İRANDA TÜRK DİLİ
- 21-01-2023, 21:14
- ЭТНОПОЛИТИКА
- 0
- 858
İranda çap olunan türk dilində kitabça
Foto:www.amerikaninsesi.org
Vidadi Mustafayev
28-29 01.2015-ci il tarixində Əllamə Təbatəbai adina Tehran Universiteti “Iranda türk dilinin dialektlərinin dilçilk və ədəbi baxımdan araşdırılması”mövzusunda beynəlxalq simpozium keçirməyi planlaşdırır.Bu barədə nə demək olar.
İranda türk dilinin filoloji (linqvistik və ədəbi) baxımdan araşdırılmasına həsr olunmuş beynəlxalq simpozium keçirilməsi yüksək qiymətləndirilməli bir hadiəsə olacaqdır. Həmin tədbir İran tarixində tamamilə yeni bir elmi və siyasi hadisədir. Onu bir tərəfdən İranın siyasi və elmi fikrində türk xalqının varlığı, dili və mədəniyyətinə baxışın kökündən dəyişməsinin ən mühüm göstəricisi, digər tərəfdən İranın ictimai, siyasi, mədəni həyatında türk mədəniyyəti və dilinin rolu və statusunun artmasının vacibliyinin etiraf olunması kimi dəyərləndirmək olar.İranda türk dilinə yüksək səviyyədə münasibətin dəyişməsində İran türklərinin \azərbaycanlıların milli kimlik, onun əsas göstəricisi və ifadəçisi olan ana dili, milli mədəni hüquqlar və əlbəttə, milli hüquqlar uğrunda müxtəlif forma, intensivlik və vasitələrlə apardıqları ardıcıl mübarizənin son dərəcə mühüm rolunu xüsusi vurğulamaq lazımdır.Burada hamının -milli ziyalıların, bir çox siyasətçilərin və ən çoxu milli mədəni hüquqlar uğrunda həbslərə atılan gənc milli fəalların əməyini xüsusi qeyd etmək lazımdır.Milli hüquqlar uğrunda İran İslam inqilabının qələbəsi ərəfəsində və gələbəsinin ilk günlərindən tamamilə yeni şəraitdə başlanan və daim davam edən həmin mübarizə məlum olduğu kimi, ana dilinin məhdud şəkildə olsa da, hüquqlarının Əsas qanunda təsbit olunması ilə nəticələndi. Həmin hüquqların həyata keçirilməməsi onun reallaşdırılması uğrunda qanuni əsaslarla mübarizə aparılmasına, bütün bunlar İranda bir sıra iranlı alimlərin, mədəniyyət xadimləri və siyasətçilərin türk dili, mədəniyyəti və türk etnosuna münasibətdə obyektiv mövqe nümayiş etdirməsinə, türk etnosunun, onun ana dilinin vəziyyəti, rolu və statusu məsələsinin siyasi fəaliyyətin bir ünsürünə (seçki kampaniyaları zamanı həmin məsələyə münasibət bidirilməsi və müəyyən vədlər verilməsi) çevrilməsinə şərait yaratmışdır. Məlum olduğu kimi, həmin sahədə verilən sonuncu vəd son(2013) prezident seçkiləri təbliğat kampaniyasında prezidentliyə namizədlərdən biri olan Həsən Ruhaninin Əsas qanunun 15-ci maddəsində nəzərdə tutulanları həyata keçirəcəyi olmuş, lakin o ,bununla kifayətlənməmiş, azərbaycanlılara Türk dili akademiyası yaradılacağını da vəd etmişdir.İranda hakim millətçilik bəlasına tutlmuş istər elmi, istər mədəni, istərsə də siyasi qüvvələrin ciddi müqaviməti nəticəsində hələlik həmin vədlərin yerinə yetirilməsinə başlanmamışdır. Keçirilməsi nəzərdə tutulan İranda türk dili beynəlxalq simpoziumunu həmin müqaviməti zəiflətmək istiqamətində atılmış addım kimi də dəyərləndirmək olar.Hər halda bu istiqamətdə atılan istənilən addımı verə biləcəyi nəticədən asılı olmayaraq alqışlamaq və dəstəkləmək gərəkdiyi fikrindəyik.Həmin çox mühüm tədbir həmçinin azərbaycanlıların öz milli hüquqları uğrunda mübarizəsini daha da genişləndirməsi, dərinləşdirməsinin, səviyyəsinin daha da yüksəldilməsinin vacibliyini xüsusi vurğulayır. Verilmiş elanda diqqəti çəkən iki məsələni də qeyd etmək olar.Birincisi, tədbirin adının türkcə və farscasının eyni məzmun ifadə etməməsidir. .Tədbir İranda keçirildiyindən əsas, yəqin ki, farsca götürülməlidir, onun tərcüməsində isə yalnız İranda türk dialektlərindən-quyeşha söz açılır. İkincisi, tədbirin proqramında qeyd edilən elmi heyətdə Təbriz, Ərdəbil və Zəncan universitetlərinin təmsil olunmamasıdır.Türkiyə universitetlərinin həmin qurumda geniş təmsil olunması bir maraqlı və xoş yenilik hesab edilə bilər.Sonda, Beynəlxalq simpoziuma tarixi işində uğurlar, Cənibi azrbaycanlılara\Cənubi Azərbaycan türklərinə milli kimliyin təsdiqi, milli hüquqların reallaşdırılması istiqamətində daha böyük başırılar arzulayıram.\ 19 yanvar 2015