İRAN PREZİDENTİNİN İLK GERİ ADDIMI
- 12-11-2024, 11:51
- ЭТНОПОЛИТИКА
- 0
- 163
Foto: Reuters
Görüşlərində verdiyi sözə əməl edəcəyini dəfələrlə vurğulayan və hətta bacarmasa, vəzifəsindən gedə biləcəyini bəyan edən,zahirən sadəlövh, qalmaqaldan qaçmağa üstünlük verən, Milli razılıq şüarı ilə həftebicar bir komanda(islahatçı, fundamentalist, bitərəf müavinlər, nazirlər, ostandarlar) təşkil edən və artıq həm mühafizəkarların,həm də islahatçıların tənqidi və müqaviməti ilə üzləşən Məsud Pezeşkiyan ilk dəfə elan etdiyi addımı atmaqdan imtina etdi.Yəni Bakıya COP 29 beynəlxalq ümumdünya tədbirində iştirak etmək üçün gələ bilmədi.Onun Bakıya gedəcəyi xəbəri elan edilən gündən radikal mühafizəkarlar, başda Rəhbərin “Keyhan” qəzetində nümayəndəsi və qəzetin baş redaktoru olmaqla, böyük etiraz hayküyü qalxdı.Onlar həmin səfəri guya prezident üçün qurulmuş tələ(yenə İsrail xofu) adlandırırdılar.
Yarı islahatçı, yarı mühafizəkar,yarı alim, yarı ruhani(“Nəhcülbəlağə” əsərini rəhbər tutan, Əli aşiqi) prezident Məsud Pezeşkiyan mühafizəkarların(yəqin ki, Rəhbərin göstərişi ilə) qarşısında,onların tələbini yerinə yetirərək geri addım atmağa məcbur oldu.
Yəqin ki bunun ardınca geri atılacaq digər addımlar olacaq.
Maraq üçün qeyd etmək lazımdır ki, həm islahatçı prezident S.M.Xatəmi(1997-2005) və həm də mötədil prezident H.Ruhani(2013-2021) eyni təzyiqlərə məruz qalıb və müqavimət göstərmək istədikdə onlara qarşı geniş”xalq” etirazları təşkil edilmişdi.
Prezidentliyə başlamasından cəmi 3 aydan bir qədər çox keçməsinə baxmayaraq, onun əsas vədlərindən olan internet üzərində filtiri aradn qaldırmaq, Hicab məsələsində zorakılığa və məcbur etməyə yol verməmək və s. kimi vədlərinin icrasına qarşı “geniş” xalq , xüsusən tanınmış ruhanilərin, etirazları başlanmışdır. Bu az imiş kimi, ikinci dəfə(2013 və 2024) prezident seçkilərində məğlubiyyətə uğrayan və elə 2013-cü ildə mötədil Ruhani hökumətinə qarşı fəaliyyət göstərmək üçün İranda heç bir hüquqi, təşkilati əsası olmayan “Kölgə hökuməti” təsis etmiş, Rəhbərə yaxınlığı ilə seçilən, Ali Milli Təhküsəzlik Şurasında Rəhbərin nümayəndəsi olan Səid Cəlili bu günlərdə bütün müxalif qüvvələri həmin “hökumət” ,daha doğrusu öz ətrafında toplamaq üçün daha geniş və təxribatçı fəaliyyətini davam etdirir.