Çöl adamının “fərqli” şüuru zamanı və məkanı müəyyən edir
- 20-05-2024, 13:28
- ЦЕНТР КВАНТОВОГО МЫШЛЕНИЯ
- 0
- 285
Gülnara İnanc, “Etnoqlobus” (www.ethnoglobus.az) Beynəlxalq onlayn analitik mərkəzinin rəhbəri, etnopsixoloq, kvant psixoloqu, ekspert, mete62@inbox.ru.
Məqalə müəllifin çoxillik müşahidələri, araşdırmaları və analizi əsasında yazılıb.
Türk xalqlarının tarixi-taleyi ucsuz-bucaqsız çöllərdə yaranıb. Çöl adamının şüuru başqa çoğrafiyalarda yaşayanlardan fərqlənir. Bu “başqalıq” zamanı və məkanı müəyyənləşdirir. Bütün bu anlayışların öz bucağı və ölçüsü var.
Qazaxstan prezidenti “Sonsuz çölün 7 bucağı” məqaləsində qeyd etdiyi kimi bu, əllaməlik deyil. N.Nazarbayev məqalədə qazax millətinin simasında türk xalqlarının obrazını yaradır. Türk xalqları dövlətqurucu şüura sahibdir. Bu, həm öz dövlətini qurarkən, həm də başqa dövlətin tərkibində yaşayarkən aparıcı amildir. Burada təəccüb doğuran bir paradoks var: köçəri, dinamik insan həmişə sakitlik, tənasüb və sülh istəyir.
Bu səbəbdən də onun üçün ekstremal şəraitlərdə gərək olacaq bacarıqları inkişaf etdirmək və tələb olunan alətləri və əşyaları yaratmaq vacibdir.
«…Müasir dünyanın vacib bir hissəsi olan bir çox şeylər zamanında bizim coğrafiyada icad edilib. İnkişafları boyunca çöl adamları dünyaya bir çox texniki icadlar veriblər, hazırda dünyanın hər yerində istifadə edilən açılışların atası olublar.»1
Çöl adamı iradə və güclü ruh formalaşdıran vəhşi təbiətin kataklizmlərinə tab gətirməldir. Axı zəif olan çöldə canını saxlaya bilməz.
Onun çox güclü motivasiyası var-çətin şəraitdə canını saxlamaq. Bu, köçəriyə mənəviyyatını, şəxsiyyətini, ümidini və sevgisini inkişaf etdirmək üçün güclü təkan verir. Çöllü taleyinə boyun əymir, öz taleyini özü yaradır.
Qazax filosofu Abay Kunanbayev yazırdı: «Müdrik ol, mübarizədə ruhunu möhkəmləndir, çünki yalnız qabiliyyətsiz adam taleyinə boyun əyir».2.
Türk xalqları yeni mədəniyyətlərə tez qaynayıb-qarışırlar. Eyni zamanda unikal çöl özünəməxsusluğunu qoruyurlar.
Onların mədəniyyəti və dili qonşu xalqlarda öz izini buraxıb. Eyni zamanda türk xalqları yeni həyat şəraitinə asanlıqla uyğunlaşır, dirçəlir və yeni yerlərin həyatında iştirak edirlər. Dövlət quruculuğu çoxtərəfli bünövrəyə dayanır ki, onlardan biri də insanın tarixi və milli şüurudur .
Çöllülər eyni zamanda həm savaşa bilir, həm də barış şəraitində yaşamağa can atırlar. Əgər köçəri at belindədirsə ona çatmaq olmaz, əgər yurtadadırsa onu ordan çıxarmaq mümkün deyil. Bu, öz ölçüsünü, bucağını seçən, zaman və məkanını yaradan çöl adamının portretidir.
Çöllü yetərincə dinamik adamdır, çevik ağla sahibdir. O, sürətlə proseslərə və yeni coğrafiyaya reaksiya verməli , irəliyə getmək və geri şəkilmək üçün yollar axtarmalıdır. O, öz ocağını və yurtasını çox dəyərləndirir, səbəbsiz atını yəhərləmir. Köçəri sadə, azdanışan və müdrikdir.
Bu keyfiyyətlər qazax millətininin şüurunu, onun dövlətini möhkəmləndirmək səyini səciyyələndirir. Axı çöl adamı sürətlə yola çıxdığı kimi , eyni sürətlə ocağını-yurtasını qura bilər.
Sürətlilik və oturaq həyata tez adaptasiya kimi bu iki cəhətin birləşməsi dövlət quruculuğunun əsaslarındandır. Buna bir misal gətirək. Qazaxstan paytaxtının Alma-Atadan Astanaya köçürülməsi çöl adamının oturaq yerləri buraxıb yeni ocağa çevik adaptasiyasını nümayiş etdirən cəsarətli addım idi.
Türk insanını şərtləndirən vacib amillərdən biri də onun yad mədəniyyətlərə, yadlara dözümlü münasibətidir.Ekspertlərin fikrincə, bütün zamanlarda başqa toplumlarda təqiblərə məruz qalan yəhudilər və qaraçılar türklərin arasında rahat yaşayıblar. Tarixi taddaş dərindir . O, ictimai və şəxsiyyət şüurunda təzahür edir.
N.Nazarbayev məqaləsində tarixi şüurun müasirləşdirilməsinin vacibliyini vurğulayır : «…Bütün bu məsələlər ciddi dərketmə tələb edir. Onlar dünyagörüşümüzün, keçmişimizin, bu günümüzün və gələcəyimizin fundamental əsaslarına aiddir.» 3.
Çöl xalqının müasir lideri sürətli qərarlar verməyi, strateji addımlar atmağı bacarmalıdır, əks halda o, “döyüşçü” obrazını qoruyub saxlaya bilməz.
Türk xalqları üçün lider obrazı ilk növbədə dinamiklik, iradə, qərar vermək bacarığıdır. O, öz ulusunun nümunəsidir. Hamı ona ayaq uzadır.
Lider öz xalqını tarixi yaddaşın saldığı komfort zonasından çıxarmalıdır. Müasirləşdirmək stereotipləri dağıtmaq, yenisini yaratmaq, bəzən insanların şüuruna tanış olmayan şeyləri gətirməkdir.
Keçmişə söykənərək gələcək üçün bu günü yaratmaq. Yəni şüur bu günün reallıqları ilə yaşayaraq keçmişi saxlayır (tikilən evin bünövrəsi kimi) və onu gələcək üçün modernizasiya edir. Bununla yanaşı , lazımdırsa yenilənməyə və gələcəyi dəyişməyə mane olan keçmiş dağıdılır.
Gələcəyi qurmaq üçün eyni vaxtda bütün zaman ölçülərində mövcud olmaq lazımdır. Müasir fizikanın dili ilə desək 5-ci ölçüdə-kvant sahəsində. Burada zaman və məkan amili itir və Vahid İlahi rifah, barış, sükut sahəsi yaranır.
Çöldə olarkən zamanlar, məkan arasında əlaqəni, yaxud zaman və məkanın silinməsini asan hiss etmək olar. Çöl adamı həmişə müxtəlif ölçülərdə və bucaqlarda yaşayıb. O, özündə cəldlik, eyni zamanda astagəllik kodunu daşıyır. Çöl adamı , yaxud köçəri köç zamanı cəlddir, amma o, yurtasını qurdusa sükuta dalır. Bu, nə qədər bir birini təkzib etsə də, o, sükuta dalarkən çevik, cəldlikdə isə sukutdadır.
İstinadlar:
- http://www.akorda.kz/ru/events/akorda_news/press_conferences/statya-glavy-gosudarstva-sem-granei-velikoi-stepi
- https://eksmo.ru/interview/abay-kunanbaev-10-aforizmov-kazakhskogo-poeta-i-filosofa--ID3109636/
- Там же.