕ НОВОСТИ
ВСЕ НОВОСТИ
13:34Bir daha Azərbaycan milli kimliyini okeanlara çıxarmaq istəyən balaca qara balığın taleyi haqqında…20:08Tərəddüdlü iran19:19Fələstin və İslam İnkişaf Bankı Fələstinin enerji sektorunun maliyyələşdirilməsi üçün 37 milyon ABŞ dolları dəyərində saziş imzalayıb18:56"FARS " ƏLİFBASI TACİKLƏRİN QƏDİM MİLLİ KİMLİYİNİ BƏRPA EDƏCƏK17:33İRAN TƏRANƏLƏRİ17:16Молчаливое свидетельство эпохи14:16Fələstinin Bakıdakı səfirliyinin bəyanatı08:01Welatparêzekî kurd ji Azirbêcanê08:17Когда рукопись становится практикой08:08Heydər Əliyev və Cənubi Azərbaycan problemi10:32“QALİB” İRAN19:04Fələstin Dövlətinin Azərbaycandakı səfirliyinin Nəkbə Anım Günü münasibəti ilə Bəyanatı10:35HEYDƏR ƏLİYEVİN MULTİKULTURALİZM VƏ TOLERANTLIQ İDEYALARI19:06Böyük Muğan-Suqovuşan Qurultayının 290 illiyi münasibətilə21:09SEPAH: BÖYÜK İDDİADAN BÖYÜK UĞURSUZLUĞA15:07XHAR – LƏZGİ OCAĞI15:05В интересах общей безопасности страны Центральной Азии налаживают связи с Афганистаном16:06Yadulla Kərimipur: İran üçün təhlükəli bir dəyişiklik barədə söhbət; ölkə daxilindən gözlənilməz bir təhlil15:44Война, религия и политика: напряженность в отношениях между Папой и Трампом11:30"Qarabağ", Milli futbol komandası və milli ideologiya17:08Avraham Şmuleviç: Budapeşte’deki Değişim Tiflis’i ve Güney Kafkasya’yı Nasıl Sarsabilir?16:58Неизбежная реальность евроатлантической обороны: без Турции это невозможно14:55XUZİSTANDA "SEPARATİST", ŞƏRQİ AZƏRBAYCANDA ŞAHPƏRƏST14:19Что происходит в Юго-Восточной Азии?18:24«Шеш кнафаим»: книга, потерянная по дороге18:17НЕКОТОРЫЕ ОСОБЕННОСТИ ПЕРЕВОДА ФРАЗЕОЛОГИЗМОВ12:29İran'dan Babül Mendeb uyarısı: Altı yönüne dikkat edin16:33YouTube-каналы «трех грандов» Турции по футболу — в первой двадцатке Европы16:23«Красная среда»: Праздник творения и начало жизни в езидской вере15:54Отменено празднование езидского нового года Чаршама Сор (Красная Среда) в храме Лалиш15:00Скрытая архитектура Торы: взгляд через схему (Часть I I I )12:23Risky Partnership09:06Iranın və ABŞ-ın "iki həftəlik qələbəsi" ,və ya tarixin bu günü18:53Rəhbər Xameneyinin başına nə gəldi?12:39Hazırki münaqişə dövründə İranda vətənpərvərlik təbliğatı10:53Седакъет Керимова : СА ХАХАДИЗ10:35Нисону — Песах10:30Евреи в Азербайджане это взаимоуважение и взаимодоверие11:03Fələstin Torpaq Gününün 50 illiyi18:36Fələstin Dövlətinin Azərbaycandakı səfirliyinin Mətbuat Açıqlaması13:06Скрытая архитектура Торы: взгляд через схему (Часть II)09:36Скрытая архитектура Торы: взгляд через схему (Часть I)13:29İranın Qafqazda nüfuz davası07:28Gülnara İnanc: Gürcü Toplumunun Birleştiricisi Olarak II. İlya18:38ილია II – როგორც ქართული საზოგადოების გამაერთიანებელი - გულნარა ინანჯი10:31Илия II как объединитель грузинского общества18:13ƏSL ACLIQ-RUHİ-MƏNƏVİ ACLIQDIR, CİSMANİ YOX.21:15İRAN İKİ CƏBHƏDƏ VURUŞUR21:06Война США-Израиля и Ирана: взгляд сквозь призму глобальной системы18:56От Claude до Starlink: цифровое оружие в войне между США, Израилем и Ираном12:13ФРАЗЕОЛОГИЯ КАК ОТРАЖЕНИЕ ЭТНОКУЛЬТУРОЛОГИЧЕСКИХ ОСОБЕННОСТЕЙ РУССКОГО, АЗЕРБАЙДЖАНСКОГО И ТАЛЫШСКОГО ЯЗЫКОВ15:07TRUMP İRANI VURACAQ YA VURMAYACAQ.14:57İki ənənənin dialektikası: Novruz və Ramazan16:49Узбекистан: красочное наследие традиционного костюма от прошлого к настоящему18:59Переписка и рукописи раввинов17:55İRAN"MİLLİ İNQİLAB"DAN SONRA NƏLƏR OLDU17:48Что означает NAVTEX Турции в Эгейском море?13:25İranda islahatçıların həbsi; təxribatçı müxalifətdən təcrid olunmuş müxalifətə keçid?15:08Турецкие ученые прибыли в Антарктиду в 10 раз14:59Qonşuların maraqları İranı tərkisilah etmək yox, rejimi dəyişməyi tələb edir.17:07ИСТОРИЧЕСКИЕ КОРНИ ИМПЕРСКОГО МЫШЛЕНИЯ В РОССИИ13:59Kahinəti təğdis kardə bey12:53Геополитические приоритеты США: Иран — это больше, чем просто Иран17:52Аба-Саво, Аба-Сава, Абас-Оба или Аба-Сово? (Часть II)17:48Аба-Саво, Аба-Сава, Абас-Оба или Аба-Сово? (часть I)17:42Дональд Трамп: «Гренландия — территория США с 2026 года»08:42Why Iran’s Protest Movement Cannot Succeed Without the Kurds08:37İRANDA NƏ BAŞ VERİR?16:25Эксперты провели параллели между вторжением США в Венесуэлу и планами Трампа на Гренландию11:49Кем были люди, бросившие вызов наследникам Чингисхана08:30"Лезгинка",Танхо Израилов и Игорь Моисеев: столкновение талантов19:33Movses Dasxurantsi or Movses Kalankatuatsi: who was the author of the «History of the Country of Aluank»?16:54Böyük Çillə-Qaraqış başladı15:58İRAN VƏ ZAMANIN İRONİYASI19:50Ханукои-Ханука17:54Энергетическая и дипломатическая активность в отношениях Турции и Туркменистана17:03IRAN ÜÇÜN ƏSAS MƏSƏLƏ: HİCAB YA HİCABSIZLIQ12:27Горские евреи и Эрец Исраэль в период британского мандата (1918-1948) Третий Этап Часть III12:16FARS DİLİ ÜÇÜN "XƏTƏR SOVUŞDU"18:11В Японии разработали новый метод «описание мыслей»15:54Горские евреи и Эрец Исраэль в период британского мандата (1918-1948)14:01Литовские татары в XVII-XX вв.09:03Əbülfəz Rəcəblinin talış dilinin leksikası kitabından (FRAZEOLOGİYA)08:59TOLIŞƏ ZIVONİ LEKSİKƏ PROFESSOR RƏCƏBİ ƏBULFƏZ FRAZEOLOQİYƏ10:57დავით ხოსიტაშვილის წიგნის “კლასიკური მუსიკის ჩაწერის ხელოვნების ასპექტები“ პრეზენტაცია14:57Bakıda “Ronahi” Kürd Mədəniyyət Mərkəzinin yaranmasının 35 illiyi qeyd olunub12:10TBİLİSİDƏ QAFQAZ KÜRDLƏRİNİN II ELMİ-PRAKTİKİ KONFRANSI KEÇİRİLİB08:52Паломники и Старый ишув Первый этап, часть II15:59Второй этап: горские евреи, сионизм и алия (репатриация) до Первой мировой войны - 1890 - 1914 годы ( Часть I)17:21Турция является одним из важнейших партнеров Срединного коридора16:34ترک ها در احادیث پیامبر16:24Рабби Иосиф бен Хаим Шур16:59Оша’на Рабба – Араво - ГIэрево16:46Страсти за Каспием17:38İrana növbəti hərbi hücum olacaqmı?14:29İRANIN QARA SENTYABRLARI20:00Azərbaycanda və Balkan ölkələrində multikulturalizm və tolerantlıq ənənələrinin müqayisəli təhlili.15:31Rza Pəhləvinin “Kuruş paktı” daxili analitikin mikroskopunda18:47В Баку прошел вечер, посвященный истории татар Азербайджана18:37ترک ها در احادیث پیامبر17:12Xameneinin müşaviri Azərbaycana xəbərdarlıq edib14:27İRAN RƏHBƏRİNİN NÜFUZSUZ MÜŞAVİRİ18:05Gökhan Güler: KKTC bayrağının Türk dünyasındaki nazlı yolculuğu18:59UEFA Şampiyonlar Ligi 3. Ön Eleme Turu Fenerbahçe-Feyenoord maçının psikolojik analizi (12 Ağustos 2025)16:31Запуск Зангезурского коридора увеличит энергетический потенциал Турции09:48CƏNUBİ AZƏRBAYCAN TƏHLÜKƏ DEYİL10:30AZƏRBAYCAN DEMOKRAT FIRQƏSININ MƏRAMNAMƏSİ08:35İRANLI MÜƏLLİF:"DƏRİN TƏƏSSÜF DOĞURUR VƏ ÇOX TƏHLÜKƏLİDİR".19:05Мовсес Дасхуранци или Мовсес Каганкатваци: кто был автором “Истории страны Агванк»?10:32İranın yeni və gözlənilməyən qonşusu12:54İranın Demokrat Türkmənləri: Ali Rəhbərin hakimiyyəti sosial həmrəyliyə mane olur12:51İranın Türkmənsəhra əyalətində türkmənlər arasındakı sosial fenomen haqqında07:50Новый баланс в Евразии и стратегическое положение Турции19:21Kafkasyada barışın önündeki engel11:53Дипломатия Трампа в Овальном кабинете: не стол переговоров, а распределение сил17:05UEFA Çempionlar liqası 3-cü seçmə Fənərbaxça-Feyenoord oyununun ( 12 avqust 2025) psixoloji təhlili17:48Обнародован текст «Соглашения о мире и установлении межгосударственных отношений» между Азербайджаном и Арменией13:37«DƏRBƏNDNAMƏ»LƏR HAQQINDA13:23Şamaxı rayonuna antropoloji ekspedisiyanın bəzi nəticələri haqqında (01-30 iyul 2025)18:13Keçmiş diplomat Abbas Məleki İran-İsrail müharibəsindən əvvəl müşahidə edilməli olan və edilməməli olanlar haqda15:21ТАВАТАР МАНИЙРИН МЕЛЕ18:51Что такое война.11:07BİR DAHA "LEZGİNKA" RƏQSİ HAQDA10:57QONAQPƏRVƏRLİK LƏZGİLƏRİN HƏYAT TƏRZİDİR23:54Эссе к письму 40 каббалиста Рабаша18:59Новый этап энергетического кризиса в Сирии: стратегическая роль Турции20:09Зангезурский коридор: новый геополитический баланс на Южном Кавказе?15:59Dodo İradə Məlikova haqqında bir neçə söz22:11საქართველო-თურქმენეთის თანამშრომლობა: ორმხრივი ურთიერთობების დინამიკა და პერსპექტივები22:02SABIR DINDARLIĞI19:18ЕТИМ ЭМИНАН ГУЬМБЕТ ХКАЖАЙ ЮГЪ15:33В Казахстане растет спрос на традиционный казахский напиток кымыз18:12В Казахстане состоялся фестиваль «Кумыс»14:12ABŞ dövlət katibi Marko Rubiodan vacib sözlər16:16Azərbaycanın iki siyasi təşkilatının İrandakı mövcud kritik vəziyyət və xüsusilə Azərbaycanın əyalətlərində ictimai sayıqlıq və təşkilatlanma ehtiyacı ilə bağlı birgə bəyanatı12:07В Азербайджане издана книга «Грузинский язык»11:33Azərbaycanda “Gürcü dili” kitabı nəşr olunub.18:49Израиль расценивает иранских азербайджанцев как своих союзников13:56Росток надежды20:36Израиль делает ставку на протестное настроение иранцев и на Рза Шаха Пехлеви14:15Güneş olmak istiyorum ,anne09:25ترک ها در احادیث پیامبر21:31İranın əsas elita dayağı erroziyaya uğrayır19:38По следам культурного наследия: стратегия Турции в отношении исторических артефактов18:29Трехсторонняя встреча Турция-Россия-Украина, направленная на прекращение российско-украинской войны завершилась17:05Prezidentlərin Laçın görüşü geosiyasi start nöqtəsidir09:24VƏHY TƏHKİYƏÇİSİNİN MÜƏLLİF “BİZ”İ09:08Каково значение Будапештской декларации ОТГ для ТРСК?20:04Bakıda “Əvəsor” folklor qrupunun 60 illiyinə həsr olunan “Talış folkloru konserti” keçirilib19:45В Стамбуле стартовал VII Фестиваль культуры этноспорта15:08Tehran hakimiyyəti təbrizlilərin çempionluğundan niyə təşvişə düşüb?14:15وقتی فوتبال هویت می‌شود؛ از تبریز تا مرکز13:35Traktor SC İran sistemini alt-üst edib tarixi çempionluğu qazandı13:26Tractor SC complete journey to upset Iran’s establishment and claim historic title07:36Günəş olmaq istəyirəm, ay ana, yaxud, arzular necə həyata keçir20:01İRANDA DEPUTATLAR NİYƏ TEZ-TEZ İMPİÇMENTƏ ƏL ATIRLAR17:22می‌خواهم خورشید باشم، مادر.17:13خلاقیت از بعد مادی و معنوی09:59HEYDƏR ƏLİYEV - MİLLİ MƏDƏNİYYƏT TARİXİMİZ16:23Сохранение уникальности каждого народа и содействие их диалогу через ознакомление с другими культурами и изучение их языка.18:20Карты в различных проекциях могут искажать восприятие мира, или Гренляндия меньше ,чем на карте19:18Про диктат родителей в Азербайджане20:41Изобретение караимов20:27Современные евреи-тюркофоны: караимы Крыма и Восточной Европы.20:09Rəsul Həmzətovun "Qorxuram"--"Tarsedəm" şeri talış dilində16:58Регионализация в Европе: трансформация «Инициативы трех морей»11:14АЗЕРБАЙДЖАНСКАЯ МЕНТАЛЬНОСТЬ: ОТ ЛИБЕРАЛИЗМА ДО КОНСЕРВАТИЗМА10:47Acıdan "zevk” alanlar16:03İran-ABŞ danışıqlarının üçüncü raundu Maskatda başa çatıb; Tehran danışıqların ciddiliyini vurğulayır15:59İki iranlı-israilli ekspert: Bəndər-Rəcai partlayışları İran rejimini ciddi şəkildə zəiflətdi15:43İranın dəniz ticarətinin onurğa sütunu qırılıb15:36Bəndər Abbasdakı partlayışların mənşəyi: “New York Times”-ın xəbəri və İran Müdafiə Nazirliyinin bəyanatı13:14REİNKARNASIYA VƏ KABBALA13:01Səməd Vurğun "Qəhrəmanın ölümü " _ "Qəhrəmani maq" şeri talış dilində06:51Nizami Gəncəvinin “Sənsiz” qəzəli talış dilində-“Be tı”16:21محمودی: هواداران تراکتور در دنیا بی‌همتا هستند/ ورزشگاه یادگار امام، بهشت فوتبال است18:29Армейский раввин и выжившие узники08:27Отношения Азербайджана и ТРСК: история и перспективы развития15:19Парфянское царство – государство иранцев-зороастрийцев в Иране и Центральной Азии11:45کسانی که از رنج "لذت می برند"18:25Orucun sosiologiyası: onlayn sorğunun statistik təhlili14:07Savaşsonrası psixoloji problemləri cəmiyyət birgə aşmalıdır15:26Təbrizdə Beşinci Milli Muğam Musiqi Festivalı keçirilib17:04Согдийцы и хорезмийцы - иранские оседлые народы доисламской Центральной Азии14:32Детские воспоминания о праздниках: евреи и славяне о Песахе14:12Xamneinin istefası üçün ictimai tələb artır20:22İranda Azərbaycan əleyhinə mövqelər davam edir12:08GENETİK İRQÇİLİK VƏ AŞIRI MİLLƏTÇİLİK10:59Dərddən "ləzzət" alanlar19:22Сумаляк — главное блюдо Новруза в Узбекистане12:16Urmidə nələr baş verib19:37Дорога слез. Ассирийцы и их эмиграция в XIX-XXI вв.13:02Нишалда - популярный десерт на Рамазан в Узбекистане15:21კვანტური ცნობიერების თეორია და კვანტური ფსიქოლოგია19:51Место встречи – бакинский бульвар19:41Кто такая Латифа аш-Шараа — первая леди Сирии?19:54Несторианское христианство и его распространение в Центральной и Внутренней Азии в эпоху Средневековья14:40İran Azərbaycanın dövlətçiliyini inkar edir15:41Интервью первого квантового психолога Азербайджана сайту Lent.az.18:20PEZEŞKİYAN HÖKUMƏTİ PREZİDENTİN ÖZ VƏDİNƏ ƏMƏL ETMƏSİNƏ İCAZƏ VERMƏDİ?
ОПРОС

Где будете встречать Новый год?


 
«    İyun 2026    »
B.e.Ç.a.ÇC.a.CŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930 
ГАЛЕРЕЯ