Ethnoglobus » АНАЛИТИКА » İRAN MÜXALİFƏTİ VƏ TRAMP

İRAN MÜXALİFƏTİ VƏ TRAMP

İRAN MÜXALİFƏTİ VƏ TRAMP
АНАЛИТИКА
Ethnoglobus.Az
Фото: Ethnoglobus
17:48, 09 fevral 2025
2 554
0

Vidadi Mustafayev

Foto: google

Sonuncu prezident seçkilərində(2024) məğlub olan radikal(Ali Milli Təhlükəsizlik Şurasında Rəhbərin nümayəndəsi S.Cəlili) və mötədil( SpikerM.B.Qalibaf) mühafizəkar qüvvələr yeni yarı islahatçı, yarı mühafizəkar prezident komandasına qarşı açıq və üstüörtülü mübarizə aparırdılar.İlk vaxtlar Rəhbərin himayəsi səbəbindən müxalifətin mötədil qanadı gah nala vururdu, gah mıxa.Gah yeni siyasəti dəstəkləyir, gah da ona qarşı çıxırdı.Hətta müxalifət cəbhəsində bir çaşqınlıq,ikitirəlik və daxili çəkişmə də müşahidə olunurdu. Qısa şəkildə desək, müxalifəti birləşdirəcək xarizmatik lider yox idi.Ona görə prezident az da olsa, öz vədlərinə-Hicab qanununun icra edilməməsi, İnternetdə filtrin aradan  qaldırılması və s.nail olurdu.

Amma prezident D.Tramp İrana maksimum təzyiq planını elan edəndən sonra bütün müxalifət ,dünənə qədər Prezidenti dəsrəkləyən, Trampdan sonra yenidən mühafizəkarların lideri olduğunu göstərən Rəhbərin ətrafında sıx birləşdi.

Rəhbər Trampa cavab olaraq ABŞla müzakirəni qadağan etdi.Dərhal bütün müxalifət sevincdən QƏŞ edib hərəkətə keçdi.Spiker prezidentdən  danışıq fikrindən əl çəkməyi tələb etdi.Sepahın baş komandanı Rəhbərə tərif və dualar yağdırdı.Belə bir Rəhbərin əmri altında olmağı ən böyük səadət  saydı.

“Keyhan” müəssisəndə Rəhbərin nümayəndəsi və “Keyhan” qəzetinin baş redaktoru sərt radikal mühafizəkar  mövqeyi ilə seçilən  H.Şəriətmədari  isə Danışıq tərəfdarlarını xain adlandırıb, onların vızifələrini tərk etməsini tələb etdi.

İranda dini\məzhəb qaydalarına əməl edilməsinə nəzarət edən və hökumətə tabe olmayan “Yaxşı işlərə təşviq etmə, şər işlərdən çəkindirmə” qərargahı demək olar ki, ilk gündən, xüsusən “Hicab qanunu”nun icrasının təxirə salınmasından sonra, yeni hökumətə qarşı çıxış  edir.İndi onun fəaliyyəti daha da genişlənəcək və hücum xarakteri alacaq.

Sonuncu Cümə xütbələri zamanı məscidlərdən birində  Prezidentin Strateji məsələlər üzrə müavini və bütün mühafizəkar və radikal qüvvələrin  düşmən elan etdikləri M.C.Zərifə  qarşı “Zərif, gorunu buradan yığışdır” şüarı səsləndirilib və Cümə imamı  həmin şüarı səsləndirənin qarşısında baş əydiyini elan edib.


Hökumətə təzyiqi artırmaq  üçün artıq Prezidentin istefa verdiyi şaiyəsini yayıblar.Yəni istefa tələbi irəli sürülüb.Bütün müxalifətin yarım ildən çoxdur edə bilmədiyini,Rəhbərin cəsarət edə bilmədiyi işi – müxalifəti birləşdirmək işini,TRAMP bir direktivlə həll etdi.Başqa sözlə, müxalifətin real lideri D.Trampdır. Müxalifıtin sonrakı addımlarını da o müəyyən edəcək.

Haşiyə çıxaraq qeyd etmək lazımdır ki, Tramp birinci prezidentliyi dövründə də İranla beş BMT TŞ üzvü və Almaniya tərəfindən imzalanmış və İrana həm xarici, həm də daxili vəziyyəti düzəltmək üçün böyük imkanlar açmış “Hərtərəfli Nüvə Sazişi”ndən birtərəfli qaydada çıxmaqla(2018) İranda uğurla fəaliyyət göstərən Ruhani hökumətinin ikinci mərhələdə(2017-2021) öz islahat və normallaşma kursunu davam etdirməsinə əsaslı maneə yaratdı.

H.Ruhani hökumətinə qarşı çıxan qüvvələr sözdə Amerika prezidentini günahlandırsalar da, prezident H.Ruhani həmin məsələdə əsas günahkarın mühafizəkar qüvvələr olduğunu deyir.İndi yenə də həmin vəziyyət təkrar olunur. Yarı islahatçı hökumət geniş islahatlara başlamağı,başda ABŞ olmaqla, Qərb ilə münasibətləri adiləşdirməyi əsas prioritet elan edib həmin istiqamətdə hərəkəıtə başladığı bir baxtda yenə Tramp meydana çıxıb həmin siyasətin qarşısını alır .

Çox güman ki, sonra məlum olacaq ki, mühafizəkar qüvvələr Trampı belə addım atmağa sövq ediblər.Çünki həm onda, həm də indi Trampın radikal addımı Amerikadan daha çox İranda mühafizəkar və radikal qüvvələrin işinə yarayır.

Belə şəraitdə əsas məsələ hazırki hökumətin sona qədər öz vəzifəsini icra edib etməyəcəyi məsələsidir. M.Pezeşkiyan ilk günlərdə elan etmişdi ki, verdiyi vədləri yerinə yetirə bilməsə, işini tərk edəcək. Amma o da məlumdur ki, Rəhbər indiyə kimi prezidentlərin vaxtından əvvəl istefasını qəbul etməyib. Belə olan halda M.Pezeşkiyanın necə addım atacağı və  geniş və güclənmiş, açıq fəaliyyətə keçmiş müxalifətin ona qarşı hansı  tədbir görəcəyi çox maraq doğurur.Bir sözlə, M.Pezeşkiyanı çox çətin günlər gözləyir. Elə REJİMİ də.\ 8 fevral 2025\




Читайте также:
Rus uşaq ədəbiyyatı dünya mədəniyyətinin zəngin  kapitalıdır. (I hissə)
Rus uşaq ədəbiyyatı dünya mədəniyyətinin zəngin kapitalıdır. (I hissə)
30.03.22, КУЛЬТУРА
AZƏRBAYCAN DEMOKRAT FİRQƏSİNİN DÖVLƏTÇİLİK SİYASƏTİ (1945-1946-CI İLLƏR)
AZƏRBAYCAN DEMOKRAT FİRQƏSİNİN DÖVLƏTÇİLİK SİYASƏTİ (1945-1946-CI İLLƏR)
13.05.24, ЭТНОПОЛИТИКА
İRAN  TALİBLƏRLƏ ƏMƏKDAŞLIĞI DAVAM ETDİRƏRƏK DAHA DA GENİŞLƏNDİRƏCƏKDİR
İRAN TALİBLƏRLƏ ƏMƏKDAŞLIĞI DAVAM ETDİRƏRƏK DAHA DA GENİŞLƏNDİRƏCƏKDİR
08.05.22, АНАЛИТИКА / ЭТНОПОЛИТИКА
İmadəddin Nəsimi haqqında İranda tədqiqatlar
İmadəddin Nəsimi haqqında İranda tədqiqatlar
19.09.23, КУЛЬТУРА
Tehranın Azərbaycana qarşı əsassız iddiaları
Tehranın Azərbaycana qarşı əsassız iddiaları
27.07.23, АНАЛИТИКА
SEPAH: BÖYÜK İDDİADAN BÖYÜK UĞURSUZLUĞA
SEPAH: BÖYÜK İDDİADAN BÖYÜK UĞURSUZLUĞA
04.05.26, В МИРЕ
Hicabsız İran
Hicabsız İran
15.12.24, ЭТНОПОЛИТИКА
1941-1946-cı illərdə Cənubi Azərbaycanda xalqın milli özünüdərk prosesinin yüksəlişi və Azərbaycan dilinin mövqeyi
1941-1946-cı illərdə Cənubi Azərbaycanda xalqın milli özünüdərk prosesinin yüksəlişi və Azərbaycan dilinin mövqeyi
10.10.23, ЭТНОПОЛИТИКА
AZERBAYCAN DEMOKRAT FIRKASININ DEVLETÇİLİK SİYASETİ (1945-1946)
AZERBAYCAN DEMOKRAT FIRKASININ DEVLETÇİLİK SİYASETİ (1945-1946)
13.05.24, ЭТНОПОЛИТИКА
Rus uşaq ədəbiyyatı dünya mədəniyyətinin zəngin kapitalıdır. (III hissə)
Rus uşaq ədəbiyyatı dünya mədəniyyətinin zəngin kapitalıdır. (III hissə)
30.03.22, КУЛЬТУРА
Ərzin əşrəfi Naxçıvan (2-ci hissə)
Ərzin əşrəfi Naxçıvan (2-ci hissə)
23.12.24, ИСТОРИЯ И ОБЩЕСТВО
Böhranlı İran: HİCABDAN AZAD OLMAQ ASANDIRMI?
Böhranlı İran: HİCABDAN AZAD OLMAQ ASANDIRMI?
08.10.22, АНАЛИТИКА
“Azərbaycan İranın başıdır, baş gedəndə bədən də gedər... General Şadan”
“Azərbaycan İranın başıdır, baş gedəndə bədən də gedər... General Şadan”
07.10.24, КУЛЬТУРА
İRANIN  AZƏRBAYCANA QARŞI İDEOLOJİ FƏALİYYƏTİNİN  MƏRHƏLƏLƏRİ
İRANIN AZƏRBAYCANA QARŞI İDEOLOJİ FƏALİYYƏTİNİN MƏRHƏLƏLƏRİ
23.04.23, ЭТНОПОЛИТИКА
İranda islahatçıların həbsi; təxribatçı müxalifətdən təcrid olunmuş müxalifətə keçid?
İranda islahatçıların həbsi; təxribatçı müxalifətdən təcrid olunmuş müxalifətə keçid?
10.02.26, ЭТНОПОЛИТИКА
İRANIN SEÇİMSİZ SEÇKİLƏRİ
İRANIN SEÇİMSİZ SEÇKİLƏRİ
28.02.24, АНАЛИТИКА