İran dini, yaxud dünyəvi dövlət olmasından asılı olmayaraq etnik və dini əyləci əlində saxlayacaq.
- 7-10-2024, 09:48
- ЭТНОПОЛИТИКА
- 0
- 229
Gülnara İnanc, "Ethnoglobus.az" onlayn analitik mərkəzinin qurucusu, 'etnopsixoloq,ekspert, kvant psixoloqu :
https://t.me/ethnoglobus
-Azərbaycannın ictimai şüurunda, akademik dairələrdə belə bir fikir formalaşıb ki, İran şiəliyi ölkəmizdə zorla yaydığı üçün bizə düşməndir. Əgər İranın hazırkı dini üsul - idarəsi devrilərsə, Tehran Azərbaycana qarşı sivil, dost münasibət göstərəcək. Qeyd edək ki, dünya siyasətçi və ictimai fikri də müsəlman İranı ziyanlı hesab edir. Təbii ki, İran dünyəvi dövlət olarsa, ona qarşı siyasət tamamilə dəyişəcək, lakin bu, heç də o demək deyil ki, Tehran bölgədə aparıcı rol oynamaqdan vaz keçəcək. Elə isə, hələ də Azərbaycanı müstəqil dövlət kimi həzm etməyən İranın ölkəmizə qarşı münasibətinin o qədər də dəyişməyəcəyini demək olar.

Hazırki dövrdə İran İslam dinini və onun yayılmasını öz strateji məqsədi kimi konstitusiyasında təsbit edib. Təbii ki, İslamın şiə qanadını. Sünni fələstinliləri dəstəkləmək isə şiə təəssübkeşi olmasını pərdələmək və başlıcası isə münaqişəni İsrailə qarşı alət kimi istifadə etməkdir. İslam inqilabından əvvəl də İran İslam mərkəzlərindən biri olub. Sadəcə olaraq inqilabdan sonra şiəlik siyasi müstəviyə keçib və Tehran islamı dünyada yaymaq kimi missiyanı üzərinə götürüb. Odur ki, bir gün İran İslam dövləti olmasa da, dindən təsir dairəsini genişləndirmək və gücləndirmək üçün istifadə edəcək.
İkinci vacib məsələ isə İranın çoxmillətli olması və ölkədə çoxsaylı Azərbaycan türkünün yaşamasıdır. Qarabağdakı qələbəmiz dövlətimizin nüfuzunu yalnız sərhədboyu xarici ölkələrdə yaşayan soydaşlarımız arasında deyil, Qafqaz və İran xalqları arasında yüksəltdi. İran üçün etnik mövzu həssasdır və ona qarşı kiçik bir təhdid olduqda, Azərbaycanda etnik mövzunu qızışdırmağa başlayır və bunun üçün sosial şəbəkə uyğun və rahat platformadır.
Azərbaycan türkləri və etnik müxtəliflik İranın reallığıdır. Elə isə, İran İslam, yaxud dünyəvi dövlət olmasından asılı olmayaraq bu iki məsələni həmişə tətikdə saxlayacaq.
Dünyəvi İran dünyaya açılıb bütün sahələrdə daha güclü olacaq. 44 günlük Qarabağ uğrunda savaş dövründə İran güclü bir dövlət olsaydı, qələbəmiz asan olmayacaqdı. Qeyd edək ki, savaş dövründə ilk olaraq İranla sərhəddə yerləşən torpaqlarımız azad edilərək separatçıların İranla bağı kəsildi.
Hər bir dövlətin öz marağı, öz siyasət strategiyası var və bu mövqe bizim maraqlarımıza uyğun gəlməyə bilər. Hərənin öz doğrusu var.