RUSİYA ATOM BOMBASI ATMAQLA, İRAN DA ONU YARATMAQLA TƏHDİD EDİR
- 11-05-2024, 19:41
- ЭТНОПОЛИТИКА
- 0
- 380

Vidadi Mustafayev
ATOM BOMBASI OLAN ATMAQLA,OLMAYAN DA ONU YARATMAQLA TƏHDİD EDİR
9 may 2024- cü il tarixində İran saytlarından birində İranın 1997-2005-ci illərdə(Prezident S.M.Xatəmini “islahat” hökumətində) Xarici işlər naziri olmuş, hazırda Xarici Əlaqələr Strateji Şurasının rəhbəri K.Xərrazinin Əl-Cəzirə Mübaşir kanalna verdiyi iri həcmli müsahibəsi dərc edilib.Müsahibədə İranın xarici siyasəti ilə bağlı maraqlı məqamlar və kəskinvə obyektiv gerçəkliyi əks etdirən suallar yer alıb.
Məlum olduğu kimi,Rusiya öz prezidentinin dili ilə elan etmişdi ki,dövlətin varlığı üçün təhlükə yaranarsa,gözünü qırpmadan nüvə silahından istifadə edəcək.
Həmin vaxtlar Rusiyanın varlığı üçün hansı təhlükə yarana biləcəyi ilə bağlı suallara cavab vermək çətin idi. Amma indi bu suala cavabı Rusiya özü bəyan edir.Belə ki Rusiya Ukraynanın 4 vilayətinin xeyli hissəsini işğal edib özünə birləşdirdikdən sonra həmin ərazilər(???) üçün təhlükə yaranarsa,yəni işğaldan azad edilmə ehtimalı güclənərsə, nüvə silahından istifadə edəcəyini bəyan edərək, hərbi təlim də keçirir.
Bir müddət əvvəl İranda ölkə üçün təhlükə yaranarsa,nüvə proqramına yenidən baxa biləcəklərini elan etmişdilər. O zaman nüvə proqramına yenidən baxma deyəndə nə başa düşüldüyü dəqiq məlum deyildi .Amma bu gün həmin məsələyə aydınlıq gətirilib. Belə ki bu gün İran strateqlərindən biri, yuxarıda adı qeyd edilən K.Xərrazi aydın şəkidə bəyan edib ki,İranın varlığı üçün təhlükə yaranarsa, İran atom bombası yaradacaq . Müsahibə verən fəxrlə bildirib ki, İran artıq İKİ il bundan əvvəl atom bombası yarada bilərdi.O əlavə edib ki,belə bir imkan olduğu yerdə bir vaxtlar İran Rəhbərinin nüvə silahının haram olduğu barədə fikrini elə onun özü tərəfindən kənara atıla bilməsi də ciddi məsələ deyil.
Müsahibədə İranın varlığı üçün təhlükənin nədən ibarətdir olduğu sualına ilk cavab İsraillə bağlı olub.Strateq bəyan edib ki,İsrail İranın nüvə obyektlərini bombalamaq təhdidini davam etdirərsə,İran atom silahını istehsal etməyə başlaya bilər.Bunun üçün heç bir maneə yoxdur.
Müsahibənin ən maraqlı yerləri K.Xərrazinin suallardan birinə cavabı və müxbirin bir neçə sualu olduğundan onları olduğu kimi verməyi lazım bildik
K.Xərrazi Rusiyanın Ukrayna ərazilərini işğal etməsinə İranın münasibəti ilə bağlı suala cavabında o cümlədən deyib:” Bəzi hissələr MƏDƏNİ və ya DİNİ məsələlərə görə həmin ölkədən AYRILIB başqa bir ölkəyə QOŞULMAQ qərarına gəlmədikcə, biz başqa torpaqların işğalını bəyənmirik. İndi Ukraynanın bəzi bölgələrində belə bir iddia var.”
Sual: Cənab doktor, cavabınızdan belə görünür ki, siz işğala haqq qazandırırsınız; mədəni, dini və tarixi səbəblərlə. Bu əsaslandırmaları qəbul etsək, məsələn, Türkiyə başqa ölkələrdə də bir gün hökmranlıq etdiyini deyərək oralara haqlarının olduğunu iddia edə bilər.Bunu İranda da deyə bilərsiniz.Həmçinin Misir və s. Bunlar sanki bir ölkənin başqa bir ölkə tərəfindən işğalına bəraət qazandırır. Məsələ burasındadır ki, bəziləri bu əsaslandırmaları – ƏXLAQSIZ deməzdim, amma ən azı məntiqsiz kimi qələmə verirlər.
Sual: Haqqında danışdığımız İranın artan gücü onun bəzi qonşularını narahat edib. İranın bəzi qonşuları deyirlər ki, sizin ölkəniz regionun bir neçə ölkəsinə xaos gətirib; Məsələn, Yəmən, İraq, Suriya və s. Bu, region ölkələrini narahat edib. Bu, region ölkələrinin Amerika ilə güclü münasibətlərə malik olmasına, hətta İsraillə münasibətlərin normallaşmasına səbəb olur. Bəziləri İranın qonşuları üçün məqbul qonşu olmaq üçün bu siyasətindən nə vaxt əl çəkəcəyini və bu çağırışın bitəcəyini soruşur.
Sual: Bəli; Bəs ola bilərmi ki, İran nə vaxtsa regionun bəzi ölkələrində İranla hansısa şəkildə bağlı olan silahlı qruplarla əməkdaşlıq siyasətindən əl çəkməyi düşünsün? Ola bilərmi ki, İran bundan əl çəksin, əvəzində bu ölkələrlə münasibətlərini normallaşdırsın ki, region ölkələri arasında real koalisiyaya şahid olaq? Cənab doktor, İranın belə bir şey düşünməsi mümkündürmü?
S:Bəziləri sizin Suriyada etdiklərinizlə bağlı deyə bilər ki, bu gün – siz məndən yaxşı bilirsiniz – bir çox suriyalı hesab edir ki, İran Suriyaya müdaxilə etməklə, yüz minlərlə insanın qanının tökülməsində birbaşa iştirak edib və buna görə birbaşa məsuliyyət daşıyır.