Ethnoglobus » ЭТНОПОЛИТИКА » Osmanlı dövlətində qeyri-müsəlmanlara qarşı münasibət

Osmanlı dövlətində qeyri-müsəlmanlara qarşı münasibət

image

Foto: www.wikitarih.com

Osman Qazinin gərgin səyləri nəticəsində yaradılmış Osmanlı dövləti qısa müddət ərzində inkişaf edərək 3 qitəni öz kolgəsi altına almış və altı əsr boyunca şərəflə yaşamışdır. Əlbəttə, bu böyük dövlətin son dərəcə ehtişamlı və uzunömürlü olmasının çoxlu maddi və mənəvi səbəbləri vardır. Bunların ən mühümlərindən biri də, heç şübhəsiz, qeyri-müsəlman təbəqəyə qarşı münasibətlərdə həyata keçirilən və İslamın özündən qaynaqlanan cahanşümul ədalət və nizam-intizamdır. Bu səbəbdəndir ki, yüz illər boyu Osmanlı bayrağı altında birləşən millətlərin heç biri öz mənliyindən və dini həyatından qoparılmamış, hər xalq öz xüsusiyyətlərini çox rahat bir şəkildə mühafizə edə bilmişdir. Tarix şahiddir ki, Osmanlı dövlətində varlı və kasıb, şah və kəndli eyni haqqa sahib idi. Qeyri-müsəlmanlar isə dövlətə Allah tərəfindən əmanət verilmiş, qorunmağa möhtac olan kimsələr hesab edildiklərindən, onların hüquqlarına daha çox riayət edilirdi. Osmanlıların bu ədalətinə görə xristianlar onlara aşiq olmuşdular. 

Xüsusilə, Avropadakı fəthlərin sürətlə genişlənməsinə Osmanlı ədaləti daha çox təsir göstərmişdir. Hətta Konstantinopol Osmanlılar tərəfindən mühasirə edildiyi zaman Romadan yardım istənilməsi təklifinə qarşı Bizans əsilzadələrindon olan Notarasın dediyi sözlər tarixdə çox məşhurdur: “Konstantinopolda kardinal şapkası görməkdənsə, türk çalmasını görməyi daha üstün tuturam”. Heç şübhəsiz ki, Notarasın bu cümləsi Osmanlıların Həzrəti Peyğəmbərdən (s.ə.s.) əxz etdiikləri bənzərsiz İslam ədalətindən qaynaqlanırdı. 1789-cu il Böyük Fransa İnqilabının ideoloci rəhbərlərindən biri olan filosof Lafayet məşhur “İnsan haqları bəyannaməsi”ni hazırlayarkən bütün hüquq sistemlərini tədqiq etmiş, İslam hüquq məktəbinin üstünlüyünü görərək söyləmişdi: “Ey Muhəmməd! Ədaləti həyata keçirmək sayəsində sənin çatdığın səviyyə nə qədər bənzərsiz və möhtəşəmdir!” Həzrəti Muhəmməd Peyğəmbərin (s) tapşırıqlarına tam ciddiliklə riayət edən Osmanlılar da ondan ilhamlanaraq dünyaya ədalətin zövqünü dadızdırmış, xalq arasında əmin-amanlıq və asayiş yaratmışlar. 

İnsanlıq, haqq və ədalət məfhumlarına ehtiram və riayət etdiyinə görə Osmanlı sultanı Süleyman Qanuniyə “Möhtəşəm Süleyman” ləqəbini müsəlmanlar deyil, məhz fransızlar vermişdilər. Bu onu göstərir ki, Osmanlılar “mülkün təməli ədalətdir” prinsipini dünyaya ən gözəl şəkildə bəyan etmişlər. Vaxtilə Polşada belə bir misal deyilirdi: “Osmanlı əsgərlərinin atları Vistul çayından su içmədikcə, Polşanın azadlıq və istiqlal qazanması mümkün olmayacaqdır”. Osmanlılar fəth etdikləri xristian məmləkətlərində xalqı aclıq və yoxsulluqdan xilas edir, ailə başçısını itirmiş dul qadınları ehtiyacdan qurtarır, kasıbları yemək, geyim və yaşayış yeri ilə təmin edirdilər. Osmanlıların məqsədi yalnız cahangirlik və hakimiyyət qazanmaqdan ibarət olmamışdır. Hələ Osmanlı dövlətinin təşəkkül etdiyi illərdə onun mənəvi rəhbərliyini həyata keçirmiş Şeyx Ədəbalı həzrətləri Osmanlı imperiyasının başçısı Osman Qaziyə və onun şəxsində bütün Osmanlı sultanlarına xitabən belə nəsihət edirdi: “Oğul! Hədər yerə qan tökülməz. Qan torpağı sulamaq üçün axıdılmaz. Savaşı sevmirəm, qan axıdılmasını xoşlamıram. Bilirəm ki, bəzən hökmü qılınc verməlidir. Lakin qılınc öldürmək üçün deyil, yaşatmaq üçün qalxıb-enməlidir. Hökmdar məmləkətdən ayrı deyildir. Müharibə yalnız hökmdardan ötrü aparılmaz”. Öz növbəsində Osman Qazi bu nəsihətdən bəhrələnərək ölüm ayağında ikən oğlu Orxan Qaziyə belə vəsiyyət etmişdi: “Bunu bil ki, bizim apardığımız dava quru bir rəqabət və cahangirlik üzündən aparılmır. Bizim məqsədimiz Allahın dinini ucaltmaqdır”. Məşhur şərqşünas Gibbons Osmanlı sultanı II Murad haqqında yazırdı: “Sultan Murad Bizans kilsə xadimlərinin gözündə İsanın düşməni sayılsa da, xristianlarla münasibətdə Roma papasından daha mərhəmətli idi. O, Allahdan qorxan, ağıllı və təmkinli bir adam idi, məğlub etdiyi tərəfə qarşı insafla davranırdı”. Osmanlı Sultanı İldırım Bəyazid Niğbolu doyüşündə qalib gələrək bir neçə xristian zadəganını əsir almışdı. Əsirlərin arasında məşhur fransız cəngavəri, “qorxusuz” ləqəbli Şevalye Can da var idi. Əsirlər xilas olmaları üçün bir miqdar pul (fidyə) ödədikdən sonra Sultan onları azad etdi. Hətta əsirlər öz ölkələrinə döndükləri gün Osmanlılar onlar üçün ziyafət təşkil etdilər. Bütün xristian cəngavərlər Sultanın bu insanpərvər münasibətini müharibələrdə əsir düşmüş müsəlmanlara qarşı xristianların vəhşi rəftarı ilə müqayisə edərək heyrət içində söylədilər: “Bu andan etibarən öz namus və şərəfimizə and içirik ki, bir daha Anadolu və Rum elinin xaqanı İldırım Bəyazidə qarşı silah qaldırmayacağıq!” Qeyd etmək yerinə düşər ki, yalnız əsir düşmüş xristian cəngavərlər deyil, bütün xristian dünyası Osmanlıların ədaləti qarşısında heyran qalmışlar. Vaxtilə çoxları kimi Saloniki yepiskopu da Sultan Bəyazidi dəvət etmişdi ki, qoşun çəkərək həmin məmləkəti fəth etsin və oranın əhalisini zülmdən qurtarsın. 

Osmanlıların Yunanıstanı fəth etmələrinin səbəbi də elə bundan ibarət idi. Sultan II Murad oğlu Sultan Məhəmməd Fatehə nəsihətində həmin dünyagörüşünü işıqlandırırdı: “Oğlum, unutma ki, əcdadlarımızın böyük zəfərləri zahirən qılınc kölgəsində baş vermişsə də, əslində ağıl, məntiq və məhəbbət nəticəsində həyata keçmişdir. Oğlum, bir an da olsa ədaləti unutma! Çünki uca Allah adildir və ədalətliləri sevir! O, sənə lütf edərək səni öz bəndələrinə başçı təyin etmişdir; bunu heç vaxt unutma!” …İstanbulu fəth etdikdən sonra Sultan Məhəmməd Fateh öz vəzifəsini düzgün yerinə yetirməyən bir xristian memarın əlinin kəsilməsini əmr etmişdi. İstanbul qazisi Xızır bəy Sultanın yaxın dostu idi və onun tərəfindən İstanbul qaziliyinə təyin edilmişdi. Əli kəsilmiş xristian memar qazinin yanına gedib Sultandan şikayət edir. Qazi şikayətlə əlaqədar məhkəmə işini başlayıb hər iki tərəfi məhkəməyə dəvət edir. 

O zaman Osmanlı hökmdarına rəsmi şəkildə “Sultan ibn Sultan Qazi Əbu’l-Fəth Məhəmməd Xan Sani” deyə müraciət edirdilər. Lakin qazi Xızır bəy təmtəraqlı müraciət formasına əhəmiyyət verməyərək Sultanı adi bir rəiyyət kimi məhkəməyə çağırır: “Murad oğlu Məhəmməd, filan vaxtda məhkəməyə gəl”. Sultan adi bir vətəndaş kimi məhkəmə otağına gəlib müttəhimlər kürsüsündə oturur. Məhkəmə qaydasına görə ifadə verənlər ayaq üstə durmalı idilər. Sultanın oturduğunu görən Xızır bəy ona müraciət edir: “Məhkəmə qarşısındasan, ayağa qalx!” Sultan Fateh qazinin əmrinə itaət edib ifadə vermək üçün ayağa qalxır. Qazi Xızır bəy məsələni araşdıraraq Sultanı müqəssir, şikayətçi xristian memarı isə haqlı sayan hökm çıxarır. İslam qanunlarına görə, əli kəsilən şəxs qarşı tərəfin əlinin kəsilməsini tələb edə bilər. Lakin tərəflər arasında razılaşma əldə edilərsə, cinayətkar şəxs qolunun kəsilməməsi xatirinə tələbkar tərəfə müəyyən miqdarda pul da ödəyə bilər (buna “diyə” deyilir; tələbkar tərəf diyəni qəbul etməkdən imtina edərsə, cinayətkarın qolu mütləq kəsilməlidir). Qazi həmin şəriət hökmünü əldə əsas tutaraq Sultanın əlinin kəsilməsinə hökm verir. Böyük bir imperiyanın başçısı olan Sultan Məhəmməd Fateh heç bir etiraz etməyərək qərarla razılaşır və “hökm şəriətə məxsusdur” – söyləyir. Xristian memar Sultanın bu ədalətindən heyrətə gələrək göz yaşları içində belə deyir: “Mən öz haqqımdan keçdim, diyəni qəbul edirəm, qoy Sultanın əli salamat qalsın”. Sultan Fateh memarın xeyirxahlığı müqabilində diyənin miqdarından qat-qat dəyərli olan bir malikanəni ona bağışlayır. Xristian memar isə bu ədaləti seyr edərək sonda öz qəlbinin hökmünü dilə gətirir: “Dünyada belə bir ədalətə heç bir yerdə rast gəlmək olmaz. Həqiqətən, İslam ədalət dinidir. Mən də bu andan etibarən müsəlmanlığı qəbul edirəm”. Beləliklə, hökmdarın ədaləti daha bir xristianın kəlmeyi-şəhadət gətirərək İslamı qəbul etməsinə səbəb olur. 

Tarixdən məlumdur ki, Sultan Məhəmməd Qanuni Macarıstan kralını və şahzadələrini Avstriya əsirliyindən, Fransa kralını isə alman imperatoru Şarlkenin həbsxanasından xilas etmiş, öz ölkələrinə qaytararaq hakimiyyətə qayıtmalarına şərait yaratmışdı. Halbuki, adı çəkilən alman imperatoru Şarlken Roma papasını əsir tutarkən yalnız çox böyük miqdarda pul aldıqdan sonra azad etmiş, papalığa tabe olan şəhərləri talan etmişdi. O, hətta atlara keşiş qiyafəsi geyindirərək kilsələrdə kürsülərə oturtmuş, müqəddəs kilsələrdə olmazın cinayətlər və əxlaqsızlıqlar törətmişdi. Osmanlı imperiyasında qeyri-müsəlmanlar arasında baş vermiş ixtilaflı məsələlər onların mənsub olduqları dini qanunlar əsasında həll edilirdi. Əlbəttə, əgər qeyri-müsəlman şəxs hər hansı müsəlmana qarşı cinayət törətsəydi, məsələyə İslam məhkəməsində baxılırdı. Bu gün BMT başqa mədəniyyətlərə səbirlə yanaşmağı demokratiya və sivilizasiyanın şərti hesab etməkdədir. Osmanlılar 600 il bundan öncə həmin prinsiplərə riayət edirdilər. Nümunə üçün uzağa getməyə ehtiyac yoxdur. Sultan II Əbdülhəmidin 1880-cı illərdə İstanbulda tikdirdiyi “Daru’l-Acəzə” adlı qocalar evində məscidlə yanaşı həm kilsə, həm də yəhudi sinaqoqu mövcud idi. 

Osmanlı imperiyasının 625 illik hakimiyyət dovrünün müxtəlif mərhələlərində əhatə etdiyi ölkələr bunlar olmuşdur: Bolqarıstan, Yunanıstan, Krit, Egey adaları, Albaniya, Yuqoslaviya, Rumıniya, Macarıstan, Çexiya, Slovakiya, Polşa, Qərbi Rusiya, Belarus, Cənubi Rusiya, Ukrayna, Gürcüstan, Azərbaycan, Kipr, Suriya, Livan, Fələstin, İordaniya, İraq, Ərəbistan, Yəmən, Qatar, Bəhreyn, Küveyt, Ərəb Əmirlikləri, Şərqi Türküstan, İndoneziya, Malaziya, Sinqapur, Hindistan, Pakistan, Misir, Sudan, Liviya, Tunis, Əlcəzair, Mərakeş, Mavritaniya, Niger, Çad, Seneqal, Nigeriya, Kamerun, Qambiya, Qvineya, Bruney, Uqanda, Efiopiya, Cibuti, Somali, Oman, Zəngibar, Tanzaniya, Keniya və Mozambik.

Mənbə: 
https://islam.az

ДРУГИЕ НОВОСТИ
ВСЕ НОВОСТИ
18:11В Японии разработали новый метод «описание мыслей»15:54Горские евреи и Эрец Исраэль в период британского мандата (1918-1948)14:01Литовские татары в XVII-XX вв.09:03Əbülfəz Rəcəblinin talış dilinin leksikası kitabından (FRAZEOLOGİYA)08:59TOLIŞƏ ZIVONİ LEKSİKƏ PROFESSOR RƏCƏBİ ƏBULFƏZ FRAZEOLOQİYƏ10:57დავით ხოსიტაშვილის წიგნის “კლასიკური მუსიკის ჩაწერის ხელოვნების ასპექტები“ პრეზენტაცია14:57Bakıda “Ronahi” Kürd Mədəniyyət Mərkəzinin yaranmasının 35 illiyi qeyd olunub12:10TBİLİSİDƏ QAFQAZ KÜRDLƏRİNİN II ELMİ-PRAKTİKİ KONFRANSI KEÇİRİLİB08:52Паломники и Старый ишув Первый этап, часть II15:59Второй этап: горские евреи, сионизм и алия (репатриация) до Первой мировой войны - 1890 - 1914 годы ( Часть I)17:21Турция является одним из важнейших партнеров Срединного коридора16:34ترک ها در احادیث پیامبر16:24Рабби Иосиф бен Хаим Шур16:59Оша’на Рабба – Араво - ГIэрево16:46Страсти за Каспием17:38İrana növbəti hərbi hücum olacaqmı?14:29İRANIN QARA SENTYABRLARI20:00Azərbaycanda və Balkan ölkələrində multikulturalizm və tolerantlıq ənənələrinin müqayisəli təhlili.15:31Rza Pəhləvinin “Kuruş paktı” daxili analitikin mikroskopunda18:47В Баку прошел вечер, посвященный истории татар Азербайджана18:37ترک ها در احادیث پیامبر17:12Xameneinin müşaviri Azərbaycana xəbərdarlıq edib14:27İRAN RƏHBƏRİNİN NÜFUZSUZ MÜŞAVİRİ18:05Gökhan Güler: KKTC bayrağının Türk dünyasındaki nazlı yolculuğu18:59UEFA Şampiyonlar Ligi 3. Ön Eleme Turu Fenerbahçe-Feyenoord maçının psikolojik analizi (12 Ağustos 2025)16:31Запуск Зангезурского коридора увеличит энергетический потенциал Турции09:48CƏNUBİ AZƏRBAYCAN TƏHLÜKƏ DEYİL10:30AZƏRBAYCAN DEMOKRAT FIRQƏSININ MƏRAMNAMƏSİ08:35İRANLI MÜƏLLİF:"DƏRİN TƏƏSSÜF DOĞURUR VƏ ÇOX TƏHLÜKƏLİDİR".19:05Мовсес Дасхуранци или Мовсес Каганкатваци: кто был автором “Истории страны Агванк»?10:32İranın yeni və gözlənilməyən qonşusu12:54İranın Demokrat Türkmənləri: Ali Rəhbərin hakimiyyəti sosial həmrəyliyə mane olur12:51İranın Türkmənsəhra əyalətində türkmənlər arasındakı sosial fenomen haqqında07:50Новый баланс в Евразии и стратегическое положение Турции19:21Kafkasyada barışın önündeki engel11:53Дипломатия Трампа в Овальном кабинете: не стол переговоров, а распределение сил17:05UEFA Çempionlar liqası 3-cü seçmə Fənərbaxça-Feyenoord oyununun ( 12 avqust 2025) psixoloji təhlili17:48Обнародован текст «Соглашения о мире и установлении межгосударственных отношений» между Азербайджаном и Арменией13:37«DƏRBƏNDNAMƏ»LƏR HAQQINDA13:23Şamaxı rayonuna antropoloji ekspedisiyanın bəzi nəticələri haqqında (01-30 iyul 2025)18:13Keçmiş diplomat Abbas Məleki İran-İsrail müharibəsindən əvvəl müşahidə edilməli olan və edilməməli olanlar haqda15:21ТАВАТАР МАНИЙРИН МЕЛЕ18:51Что такое война.11:07BİR DAHA "LEZGİNKA" RƏQSİ HAQDA10:57QONAQPƏRVƏRLİK LƏZGİLƏRİN HƏYAT TƏRZİDİR23:54Эссе к письму 40 каббалиста Рабаша18:59Новый этап энергетического кризиса в Сирии: стратегическая роль Турции20:09Зангезурский коридор: новый геополитический баланс на Южном Кавказе?15:59Dodo İradə Məlikova haqqında bir neçə söz22:11საქართველო-თურქმენეთის თანამშრომლობა: ორმხრივი ურთიერთობების დინამიკა და პერსპექტივები22:02SABIR DINDARLIĞI19:18ЕТИМ ЭМИНАН ГУЬМБЕТ ХКАЖАЙ ЮГЪ15:33В Казахстане растет спрос на традиционный казахский напиток кымыз18:12В Казахстане состоялся фестиваль «Кумыс»14:12ABŞ dövlət katibi Marko Rubiodan vacib sözlər16:16Azərbaycanın iki siyasi təşkilatının İrandakı mövcud kritik vəziyyət və xüsusilə Azərbaycanın əyalətlərində ictimai sayıqlıq və təşkilatlanma ehtiyacı ilə bağlı birgə bəyanatı12:07В Азербайджане издана книга «Грузинский язык»11:33Azərbaycanda “Gürcü dili” kitabı nəşr olunub.18:49Израиль расценивает иранских азербайджанцев как своих союзников13:56Росток надежды20:36Израиль делает ставку на протестное настроение иранцев и на Рза Шаха Пехлеви14:15Güneş olmak istiyorum ,anne09:25ترک ها در احادیث پیامبر21:31İranın əsas elita dayağı erroziyaya uğrayır19:38По следам культурного наследия: стратегия Турции в отношении исторических артефактов18:29Трехсторонняя встреча Турция-Россия-Украина, направленная на прекращение российско-украинской войны завершилась17:05Prezidentlərin Laçın görüşü geosiyasi start nöqtəsidir09:24VƏHY TƏHKİYƏÇİSİNİN MÜƏLLİF “BİZ”İ09:08Каково значение Будапештской декларации ОТГ для ТРСК?20:04Bakıda “Əvəsor” folklor qrupunun 60 illiyinə həsr olunan “Talış folkloru konserti” keçirilib19:45В Стамбуле стартовал VII Фестиваль культуры этноспорта15:08Tehran hakimiyyəti təbrizlilərin çempionluğundan niyə təşvişə düşüb?14:15وقتی فوتبال هویت می‌شود؛ از تبریز تا مرکز13:35Traktor SC İran sistemini alt-üst edib tarixi çempionluğu qazandı13:26Tractor SC complete journey to upset Iran’s establishment and claim historic title07:36Günəş olmaq istəyirəm, ay ana, yaxud, arzular necə həyata keçir20:01İRANDA DEPUTATLAR NİYƏ TEZ-TEZ İMPİÇMENTƏ ƏL ATIRLAR17:22می‌خواهم خورشید باشم، مادر.17:13خلاقیت از بعد مادی و معنوی09:59HEYDƏR ƏLİYEV - MİLLİ MƏDƏNİYYƏT TARİXİMİZ16:23Сохранение уникальности каждого народа и содействие их диалогу через ознакомление с другими культурами и изучение их языка.18:20Карты в различных проекциях могут искажать восприятие мира, или Гренляндия меньше ,чем на карте19:18Про диктат родителей в Азербайджане20:41Изобретение караимов20:27Современные евреи-тюркофоны: караимы Крыма и Восточной Европы.20:09Rəsul Həmzətovun "Qorxuram"--"Tarsedəm" şeri talış dilində16:58Регионализация в Европе: трансформация «Инициативы трех морей»11:14АЗЕРБАЙДЖАНСКАЯ МЕНТАЛЬНОСТЬ: ОТ ЛИБЕРАЛИЗМА ДО КОНСЕРВАТИЗМА10:47Acıdan "zevk” alanlar16:03İran-ABŞ danışıqlarının üçüncü raundu Maskatda başa çatıb; Tehran danışıqların ciddiliyini vurğulayır15:59İki iranlı-israilli ekspert: Bəndər-Rəcai partlayışları İran rejimini ciddi şəkildə zəiflətdi15:43İranın dəniz ticarətinin onurğa sütunu qırılıb15:36Bəndər Abbasdakı partlayışların mənşəyi: “New York Times”-ın xəbəri və İran Müdafiə Nazirliyinin bəyanatı13:14REİNKARNASIYA VƏ KABBALA13:01Səməd Vurğun "Qəhrəmanın ölümü " _ "Qəhrəmani maq" şeri talış dilində06:51Nizami Gəncəvinin “Sənsiz” qəzəli talış dilində-“Be tı”16:21محمودی: هواداران تراکتور در دنیا بی‌همتا هستند/ ورزشگاه یادگار امام، بهشت فوتبال است18:29Армейский раввин и выжившие узники08:27Отношения Азербайджана и ТРСК: история и перспективы развития15:19Парфянское царство – государство иранцев-зороастрийцев в Иране и Центральной Азии11:45کسانی که از رنج "لذت می برند"18:25Orucun sosiologiyası: onlayn sorğunun statistik təhlili14:07Savaşsonrası psixoloji problemləri cəmiyyət birgə aşmalıdır15:26Təbrizdə Beşinci Milli Muğam Musiqi Festivalı keçirilib17:04Согдийцы и хорезмийцы - иранские оседлые народы доисламской Центральной Азии14:32Детские воспоминания о праздниках: евреи и славяне о Песахе14:12Xamneinin istefası üçün ictimai tələb artır20:22İranda Azərbaycan əleyhinə mövqelər davam edir12:08GENETİK İRQÇİLİK VƏ AŞIRI MİLLƏTÇİLİK10:59Dərddən "ləzzət" alanlar19:22Сумаляк — главное блюдо Новруза в Узбекистане12:16Urmidə nələr baş verib19:37Дорога слез. Ассирийцы и их эмиграция в XIX-XXI вв.13:02Нишалда - популярный десерт на Рамазан в Узбекистане15:21კვანტური ცნობიერების თეორია და კვანტური ფსიქოლოგია19:51Место встречи – бакинский бульвар19:41Кто такая Латифа аш-Шараа — первая леди Сирии?19:54Несторианское христианство и его распространение в Центральной и Внутренней Азии в эпоху Средневековья14:40İran Azərbaycanın dövlətçiliyini inkar edir15:41Интервью первого квантового психолога Азербайджана сайту Lent.az.18:20PEZEŞKİYAN HÖKUMƏTİ PREZİDENTİN ÖZ VƏDİNƏ ƏMƏL ETMƏSİNƏ İCAZƏ VERMƏDİ?18:49Достигнуто соглашение между BOTAŞ и Туркменгаз о поставках туркменского газа в Турцию18:38İransayağı obyektivlik11:39Позиция Трампа повысит роль Турции в вопросе укрепления обороны в Европе17:55МЕНДЕЛЕЕВ И БАКИНСКАЯ НЕФТЬ17:39İranın millətçi dini rejimi18:34Бакуда Каюм Насыйриның тууына 200 ел тулуга багышланган әдәби-музыкаль кичә узды18:17Манихейство и его распространение среди тюрок17:20Военное дело Улуса Джучи (Золотой Орды)14:35Эссе к статье каббалиста Рабаша «Пойдем к Фараону-2»17:48İRAN MÜXALİFƏTİ VƏ TRAMP13:46Общение с иранцем идентична игре в шахматы10:40چرا پول نداریم؟09:46گلنارا اینانج اولین روانشناس کوانتومی آذربایجان با Lent.az صحبت کرد: برای ثروتمند شدن باید از بعد سوم خارج شوید.09:38افکار و سندرم خستگی مزمن16:20KİBALİON - MİSİR VƏ YUNAN HERMETİK FƏLSƏFƏSİ: ÜÇ TƏŞƏBBÜS16:07Məntiqsiz Iran ,yaxud “ÖRTÜLÜ MƏDƏNİYYƏT”14:56Империя Юань – Монгольская империя Внутренней Азии и Китая17:48Azerbaycan'ın ilk KUANTUM PSİKOLOĞU Gülnara İnanç Lent.az -a konuştu :Kuantum psikolojisinde insan zihniyle değil, ruhuyla, ruhun ilettiği bilgilerle çalışır.11:10ƏRƏB ŞƏRQİNDƏN MƏRKƏZİ ASİYAYA VURNUXAN İRAN13:18کعبه قلب خمینی12:57TEHRANDA TERROR18:16Договор России и Ирана закрепил, что делать сторонам в случае агрессии (полный текст Договора)10:44İRAN BAŞINA HARANIN DAŞINI SALSIN?12:012023-cü ildə Bəşər Əsəd İran prezidenti İbrahim Rəisini təmtəraqla qəbul etmək istəməyib11:51İnsanlar niyə pirlərə gedir11:59Монгольская средневековая письменная культура08:56Герои летописей и «Слово о полке Игоревом»: Династия Шаруканидов.19:24Uşaq adlarında dünyəviləşmə tendensiyası?17:43Humeyni'nin şiirlerinde tasavvufi motifler09:14MANTRA MEDİTASİYA.16:00О ПЕРСПЕКТИВАХ РАЗВИТИЯ ТЮРКСКОГО МИРА12:09Ərzin əşrəfi Naxçıvan (4-cü hissə)12:05Ərzin əşrəfi Naxçıvan (3-cü hissə)10:10Начался прием заявок на участие в конкурсах TEKNOFEST-2025 в ТРСК21:26«Разложение мозга»: как избежать негативного воздействия соцсетей?12:40Ərzin əşrəfi Naxçıvan (2-ci hissə)11:4912 ölkənin hüquqşünasları Bakıda: Cinayət hüququ müzakirə olundu11:00Ərzin əşrəfi Naxçıvan (1-ci hissə)15:25“Kinomexanikin qayıdışı” (“Kinomexaniki oqardemon”): Talış dilində dünya səviyyəli ilk bədii-sənədli filmin sehrli aləmi...10:58Yalan-palan İran12:50Азәрбайҗан тарихчысы Бакудагы беренче татар актрисалары турында: Аларга янаулар булган20:22Влияние Турции на переходный процесс в Сирии15:27Hicabsız İran10:27Как будет формироваться новый период в Сирии после Асада?20:17Iranda hicabı cərimələrlə "sevdirmək" istəyirlər17:26Nizip Ticarət Palatasına üzv iş adamlarından ibarət nümayəndə heyəti Azərbaycan-Türkiyə İş Adamları Birliyinin qonağı olub.16:57Лиля Брик- муза Владимира Маяковского17:03PEZEŞKİYANIN 1001 DƏRDİ VƏ EHTİMALLAR13:49Hz. İsa (ona salam olsun) nə üçün atasız doğulub?14:53КУШАНСКОЕ ЦАРСТВО – БУДДИСТСКАЯ ИМПЕРИЯ ЦЕНТРАЛЬНОЙ АЗИИ И ИНДИИ17:56İranda yaşayan xalqlar dövlətçiliyə təhdididirmi?10:40Pezeşkiyanın hicab problemləri10:03İRANDA FUNDAMENTALİSTLƏR GÜCLƏRİNİ GÖSTƏRİRLƏR14:24TÜRK DÜNYASI VƏ BƏHAİ DİNİ08:51KKTC, TDT Sivil Koruma Mekanizması’nda tam üyelik hakkı kazandı08:32Bahçeli: Türkiye, Azerbaycan ve KKTC’nin ortak alfabeye hazır olması Türk birliğinin müjdesidir17:14Кимакский каганат – кочевая империя Центральной Азии11:51İRAN PREZİDENTİNİN İLK GERİ ADDIMI20:39Dünya xalqları irqindən və dinidən asılı olmayaraq bir səmavi Mənbədən ilham alır17:59Кто определит итог выборов президента США: лобби или "колеблющиеся" штаты?13:57Мискинджа - Мискискар19:46В Туркменистане широко отметили Праздник туркменского алабая12:17Azərbaycanda xristian olmaq17:57Запреты у кыпчаков.16:57Амбициозный проект Илона Маска Starship: на пути к космическим путешествиям будущего18:01Тибет и Великая Степь в XIII-XX вв.15:17کمال17:40ЕС ввел санкции против представителей властей АТО Гагаузия12:11Dilənçiliyin sosiologiyasına dair qeydlər: ilahi təhdid və mənəvi terror11:59امام علی (ع)14:36В Баку подключились к международной акции "Диктант на лезгинском языке"13:35Geyim və əxlaq haqqında19:37Глава МИ-5 заявил о росте угроз со стороны России и Ирана17:17İranın "Mehestan" partiyası Azərbaycanın Zəngəzur dəhlizi ilə bağlı planlarının qarşısını almaq üçün qəti addımlar atmağa çağırır14:09“Azərbaycan İranın başıdır, baş gedəndə bədən də gedər... General Şadan”09:48İran dini, yaxud dünyəvi dövlət olmasından asılı olmayaraq etnik və dini əyləci əlində saxlayacaq.16:32Организация тюркских государств: 15 лет единства и прогресса20:05Авраам Шмулевич: Иран не в состоянии нанести серьезный удар по Израилю18:38Azərbaycanda Roş Ha Şana bayramı ərəfəsində yeni yəhudi təqvimi dərc olunub
САМОЕ ЧИТАЕМОЕ
  1. TBİLİSİDƏ QAFQAZ KÜRDLƏRİNİN II ELMİ-PRAKTİKİ KONFRANSI KEÇİRİLİB
  2. В Баку прошел вечер, посвященный истории татар Азербайджана
  3. Rza Pəhləvinin “Kuruş paktı” daxili analitikin mikroskopunda
  4. Azərbaycanda və Balkan ölkələrində multikulturalizm və tolerantlıq ənənələrinin müqayisəli təhlili.
  5. Второй этап: горские евреи, сионизм и алия (репатриация) до Первой мировой войны - 1890 - 1914 годы ( Часть I)
  6. İRANIN QARA SENTYABRLARI
  7. Рабби Иосиф бен Хаим Шур
  8. Bakıda “Ronahi” Kürd Mədəniyyət Mərkəzinin yaranmasının 35 illiyi qeyd olunub
  9. Оша’на Рабба – Араво - ГIэрево
  10. Паломники и Старый ишув Первый этап, часть II
  11. İrana növbəti hərbi hücum olacaqmı?
  12. Турция является одним из важнейших партнеров Срединного коридора
  13. Литовские татары в XVII-XX вв.
  14. Страсти за Каспием
  15. ترک ها در احادیث پیامبر
  16. Горские евреи и Эрец Исраэль в период британского мандата (1918-1948)
  17. დავით ხოსიტაშვილის წიგნის “კლასიკური მუსიკის ჩაწერის ხელოვნების ასპექტები“ პრეზენტაცია
  18. Əbülfəz Rəcəblinin talış dilinin leksikası kitabından (FRAZEOLOGİYA)
  19. TOLIŞƏ ZIVONİ LEKSİKƏ PROFESSOR RƏCƏBİ ƏBULFƏZ FRAZEOLOQİYƏ
  20. В Японии разработали новый метод «описание мыслей»
ОПРОС

Где будете встречать Новый год?


 
«    Noyabr 2025    »
B.e.Ç.a.ÇC.a.CŞB
 12
3456789
10111213141516
17181920212223
24252627282930
ГАЛЕРЕЯ