Ethnoglobus » ЭТНОПОЛИТИКА » Şuşa Azərbaycan xalqının milli təfəkkürünü, mədəniyyətini, tarixini özündə təcəssüm edən məkanlardan biridir

Şuşa Azərbaycan xalqının milli təfəkkürünü, mədəniyyətini, tarixini özündə təcəssüm edən məkanlardan biridir

Şuşa Azərbaycan xalqının milli təfəkkürünü, mədəniyyətini, tarixini özündə təcəssüm edən məkanlardan biridir
ЭТНОПОЛИТИКА
Ethnoglobus.Az
Фото: Ethnoglobus
16:29, 09 noyabr 2022
1 520
0

Toral Ağayev, Azərbaycanda Katolik Kilsəsinin Apostol Prefekturası

 

Azərbaycan üçün belə məkanların ən birincilərindən əlbətdə ki Şuşadır. Dinindən və milli mənsubiyyətindən asılı olmayaraq Şuşa hər bir azərbaycanlı üçün əziz və müqəddəsdir. Mədəniyyətimizin beşiyi olan Şuşa 30 il ərzində bizim verdiyimiz itkiləri, xalqımızın acısını təcəssüm edirdi, lakin bu gün Şuşa azaddır və özünə “Azərbaycan mədəniyyətinin paytaxtı” adını qaytararaq əsgərlərimizin qanı və canı bahasına yeni ad qazandı – bu gün Şuşa həm də Azərbaycanın hərbi rəşadətinin  paytaxtıdır. 

Şuşa Azərbaycandır, Azərbaycan isə ürəyi geniş, səxavətli, sülhün və barışın dəyərini bilən, onu sevən hər kəsə qucaq açandır.   Mən əminəm ki, çox vaxt keçməz,  Şuşa bütün dünyada həm də sülhün paytaxtı kimi tanınacaq. 

Dini mənsubiyyətimiz, ibadət ənənənələrimiz fəqli ola bilər, amma bizim hamımızı birləşdirən Azərbaycan var. 44 günlük Vətən Müharibəsindən öncə də  biz dəfələrlə cəmiyyətimizin həmrəyliyindən, ölkəmizdə aparılan siyasət nəticəsində dini və milli barışın və əməkdaşlığın, tolerantlıq və multikulturalizmin yüksək səviyyəsindən danışmışıq, lakin  bu fəzilətlərin həqiqi dəyərini çoxumuz bəlkə də elə vətən müharibəsi zamanı anladıq.  

2020-ci ilin noyabrın 8-zi, cənab prezident Şuşanın azad olma müjdəsini verəndə, koronavirus pandemiyasi başlanandan susmuş Bakının Məryəm Ana katolik kilsəsinin zəngləri bu xəbərin şərəfinə yenidən çalındı.  

2021-ci ilin may ayında isə, Şuşada, Xarı Bülbül festivalı zamanı, Cıdır düzündə görkəmli bəstəkar və pianoçu professor Fərhad Bədəlbəylinin möhtəşəm və kövrək “Dua” əsəri səsləndi. O əsər iki nəfərin  -  müsəlman və xristianın duası üzərində yazılıb və əsərdə xristian duasını katoliklərin ən əziz olan “Ave, Maria” – “Sevin, mübarək Məryəm” duası  təmsil edir. İşğalın və müharibələrin ağrı acısından azad olmuş Şuşada bu əsərin səslənməsi bütün dünyaya sülh mesajı idi. 

Mən Şuşamızı və bütün Azərbaycanımızı müsəlmanlar və xristianlar üçün çox əziz olan Məryəm Ananın dualarına tapşırmaq istərdim. Qoy mübarək Məryəmin dua şəfaəti ilə Uca Yaradan bizim bütün işlərimizi xeyirdualı etsin, Azərbaycana və bütün dünyaya sülh bəxş etsin. Amin  

ZƏFƏR GÜNÜMÜZ MÜBARƏK!


 





Читайте также:
Rus uşaq ədəbiyyatı dünya mədəniyyətinin zəngin  kapitalıdır. (I hissə)
Rus uşaq ədəbiyyatı dünya mədəniyyətinin zəngin kapitalıdır. (I hissə)
30.03.22, КУЛЬТУРА
Rus uşaq ədəbiyyatı dünya mədəniyyətinin zəngin kapitalıdır. (III hissə)
Rus uşaq ədəbiyyatı dünya mədəniyyətinin zəngin kapitalıdır. (III hissə)
30.03.22, КУЛЬТУРА
AZƏRBAYCAN DEMOKRAT FİRQƏSİNİN DÖVLƏTÇİLİK SİYASƏTİ (1945-1946-CI İLLƏR)
AZƏRBAYCAN DEMOKRAT FİRQƏSİNİN DÖVLƏTÇİLİK SİYASƏTİ (1945-1946-CI İLLƏR)
13.05.24, ЭТНОПОЛИТИКА
İmadəddin Nəsimi haqqında İranda tədqiqatlar
İmadəddin Nəsimi haqqında İranda tədqiqatlar
19.09.23, КУЛЬТУРА
Ərzin əşrəfi Naxçıvan (2-ci hissə)
Ərzin əşrəfi Naxçıvan (2-ci hissə)
23.12.24, ИСТОРИЯ И ОБЩЕСТВО
İRAN  TALİBLƏRLƏ ƏMƏKDAŞLIĞI DAVAM ETDİRƏRƏK DAHA DA GENİŞLƏNDİRƏCƏKDİR
İRAN TALİBLƏRLƏ ƏMƏKDAŞLIĞI DAVAM ETDİRƏRƏK DAHA DA GENİŞLƏNDİRƏCƏKDİR
08.05.22, АНАЛИТИКА / ЭТНОПОЛИТИКА
“Azərbaycan İranın başıdır, baş gedəndə bədən də gedər... General Şadan”
“Azərbaycan İranın başıdır, baş gedəndə bədən də gedər... General Şadan”
07.10.24, КУЛЬТУРА
Tehranın Azərbaycana qarşı əsassız iddiaları
Tehranın Azərbaycana qarşı əsassız iddiaları
27.07.23, АНАЛИТИКА
Rus uşaq ədəbiyyatı dünya mədəniyyətinin zəngin kapitalıdır. (II hissə)
Rus uşaq ədəbiyyatı dünya mədəniyyətinin zəngin kapitalıdır. (II hissə)
30.03.22, КУЛЬТУРА
Azərbaycanda etnik talışlar türkdilli toplumda özünü necə hiss edir
Azərbaycanda etnik talışlar türkdilli toplumda özünü necə hiss edir
05.08.24, КОНФЕРЕНЦИИ / ЭТНОПОЛИТИКА
1941-1946-cı illərdə Cənubi Azərbaycanda xalqın milli özünüdərk prosesinin yüksəlişi və Azərbaycan dilinin mövqeyi
1941-1946-cı illərdə Cənubi Azərbaycanda xalqın milli özünüdərk prosesinin yüksəlişi və Azərbaycan dilinin mövqeyi
10.10.23, ЭТНОПОЛИТИКА
Ərzin əşrəfi Naxçıvan (4-cü hissə)
Ərzin əşrəfi Naxçıvan (4-cü hissə)
27.12.24, ИСТОРИЯ И ОБЩЕСТВО
Ərzin əşrəfi Naxçıvan (3-cü hissə)
Ərzin əşrəfi Naxçıvan (3-cü hissə)
27.12.24, ИСТОРИЯ И ОБЩЕСТВО
SEPAH: BÖYÜK İDDİADAN BÖYÜK UĞURSUZLUĞA
SEPAH: BÖYÜK İDDİADAN BÖYÜK UĞURSUZLUĞA
04.05.26, В МИРЕ
Ərzin əşrəfi Naxçıvan (1-ci hissə)
Ərzin əşrəfi Naxçıvan (1-ci hissə)
23.12.24, ИСТОРИЯ И ОБЩЕСТВО
Iran hakimiyyəti bəhailəri casus elan edib
Iran hakimiyyəti bəhailəri casus elan edib
18.11.22, РЕЛИГИЯ