Ethnoglobus » ЭТНОПОЛИТИКА » Bəhai icması və Dini Komitənin birgə “Qlobal sülh: Elm və dinin vəhdəti” mövzusunda elmi-praktik konfransı keçirilib

Bəhai icması və Dini Komitənin birgə “Qlobal sülh: Elm və dinin vəhdəti” mövzusunda elmi-praktik konfransı keçirilib

Bəhai icması və Dini Komitənin birgə  “Qlobal sülh: Elm və dinin vəhdəti” mövzusunda elmi-praktik konfransı keçirilib
ЭТНОПОЛИТИКА
Ethnoglobus.Az
Фото: Ethnoglobus
16:57, 11 iyun 2024
693
0

İyunun 10-da Bakıda “Qlobal sülh: Elm və dinin vəhdəti” mövzusunda elmi-praktik konfrans keçirilib.

AZƏRTAC xəbər verir ki, tədbirdə çıxış edən Azərbaycan Bəhailəri Dini Mərkəzinin katibi Ramazan Əsgərli konfransın mövzusunun aktuallığını vurğulayıb. Bildirib ki, elm və dinin münasibətləri barədə həmişə debatlar olub, bu münasibətlər barədə söhbət elə elmi və dini düşüncənin özünün tarixi qədər qədimdir. Hətta belə bir söhbətin zəruriliyi və ya adekvat olması bəzən şübhə altına alınır. Amma biz yeni yanaşmaların tapılması cəhdindən heç vaxt əl çəkməməliyik, çünki reallıqlar dəyişir, inkişaf baş verir və bizim də anlayışımız artır.

“Bu, bizim həyatımızdır, bəşəriyyətin vəziyyətidir və uşaqlara hansı dünyanı buraxacağımız məsələsidir. Sülh barədə düşünmək və əməli iş görmək üçün biz biliyi iki sistemdən – elmdən və dindən alırıq. Biri təbiətin sirlərini açır, digəri isə həyatda istiqamət tutmağa və məna axtarmağa kömək edir. Amma hər ikisi insanın rifahına xidmət edir”, - deyə Ramazan Əsgərli diqqətə çatdırıb.

Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədr müavini Səyavuş Heydərov bu gün Azərbaycanda dinlərarası harmoniyanın ən yüksək səviyyədə olduğunu deyib. Bildirib ki, bu, dünyada analoqu olmayan ən yüksək formadadır. Ölkəmiz buna bir günə nail olmayıb. Əsası Ulu Öndər Heydər Əliyev tərəfindən qoyulan bu siyasəti Prezident İlham Əliyev uğurla davam etdirir. Qarabağ müharibəsi zamanı da biz bu harmoniyanın hansı səviyyədə olduğunu gördük. Biz bu harmoniyanı dünyaya ixrac etməliyik.

“Deyirlər ki, sivilizasiyaların toqquşması labüddür. Necə edə bilərik ki, sivilizasiyalar toqquşmasın, qovuşsun, təkamül, inkişaf üçün bir-birinə dəstək versin. Biz xəstə dünyamızın sağalması üçün yol xəritəsinin müəyyənləşdirilməsinə çalışmalıyıq”, - deyə komitə sədrinin müavini vurğulayıb.

Konfransda çıxış edən Milli Məclisin deputatı Hikmət Babaoğlu din və elm arasındakı fərqlərdən, sülhə gedən yoldan danışıb. Qeyd edib ki, sülh formulunu axtaran zaman onun paradiqmalarını müəyyənləşdirməliyik. O, eyni zamanda, bu istiqamətdə cəmiyyətin hamı üçün əlçatanlığının, dözümlülüyün, tolerantlığın vacibliyini qeyd edib.


Bakı Beynəlxalq Multikulturalizm Mərkəzinin şöbə müdiri Yadigar Məmmədli, Azərbaycan Milli Elmlər Akademiyası Fəlsəfə və Sosiologiya İnstitutunun kafedra müdiri Anar Qafarov və digərləri çıxışlarında tədbirin mövzusunun, din və elmin vəhdəti məsələsinin aktuallığından danışıblar. Bildirilib ki, inanc insan həyatının ayrılmaz hissəsidir. Bu inanc bəzən kortəbii formada olur. Lakin XXI əsrin insanı artıq düşünməlidir, inancını sorğulamalıdır.

Konfrans işini mövzu ətrafında müzakirələrlə davam etdirib.

 

Bakıda “Qlobal sülh: Elm və dinin vəhdəti” mövzusunda elmi-praktik konfrans keçirilib - AZƏRTAC (azertag.az)

Читайте также:
Rus uşaq ədəbiyyatı dünya mədəniyyətinin zəngin  kapitalıdır. (I hissə)
Rus uşaq ədəbiyyatı dünya mədəniyyətinin zəngin kapitalıdır. (I hissə)
30.03.22, КУЛЬТУРА
TÜRK DÜNYASI VƏ BƏHAİ DİNİ
TÜRK DÜNYASI VƏ BƏHAİ DİNİ
14.11.24, КОНФЕРЕНЦИИ
Rus uşaq ədəbiyyatı dünya mədəniyyətinin zəngin kapitalıdır. (III hissə)
Rus uşaq ədəbiyyatı dünya mədəniyyətinin zəngin kapitalıdır. (III hissə)
30.03.22, КУЛЬТУРА
Iran hakimiyyəti bəhailəri casus elan edib
Iran hakimiyyəti bəhailəri casus elan edib
18.11.22, РЕЛИГИЯ
AZƏRBAYCAN DEMOKRAT FİRQƏSİNİN DÖVLƏTÇİLİK SİYASƏTİ (1945-1946-CI İLLƏR)
AZƏRBAYCAN DEMOKRAT FİRQƏSİNİN DÖVLƏTÇİLİK SİYASƏTİ (1945-1946-CI İLLƏR)
13.05.24, ЭТНОПОЛИТИКА
İmadəddin Nəsimi haqqında İranda tədqiqatlar
İmadəddin Nəsimi haqqında İranda tədqiqatlar
19.09.23, КУЛЬТУРА
Azər Cəfərov: Müasir İran cəmiyyəti iqtidarın bəhailərə qarşı talan və təzyiqlərinə qatılmır
Azər Cəfərov: Müasir İran cəmiyyəti iqtidarın bəhailərə qarşı talan və təzyiqlərinə qatılmır
29.12.23, РЕЛИГИЯ
Ərzin əşrəfi Naxçıvan (2-ci hissə)
Ərzin əşrəfi Naxçıvan (2-ci hissə)
23.12.24, ИСТОРИЯ И ОБЩЕСТВО
Rus uşaq ədəbiyyatı dünya mədəniyyətinin zəngin kapitalıdır. (II hissə)
Rus uşaq ədəbiyyatı dünya mədəniyyətinin zəngin kapitalıdır. (II hissə)
30.03.22, КУЛЬТУРА
Tehranın Azərbaycana qarşı əsassız iddiaları
Tehranın Azərbaycana qarşı əsassız iddiaları
27.07.23, АНАЛИТИКА
“Azərbaycan İranın başıdır, baş gedəndə bədən də gedər... General Şadan”
“Azərbaycan İranın başıdır, baş gedəndə bədən də gedər... General Şadan”
07.10.24, КУЛЬТУРА
Firudin İbrahimi və azərbaycançılıq
Firudin İbrahimi və azərbaycançılıq
23.06.23, ЭТНОПОЛИТИКА
Ərzin əşrəfi Naxçıvan (3-cü hissə)
Ərzin əşrəfi Naxçıvan (3-cü hissə)
27.12.24, ИСТОРИЯ И ОБЩЕСТВО
İRAN  TALİBLƏRLƏ ƏMƏKDAŞLIĞI DAVAM ETDİRƏRƏK DAHA DA GENİŞLƏNDİRƏCƏKDİR
İRAN TALİBLƏRLƏ ƏMƏKDAŞLIĞI DAVAM ETDİRƏRƏK DAHA DA GENİŞLƏNDİRƏCƏKDİR
08.05.22, АНАЛИТИКА / ЭТНОПОЛИТИКА
Heydər Əliyev və Cənubi Azərbaycan problemi
Heydər Əliyev və Cənubi Azərbaycan problemi
22.05.26, ЭТНОПОЛИТИКА
1941-1946-cı illərdə Cənubi Azərbaycanda xalqın milli özünüdərk prosesinin yüksəlişi və Azərbaycan dilinin mövqeyi
1941-1946-cı illərdə Cənubi Azərbaycanda xalqın milli özünüdərk prosesinin yüksəlişi və Azərbaycan dilinin mövqeyi
10.10.23, ЭТНОПОЛИТИКА