Ethnoglobus » ЭТНОПОЛИТИКА » İranda yaşayan xalqlar dövlətçiliyə təhdididirmi?

İranda yaşayan xalqlar dövlətçiliyə təhdididirmi?

İranda yaşayan xalqlar dövlətçiliyə təhdididirmi?
ЭТНОПОЛИТИКА
Ethnoglobus.Az
Фото: Ethnoglobus
17:56, 26 noyabr 2024
2 606
0

Foto: globalsanctions.com

ƏQVAM YENƏ DƏ TƏHDİD HESAB OLUNUR….

Vidadi Mustafayev

İranda XX əsrin  20-ci illərinin ortalarından  başlanan qeyri-fars xalqlarını məhv etmək(elmi dildə etnosid) siyasətini əsaslandırmaq üçün onları dövlətin varlığı üçün təhdid adlandırırdılar.

Bu baxış və siyasət  İslam adı altında qalib gələn inqilabdan sonra da davam etməkdədir.Lakin indi  həm ritorika dəyişib, həm də yumşaq güc(elmi adı başaldatmaq) deyilən vasitədən geniş istiufadə edilir, həm də ilk dəfə  alternativ yanaşma  da meydana   gəlib və deyəsən, bu da yeni oyundur. Bu yanaşma milli və dini,məzhəb azlıqlarını dövlətin varlığı üçün təhdid hesab etməmək və  onlara qonşu dövlətərlə daha geniş əlaqələr üçün fürsət kimi baxmağı vurğulayır. Bu yanaşma ilk dəfə 2009-ci ildə prezident seçkiləri zamanı prezidentliyə namizədlərdən biri olan,islahatçı, 2 çağırış(2000,2004) parlamentin sədri olmuş Mehdi Kərrubi tərəfindən proqram şəklində elan edilmişdi.

Həsən Ruhaninin prezident  seçkisi kampaniyasında  qeyd edilən yanaşma özünü daha qabarıq göstərirdi. O, prezident seçiləndən sonra ilk dəfə prezidentin Milli\etnik \əqvam   və dini, məzhəbi azlqların işləri üzrə  xüsusi köməkçisi vəzifəsi təsis etdi. Həmin vəzifəyə S.M.Xatəmi hökumətində(1997-2005) İttilaat( Xüsusi Xidmət-Kəşfiyyat və Əks kəşfiyyat)  naziri olmuş bədnam Əli Yunisi təyin edildi.Bu köməkçi və müşavir qeyd edilən azlıqların etnik-mədəni problemlərini həll etməyə kömək göstərmək  əvəzinə öz çıxışlarında etnik azlıqların varlığını inkar edirdi. Belə çıxışlar ölkədə, xüsusən milli\etnik  azlıqlar arasında böyük narazılıq və etirazlara səbəb olmuşdu. 2018 -ci ildə Ə.Yunisi pensiya yaşına çatdığı üçün yeni qanuna əsasən vəzifəsini tərk etməli oldu.H.Ruhani prezidentliyinin sonuna(2013-2021) kimi yeni köməkçi təyin etmədi.

Beləliklə,H.Ruhani sözdə azlıqları fürsət, əməldə təhdid hesab etməkdə davam etmiş olurdu.

2021- ci ildə prezident seçkisi  kamaniyası zamanı prezidentliyə, əsas və əslində yeganə( siyahıda ondan başqa daha 6 nəfər vardı) namizəd olan İ.Rəisi azlıqlara heç bir yalan –palan vəd verməmişdi. Amma İ.Rəisi  prezident seçiləndən sonra  keçmiş təcrübənin uğursuz olduğunu nəzərə alaraq, həmin vəzifəyə kürd əsilli siyasətçi,din xadimini( sünni məzhəb)     təyin etdi.Həmin şəxs üç illik fəaliyyəti dövründə, demək olar ki, heç nə ilə yadda qalmadı.




M.Pezeşkiyan da  seçki kampaniyası zamanı azlıqlara  təhlükısizliyə təhdid kimi baxmağın əleyhinə olduğunu vurğulayırdı. O da milli və dini  azlıqlara konkret  heç bir vəd verməmiş, onların bir-birindən üstün olmamasndan, bərabərləyindən,  onların dövlətin idarə edilməsinə cəlb edilməsinin vacibliyindən danışırdı.

Doğrudan da, prezident seçildikdən sonra bir nəfər sünni( kürd) prezidentin İnkişaf etməmiş rayonlar və kəndlərin inkişafı üzrə müavini , 3 nəfər ( kürd, bəluç, ərəb) öz  etnik ostanlarına vali\ostandar təyin edilmişlər.

 Nəhayət, M.Pezeşkiyanın  prezidentliyindən 3 aydan çox keşəndən sonra yeni müşavirin  təyin edildiyi elan edildi.Prezident müşavir məsələsində, zahirən mühüm yenilik etdi.Beləki yeni müşavir Etnik\milli və dini, məzhəbi azlıqlar Şurasının rəisi kimi təqdim edilir.Eyni zamanda Şurada etnik və dini, məzhəbi azlıqların nümayəndələrinin iştirakı nəzərdə tutulur.Bu mühüm yenilik, Şuranın sədrinin-prezidentin müşavirinin keçmişi və  kimliyi ilə  öz əhəmiyyətini itirir.M.Pezeşkiyan İ.Rəisinin  yolu ilə getməyərək, H.Ruhaninin ənənəsini davam etdirməyi qərara alıb. Beləki Şuraya H.Ruhani hökumətlərində(2013-2021) 8 il  İttilaat naziri olmuş  h\i  Seyid Mahmud Ələvini təyin etmişdir.

Doğrudur, azlıqların nümayəndələrinin Şurada iştirakı zahirən müşavirin fəaliyyətinə  müəyyən dərəcədə təsir göstərə bilər,əgər Şuranın həlledici səsi olsa, yox sırf məşvərətçi funksiya yerinə yetirsə, onda həlledici söz Şuranın rəisinə məxsus olacaqdır.Hələlik Şuranın səlahiyyətləri , üzvləri, iş qaydası və digər məsələlər haqqında  məlumat yoxdur. Hər halda həmin vəzifəyə keçmiş İttilaat nazirinin təyin edilməsi, Şuranın təsis edilməsi nəzərə alınarsa, İ.Rəisiyə nisbətən bir addım geri, H.Ruhaniyə nisbətən yarım addım irəli olsa da, azlıqlara  təhdid mənbəyi baxışının hakim olduğunu göstərir.\25 noyabr 2024




Читайте также:
Rus uşaq ədəbiyyatı dünya mədəniyyətinin zəngin  kapitalıdır. (I hissə)
Rus uşaq ədəbiyyatı dünya mədəniyyətinin zəngin kapitalıdır. (I hissə)
30.03.22, КУЛЬТУРА
İmadəddin Nəsimi haqqında İranda tədqiqatlar
İmadəddin Nəsimi haqqında İranda tədqiqatlar
19.09.23, КУЛЬТУРА
AZƏRBAYCAN DEMOKRAT FİRQƏSİNİN DÖVLƏTÇİLİK SİYASƏTİ (1945-1946-CI İLLƏR)
AZƏRBAYCAN DEMOKRAT FİRQƏSİNİN DÖVLƏTÇİLİK SİYASƏTİ (1945-1946-CI İLLƏR)
13.05.24, ЭТНОПОЛИТИКА
İRAN  TALİBLƏRLƏ ƏMƏKDAŞLIĞI DAVAM ETDİRƏRƏK DAHA DA GENİŞLƏNDİRƏCƏKDİR
İRAN TALİBLƏRLƏ ƏMƏKDAŞLIĞI DAVAM ETDİRƏRƏK DAHA DA GENİŞLƏNDİRƏCƏKDİR
08.05.22, АНАЛИТИКА / ЭТНОПОЛИТИКА
Tehranın Azərbaycana qarşı əsassız iddiaları
Tehranın Azərbaycana qarşı əsassız iddiaları
27.07.23, АНАЛИТИКА
Rus uşaq ədəbiyyatı dünya mədəniyyətinin zəngin kapitalıdır. (III hissə)
Rus uşaq ədəbiyyatı dünya mədəniyyətinin zəngin kapitalıdır. (III hissə)
30.03.22, КУЛЬТУРА
SEPAH: BÖYÜK İDDİADAN BÖYÜK UĞURSUZLUĞA
SEPAH: BÖYÜK İDDİADAN BÖYÜK UĞURSUZLUĞA
04.05.26, В МИРЕ
1941-1946-cı illərdə Cənubi Azərbaycanda xalqın milli özünüdərk prosesinin yüksəlişi və Azərbaycan dilinin mövqeyi
1941-1946-cı illərdə Cənubi Azərbaycanda xalqın milli özünüdərk prosesinin yüksəlişi və Azərbaycan dilinin mövqeyi
10.10.23, ЭТНОПОЛИТИКА
Ərzin əşrəfi Naxçıvan (2-ci hissə)
Ərzin əşrəfi Naxçıvan (2-ci hissə)
23.12.24, ИСТОРИЯ И ОБЩЕСТВО
AZERBAYCAN DEMOKRAT FIRKASININ DEVLETÇİLİK SİYASETİ (1945-1946)
AZERBAYCAN DEMOKRAT FIRKASININ DEVLETÇİLİK SİYASETİ (1945-1946)
13.05.24, ЭТНОПОЛИТИКА
“Azərbaycan İranın başıdır, baş gedəndə bədən də gedər... General Şadan”
“Azərbaycan İranın başıdır, baş gedəndə bədən də gedər... General Şadan”
07.10.24, КУЛЬТУРА
TÜRK DÜNYASI VƏ BƏHAİ DİNİ
TÜRK DÜNYASI VƏ BƏHAİ DİNİ
14.11.24, КОНФЕРЕНЦИИ
Ərzin əşrəfi Naxçıvan (1-ci hissə)
Ərzin əşrəfi Naxçıvan (1-ci hissə)
23.12.24, ИСТОРИЯ И ОБЩЕСТВО
Ərzin əşrəfi Naxçıvan (4-cü hissə)
Ərzin əşrəfi Naxçıvan (4-cü hissə)
27.12.24, ИСТОРИЯ И ОБЩЕСТВО
İRANIN  AZƏRBAYCANA QARŞI İDEOLOJİ FƏALİYYƏTİNİN  MƏRHƏLƏLƏRİ
İRANIN AZƏRBAYCANA QARŞI İDEOLOJİ FƏALİYYƏTİNİN MƏRHƏLƏLƏRİ
23.04.23, ЭТНОПОЛИТИКА
İran milli kimliyində fars dili üçün yaranan təhlükə
İran milli kimliyində fars dili üçün yaranan təhlükə
23.12.23, ЭТНОПОЛИТИКА