Ethnoglobus » ЭТНОПОЛИТИКА » İran bizə nə edir?

İran bizə nə edir?

İran bizə nə edir?
ЭТНОПОЛИТИКА
Ethnoglobus.Az
Фото: Ethnoglobus
19:05, 27 yanvar 2023
1 358
0
Elüsal Məmmədov


- Tarixi torpaqlarımızın geri qaytarılması üçün əlverişli zəminin yarandığı bir vaxtda "Sərhədlərin dəyişdirilməsi bizim üçün qəbuledilməzdir" bəyanatını verərək mikoyanlıq edir, yəni vaxtı ilə tarixi ərazilərin vahid dövlətdə birləşməsi təklifinə əngəl yaratmış A. Mikoyanın etdiyini təkrarlayır. Bununla kifayətlənmir, sərhədlərimizdə hərbi təlimlər keçirərək hədə-qorxusunu artırır, "Bizdən hər şey gözləyin! Şirin quyrğu ilə oynamayın!" mesajını verir. Bəli, İran bu gün Zəngəzur dəhlizinin gerçəkləşməməsi üçün əlindən gələni edir və bundan sonra edəcəyi də görünür.
- Ölkədaxili mətbuatda, məscid minbərlərində Azərbaycanı, Azərbaycan dövlətçiliyini, ölkə başçısını təhqir və təhdid edən təbliğat işi aparır, bu dövlətə, bu kimliyə nifrət aşılayan təşviqat siyasəti yürüdür;
- İran siyasi-dini elitası hələ də Azərbaycan kimliyi və dövlətçilik təcrübəsini həzm edə bilmir; bu ölkənin ayrı-ayrı televiziya kanallarında, mətbu orqanlarında "Azərbaycan hakimiyyəti" əvəzinə, "Bakı hakimiyyəti; Bakı rejimi" kimi alçaldıcı və inkaredici ifadələrdən istifadə olunur; 
- Vaxtaşırı olaraq, bu ölkədə Azərbaycanın suveren ərazisi İran imperiyasının tarixi torpaqları kimi göstərilir, ölkəmizə qarşı ərazi iddiası irəli sürülür. İndiki Ermənistan ərazisi sayılan İrəvan xanlığı da, buna qalası olsa, keçmiş imperiyanın bir hissəsi olmuşdur. Maraqlıdır, İranda Ermənistana qarşı əsla ərazi iddiasi səsləndirilmir, deməli, İran siyasi dairələrinin dərdi başqadır...
- İran Azərbaycan dövlətçiliyi əleyhinə addımları həm gizli, həm də açıq şəkildə atır; Ermənistanla qol-boyun olduqdan sonra Azərbaycanla münasibətlərin yaxşılaşdırılması üçün əlindən gələni edəcəyini bildirir, əlbəttə ki, burada ikiüzlülüyü, islam dövlətinə yaraşmayan praqmatik iyrəncliyi görməmək mümkün deyildir...
- Ümumiyyətlə, Azərbaycan respublikasının mövcudluğunu, uğurlarını, mədəni-siyasi genişlənməsini istəməyən bir siyasi təfəkkürlə qarşı-qarşıya gəlmişik. 20 Yanvar faciəsindən sonra İranın ovaxtkı Xarici işlər naziri Vilayətinin bəyanat verib: "Biz Azərbaycan daxil heç bir ölkənin Rusyadan ayrılmağını istəmirik", - deməsi, 44 günlük Vətən müharibəsində Azərbaycan ordusunun cənub əməliyyatlarına maneə yaratması, ölkədaxili mətbuatda Azərbaycan əsgərlərinin "terrorçu" adlandırılması, ölkəsini deyil, azərbaycanmərkəzli deyil, iranmərkəzli düşünən "gözlər" ordusu formalaşdırması, Azərbaycanda konstitusional quruluşu dəyişməyə çağıran, ölkə başçısısını təhqir edən milli dönüklərə himayədarlıq etməsi - bütün bunlar hansı qonşu ilə XX əsrin sonları, XXI əsrin əvvəlini bölüşdüyümüzü göstərir....



Читайте также:
Rus uşaq ədəbiyyatı dünya mədəniyyətinin zəngin  kapitalıdır. (I hissə)
Rus uşaq ədəbiyyatı dünya mədəniyyətinin zəngin kapitalıdır. (I hissə)
30.03.22, КУЛЬТУРА
Tehranın Azərbaycana qarşı əsassız iddiaları
Tehranın Azərbaycana qarşı əsassız iddiaları
27.07.23, АНАЛИТИКА
AZƏRBAYCAN DEMOKRAT FİRQƏSİNİN DÖVLƏTÇİLİK SİYASƏTİ (1945-1946-CI İLLƏR)
AZƏRBAYCAN DEMOKRAT FİRQƏSİNİN DÖVLƏTÇİLİK SİYASƏTİ (1945-1946-CI İLLƏR)
13.05.24, ЭТНОПОЛИТИКА
İRAN  TALİBLƏRLƏ ƏMƏKDAŞLIĞI DAVAM ETDİRƏRƏK DAHA DA GENİŞLƏNDİRƏCƏKDİR
İRAN TALİBLƏRLƏ ƏMƏKDAŞLIĞI DAVAM ETDİRƏRƏK DAHA DA GENİŞLƏNDİRƏCƏKDİR
08.05.22, АНАЛИТИКА / ЭТНОПОЛИТИКА
İmadəddin Nəsimi haqqında İranda tədqiqatlar
İmadəddin Nəsimi haqqında İranda tədqiqatlar
19.09.23, КУЛЬТУРА
Rus uşaq ədəbiyyatı dünya mədəniyyətinin zəngin kapitalıdır. (III hissə)
Rus uşaq ədəbiyyatı dünya mədəniyyətinin zəngin kapitalıdır. (III hissə)
30.03.22, КУЛЬТУРА
Ərzin əşrəfi Naxçıvan (2-ci hissə)
Ərzin əşrəfi Naxçıvan (2-ci hissə)
23.12.24, ИСТОРИЯ И ОБЩЕСТВО
SEPAH: BÖYÜK İDDİADAN BÖYÜK UĞURSUZLUĞA
SEPAH: BÖYÜK İDDİADAN BÖYÜK UĞURSUZLUĞA
04.05.26, В МИРЕ
Heydər Əliyev və Cənubi Azərbaycan problemi
Heydər Əliyev və Cənubi Azərbaycan problemi
22.05.26, ЭТНОПОЛИТИКА
“Azərbaycan İranın başıdır, baş gedəndə bədən də gedər... General Şadan”
“Azərbaycan İranın başıdır, baş gedəndə bədən də gedər... General Şadan”
07.10.24, КУЛЬТУРА
İRAN PROFESSORUN YALAN VƏ İFTİRALARI
İRAN PROFESSORUN YALAN VƏ İFTİRALARI
29.09.22, АНАЛИТИКА
Ərzin əşrəfi Naxçıvan (4-cü hissə)
Ərzin əşrəfi Naxçıvan (4-cü hissə)
27.12.24, ИСТОРИЯ И ОБЩЕСТВО
1941-1946-cı illərdə Cənubi Azərbaycanda xalqın milli özünüdərk prosesinin yüksəlişi və Azərbaycan dilinin mövqeyi
1941-1946-cı illərdə Cənubi Azərbaycanda xalqın milli özünüdərk prosesinin yüksəlişi və Azərbaycan dilinin mövqeyi
10.10.23, ЭТНОПОЛИТИКА
FİRUDİN  İBRAHİMİ  MÜASİR TƏDQİQATLAR  KONTEKSTİNDƏ
FİRUDİN İBRAHİMİ MÜASİR TƏDQİQATLAR KONTEKSTİNDƏ
21.11.22, ЭТНОПОЛИТИКА
HEYDƏR ƏLİYEVİN AZƏRBAYCANÇILIQ İDEYASINDA CƏNUBİ AZƏRBAYCAN
HEYDƏR ƏLİYEVİN AZƏRBAYCANÇILIQ İDEYASINDA CƏNUBİ AZƏRBAYCAN
11.07.23, ЭТНОПОЛИТИКА
İRANIN  AZƏRBAYCANA QARŞI İDEOLOJİ FƏALİYYƏTİNİN  MƏRHƏLƏLƏRİ
İRANIN AZƏRBAYCANA QARŞI İDEOLOJİ FƏALİYYƏTİNİN MƏRHƏLƏLƏRİ
23.04.23, ЭТНОПОЛИТИКА