Ethnoglobus » ЭТНОПОЛИТИКА » İRANDA HAKİMİYYƏTİN YENİ SOSİAL BAZA AXTARIŞI

İRANDA HAKİMİYYƏTİN YENİ SOSİAL BAZA AXTARIŞI

İRANDA  HAKİMİYYƏTİN YENİ SOSİAL BAZA AXTARIŞI
ЭТНОПОЛИТИКА
Ethnoglobus.Az
Фото: Ethnoglobus
00:31, 20 may 2024
716
0

Foto: www.sat7uk.org

Vidadi Mustafayev

İranda 1978-79-cu illər antimonarxist inqilabı çox hissəsi yüksək həyat şəraitinə malik oan fəhlələrin, xüsusən də neft sənayesində çalışan fəhlələrin, tətilə başlamasından sonra qələbə istiqamətində inkişaf etməyə başladı. Amma ruhaniləırin ənənəvi sosial dayağı olan əsnaf- ticarət, xidmət və s. sferalarda fəaliyyət göstərən sahibkarlar, olduğundan inqilabın qələbəsindən ən çox fayda gördü. Belə ki  məhz həmin təbəqə hər cür vergidən azad edilərək   daim hakimiyyətin və  ruhanilərin dəstəyini hiss edirdi. Ölkədə iqtisadiyyatın tənzimlənməsində verginin rolunun artırılması istiqamətində həyata keçirilən islahatlar əsnafın da vergiyə cəlb olunmasını nəzərdə tuturdu. Müxtəlif hökumətlər həmin sahədə tədbirlər həyata keçirərək əsnafı vergiyə cəlb etməyə səy göstərmişlər Bütövlükdə əsnafı uzun müddət vergiyə cəlb etmək mümkün olmasa da, son nəticədə  həmin təbəqənin müəyyən kəsimlərini  vergiyə cəlb etmək mümkün olmuşdur.Amma vergiyə cəlb edilən əsnaf qruplarından tutulan   vergilər onların əldə etdikləri gəlirlə qətiyyən müqayisəyə gəlmədiyəndən həmin addımları simvolik hesab etmək olar.
İrandaartıq həmin vəziyyətin dözülməz olduğunu başa düşərək daha ciddi tədbirlərin görülməsinin zəruriliyindən danışmağa başayıblar.Həmin mövzuda iki mərkəzi saytda əsnaf, fəhlə və  qulluqçuların və ya maaş alanların  vergiyə cəlb olunmasındakı böyük ədalətsizlikdən geniş bəhs olunan yazılar yer almışdır.
Yazılarda əsnafın 50% -dən çoxunun vergi ödəmıdiyi, vergi ödəynlərin isə ümumi vergidə payının cəmi 6% təşkil etdiyi qeyd edilir. Halbu ki onların Ümumi Daxili Məhsulda payı 30 % təşkil edir.
Daha sonra qeyd bedilir ki, fəhlə və qulluqçu maaş almamamış avtomatik olaraq vergi ödəyir, amma əsnafa vergi ödəməkdə vaxt güzəştləri tətbiq olunur və həmin güzəştlər daim genişləndirilir ki, bu da vergidən yayınmağa yardım edir..
Ən maraqlısı odur ki, vergidən yayınan əsnafın gəlirlərinin milyardlarla tümən olduğu vurğulanır.. Keçən illərdə əsnafın ən az vergi ödəyən hissəsi(19.4 %) ildə maksimum 5 mln, ən çox vergi ödəyən hissəsi(7.7%) ildə 30 mln. tüməndən çox vergi ödəyib.
Bu barədə tərtib edilən cədvəlin şərhində deyilir ki, milyardlarla gəliri olan əsnafın 88.2.% ildə 20 milyon tüməndən az vergi ödəyib.

Amma ayda 30 mln., ildə 250 mln. tümən maaş alan fəhlə və qulluqçular( muzdlu işçilər) ildə 30 mln tümən vergi ödəyirlər.Yəni miyardlarla gəliri oanlar milyonlarla gəliri olanlardan az vergi ödəyir ya da heç ödəmir.Bundan böyük ədalətsizlik olmaz.


Yalnız muzdlu işçilər vergiləri ən müntəzəm vergi ödəyən sosial qrupu təşkil edir.
Saytda yerləşdirilmiş analitik yazıda, o cümlədən deyilir:”Gildiyaların( əsnaf) və muzdluların (fəhlə və qulluqçuların)ödədikləri  vergilərin müqayisəsi göstərir ki, dövlət büdcəsi rəsmi olaraq zəiflərin cibindən təmin edilir və varlıların cibinə və süfrəsinə qoyulur!”
Artıq müəyyən təbəqələrin narazııq obyektinə çevrilən əsnaf  İslam inqilabında ən fəal iştirak edən sosial qrup kimi,artıq qeyd edildiyi kimi, onun qələbəsindən də ən çox fayda götürən təbəqələrdən biri oldu.

Sosial baxımdan  inqilabın əsas nailiyyəti Pəhləvi rejimi zamanı ən çox təzyiqlərə məruz qalan əsnafın cəmiyyətin varlı təbəqələrindən birinə çevrilməsi və həmin dövrdə cəmiyyətin orta təbəqəsi səviyyəsində olan fəhlələrin isə  ən kasıb təbəqələrdən birini  təşkil etməsi olub.
Bütün bunlar cəmiyyətin müəyyən kəsimlərində həyat səviyyəsi, əməyin ödənilməsi, vergi sahəsində mövcud olan ədalətsizliyə qarş narazılığın artdığını göstərir.Burada iri sahibkarların vergiyə cəlb olunmasındakı vəziyyətə  toxunulmur,hərçənd əsnaf daxilində iri və çox iri sahibkarlar da  yer alır.Onların da cüzi, bir fəhlə və ya quluqçu qədər  vergi verdiyi vurğulanır.

İndi əsnafın vergidən yayınması məsələsinin gündəmə gətirilməsi yəqin ki, həmin sahədəki  ədalətsizliyi aradan qaldırmaq üçün ictimai rəyin dəstəyini qazanmağa hesablanıb.Özünü xalq hökuməti adlandıran indiki hökumət muzdlu işçilərin vəziyyətini dilə gətirməklə onların dəstəyini qazanmaq istəyir. Həmin dəstək əsnafı vergiyə cəlb etmək üçün gərəkdir, hərçənd bunun müqabilndə artıq xalq adlandırıla biləcək və ən kasıb təbəqə səviyyəsində qərar tutan  muzdlu işçilərin həyat səviyyəsini yüksəltmək üçün heç nə vəd edilmir.Sadəcə olaraq hakimyyət göstərmək istəyr ki, xalq deyəndə muzdlu işçiləri nəzərdə tutur.Hökumətin əsnafdan narazılığı təkcə vergidən yayınmaqla izah olunmur.Maddi durumu xeyli yüksələn əsnafın müəyyən kəsimləri   öz sərvətindən özü və övladlarınln şəxsi həyatını istədiyi kimi qurmağa  meyl göstərdiyndən,  qadın, insan hüquq və azadıqlarını ən fəal dəstəkləyən  sosial qrup kimi çıxış etdiyindən hakimiyyətin etibarını itirməyə başlamışdır. Həmin təbəqəni cəzalandırmaq üçün vergi məsələsi gündəmə gətirilir.

Amma əsnafa vergi məsələsi vasitəsi ilə  təzyiq göstərmək o qədər də perspektivli məsələ deyil, çünki qeyd edildiyi kimi,   hakim təbəqəyə çevrilmiş  ruhanilərin indiyə kimi əsas sosial dayağı olan əsnafı hakimyyətdən narazı salmaq elə də asan görünür. Çoxsaylı və göründüyü kimi sərvətli əsnaf hakimiyyətdən narzılığnı rejimin müxaliflərini dəstəkləməklə nümayiş etdirsə, onda ruhanilərin dini- siyasi hakimyyətinin nə qədər davam gətirəcəyini demək çətin olar. Digər tərəfdən, fəhlə və quluqçuların çox az maaş alması onları avtomatik olaraq rejimin, ən azı iqtisadi sferda , müxalifinə çevirmiş olur. Hakimiyyət yəqin ki, əsnafın ona müxalifət mövqeyinə keçməsində maraqlı deyil.Əgər bu baş verərsə, güclənərsə və  fəhlə və quluqçular tərəfindən dəstəklənərsə, onda rejimin sonu çox tez çatmış olar.Ona görə  artıq ənənəvi  sosial bazasını itirməkdə olan və  özünə yeni sosial baza axtarışnda olan XALQ   hökumətinin bu  yaxınlarda  siyasi, ictimai, iqtisadi,mədəni, sosial, o cümlədən vergi sahəsində,ziddiyyətləri və ədalətsizliyi aradan qaldırmaq bir yana, yumşaltmaq sahəsində qəti addım atacağını gözləmk olmaz.

Читайте также:
Rus uşaq ədəbiyyatı dünya mədəniyyətinin zəngin  kapitalıdır. (I hissə)
Rus uşaq ədəbiyyatı dünya mədəniyyətinin zəngin kapitalıdır. (I hissə)
30.03.22, КУЛЬТУРА
İmadəddin Nəsimi haqqında İranda tədqiqatlar
İmadəddin Nəsimi haqqında İranda tədqiqatlar
19.09.23, КУЛЬТУРА
AZƏRBAYCAN DEMOKRAT FİRQƏSİNİN DÖVLƏTÇİLİK SİYASƏTİ (1945-1946-CI İLLƏR)
AZƏRBAYCAN DEMOKRAT FİRQƏSİNİN DÖVLƏTÇİLİK SİYASƏTİ (1945-1946-CI İLLƏR)
13.05.24, ЭТНОПОЛИТИКА
İRAN  TALİBLƏRLƏ ƏMƏKDAŞLIĞI DAVAM ETDİRƏRƏK DAHA DA GENİŞLƏNDİRƏCƏKDİR
İRAN TALİBLƏRLƏ ƏMƏKDAŞLIĞI DAVAM ETDİRƏRƏK DAHA DA GENİŞLƏNDİRƏCƏKDİR
08.05.22, АНАЛИТИКА / ЭТНОПОЛИТИКА
SEPAH: BÖYÜK İDDİADAN BÖYÜK UĞURSUZLUĞA
SEPAH: BÖYÜK İDDİADAN BÖYÜK UĞURSUZLUĞA
04.05.26, В МИРЕ
Rus uşaq ədəbiyyatı dünya mədəniyyətinin zəngin kapitalıdır. (III hissə)
Rus uşaq ədəbiyyatı dünya mədəniyyətinin zəngin kapitalıdır. (III hissə)
30.03.22, КУЛЬТУРА
Tehranın Azərbaycana qarşı əsassız iddiaları
Tehranın Azərbaycana qarşı əsassız iddiaları
27.07.23, АНАЛИТИКА
Böhranlı İran: HİCABDAN AZAD OLMAQ ASANDIRMI?
Böhranlı İran: HİCABDAN AZAD OLMAQ ASANDIRMI?
08.10.22, АНАЛИТИКА
Ərzin əşrəfi Naxçıvan (2-ci hissə)
Ərzin əşrəfi Naxçıvan (2-ci hissə)
23.12.24, ИСТОРИЯ И ОБЩЕСТВО
HEYDƏR   ƏLİYEV - MİLLİ MƏDƏNİYYƏT TARİXİMİZ
HEYDƏR ƏLİYEV - MİLLİ MƏDƏNİYYƏT TARİXİMİZ
10.05.25, ИСТОРИЯ И ОБЩЕСТВО
1941-1946-cı illərdə Cənubi Azərbaycanda xalqın milli özünüdərk prosesinin yüksəlişi və Azərbaycan dilinin mövqeyi
1941-1946-cı illərdə Cənubi Azərbaycanda xalqın milli özünüdərk prosesinin yüksəlişi və Azərbaycan dilinin mövqeyi
10.10.23, ЭТНОПОЛИТИКА
İrandakı indiki dünyəvi inqilabla 1978-79-cu illər antimonarxist inqilabın müqayisəsi
İrandakı indiki dünyəvi inqilabla 1978-79-cu illər antimonarxist inqilabın müqayisəsi
04.01.23, ЭТНОПОЛИТИКА
AZƏRBAYCAN DEMOKRAT FIRQƏSININ MƏRAMNAMƏSİ
AZƏRBAYCAN DEMOKRAT FIRQƏSININ MƏRAMNAMƏSİ
03.09.25, ИСТОРИЯ И ОБЩЕСТВО
İRANIN  AZƏRBAYCANA QARŞI İDEOLOJİ FƏALİYYƏTİNİN  MƏRHƏLƏLƏRİ
İRANIN AZƏRBAYCANA QARŞI İDEOLOJİ FƏALİYYƏTİNİN MƏRHƏLƏLƏRİ
23.04.23, ЭТНОПОЛИТИКА
Heydər Əliyev və Cənubi Azərbaycan problemi
Heydər Əliyev və Cənubi Azərbaycan problemi
22.05.26, ЭТНОПОЛИТИКА
“Azərbaycan İranın başıdır, baş gedəndə bədən də gedər... General Şadan”
“Azərbaycan İranın başıdır, baş gedəndə bədən də gedər... General Şadan”
07.10.24, КУЛЬТУРА