Ethnoglobus » КУЛЬТУРА » Azərbaycan dili haqqında 1400 il bundan qabaq Kəsra Ənuşirəvan Adilin qeydləri

Azərbaycan dili haqqında 1400 il bundan qabaq Kəsra Ənuşirəvan Adilin qeydləri

Azərbaycan dili haqqında 1400 il bundan qabaq  Kəsra Ənuşirəvan Adilin qeydləri
КУЛЬТУРА
Ethnoglobus.Az
Фото: Ethnoglobus
21:34, 16 may 2023
1 118
0
Foto:google
Əbu Əli Əhməd bin Məhəmməd ibn Yaqub ibn Məskuyə 370-ci hicri (980-ci miladi) ilində yazdığı “Təcarübül-ümm” (Millətlərin təcrübələri) adlı tarixi kitabın 154, 156, 160, 166, 170, 176, 200, 207, 282, 248-ci və digər səhifələrində Azərbaycan və bu ərazidə yaşayan xalqların barəsində I Xosrov Ənuşirəvanın qeydlərini ərəbcə tərcümə eləyib. 

Aşağıda həmin kitabdan bir neçə parça tərcümə olunub ki, Azərbaycan barədə müsəmləkə tarixi yazıb və cavanlarımızın fikirlərini mədrəsələrdə və qəzetlərdə zəhərləyib bizi təhqir edənlər bəlkə bir az utanıb qızaralar. Xosrov Ənuşirəvan yazır ki, bu dəlillərə görə şəxsən Azərbaycana getdim və onları öz yanıma çağırıb və onlarla xüsusi söhbət elədim. Sonra ayrı bir səhifədə yazır ki, “İranın Şimal tərəfində yaşayan xalqlar bizə yazırdılar ki, ev və məişət qismətindən çox sıxıntıda qalmışıq. Əgər bizə iqtisadi kömək olunmasa, sizinlə müharibə eləyib və onu zor ilə almağa məcbur olarıq.  Bu cəhətdən mən məcbur oldum, şəxsən Azərbaycana hərəkət edib və onları maaş və ev cəhətdən rahat edəm. 

Bundan ötrü ki, bunların qoçaqlığından, igidliyindən və cəsurluğundan çox qorxurdum ki, birdən ehtiyac və yoxsulluq bunları Rum padşahları qulluğuna girməyə və bizim əleyhimizə çarpışmağa vadar edər, nəticədə düşmənlərimizin qüvvətlənməyinə səbəb olarlar. Bundan ötrü ki, keçmiş zamanlarda da Rum qeysərləri bu türklərdən çox ağır qiymətlərə könüllü qoşun düzəldib bizim himayəmiz altında olan torpaqlara basqın edib... onları öz imparatorluqlarına qatmışlar. Rum qeysərləri türklərin rəşadət və cəsurluğunun uğrunda şövkət və qüdrət sahibi olmuşdular. Çünki onların yanında yaşayışın heç ləzzət və qiyməti yoxdur, çətin və acınacaqlı yaşayış onları ölümün istiqbalına təşviq edir.”
Bəli, demokrat adını İranda özlərinin inhisarı edən, dostluq maskaları altında Azərbaycan dilinə həmlə edib monqolların bizi türkləşdirdiyini iddia edən o tiryək aludəçisi olan demokratlar və doktor Möhsinilər, Fəhimilər, Zövqilər, eləcə də onların quyruqları və ağaları var qüvvələri ilə çalışırlar ki, bizim dilimizi kəsələr və yerinə bir süni dil yapışdıralar. Amma müvəffəq ola bilmədilər.  

Tövsiyə olunur ki, I Xosrov Ənuşirəvan Adilin 1400 il bundan qabaq öz xətti ilə   yazdığı və dünyanın böyük kitabxanalarında nüsxələri mövcud olan qeydlərini mütaliə eləsinlər. Bəlkə bundan sonra elədikləri zülm və əməldən utansınlar ki, monqollardan, səlcuqlardan və qəznəvilərdən də çox qabaq bu dil Azərbaycanda olub və danışılıb.  1500 il bundan qabaqkı yer üzünün böyük imperatorluqları Azərbaycanın şücaətindən ilham almış, Azərbaycan millətlərinin mahnıları, bayatıları və nağılları 2000 ildən artıqdır sinələrdən sinələrə ötürülüb, onları bizlərə irs qoyublar və heç bir qara qüvvələr ona xələl gətirə bilməyib. Tiryək təsirli söhbətlər və mövhum fikirlərlə onu aradan aparmağa hədər yerə çalışmasınlar. Ondan ötrü ki, demokratik və müttəfiq millətlərin sazişi hər bir şəxsi öz ana dilində danışıb oxuyub və yazmasını təsdiq etmişdir.
   Tehran - N.X
"Azərbaycan" qəzeti. ADF orqanı, say 60, 30 aban 1324/21.11.11/1945

Təqdim etdi: AMEA Şərqşünaslıq İnstitutu Cənubi Azərbaycan şöbəsinin rəhbəri Səməd Bayramzadə


Читайте также:
Rus uşaq ədəbiyyatı dünya mədəniyyətinin zəngin  kapitalıdır. (I hissə)
Rus uşaq ədəbiyyatı dünya mədəniyyətinin zəngin kapitalıdır. (I hissə)
30.03.22, КУЛЬТУРА
Qırx üçüncü ildönümü ərəfəsində Iran İslam İnqilabının nəaliyyətlərinə bir baxış
Qırx üçüncü ildönümü ərəfəsində Iran İslam İnqilabının nəaliyyətlərinə bir baxış
09.02.22, В МИРЕ / АНАЛИТИКА
İmadəddin Nəsimi haqqında İranda tədqiqatlar
İmadəddin Nəsimi haqqında İranda tədqiqatlar
19.09.23, КУЛЬТУРА
Rus uşaq ədəbiyyatı dünya mədəniyyətinin zəngin kapitalıdır. (III hissə)
Rus uşaq ədəbiyyatı dünya mədəniyyətinin zəngin kapitalıdır. (III hissə)
30.03.22, КУЛЬТУРА
AZƏRBAYCAN DEMOKRAT FİRQƏSİNİN DÖVLƏTÇİLİK SİYASƏTİ (1945-1946-CI İLLƏR)
AZƏRBAYCAN DEMOKRAT FİRQƏSİNİN DÖVLƏTÇİLİK SİYASƏTİ (1945-1946-CI İLLƏR)
13.05.24, ЭТНОПОЛИТИКА
Tehranın Azərbaycana qarşı əsassız iddiaları
Tehranın Azərbaycana qarşı əsassız iddiaları
27.07.23, АНАЛИТИКА
Ərzin əşrəfi Naxçıvan (2-ci hissə)
Ərzin əşrəfi Naxçıvan (2-ci hissə)
23.12.24, ИСТОРИЯ И ОБЩЕСТВО
“Azərbaycan İranın başıdır, baş gedəndə bədən də gedər... General Şadan”
“Azərbaycan İranın başıdır, baş gedəndə bədən də gedər... General Şadan”
07.10.24, КУЛЬТУРА
İRAN  TALİBLƏRLƏ ƏMƏKDAŞLIĞI DAVAM ETDİRƏRƏK DAHA DA GENİŞLƏNDİRƏCƏKDİR
İRAN TALİBLƏRLƏ ƏMƏKDAŞLIĞI DAVAM ETDİRƏRƏK DAHA DA GENİŞLƏNDİRƏCƏKDİR
08.05.22, АНАЛИТИКА / ЭТНОПОЛИТИКА
Məqtəl ədəbiyyatının nümunəsi kimi Məhəmməd Füzulinin “Hədiqətüs-süəda” əsərinə metodoloji yanaşmanın özəllikləri
Məqtəl ədəbiyyatının nümunəsi kimi Məhəmməd Füzulinin “Hədiqətüs-süəda” əsərinə metodoloji yanaşmanın özəllikləri
07.06.24, КУЛЬТУРА
Ərzin əşrəfi Naxçıvan (4-cü hissə)
Ərzin əşrəfi Naxçıvan (4-cü hissə)
27.12.24, ИСТОРИЯ И ОБЩЕСТВО
Ərzin əşrəfi Naxçıvan (3-cü hissə)
Ərzin əşrəfi Naxçıvan (3-cü hissə)
27.12.24, ИСТОРИЯ И ОБЩЕСТВО
1941-1946-cı illərdə Cənubi Azərbaycanda xalqın milli özünüdərk prosesinin yüksəlişi və Azərbaycan dilinin mövqeyi
1941-1946-cı illərdə Cənubi Azərbaycanda xalqın milli özünüdərk prosesinin yüksəlişi və Azərbaycan dilinin mövqeyi
10.10.23, ЭТНОПОЛИТИКА
Küftə haqqında dastan.
Küftə haqqında dastan.
01.06.22, КУЛЬТУРА
Heydər Əliyev və Cənubi Azərbaycan problemi
Heydər Əliyev və Cənubi Azərbaycan problemi
22.05.26, ЭТНОПОЛИТИКА
Ərzin əşrəfi Naxçıvan (1-ci hissə)
Ərzin əşrəfi Naxçıvan (1-ci hissə)
23.12.24, ИСТОРИЯ И ОБЩЕСТВО