Ethnoglobus » ЭТНОПОЛИТИКА » İranda hicabsız və hicablılar haqda əxlaq kodeksi

İranda hicabsız və hicablılar haqda əxlaq kodeksi

İranda hicabsız və hicablılar haqda əxlaq kodeksi
ЭТНОПОЛИТИКА
Ethnoglobus.Az
Фото: Ethnoglobus
14:14, 12 iyun 2023
917
0

Foto: iranwire.com

Vidadi Mustafayev

Sepah-ın ruporlarından biri olan “farsnews” saytında bu gün(19.03.1402\09.06.2023) yerləşdirilmiş redaksiya yazısında İranda qadın və qızları yenidən “YERİYƏN TÜRMƏYƏ” qaytarmağın yolları haqqında uzun-uzadı mühakimələr edilir və mülahizələr irəli sürülür.
Yazı müəllifi və ya müəllifləri İranda hicabsızlığın səbəbibini çox sadə bir dəlillə izah, ondan da sadə bir formul ilə ifadə edirlər: hicabsızlığın səbəbi HƏYASIZLIQDIR.
Yəni İran-İslam sivilizasiyası yaradan bir cəmiyyətin  bütün hicablı qadın və qızları HƏYALI, hucabsızlar isə HƏYASIZDIRLAR.

Siz təfəkkürün dərinliyinə və ümumiləşdirmənin miqyasına diqqət edin.Bütün İran qadınları və qızları iki yerə bölünür:həyalılar və həyasızlar. Və ya hicablılar və hicabsızlar.Avtomatik olaraq hucablı həyalı, hicabsız isə həyasızlar qrupuna daxil edilir.
Saytda belə də deyilir:”Qızlarımız həyalı olsalar, hicablı da olacaqlar”
Doğrudanmı bu ata, ya ana; bu dayı, ya xala; bu əmi, ya bibi; bu qardaş, ya bacı; bu nənə,ya baba bu qədər savadsız, MƏNƏVİYYATSIZ dır ki, geyim, xüsusən də dəb və ya MODA ilə əxlaq arasında bir başa əlaqə olduğunu iddia edərək xarici görkəminə görə İranın bütün dəblə geyinən və hicaba əməl etməyən qadın və qızlarını, o cümlədən öz yaxın və uzaq qohumlarını, utanmadan, HƏYA etmədən, həyasız adlandırır.
Saytda elə belə də yazılır:”İslam cəmiyyətində yarım boy paltar, önü açıq qısa palto, cırıq şalvar və yaylıqsız saçlar … və belə geyimlə ictimai yerlərdə görünmək hicabsızlıq yox, həyasızlıq əlamətidir”.
Öz mənəviyyatsızlığını bu şəkildə açıq ifadə edən kəs yox, nakəs  haqqında hər hansı şərh yazmağa heç bir ehtiyac yoxdur.
Əgər İran İslam cəmiyyətində az-çox ləyaqət və mənəviyyat sahibləri varsa, İranın qız və gəlinlərini  çox açıq şəkidə təhqir edən həmin yazıya,onun müəllifinə,sayta və onların arxasında duranlara SƏRT reaksiya göstərəcəklər.Yoxsa ləyaqət və mənəviyyatsızlıqlarını etiraf etmiş olacaqlar.

Читайте также:
Rus uşaq ədəbiyyatı dünya mədəniyyətinin zəngin  kapitalıdır. (I hissə)
Rus uşaq ədəbiyyatı dünya mədəniyyətinin zəngin kapitalıdır. (I hissə)
30.03.22, КУЛЬТУРА
İmadəddin Nəsimi haqqında İranda tədqiqatlar
İmadəddin Nəsimi haqqında İranda tədqiqatlar
19.09.23, КУЛЬТУРА
Rus uşaq ədəbiyyatı dünya mədəniyyətinin zəngin kapitalıdır. (III hissə)
Rus uşaq ədəbiyyatı dünya mədəniyyətinin zəngin kapitalıdır. (III hissə)
30.03.22, КУЛЬТУРА
AZƏRBAYCAN DEMOKRAT FİRQƏSİNİN DÖVLƏTÇİLİK SİYASƏTİ (1945-1946-CI İLLƏR)
AZƏRBAYCAN DEMOKRAT FİRQƏSİNİN DÖVLƏTÇİLİK SİYASƏTİ (1945-1946-CI İLLƏR)
13.05.24, ЭТНОПОЛИТИКА
Ərzin əşrəfi Naxçıvan (2-ci hissə)
Ərzin əşrəfi Naxçıvan (2-ci hissə)
23.12.24, ИСТОРИЯ И ОБЩЕСТВО
Tehranın Azərbaycana qarşı əsassız iddiaları
Tehranın Azərbaycana qarşı əsassız iddiaları
27.07.23, АНАЛИТИКА
İRAN  TALİBLƏRLƏ ƏMƏKDAŞLIĞI DAVAM ETDİRƏRƏK DAHA DA GENİŞLƏNDİRƏCƏKDİR
İRAN TALİBLƏRLƏ ƏMƏKDAŞLIĞI DAVAM ETDİRƏRƏK DAHA DA GENİŞLƏNDİRƏCƏKDİR
08.05.22, АНАЛИТИКА / ЭТНОПОЛИТИКА
“Azərbaycan İranın başıdır, baş gedəndə bədən də gedər... General Şadan”
“Azərbaycan İranın başıdır, baş gedəndə bədən də gedər... General Şadan”
07.10.24, КУЛЬТУРА
1941-1946-cı illərdə Cənubi Azərbaycanda xalqın milli özünüdərk prosesinin yüksəlişi və Azərbaycan dilinin mövqeyi
1941-1946-cı illərdə Cənubi Azərbaycanda xalqın milli özünüdərk prosesinin yüksəlişi və Azərbaycan dilinin mövqeyi
10.10.23, ЭТНОПОЛИТИКА
Rus uşaq ədəbiyyatı dünya mədəniyyətinin zəngin kapitalıdır. (II hissə)
Rus uşaq ədəbiyyatı dünya mədəniyyətinin zəngin kapitalıdır. (II hissə)
30.03.22, КУЛЬТУРА
VƏHY  TƏHKİYƏÇİSİNİN  MÜƏLLİF  “BİZ”İ
VƏHY TƏHKİYƏÇİSİNİN MÜƏLLİF “BİZ”İ
26.05.25, ЦЕНТР КВАНТОВОГО МЫШЛЕНИЯ
Ərzin əşrəfi Naxçıvan (4-cü hissə)
Ərzin əşrəfi Naxçıvan (4-cü hissə)
27.12.24, ИСТОРИЯ И ОБЩЕСТВО
Küftə haqqında dastan.
Küftə haqqında dastan.
01.06.22, КУЛЬТУРА
MƏHƏMMƏD HÜSEYN ŞƏHRİYARIN ANASI
MƏHƏMMƏD HÜSEYN ŞƏHRİYARIN ANASI
27.05.24, КУЛЬТУРА
SEPAH: BÖYÜK İDDİADAN BÖYÜK UĞURSUZLUĞA
SEPAH: BÖYÜK İDDİADAN BÖYÜK UĞURSUZLUĞA
04.05.26, В МИРЕ
Ərzin əşrəfi Naxçıvan (1-ci hissə)
Ərzin əşrəfi Naxçıvan (1-ci hissə)
23.12.24, ИСТОРИЯ И ОБЩЕСТВО