FARS SÖZÜ FƏ BU SÖZ OLAN SÖZ BİRLƏŞMƏSİ FARSLARIN MİLLİ KİMLİYİNİN QORUYUCUSUDUR
ЭТНОПОЛИТИКА
Vidadi Mustafayev
Yazı 2021 ci ildə yazılıb.
Aprelin 30 və ya ordibeheşt ayının 10 İranda Fars körfəzi günüdür.İran saytları biri az, biri çox həmin günlə bağlı yazılar veriblər.Həmin yazıların əksərində Milli günün mahiyyəti və əhəmiyyətindən qətiyyən söz açılmır, söz arası tarixçəsi və hansı münasibətlə belə bir gün elan olduğuna toxunulur.Əsas diqqət Fars körfəzi adında fars sözünün olmasına, onun qədimliyinə, həmin sözün farsların kimliyini yaşatmasına, bundan sonra da həmin missiyanı daşıyacağına, ərəblərə qarşı dağ kimi durduğuna və bir sözlə farsların millətçiliyini qızışdırmağa yönəlibdir.
Əslində isə həmin gün tarixdə nə baş veribdir?
1623-cü ildə Şah Abbas Səfəvi dövlətinin cənub sərhədlərini, dəniz ticarətini genişləndirmək və təhlükəsizliyini təmin etmək məqsədilə Hürmüz adasını ələ keçirib Fars körfəzi rayonunda 100 ildən çox ağalıq edən Portuqaliya müstəmləkəçilərini həmin bölgədən qovmağa nail olmuşdur.Həmin hərbi-siyasi addım sonrakı İranın taleyində və tarixində mühüm rol oynamışdır.
Yazılarda həmin tarixi hadisəyə, onun əhəmiyyəti və nəticələrinə deyil, qeyd edildiyi kimi, Fars körfəzi ifadəsində fars sözünün yaşaması və onun millətçilk mənalarına,yükünə, xüsusən də panarabizmə qarşı durmaq qabiliyyətinə əhəmiyyət verilir.Tarixə belə yanaşma cox güman ki, farsların ermənilər kimi uydurduqları fobiyalarla bağlıdır.Onlar bu gün Cənubi azərbaycanlıları İranın ərazi bütövlüyü üçün təhlükəı kimi qələmə verirlər.Ona görə Fars körfəzi və Hürmüz adasını portuqalların işğalından xilas etmiş Şah Abbasın adını türk olduğu üçün çəkmirlər.Tarixi yaxşı bilən farslar şovinizm xəstəliyinə düçar olduqları üçün onlara hazır-halva ölkə təhvil verməklə kifayətlənməyib, üstəlik onları hakimiyyətə gətirənləri alçaqcasına dövlətin düşməni elan edirlər. Cənubi azərbaycanlıların gələcək İran dövlətinin formalaşmasında rolunu unutdurmaq üçün farslar onların bütün xidmətlərini danmaq bir yana, hələ bir dövlət üçün təhlükə olduqlarını utanmadan dilə gətirirlər.Belə düşüncə sahibləri təbii ki, Fars körfəzinin azadlığından və kimin tərəfindən azad edilməsindən,bu günkü milli günü onlara bəxş edənlərdən deyil, axı həmin işdə farsların heç bir rolu olmayıb, Fars körfəzi söz birləşməsinin milli kimlik sahəsində ona aid olmayan rolundan danışırlar.
Farslar bircə onu deyə bilmirlər ki, bu körfəz niyə 7000 il, hətta 10000 il yaşı olan İran adı ilə yox, cəmi 2500 yaşı olan Fars dövlətinin adı ilə adlandırılıb.Farslar nə qədər çabalasalar da, fars sözü ilə İran sözü arasında əlaqə tapa bilmirlər.Onların bir qisminə İran digərinə fars sözü daha əzizdir . İranı əziz bilənlər milli kimliyini danaraq fars olmadıqlarını iddia edirlər.Fars sevərlər isə İran adının beynəlxalq müstəvidə bəra edilməsini milli xəyanət hesab edirlər.Ona görə hətta bir siyasi-ideya cərəyanı fars termininin işlənmə dairəsini genişləndirərək İran sözünü əvəz etməsi istiqamətində çalışır.Fars körfəzi ifadəsindəki fars sözünə tarixi, milli kimlik və s. cəhətdən baxaraq onda milli bir xilas yolu axtarırlar.
Ссылки по теме:
Британская разведка предупреждает об усилении гибридных угроз со стороны Ирана и России
XURAFAT, YAXUD MOLLA PROFESSOR
İRAN İSTİKBAR QARŞISINDA DİRƏNİŞİ İLƏ HARA GEDİR?
AVROPALI SƏYYAHLAR LƏZGİLƏR HAQQINDA
Трамп: США создадут еще две военные базы в Гренландии
Белорусский колорит в самом сердце Баку!
İRANDA HƏRƏ ÖZ İŞİ İLƏ MƏŞĞULDUR
"Qulaq filologiyası" və ya o işığı...yandırın
Читайте также:
Rus uşaq ədəbiyyatı dünya mədəniyyətinin zəngin kapitalıdır. (I hissə)
İmadəddin Nəsimi haqqında İranda tədqiqatlar
AZƏRBAYCAN DEMOKRAT FİRQƏSİNİN DÖVLƏTÇİLİK SİYASƏTİ (1945-1946-CI İLLƏR)
Азербайджанская Неделя моды – приветствие воина Древнего Рима, зимой босиком, коктейльные платья и кураж
İRAN TALİBLƏRLƏ ƏMƏKDAŞLIĞI DAVAM ETDİRƏRƏK DAHA DA GENİŞLƏNDİRƏCƏKDİR
Tehranın Azərbaycana qarşı əsassız iddiaları
SEPAH: BÖYÜK İDDİADAN BÖYÜK UĞURSUZLUĞA
Ərzin əşrəfi Naxçıvan (2-ci hissə)
Media və Mülki Cəmiyyət İctimai Birliyi şəhidlərin şərəfinə inşa etdiyi xatirə kompleksinin açılış mərasimini keçirib (FOTOLAR - VIDEO)
Rus uşaq ədəbiyyatı dünya mədəniyyətinin zəngin kapitalıdır. (III hissə)
AZERBAYCAN DEMOKRAT FIRKASININ DEVLETÇİLİK SİYASETİ (1945-1946)
“Azərbaycan İranın başıdır, baş gedəndə bədən də gedər... General Şadan”
1941-1946-cı illərdə Cənubi Azərbaycanda xalqın milli özünüdərk prosesinin yüksəlişi və Azərbaycan dilinin mövqeyi
Ərzin əşrəfi Naxçıvan (3-cü hissə)
Rus uşaq ədəbiyyatı dünya mədəniyyətinin zəngin kapitalıdır. (II hissə)
Ərzin əşrəfi Naxçıvan (1-ci hissə)
