Все о коронавирусе в Азербайджане

                                                                            Онлайн центр квантового мышления

Среда, 03 Март 2021 18:23

“MEHR” AGENTLİYİNİN BƏDNAM NÜMAYƏNDƏSİ KİMİ TƏMSİL EDİRDİ.

Автор
“MEHR” AGENTLİYİNİN BƏDNAM NÜMAYƏNDƏSİ KİMİ TƏMSİL EDİRDİ. google

Vidadi Mustafayev

Məlum olduğu kimi, həmin agentliyin  gənc xanım təmsilçisi 26 fevral 2021- ci il tarixində Azərbaycan Respublikası Prezidenti İ.Əliyevin xarici və yerli jurnalistlər üçün keçirdiyi mətbuat konfransında Azərbaycanda terroristlərin mövcudluğu ilə  bağlı   yersiz,qərəzli və  əsassız sual verdiyinə görə layiqli cavabını almışdı.Həmin məsələ sosial şəbəkədə geniş əks-səda yaratmışdı.Hətta xəbərlərdə deyilirdi ki, İran tərəfi həmin xanımın sualına münasibət bildirərək onun İran hökumətinin mövqeyini əks etdirmədiyini vurğulamışdı.

Doğrudan da, həmin xanım kimin mövqeyini əks etdirirdi?

Həmin suala İran tərəfi aydın cavab vermişdir.Belə ki, İran Elmiyə hövzələri (dini təhsil)Mərkəzi idarəsi məlum olmayan səbəbdən 1 mart 2021-ci il tarixində “Beynəlxalq 17 Rəbiyol əvvəl Qarabağ konfransı” təşkil etmişdir.Konfrans 17 rəbiyol əvvl 1342h.q.\3 noyabr 2020-ci il tarixində İranın Ali Rəhbəri ayət. S.Ə.Xameneinin Qarabağla bağlı bəyan etdiyi fikirləri yenidən xatırlatmaq, geniş təhlil etmək və inikas etdirməyə həsr olunumuşdur.

 Konfransda İran ruhaniləri Azərbaycan xalqına xüsusi dəstək ifadə etmiş, Qarabağın tamamilə “azad” olunmasını tələb etmiş və digər məsələrdən danışmışlar.

Konfransın sonunda yekun Bəyanat qəbul edilmişdir.Orada o cümlədən deyilr:”Hörmətli Azərbaycan Respublikası hökumətindən sionist rejimin ünsürlərinin(?) və TƏKFİRÇİ qrupların MOVCUDLUĞUNA qarşı lazımi tədbirlər görməyi xahiş edirik.”.

Bu qədər hay-küy yenə də Azərbaycanda təkfirçi qrupların olduğunu vurğulamaq və Azərbaycan-İsrail dostluğuna zərbə vurmağa yönəlmişdir.Görəsən, hansı dildə deyəsən ki, bu şiə qardaşlar bir dəfə də bizim sözlərimizə inanalar.Öz bildiklərini təkrar etməkdən usanmırlar

Əgər İran hökumətinə müraciət olunsa, həqiqətən deyəcəklər ki, bəyanat İran hökumətinin(prezidentin başçılıq etdiyi icra hakimiyyəti) mövqeyini əks etdirmir.Amma İran hökuməti də uzun müddət eyni iddia ilə çıxış edibdir.Nəhayət, hökumət nümayəndələri  qeyd etməyə başlayıblar  ki, deyəsən, Azərbaycanda həqiqətən terrorist qruplar yoxdur.İndi növbə dini hakimiyyət təmsilçilərinə çatıbdır. Hələ ki, onlar əsassız iddiaları təkrar etməkdə davam edirlər.O qədər qardaşlıqdan, dostluqdan danışmağın nə mənası, əgər sən “QARDAŞININ “ sözlərinə inanmırsansa və ya inanmaq istəmirsənsə, başqa məqsədlər güdürsənsə.Əgər dini hakimyyət nümayəndələri bizim rəsmilərin dediklərinə inanmırlarsa, onda qoy onların dilini bilən, onların dilində danışan   bizim mollalar onları  başa salsınlar ki, qonşuya dost, qardaş deyib  qara yaxmaq  və  yaxın dostları ilə aralarını vurmağa çalışmaq yaxşı iş deyil.

Прочитано 118 раз

последние новости