MILLƏT, MİLLİYYƏT, MİLLİ KİMLİK, ETNİK MƏNSUBİYYƏT, “MİLLİ” SÖZÜ
ЭТНОПОЛИТИКА
Nəriman Qasımoğlu
Hazırda Qərb siyasətşünaslığında “millət” anlayışı əsasən dövlətlə assosiasiya olunur. Buna görə milli mənsubiyyət daha çox vətəndaşlıq məfhumu kimi anlaşılır. Doğrusu da elə budur. Belədə “millət” və “milliyyət” anlayışları arasında fərqi nəzərdə tutmalı və birincini dövlətlə vətəndaşlığa, ikincini isə etnosla etnik mənsubluğa aid etməlisən.
Bizim dövlətin qurulduğu coğrafiyada yaşayanların hamısını etnik mənsubiyyətindən asılı olmayaraq Azərbaycan milli kimliyinin daşıyıcıları kimi qəbul etmək zəruridir.
Etnik kimlik isə, dediyim kimi başqa. "Millət"lə "milliyyət"i bu mənada qarışdırmaq doğru deyil.
Bəzən ingilisdilli siyasi ədəbiyyatda belə mülahizəyə rast gəlirsən ki, “nationality”, yəni “milliyyət” o zaman “nation”, yəni “millət” olur ki, müstəqil dövlət qura bilsin. Sual yaranır: əgər çoxluğu təmsil edən etnos-milliyyət öz ərazisində müstəqil dövlət yaradaraq “millət”ə çevrilirsə və bu dövlət yaradıcılığında digər azsaylı etnoslar da iştirakçıdırlarsa, onda əksəriyyətin təmsilçisi olan etnos “millət”ə çevrilir, digər azlıqlar “milliyyətlər” kimi qalır? Qalmalıdırlarsa, onların “millət” olmaq arzuları damı gözlərində qalmalıdır? Bu siyasi ədalətsizliyin fəsadlarından sığortalanmağı təmin edəcək ən doğru politoloji yanaşma, təbii ki, hazırda üstünlük qazanmaqda olan yanaşmadır.
Sonuncunu bizim reallığa tətbiq etsək, birmənalı olaraq bunun üzərində dayanılmalıdır: Azərbaycan əhalisinin çoxluqda olan türk etnosunun, eləcə də azlıqda olan talış, ləzgi, rus, avar, inqiloy, kürd, yəhudi və s. etnosların milli kimliyi “Azərbaycanlı”dır.
Bu da linqvistik reallıqdır ki, “milli” sözü dilimizdə artıq “dövlət”lə assosiaya olunur: “milli bank”, “milli valyuta”, “milli gəlir”, “milli park” və s. Yaxud, bəzi ölkələrdə müəssisələrin, torpağın və s.-nin dövlət mülkiyyətinə keçməsi bunların “milliləşdirilməsi” kimi təqdim edilirsə, bu da nəzərə alınmalıdır. Ümumən, dövlət büdcəsindən maliyyəşən müəssisələrin adında keçən “milli” sözü bu mənadadır.
Bəs “milli” sözünün dilimizdə ayrıca götürülmüş bir xalqın ədəbiyyatına, musiqisinə, mətbəxinə, bəzən də ümumən mədəniyyətinə tətbiq edilməsini necə qəbul edək? Sualın cavabı budur ki, dilimizdə "millət"lə "milliyyət" sözlərindən düzəlmə iki sifət yoxdur, bir sifət var:"milli".
P.S. Bir neçə il əvvəl AMEA-da çalışan filosof alimimiz Zümrüd Quluzadə - Allah rəhmət eləsin - mənə zəng etmişdi, Azərbaycanşünaslıq fənni ilə əlaqədar bəzi məsələləri soruşurdu. Söhbətimiz yuxarıda qeyd etdiyim terminlərin üzərinə gələndə dedi ki, bu barədə gərək hamımızda fikir birliyi olsun, hərə öz mövqeyindən çıxış edərək fərqli yanaşmasını irəli sürür. Yuxarıda qeyd etdiklərimi onun nəzərinə çatdırdım. Deyəsən, qane olmadı və soruşdu: bəs cənubi Azərbaycandakı soydaşlarımız necə, biz millətiksə, onlar millət deyil? Deyəsiniz, mahiyyəti tuta bilməmişdi. Cavabım belə oldu: bizim çoxluğun etnik kimliyi kimi onların da çoxluğunun etnik kimliyi türk, milli kimliyi isə İranlıdır, nə vaxtsa müstəqil dövlət qura bilsələr, milli kimlikləri də həmin dövlətin adına uyğun müəyyənləşəcək, təbii.
Ссылки по теме:
От нубохунде до национальной школы: история образования горских евреев (II часть)
От нубохунде до национальной школы: история образования горских евреев (I часть)
İRAN REJİMİNİN ÖZ PREZİDENTİNƏ İKİNCİ ZƏRBƏSİ.
HAMI İRAN \FARS DÖVLƏTİ YARADIRDI, BİRCƏ FARSLARDAN SAVAYI
ABŞ ilə İran müharibəsində İngiltərənin rolu
Как горские евреи сохраняют память о Девятом ава
Etnoglobus.az HEJARE ŞAMİLİN şerlərini oxucularına təqdim edir
Avraham Shmulevich; İsrail Ermeni Soykırımı’nı Tanıdı: Ermeniler Neden Öfkeli ve Bu Neye Yol Açabilir?
Читайте также:
Rus uşaq ədəbiyyatı dünya mədəniyyətinin zəngin kapitalıdır. (I hissə)
AZƏRBAYCAN DEMOKRAT FİRQƏSİNİN DÖVLƏTÇİLİK SİYASƏTİ (1945-1946-CI İLLƏR)
Rus uşaq ədəbiyyatı dünya mədəniyyətinin zəngin kapitalıdır. (III hissə)
İmadəddin Nəsimi haqqında İranda tədqiqatlar
VƏHY TƏHKİYƏÇİSİNİN MÜƏLLİF “BİZ”İ
Ərzin əşrəfi Naxçıvan (2-ci hissə)
Nizami Gəncəvi: Etnik müəyyənlik, etiqadi sərbəstlik
Tehranın Azərbaycana qarşı əsassız iddiaları
“Azərbaycan İranın başıdır, baş gedəndə bədən də gedər... General Şadan”
Rus uşaq ədəbiyyatı dünya mədəniyyətinin zəngin kapitalıdır. (II hissə)
1941-1946-cı illərdə Cənubi Azərbaycanda xalqın milli özünüdərk prosesinin yüksəlişi və Azərbaycan dilinin mövqeyi
Ərzin əşrəfi Naxçıvan (3-cü hissə)
İRAN TALİBLƏRLƏ ƏMƏKDAŞLIĞI DAVAM ETDİRƏRƏK DAHA DA GENİŞLƏNDİRƏCƏKDİR
Əbülfəz Rəcəblinin talış dilinin leksikası kitabından (FRAZEOLOGİYA)
Heydər Əliyev və Cənubi Azərbaycan problemi
Ərzin əşrəfi Naxçıvan (4-cü hissə)
